Məhkəmə qərarları › İş №2-1(102)-1208/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1208/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1208/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (sərəncamın ləğv edilməsi) Giriş hissə: 30.06.2021 Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının 09.03.2018-ci il tarixli, 69 nömrəli sərəncamının ləğv edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-81/2021 nömrəli iş üzrə 19.03.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 30 iyun 2021-ci il tarixdə Al i Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının 09.03.2018-ci il tarixli, 69 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 22.09.2017-ci ildə dövlət qeydiyyatına alınaraq hüquqi şəxs kimi fəaliyyət göstərir. Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən cəmiyyətə dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. İddiaçı MMCnin əsas fəaliyyət istiqaməti kənd təsərrüfatı məhsullarının istehsal olunması ndan ibarətdir. Bu məqsədlə İddiaçı MMC X1 icarəsində olan 60.29 ha torpaq sahəsini Cavabdeh razılığına əsasən alqı-satqı yolu ilə almışdır. Torpaq sahəsini aldıqdan sonra torpaq sahəsinə 30.09.2017-ci ildə ƏMDK yanında DƏDRX-də qeydiyyata alınaraq RX seriyalı ******* nömrəli çıxarış, torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Cavabdeh balansında olmuşdur. İddiaçı MMC qeyd olunan ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, parniklər tikmək, pomidor və digər məhsullar yetişdirməklə dünya bazarına çıxarmağı planlaşdırır. Burada təxminən 200 ailə işləyəcək və dolanacaq. Qeyd olunan məhsulların yetişdirilməsi üçün İddiaçı MMC sahəni hamarlamış, daş və çınqıldan, kollardan, yabanı bitkilərdən təmizləmiş və bütün sahəni peyin və yumşaq torpaqla t orpaqlamışdır ki, əkinə yararlı hala salsın. Eyni zamanda İddiaçı MMC torpaq sahəsində parniklərin tikilməsi üçün “xxxx” MMC ilə müqavilə bağlamışdır. Müqavilənin qiyməti 1.000.000 manat təşkil etmişdir. Müqavilənin icra müddəti 2020-ci ilədək nəzərdə tutulmuşdur. Hazırda müqaviləyə əsasən parniklərin tikintisi üçün avadanlıqlar xaricdən gətirilmişdir. Tikinti işlərinə başlayarkən məlum olmuşdur ki, Abşeron İcra hakimiyyəti onlara məlumat vermədən, birtərəfli qaydada 12.03.2018-ci ildə iddiaçı ilə olan icarə müqaviləsinə xitam vermişdir. İcra hakimiyyəti müqaviləni birtərəfli qaydada ləğv edərkən qanunvericiliyin tələblərini pozmuş, onlara heç bir xəbərdarlıq etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 09.09. 2020-ci il tarixli, 2-1(118)408/2020 nömrəli (sədrlik edən hakim Ceyhun Məmmədov) qərarı ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh başçısının 09.03.2018-ci il tarixli, 69 nömrəli sərəncamının ləğv edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Mülki Məcəllənin 24.1, 706, 713-cü maddələrinə, Torpaq Məcəlləsinin 51, 73, 75-ci maddələrinə, “Torpaq icarəsi haqqında” Qanunun 15, 23-cü maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 13, 62, 64, 68-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia tələbi qanuni və əsalıdır.

5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 09.09.2020-ci il tarixli, 2-1(118)-408/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.03.2021-ci il tarixli, 2-1(105)-81/2021 nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Fuad Məmmədov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 09.09.2020-ci il tarixli, 2-1(118)408/2020 nömrəli qərarının dəyişdirilməsi, iddianın təmin edilməsi, Cavabdeh başçısının 09.03.2018-ci il tarixli, 069 nömrəli sərəncamının İddiaçı MMC-nin icarəsində olan 60.29 hektar torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi hissəsində ləğv edilməsi qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitgusiyasının 26, 59, 60-cı maddələr ini, Mülki Məcəllənin 6.1.1, 6.1.2, 421.1, 421.2, 423.2-ci maddələrini, Torpaq Məcəlləsinin 73, 75-ci maddələrini, Torpaq icarəsi haqqında” Qanunun 2, 13, 31-ci maddələrini, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsini, İPM-nin 14.1, 82-ci maddələrini tətbiq etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçıya icarəyə verilmiş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sahələridir. Bu səbəbdən də təyinatı üzrə istifadə edilməklə kənd təsərrüfatı məhsullarının istehsal edilməsi üçün ayrılmışdır. Torpaq sahələri iddiaçıya ayrıldığı müddətdən hal-hazıradək təyinatı üzrə istifadə edilməməklə icar ə haqqları ödənilmir. Sözügedən nöqsanların aradan qaldırılması üçün iddiaçıya dəfələrlə xəbərdarlıq və yazılı bildirişlər göndərilmiş, iddiaçı tərəfindən bildiriş və xəbərdarlıqlara məhəl qoyulmamışdır. Bu səbəbdən Cavabdeh başçısının 09.03.2018-ci il tarixli, 69 nömrəli sərəncamına əsasən icarə müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir.

9. Mülki Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

10. Həmin Məcəllənin 713-cü maddəsinə əsasən əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdi rirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər.

11. Torpaq Məcəlləsinin 9-cu maddəsinin tələblərinə müvafiq olaraq; Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.

12. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir.

13. Həmin Məcəllənin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq;

14. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

15. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.

16. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

17. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir.

18. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 19.03.2021-ci il tarixli, 2-1(105)-81/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilm əsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

21. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə akt ının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

23. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin 19.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 9 1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

26. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki dəlilləri əsasızdır.

27. Belə ki, ilk öncə qeyd edilməlidir ki, hazırkı mübahisə inzibati hüquq münasibətlərindən yarandığı üçün, onun inzibati mübahisə olması heç bir şübhə doğurmur.

28. Belə olan halda sözügedən inzibati mübahisənin həll edilməsi zamanı “İnzibati icraat h aqqında” Qanunun müddəalarının tətbiq edilməsini mütləq şərt olduğu şəksizdir.

29. Məlum olduğu kimi həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

30. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

31. Xüsusi olaraq qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunda “İnzibati icraat” adlan an İV fəsli mövcuddur ki, həmin fəsil 25 maddədən ibarətdir.

32. Sözügedən Qanunun həmin maddələri (Qanun 28-52-ci maddələri) müfəssəl şəkildə inzibati orqanda inzibati icraatın aparılması qaydalarını müəyyən edir.

33. Lakin iş materiallarından göründüyü kimi cavabdeh həmin qanunun tələblərini pozaraq, iddiaçının qaldırdığı məsələ üzrə ümumiyyətlə heç bir inzibati icraat aparmadan, birtərəfli şəkildə 09.03.2018-ci il tarixli, 069 saylı sərəncam qəbul etmişdir ki, bu da yolverilməzdir.

34. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilə X4 arasında bağlanmış 23.10.2008-ci il tarixli 1190 saylı icarə müqaviləsinə əsasən, Abşeron rayonu X3 ərazisində 60.29 ha torpaq sahəsi 99 il müddətinə X2 icarəyə verilmiş, sonuncunun icarə hüquqları 02.02.2017-ci i l tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

35. Cavabdeh 2356 saylı 26.09.2017-ci il tarixli məktubuna əsasən, İcra Hakimiyyəti X1 daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışla icarəsində olan 60.29 ha torpaq sahəsi üzərində icarə hüququnun qanunamüvafiq olaraq İddiaçı MMC-yə satılmasına etiraz etmədiyini bildirmişdir.

36. Bundan sonra X4 29.09.2017-ci il tarixdə Abşeron rayon 2 saylı notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu X3 ərazisində 60.29 ha torpaq sahəsi üzərində icarə hüquqlarını 499000 manata İddiaçı MMC-yə satmışdır.

37. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırda RX seriyalı ******* say lı hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən, Abşeron rayonu X3 ərazisində 60.29 ha torpaq sahəsi üzərində icarə hüquqları 30.09.2017-ci il tarixdə İddiaçı MMC-nin xeyrinə yüklü edilmişdir.

38. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Torpaq sahələri üzərində icarə hüquqlarına qismən xitam verilməsi” barədə Cavabdeh Başçısının 09.03.2018-ci il tarixli 69 saylı sərəncamına əsasən “Torpaqların təyinatı üzrə səmərəli istifadəsinə və mühafizəsinə nəzarətin gücləndirilməsi və kənd təsərrüfatı təyinatlı torpaqların münbit qatının korlanması hallarının qarşısının alınması” məqsədilə RİH üzrə 24 noyabr 2016-cı il tarixli, 316 saylı sərəncamla yaradılmış Komissiyanın fəaliyyəti çərçivəsində 02 mart 2018-ci il tarixdə Bakı şəhərinin inzibati ə razisindən Abşeron rayonuna təhkim edilmiş dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqların bir hissəsinə bilavasitə naturada baxış keçirilməklə torpaqların faktiki istifadə vəziyyəti son 3 illik müşahidələrin nəticələri ilə müqayisəli şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində adları aşağıda qeyd olunan fiziki və hüquqi şəxslərin icarəsində olan 425.074 ha torpaq sahəsindən cəmi 277.69 ha sahənin təyinatlı üzrə istifadə olunmadığı müəyyən edilmişdir. Keçirilmiş monitorinqlə bağlı komissiya tərəfindən akt tərtib edilmiş, istifadəsiz saxlanılmış kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində icarə hüquqlarına xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Qeyd edilənlərə əsasən bir neçə fiziki və hüquqi şəxsin, o cümlədən **********80 nömrəli reyestrdən çıxarışa əsa sən, hüquqi şəxs İddiaçı MMC-nin icarəsində olan 60.29 hektar torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilmişdir.

39. Lakin yuxarıda artıq göstərildiyi kimi, həmin araşdırmanın aparılması və sərəncamın qəbul edilməsi “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olmuşdur.

40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

41. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 73-cü maddəsinin 1-ci bəndinin 7-ci abzasına əsasən, istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə torpaq sahəsi üzərində icarə hüququna xitam verilir; - 73-cü maddəsinin 3-cü bəndinə əsasən bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilm iş torpaqların geri alınmasına səbəb olan halların (istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilməməsi halları) müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir); - 75-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir; - 75-ci maddəsinin 3-cü bəndinə görə bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir; - 75-ci maddəsinin 6-cı bəndində isə torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilməsi göstərilmişdir. Mülki Məcəllənin 421.1-ci maddəsinə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa tərəflərin razılaşması ilə mümkündür.

42. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə poz duqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

43. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 44. “Torpaq icarəsi haqqında” Qanunun 31-ci maddəsində də göstərilir ki, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzad ılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.

45. Bu baxımdan apelyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, qanunvericilik torpaq icarəsi müqaviləsinin tərəflərin razılığı olmadığı təqdirdə məhkəmə qaydasında ləğv edilməsini nəzərdə tutur. Lakin hazırkı işin hallarından məlum olur ki, cavabdeh inzibati orqan qeyd edilən şərtə əməl etməmişdir. Belə ki, iddiaçıya öhdəliyin yerinə yetirilməməsi, xüsusən də torpaqdan təyinatı üzrə istifadə edilməməsi ilə bağlı xəbərdarlıq edilməmiş, iddiaçı torpaq icarəsindən yaranan münasibətlərə xitam verilməsi ilə bağlı öz razılığını ifadə etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının torpaq sahəsi üzərində icarə hüqu qunun əldə edildiyi vaxtdan 05 aya yaxın müddət keçmişdir. Buna baxmayaraq cavabdeh məhkəməyə müraciət etmək əvəzinə müqaviləni iddiaçının iradəsinə zidd olaraq birtərəfli qaydada ləğv etmiş və bununla bağlı iddiaçıya münasibətdə qanunsuz sərəncam qəbul etmişdir. 46. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Res publikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

47. Eyni zamanda apelyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş 09.03.2018-ci il tarixli, 69 nömrəli sərəncam iddiaçıya münasibətdə qanunvericiliyin tələblərinə zidd olduğundan, bununla da iddiaçının hüquqlarını pozduğundan, eyni zamanda cavabdeh sərəncamın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən birinci instansiya məhkəməsi sərəncamı qanunsuz hesab etməklə qismən düzgün nəticəyə gəlsə də, mübahisələndirilən sərəncamın iddiaçıdan başqa digər şəxslərə də aid olduğuna diqqət yetirməmiş, yalnız iddiaçıya aid hissədə ləğv etməli olduğu halda, sərəncamı tam ləğv etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Cavabdeh başçısının 09.03.2018-ci il tarixli, 69 nömrəli sərəncamı İddiaçı MMC-nin icarəsində olan 60.29 hektar torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi hissəsində ləğv olunmalıdır.

48. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin 19.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.03.2021-ci il tarixl i, 2-1(105)-81/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar