Məhkəmə qərarları › İş №2-1(102)-1208/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1208/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1208/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl iyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-349/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuşdur.

2. İddiaçıya məxsus xx.xx.1982-ci il tarixli və ******* nömrəli əmək kitabçalarının təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2005-ci il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. 3. “X7 Emalı” AS C-nin xx.xx.2021-ci il tarixli, 01/38 nömrəli arayışının surətindən görünür ki, İddiaçı X7 Emalı Zavodunun xx.xx.1982-ci il tarixli 92 “K” saylı əmrə əsasən Tökmə Sexinə operator köməkçisi kimi işə qəbul edilmişdir. xx.xx.1982-ci il tarixli, 115 “K” saylı əmrə əsasən 2-ci dərəcə verilmişdir. xx.xx.1983-cü il tarixli, 221 “K” saylı əmrə əsasən 3-cü dərəcə verilmişdir. xx.xx.1987-ci il tarixli, 112 “K” saylı əmrə əsasən 4-cü dərəcə verilmişdir. xx.xx.1987-ci il tarixli, 03 “K” saylı əmrə əsasən həmin sexə 3-cü dərəcəli anbardar keçirilmişdir. xx.xx.1987-ci il tarixli, 83 “K” saylı əmrə əsasən həmin sexə iqtisadçı mühasib keçirilmişdir. xx.xx.2000-ci il tarixli, 17 “K” saylı əmrə əsasən AR ƏM-nin 70-ci maddəsinin b) bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən işdən azad e dilmişdir. Ümumi iş stajı 29 il 5 ay, güzəştli iş stajı 17 il 4 ay 24 gün ona AR NK-nin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının 1 saylı əlavəsinin Vİİİ Kimya İstehsalı bölməsi: 10800000 - 1Q30AG10 bəndinə və 2 saylı əlavəsinin XXXİİİ Ümumi peşələr bölməsinin 23200000 - 13399 “Plastik kütlənin tökücüləri” bölməsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına əsasən Ümumi peşələr bölməsi 35 (Plastik kütlənin tökücüləri) əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmağa hüquq verir.

4. Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2021-ci il tarixli, 546 nömrəli arxiv arayışından görünür ki, X5 Filialında mühafizə olunan Salyan rayon X9 zavodunun arxiv sənədlərində o cümlədən 1992-2000-ci illərdə İddiaçı mühasib işləyib əmək ha qqı almağı qeyd edilmişdir. 5. “Samux rayon Mərkəzi Xəstəxanası” X8 xx.xx.2022-ci il tarixli, 43 nömrəli arayışından görünür ki, Salyan şəhər sakini 1964-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2010-cu il tarixdə 11 saylı əmrlə Samux RMX PHŞ-in vərəm kabinetinə xadimə vəzifəsinə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixdə 45 saylı əmrlə Samux RMX PHŞ-in vərəm kabinetinin xadimə vəzifəsindən azad edilmişdir. 6. “X7 Emalı” ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 01/34 nömrəli məktubundan görünür ki, İddiaçı həqiqətən xx.xx.1982-ci il tarixindən xx.xx.2000-ci il tarixinə kimi “X7 Emalı” Zavodunda işləmişdir. “X7 Emalı” Zavodu Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Özəlləşdirmə Departamentinin 29 yanvar 2002-ci il tarixli, 33 saylı sərəncamına əsasən “X7 E malı” ASC-nə çevrilmiş və zavoda aid sənədlər X5 Filialına təhvil verilmişdir. Odur ki, vətəndaş İddiaçı adına lazım olan əmək haqqı, əmr və digər sənədlər üçün X5 Filialına müraciət etməyi xahiş etmişdir. 7. “X7 Emalı” ASC-nin xx.xx.2022-ci il tarixli, 01/39 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixli, 92 “K” saylı əmrə əsasən X7 Emalı Zavodunun isti üsulla plastik kütlələr (məhsullar) hazırlayan Tökmə sexinə-tökməçi operator qəbul edilmişdir. xx.xx.1982-ci il tarixli, 115 “K” saylı əmrə əsasən 2-ci (ikinci) dərəcə, xx.xx.1983-cü il tarixli, 221 “K” saylı əmrə əsasən 3-cü (üçüncü) dərəcə, xx.xx.1985-ci il tarixli, 112 “K” saylı əmrə əsasən 4-cü (dördüncü) dərəcə, xx.xx.1987-ci il tarixli, 03 “K” saylı əmrlə sex anbarına 3cü (üçüncü) dərəcəli anbardar, xx.xx.1987-ci tarixli, 83 “K” saylı əmrə əsasən həmin sexə iqtisadçı mühasib keçirilmişdir. xx.xx.2000-ci il tarixli, 17 “İST” saylı əmrə əsasən ƏM-nin 70-ci maddəsinin b) bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işdən azad edilmişdir. xx.xx.2001-ci il tarixli, 25 “K” saylı əmrə əsasən TTS-nə fəhlə qəbul edilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Özəlləşdirmə Departamentinin 29 yanvar 2002-ci il tarixli, 33 saylı sərəncamına əsasən “X7 Emalı Zavodu” “X7 Emalı ASC”-nə çevrilmişdir. xx.xx.2002-ci il tarixli, 06 “K” saylı əmrə əsasən ƏM-in 75-ci maddəsinin 2.a) bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixindən xx.xx.2000-ci il tarixinə və xx.xx.2001-ci il tarixindən xx.xx.2002-ci il tarixinə kimi arasında kı dövr ərzində işlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş ) stajı 18 il 2 ay 24 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahının 10800000-Vİİİ Kimya bölməsinin 1080A00- 17541 (A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri); 1080B000-17541 (B. Məhsul istehsalında texnoloji proseslərdə tam iş günü məşğul olan xalq təsərrüfatında və sənayenin başqa sahələrində müəssisələrin ustaları və fəhlələr; qeyri-üzvü kimya, gübrələr, polimerlər, plastik kütlələr, kompozik materiallar, şüşə plastik və poliuretanlar, (o cümlədən tozlama üsulu ilə), kauçuklar, lakboyama, məişət kimyası, üzvi sintez, sintetik rəngləyicilər, neft-kimya, rezin texniki və azbest, kimyəvi) 1 nömrəli Siyahı üzrə güzəştli pensiya hüququna malikdirlər və 2 saylı Siyahının X. Kimya istehsalatı 2110A00; 2110B000-1753 a; 22102000 - Ümumi peşələr; 23200000-13399 (plastik kütlənin tökücüləri), bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və a ğır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) plastik kütlənin tökücüləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə onun xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində “X7 Emalı” zavodunun tökmə sexində operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi vəzifə yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifəyə uyğun deyil. Bu səbəbdən də onun güzəş tli iş stajı 10 ildən az (6 il 3 ay 13 gün (xx.xx.2010-xx.xx.2016-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Həmçinin adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 14 il 15 gün (xx.xx.1972-xx.xx.1974-cü il, xx.xx.1974-xx.xx.1976-cı il, xx.xx.1977-xx.xx.1977-ci il, xx.xx.1978-xx.xx.2000-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixindən sonra isə onun ümumi iş stajı 13 il təşkil edir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 18616,72 manat təşkil edir.

9. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 Salyan rayon X4 Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli, 2997 nömrəli məktubundan görünür ki, İddiaçı həqiqətən xx.xx.2003-cü i l tarixdən xx.xx.2005-ci il tarixə kimi Salyan MRX-nin Fizioterapiya şöbəsində sanitarka işləmişdir.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli, 232 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixə kimi Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzində laborant vəzifəsində işləmişdir.

11. Azərbaycan Respublikası X7 Emalı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 01/20 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixli 92 “K” saylı əmrə əsasən X7 Emalı Zavodunun isti üsulla plastik kütlələrdən plastik kütlə (məhsullar) hazırlayan Tökmə Sexinə - tökməçi operator qəbul edilmişdir. xx.xx.1982-ci il tarixli 115 “K” saylı əmrə əsasən 2-ci (ikinci) dər əcə; xx.xx.1983-cü il tarixli 221 “K” saylı əmrə əsasən 3cü (üçüncü) dərəcə; xx.xx.1985-ci il tarixli 112 “K” saylı əmrə əsasən 4-cü (dördüncü) dərəcə; xx.xx.1987-ci il tarixli 03 “K” saylı əmrə əsasən sex anbarına 3-cü (üçüncü) dərəcəli anbardar; xx.xx.1987-ci il tarixli 83 “K” saylı əmrə əsasən həmən sexə iqtisadçı mühasib keçirilib. xx.xx.2000-ci il tarixli 17 “İST” saylı əmrə əsasən ƏM-nin 70-ci maddəsinin b) bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işdən azad edilmişdir. xx.xx.2001-ci il tarixli 25 “k” saylı əmrə əsasən Tikinti Təmir Sahəsinə fəhlə qəbul edilmişdir. Azərbaycan Respublikası iqtisadi İnkişaf Nazirliyinin Dövlət Özəlləşdirmə Departamentinin 29 yanvar 2002-ci il tarixli 33 saylı sərəncamına əsasən “X7 Emalı Zavodu” “X7 Emalı ASC”-nə çevrilmişdir. x x.xx.2002-ci il tarixli 06 “k” saylı əmrə əsasən ƏM-nin 75-ci maddəsinin 2.a) bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixindən xx.xx.2000-ci il tarixinə və xx.xx.2001-ci il tarixindən xx.xx.2002-ci il tarixi arasındakı dövr ərzində işlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 18 il 2 ay 24 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edimiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Vİİİ. “Kimya İstehsalı” bölməsinin 8.1; 8.2; 8.3; 8.3.1 (Asfalt, pek materialları, asfalt-pek kütlələri və onlardan məmulatlar; bitum və bitum materialları; toxuculuq və sair sənaye sahələri üçün köməkçi maddələr; giltorpaq; dekorativ, emulsiya, sürtülmüş, bədii, keramik quru boyaq, xalis əlifdə boyaq; yod-brom suyu (hasilat və hazırlama); polietilendən məmulatlar, polietilen və onların məmulatları əsasında kompozisiyalar; flor-xlor üzvi birləşmələrin əsasında polimerkimilərdən və polimerlərdən məmulatlar; isti üsulla məmulatlar: plastik kütlələrdən, plastik kütlələr, viniplast polixlorvinil plastikatı (*), fenol və karbomid plastikatları, üzvi şüşədən məmulatların, poliamidin, polimetakril birləşmələrin, stirol və onun polimerkimilərinin əsasında plastik kütlələr; zəylər; sintetik korundu; mineral doldurucuları; dolama məmulatları; akril və metakril birləşmələri əsasında plastik kütlələr; süni qaragül lifi əsası nda plastik dəri (*) və süni dərilər (*); lifin kimyəvi hazırlanma şöbəsi; təbii və quyu sodası (hasilatı); parçaların hopdurulması və emalı (*), təbii sulfatın və tenarditin hasilatı; rezin, texniki rezin və şin:) bəndlərinə və XXXV. “Ümumi peşələr” (Plastik kütlənin tökücüləri)bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” b arədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü il tarixdə Salyan rayonu, Arbatan kəndində anadan olmuş, 1982-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmiş, inzibati orqan ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan iş; (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsinə pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödən məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alır. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiə Nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sərəncam və əmrlərini rəhbər tutur. ‘‘Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərar təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşə vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) plastik kütlənin tökücüləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində “X7 Emalı” zavodunun tökmə sexində operator vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifəyə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajınız 10 ildən az (6 il 3 ay 13 gün (xx.xx.2010xx.xx.2016-cı il tarixlə ri arasındakı dövr)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 46560,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18959,97 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi qeyd edilmişdir. 25 ildən çox əmək stajı vardır. Belə ki, Azərbaycan Respublikası X7 Emalı ASC-nin xx.xx.2021-ci il tarixli, 01/38 nömrəli arayışında onun 29 il 5 ay stajı və bunun 17 il 4 ay 24 gününün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının 1 saylı əlavəsinin Vİİİ Kimya İstehsalı bölməsi 10800000-1080A010 bəndinə və 2 saylı əlavəsinin XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-13399 “Plastik kütlənin tökücüləri” bölməsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarına əsasən Ümumi peşələr bölməsi 35 (Plastik kütlənin tökücüləri) əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmağa hüquq verən peşə olması öz təsdiqini tapır. Bundan başqa “Samux rayon Mərkəzi Xəstəxanası” X8 ona verdiyi xx.xx.2022-ci il tarixli, 397 nömrəli arayışında da qeyd edilmişdir ki, 11 il 5 ay həmin xəst əxanada işləmiş və qeyd edilən iş stajından 6 il 3 ay 14 günü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüquq verən peşələrə aid olduğu öz əksini tapır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən ona ünvanlanan imtina məktubu qanunsuz və əsassızdır. Qeyd etdiyi peşə və ümumi iş stajı imkan verir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

14. Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, İddiaçı xx.xx.2022ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Dövlət Sosial Müda fiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda onun güzəştli iş stajı 6 il 3 ay 13 gün olmaqla (xx.xx.2010-xx.xx.2016) qanunvericiliklə tələb olunan müddətdən az olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab olunmamışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına mal ik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Ka binetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alınd ığı subhesabdır. Belə ki, iddiaçı G.S.X1 təqdim etdiyi əmək kitabçalarına eyni zamanda xx.xx.2021-ci il tarixli, 01/38 nömrəli “X7 Emalı” zavodunun və xx.xx.2022-ci il tarixli, 397 nömrəli “Samux Rayon Mərkəzi Xəstəxanası” X8 güzəştli arayışlarına istinadən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia edir. Məlum olduğu kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş üç şərt ödənilməlidir: ümumi iş stajının 20 il olması, güzəştli iş stajının 10 il olması, pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Aşağıda göstərilən əsaslara görə iddiaçının güzəştli sosial sığorta stajı və fərdi hesabı nın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı Qanunda göstərilmiş şərtləri ödəmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən “İstehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) plastik kütlənin tökücüləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Filiala təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 01/38 nömrəli “X7 Emalı” zavodunun arayışına əsasən onun xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində “X7 Emalı” zavodunun tökmə sexində operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı işlədiyi vəzifə yuxarıda müvafiq Qərarla təsdiq edilmiş siyahı üzrə göstərilən vəzifəyə uyğun dey il. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 10 ildən az (6 il 3 ay 13 gün (xx.xx.2010-xx.xx.2016-cı il tarixləri arasındakı dövr) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində peyda alınmalı olan pensiya kapitalının aşağı həddi Qanunvericiliyə uydun olaraq İddiaçı münasibətdə 46560,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində peyda alınan pensiya kapitalı cəmi 18959,97 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tə ləbləri baxımından mümkün hesab edilmir.

15. Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-1(120)-614/2023 saylı (hakim H.N.Nəcəfov) ilə iddia təmin edilmiş, İddiaçı hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hüququ yarandığı tarixdə, yəni xx.xx.2016-cı ilə kimi ümumi iş stajı 20 ildən çoxdur. İddiaçı hüququnun yarandığı xx.xx.2016-cı il tarixədək (xx.xx.1982-xx.xx.1987-ci illər üzrə 04 il 04 ay və xx.xx.2010-xx.xx.2016-cı illər üzrə 06 il 02 gün, cəmi 10 il 04 ay 02 gün) güzəştli iş stajı 10 ildən çox təşkil edir. İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını (20 il ümumi, o cümlədən 10 il güzəştli iş stajını) topladığından o, 52 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır.

17. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsində icraat

18. Apellyasiya baxışı zamanı iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının t əyin olunması öhdəliyinin cavabdeh ƏƏSMN-in tabeliyində olan DSMF-nin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir.

19. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-349/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

20. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-349/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: S.F.Həsənov, hakimlər: M.K.Həsənov və İ.Q.Abdullayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-1(120)-614/2023 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməsi, İddiaçı xx.xx.202 1-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı hüququnun yarandığı xx.xx.2016-cı il tarixədək (xx.xx.1982- xx.xx.1987-ci illər üzrə 04 il 04 ay və xx.xx.2010-xx.xx.2016-cı illər üzrə 06 il 02 gün, cəmi 10 il 04 ay 02 gün) güzəştli iş stajı 10 ildən çox təşkil edir. Məhkəmə kollegiyası hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını (20 il ümumi, o cümlədən 10 il güzəştli iş stajını) topladığından o, 52 yaş dan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Lakin, işdən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixinədək əlilliyə görə əmək pensiya almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, hazırkı iddianı qaldırmaqda məqsədi elə ona əlilliyə görə əmək pensiyasının dayandırıldığı gündən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi olmuşdur. Məhz bu səbəbdən əlilliyə görə əmək pensiyası dayandırıldıqdan sonra cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh də apellyasiya şikayətinə əlavədə həmin məsələləri mübahisələndirərək, birinci instansiya məhkəməsinin iddiaçıya xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə ə mək pensiyasının təyin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ xx.xx.2016-cı il tarixdən yaranmasına baxmayaraq, həmin dövrdə əlilliyə görə əmək pensiyası aldığından və iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını əlilliyə görə əmək pensiyasının dayandırıldığı gündən yəni, xx.xx.2021-ci il tarixdən təyin edilməsini xahiş etdiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2016-cı il tarixindən deyil, ərizəsində göstərdiyi xx.xx.2021-ci il tarixindən təyin edilərək ödənilməlidir.

22. Cavabdeh kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2023-cü il tarixli 2-1(106)-349/2023 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilmə məsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

23. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilikdə iddianın təmin olunduğu tarixə münasibətdə ümumi və güzəştli iş stajı ilə yanaşı tələb olunan pensiya kapitalı tələbi mövcud olmuşdur. Belə ki, iddiaçı G.S.X1 təqdim etdiyi əmək kitabçalarına eyni zamanda xx.xx.2021-ci il tarixli, 01/38 nömrəli “X7 Emalı” zavodunun və xx.xx.2022-ci il tarixli, 397 nömrəli “Samux Rayon Mərkəzi Xəstəxanası” X8 güzəştli arayışlarına istinadən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etmişdir. Aşağıda göstərilən əsaslara görə iddiaçının güzəştli sosial sığorta stajı və fərdi hesabının sığorta hissəs ində qeydə alınmış pensiya kapitalı Qanunda göstərilmiş şərtləri ödəməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) plastik kütlənin tökücüləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Filiala təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 01/38 nömrəli “X7 Emalı” zavodunun arayışına əsasən onun xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində “X7 Emalı” zavodunun tökmə sexində operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı işlədiyi vəzifə yuxarıda müvafiq Qərarla təsdiq edilmiş siyahı üzrə göstərilən vəzifəyə uyğun deyil. Bu səbəbdə n də iddiaçının güzəştli iş stajı 10 ildən az (6 il 3 ay 13 gün (xx.xx.2010-xx.xx.2016-cı il) tarixləri arasındakı dövr) təşkil etmişdir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. Belə ki, apellyasiya məhkəməsi tərəfindən iddianın təmin edildiyi xx.xx.2021-ci il tarixdə mövcud olan pensiya kapitalı tələbi iddiaçı tərəfindən ödənilmir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 46560,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmalı pensiya kapitalı cəmi 18959,97 manat təşkil etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını və Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişi dir; 1.0.2. sosial sığorta stajı (bundan sonra -sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə

5. Pensiya seçmək hüququ 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir.... Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajınd an asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya). 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən e tdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (hazırda qüvvədə olan redaksiya). 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, ma ddə 676) ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Maddə

31. Əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri... 31.2. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əri zələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir (01 fevral 2023-cü ilə qədər qüvvədə olan redaksiya). Maddə

34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə (29 iyun 2022ci ilə qədər qüvvədə olan redaksiya) Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Maddə

34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.1-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.1-1ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alın araq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia n övlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mə rhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü mad dələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır.

30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kas sasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

31. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

32. Hazırkı işin halları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir, xx.xx.2021-ci il tarixinədək əlilliyə görə pensiya almışdır. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə qərarda qeyd etmişdir ki, iddiaçını n əmək pensiyası hüququnun yarandığı zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta staj ına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyinə münasibətdə qeyd edir ki, xx.xx.2021-ci il tarixdə artıq qanunvericiliyin dəyişməsi nəzərə alınmamışdır. Apellyasiya məhkəməsinin iddiaçının hüququnun xx.xx.2016-cı il tarixdə yarandığını, həmin dövrdə əlilliyə görə əmək pensiyası aldığından iddianın xx.xx.2016-cı ildə qüvvədə olan qanunvericiliyə əsasən xx.xx.2021-ci il tarixdən təmin edilməsi ilə bağlı gəldiyi qənaət düzgün olmamışdır.

35. Belə ki, əmək pensiyaları haqqında qanunvericiliyə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin e dilir. Həmçinin əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.

36. İşin hallarına görə iddiaçının xx.xx.2016-cı il tarixdə həm güzəştli şərtlərlə yaşa görə əmək pensiyası, həm də əlilliyə görə əmək pensiyası hüququ mövcud olmuşdur. Lakin iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququndan istifadə etməyərək əlilliyə görə əmək pensiyası almaqda davam etmişdir. İddiaçının xx.xx.2021-ci il tarixdə əlilliyə görə əmək pensiyası dayandırılmışdır. Daha sonra iddiaçı cavabdeh orqana müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının xx.xx.2016-cı il tarixdə həm əlilliyə görə, həm də güzəştli şərtlər lə yaşa görə pensiya hüququ olmuş, iddiaçı öz arzusuna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası deyil, əlilliyə görə əmək pensiyası növünü seçərək əlilliyə görə pensiya almaqda davam etdiyindən, yalnız əlilliyə görə pensiya dayandırıldıqdan sonra iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq arzusunu bildirdiyindən, iddiaçının əlilliyə görə pensiyası dayandırıldığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq mübahisəyə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyasının bu qənaəti Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2016-cı ildə qüvvədə olmuş 31.2 və 34-cü maddələrinə əsaslanır. Həmin normalara görə əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlə r təqdim edilməklə aparılır. İddiaçının əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyası növünə keçməsi barədə xx.xx.2016xx.xx.2017-ci illər aralığında müraciətinin olması müəyyən edilməmişdir. 37. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2021ci il tarixdə qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qe ydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 38. xx.xx.2021-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələbinə görə iddiaçıya pensiya təyin olunması üçün 55 yaş, 20 il ümumi staj, 10 il güzəştli staj, habelə fərdi hesabın sığorta hissəsində lazımi miqdarda qeydə alınmış pensiya kapitalı mövcud olmalı idi.

39. İddiaçının qanunvericilik müəyyən olunmuş yaş həddinə çatması və 20 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun xx.xx.2021-ci il tarixinə kimi 20 ildən artıq (xx.xx.1982-ci il tarixdən xx.xx.2005-ci il tarixədək və xx.xx.2005-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) əmək fəaliyyət ümumi əmək stajının olması onun əmək kitabçaları ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir.

40. Hazırda, cavabdeh iddiaçının güzəştli iş stajı və pensiya kapitalını mübahisələndirir.

41. Belə ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.2010-xx.xx.2016-cı illər üzrə (06 il 02 gün) əmək fəaliyyətini güzəştli iş stajı kimi qəbul etsə də, xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində “X7 Emalı” zavodunun tökmə sexində operator vəzifəsində işlədiyi illəri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sığorta stajı kimi qəbul etmir.

42. İddiaçının xx.xx.2010-xx.xx.2016-cı il tarixlərdə çalışdığı Samux RMX PHŞ-in vərəm kabinetinin xadimə vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXİV Səhiyyə və sosial təminat idarələri bölməsi a) bölməsi (2260000a) kodu ilə öz əksini tapmışdır. Qeyd edilən dövr cavabdeh inzibati orqan tərəfindən mübahisəsiz hal kimi güzəştli staj olaraq qəbul edilmişdir. 43. xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində “X7 Emalı” zavodunun tökmə sexində operator vəzifəsində işlədiyi dövrün güzəştli iş stajına sayılması ilə bağlı isə qeyd edilməlidir ki, güzəştli iş stajı barədə müəssisənin verdiyi arayışlardan, əmək kitabçasından, Salyan Rayon Məhkəməs inin xx.xx.2013-cü il tarixli, 2(057)359/2013 nömrəli qətnaməsindən, iddiaçının izahatından və apellyasiya baxışı zamanı dindirilmiş şahid ifadəsindən müəyyən edilir ki, İddiaçı xx.xx.1982-xx.xx.1987-ci illər arasında Salyan plastmas emalı zavodunda işlədiyi vaxt vəzifəsi “operator” kimi qeyd edilsə də, faktiki olaraq tökmə sexində “tökücü” funksiyalarını yerinə yetirmiş və bu dövrlər ərzində o, güzəştli peşə üzrə ikinci, üçüncü və dördüncü dərəcələrə yiyələnmişdir. 44. “X7 Emalı” ASC-nin xx.xx.2022-ci il tarixli, 01/39 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixli, 92 “K” saylı əmrə əsasən X7 Emalı Zavodunun isti üsulla plastik kütlələr (məhsullar) hazırlayan Tökmə sexinə-tökməçi operator qəbul edilmişdir. xx.xx.1982-ci il tarixli, 115 “K” saylı əmrə əsasən 2-ci (ikinci ) dərəcə, xx.xx.1983-cü il tarixli, 221 “K” saylı əmrə əsasən 3-cü (üçüncü) dərəcə, xx.xx.1985-ci il tarixli, 112 “K” saylı əmrə əsasən 4-cü (dördüncü) dərəcə, xx.xx.1987-ci il tarixli, 03 “K” saylı əmrlə sex anbarına 3cü (üçüncü) dərəcəli anbardar, xx.xx.1987-ci tarixli, 83 “K” saylı əmrə əsasən həmin sexə iqtisadçı mühasib keçirilmişdir. xx.xx.2000-ci il tarixli, 17 “İST” saylı əmrə əsasən ƏM-nin 70-ci maddəsinin b) bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işdən azad edilmişdir. xx.xx.2001-ci il tarixli, 25 “K” saylı əmrə əsasən TTS-nə fəhlə qəbul edilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Özəlləşdirmə Departamentinin 29 yanvar 2002-ci il tarixli, 33 saylı sərəncamına əsasən “X7 Emalı Zavodu” “X7 Emalı ASC”-nə çevrilmişdir. xx.xx.2002 -ci il tarixli, 06 “K” saylı əmrə əsasən ƏM-nin 75-ci maddəsinin 2.a) bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixindən xx.xx.2000-ci il tarixinə və xx.xx.2001-ci il tarixindən xx.xx.2002-ci il tarixinə kimi arasındakı dövr ərzində işlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş ) stajı 18 il 2 ay 24 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahının 10800000-Vİİİ Kimya bölməsinin 1080A00-17541 (A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri); 1080B000-17541 (B. Məhsul istehsalında texnoloji proseslərdə tam iş günü məşğul olan xalq təsərrüfatında və sənayenin başqa sahələrində müəssisələrin ustaları və fəhlələr; qeyri-üzvü kimya, gübrələr, polimerlər, plastik kütlələr, kompozik materiallar, şüşə plastik və poliuretanlar, (o cümlədən tozlama üsulu ilə), kauçuklar, lakboyama, məişət kimyası, üzvi sintez, sintetik rəngləyicilər, neft-kimya, rezin texniki və azbest, kimyəvi) 1 nömrəli Siyahı üzrə güzəştli pensiya hüququna malikdirlər və 2 saylı Siyahının X. Kimya istehsalatı 2110A00; 2110B000-1753 a; 22102000 - Ümumi peşələr; 23200000-13399 (plastik kütlənin tökücüləri), bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya işləri ilə bağlı Ali Məhkəmənin aşağı instansiya məhkəmələr inə göndərdiyi icmal məktubda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

46. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisə dən verilmiş güzəştli arayış icmal məktubda qeyd olunan tələblərə cavab vermiş, apellyasiya instansiya məhkəməsi də güzəştli arayışı düzgün qiymətləndirərək iddiaçının güzəştli stajının olması qənaətinə gəlmişdir.

48. Pensiya kapitalı ilə bağlı kollegiya qeyd edir ki, xx.xx.2021-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələbinə görə iddiaçıya pensiya təyin olunması üçün 55 yaş, 20 il ümumi staj, 10 il güzəştli staj, habelə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı mövcud olmalı idi.

49. Apellyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.2021-ci il tarixinə güzəştli pensiya təyin edilməsi üçün kifayət qədər pensiya kapitalının mövcud olub-olmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır.

50. Bununla yanaşı qeyd edilməlidir ki, pensiya kap italı kifayət qədər olmadığı təqdirdə iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022ci il tarixdən qüvvədə olan redaksiyasının şərtlərinin iddiaçıya münasibətdə mövcud olubolmaması istiqamətində araşdırma aparılmalıdır.

51. Belə ki, iddiaçının hüququnun yarandığı tarix kimi xx.xx.2022-ci il tarixi qəbul edildiyi halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilən dəyişikliyə (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir) əsasən pensiya kapitalı ilə bağlı şərt aradan qalxdığından pensiya kapitalına zərurət yoxdur.

52. Kollegiya qeyd edir ki, pensiya hüququnun hansı vaxtdan (xx.xx.2021-ci il, yoxsa xx.xx.2022-ci il tarixdən) yaranması ilə bağlı məsələ müzakirə edilməli, yekunda zərurət olarsa, İPM-in 54-cü maddəsinə əsasən iddia tələbi dəyişdirilməli və dəyişdirilmiş iddia tələbinə uyğun mübahisəyə baxılmalıdır.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki hallar yuxarıda istinad olunan normalara uyğun olaraq tam və hərtərəfli yoxlanılmamış, sübutlar tam və hərtərəfli araşdırılmamışdır.

54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, əlavə araşdırmaya zərurət olduğundan iddianın rədd olunması hissəsində şikayət təmin olunmamalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2023-cü il tarixli, 2-1(106)-349/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar