Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1209/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kirayə müqaviləsinin bağlanması öhdəliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1982-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilə kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 18 mart 2022-ci il tarixli, 2-1(103)-723/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-144/2014 saylı, 7 yanvar 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, X2, X5, X12 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, ev 46, mənzil 1-ə olan istifadə hüquqları tanınmışdır. (qüvvədə deyil)
2. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8447/2017 saylı, 12 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-144/2014 saylı, 7 yanvar 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddiaçılar X2, X5, X12 Bakı şəhəri, Qa radağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, ev 46, mənzil 1-ə olan istifadə hüquqlarının tanınması barədə iddiaları təmin edilməmişdir. (qüvvədədir)
3. Bakı Apelyasiya Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2(103)-11796/2018 saylı qətnaməsi ilə üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2 avqust 2017-ci il tarixli, 2(002)-3427/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir. (qüvvədədir)
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 15 mart 2018ci il tarixli, 449 saylı Registrdən çıxarışı ilə müəyyən olunmuşdur ki, 1976-cı il tarixdə istismara verilmiş, Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 Bakı ş əhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Qaradağ rayon MənzilKommunal Təsərrüfatı Birliyinin balansındadır.
5. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(002)21/2019 saylı qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdehlər X3, X9, X13, X10, X6, X4 və İddiaçı qarşı Ələt qəsəbəsi, ünvan 1 saylı evin 1 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilmişdir.
6. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7139/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qərardadı ilə müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilə kirayə müqaviləsinin bağlanması” iddia tələbinə Bakı İnzibati Məhkəməsinin icraatında olan işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(002)-21/2019 saylı qətnaməsindən verilmiş şikayət üzrə icraat dayandırılmışdır.
7. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onla mənzilə kirayə müqaviləsinin bağlanmasını xahiş etmişdir.
8. Cavabdeh 10 sentyabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(002)-21/2019 saylı qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdehlər X3, X9, X13, X10, X6, X4 və İddiaçı qarşı Ələt qəsəbəsi, ünvan 1 saylı evin 1 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Halhazırda həmin qətnamədən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. Qeyd edilən mülki iş üzrə məhkəmənin görüləcəkdir. qəbul edəcəyi yekun qərardan asılı olaraq müvafiq tədbirlər İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
9. İddiaçı 7 oktyabr 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onunla Bakı şəhəri, Ələt qəsəbəsi, ünvan 1 saylı evin, 1 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır k i, X1 onun göstərdiyi rəsmi sənədlərə (mənzilin orderi və şəxsi hesab vərəqəsinə) əsasən dəyərini ödəməklə Ələt qəsəbəsi, ünvan 1 ünvanında yerləşən, bərbad vəziyyətdə olan 1 saylı mənzili almış və həmin şəxsin notarial razılığı əsasında Bakı şəhəri Qaradağ rayon Polis İdarəsində həmin mənzilə qeydiyyata düşmüşdür. Lakin sonradan X2 arvadı X14 ilə aralarında baş vermiş mübahisəyə görə sonuncu iddiaçıdan X3 ödədiyi qədər pul tələb etməyə başlamışdır. Məlum olmuşdur ki, iddiaçıdan və X2 ailəsindən da başqa həmin mənzildə qeydiyyatda olan şəxslər var. Həmin şəxslər X16 və onun Rima və Günay adlı iki qızı olmuşlar. Mübahisəyə həmin şəxslərin qoşulması və onların şikayəti əsasında X2 və onun ailə üzvlərinin həmin mənzildən istifadə hüquqlarının tanınmasına dair Bakı şəhəri Qaradağ rayon məhkəmə sinin 2014-cü il tarixli qətnaməsi ləğv edilmişdir. Bundan əlavə məlum olmuşdur ki, X7 öz vəzifə səlahiyyətlərindən istifadə edərək iddiaçını və başqa şəxsləri də aldatma yolu ilə külli miqdarda pul ələ keçirmişdir. Buna görə də onun barəsində cinayət işi açılaraq 3 il 6 ay müddətinə həbs edilmişdir. Belə ki, həmin mənzilləri satarkən X7 Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon MənzilKommunal Təsərrüfat Birliyi 128 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuşdur. İddiaçının şəxsi vəsaiti hesabına həmin mənzilə dəmir qapı, PVC (plastik) qapı və pəncərələr, dəmir barmaqlıqlar qoyulmuşdur. Abadlıq işləri aparılmışdır. Lakin iddiaçı mənzildən çıxan kimi Elmira (Hüseynin keçmiş arvadı) qapının açarını dəyişdiyinə görə Bakı şəhəri Qaradağ rayon m əhkəməsində onlara qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilərək MKTDnin işçilərinin iştirakı ilə həmin mənzilə köçürülmüşdür. Lakin cavabdeh iddiaçının və həmin mənzildə qeydiyyatda olan digər şəxslərin həmin mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdilər. Sonradan mənzilə köçürülmə barədə qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsinə və bundan sonra iddiaçının iştirakını təmin etmədən Bakı şəhəri Qaradağ rayon Məhkəməsində iddiaçının və eləcə də digərlərinin həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasına nail olmuşlar. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı qeyd etmişdir ki, sonun cu dəfə etdiyi müraciətə isə mübahisəyə məhkəmədə baxıldığını əsas gətirərək nəticəni gözləməyi tövsiyə etmişdilər. Həmin mənzilin onun şəxsi vəsaiti hesabına abadlaşması, həmin mənzildən daimi istifadə etdiyi və qeydiyyatının hüquqi cəhətdən qanuna uyğun şəkildə həyata keçirilməsini nəzərə alaraq hesab edilməlidir ki, onunla kirayə müqaviləsi bağlanmalıdır.
11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 saylı evin 1 saylı mənzilində heç vaxt yaşamamışdır, hal-hazırda da ailə üzvləri ilə birlikdə faktiki olaraq Səlyan rayonunun Xalac kəndində yaşayırlar. Qeyd edilən mənzil boşdur. Həmin mənzilə İddiaçınm adına heç bir hüquqmüəyyənedici sənəd verilməmişdir. İddiaçının Bakı şəhəri, Qara dağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 saylı evin 1 saylı mənzilinə köçürülməsinin qət edilməsi barədə Qaradağ Rayon Məhkəməsinin 2 avqust 2017-ci il tarixli qətnaməsi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Kollegiyasının 2(102)4638/2019 saylı mülki iş üzrə qəbul edilmiş 12 iyul 2019-cu il tarixli qərarı ilə İddiaçınm kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Bundan sonra Bakı Şəhər MənzilKommunal Təsərrüfatı De partamenti cavabdeh İddiaçı və digərlərinə qarşı 7 iyun 2017-ci il tarixli, çıx 171 saylı iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 saylı evin 1 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və həmin şəxslərin başqa yaşayış sahəsi verilmədən həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-21/2019 saylı, 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Göründüyü kimi, iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 saylı evin 1 saylı mənzilinə köçürülməsinin qət edilməsi barədə Qaradağ Rayon Məhkəməsinin 2 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İddiaçı qeyd edilən ünvanda yerləşən mənzilə dair heç bir hüququ yoxdur. Yaşayış sahəsinə qeydiyyata alınması isə onun mübahisəli mənzil üzərində istifadə hüququ əldə etməsi demək deyildir.
12. Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2044/2021 nömrəli qərarı (hakim: X21) ilə iddia təmin edilmiş, Bakı şəhəri, Ələt qəsəbəsi, ünvan 1 saylı evin, 1 saylı mənzilinə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli mənzilin əvvəlki kirayəçisinin rəsmi razılığı ilə mənzilə daimi pasport qeydiyyatına alınmış, mənzilin əvvəlki kirayəçisinin istifadə hüquqlarına 12 sentyabr.2017-ci il tarixdə xitam verilmiş və həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. Hazırda İddiaçı mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşamaqda davam etməsi və keçmiş kirayəçinin yaşamadığı müəyyən olunur. Həmçinin mənzilə dair verilmiş yaşayış yeri üzrə qeydiyyat barədə arayışda onun adı qeyd olunmuş, mənzil hər hansı başqa şəxsə verilməmişdir. Uzun müddət ərzində iddiaçının həmin mənzildən çıxarılmaması və ya digər qaydada mübahisələndirilməməsi onu göstərir ki, balans saxlayan və həmin evi istismara qəbul edən mənzil istismarı orqanları onun yaşamasını qəbul etmiş və uzun müddət ərzində ona bütün kommunal xidmətləri göstərmişdir. Mənzildə isə iddiaçıdan başqa qeydiyyatda olan digər iki şəxs mənzilin onun adına sənədləşdirilməsinə heç bir etirazlarının olmadığını notarial qaydada təsdiq etmiş lər. Beləliklə, iddiaçının qeyd edilən mənzilə dair icarə münasibətləri yarandığını və faktiki olaraq qeyd olunan mənzildə yaşayaraq ailəsi ilə birlikdə birgə təsərrüfat apardığını, mənzilin bütün kommunal xərclərini ödədiyini nəzərə alaraq, o cümlədən hazırkı qanunvericiliyin tələblərinə əsasən kirayə müqaviləsinin bağlanması üçün əsaslar olduğundan, iddiaçının müraciətinin təmin edilməsi üçün kifayət qədər əsasların mövcud olduğu halda, cavabdehin əsassız imtinası nəticəsində iddiaçının konstitusion hüquqlarının pozulduğunu nəzərə alaraq, iddiaçı ilə uzun müddət yaşadığı mübahisəli yaşayış sahəsinə (mənzilə) dair kirayə müqaviləsi bağlanmalıdır.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apelly asiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 mart 2022-ci il tarixli, 2-1(103)-723/2022 nömrəli qərarı (hakimlər: X17 (sədrlik edən və məruzəçi), X8 və X29) ilə Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi 46 saylı evin 1 saylı mənzili Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansındadır. Həmin mənzilə dair dövlətin adında çıxış etmək səlahiyyətinə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti malikdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)- 144/2014 saylı, 7 yanvar 2014-cü il tarixli qətnaməsi ilə istifadə hüquqları tanınmış X2 ona yaşayış sahəsi verməsi barədə ərizəsi əsasında 2 avqust 2016-cı il tarixdə qeydiyyata düşmüşdür. İddiaçının X2 yazılı razılığının verilməsi yolu ilə qeydiyyata alınması onun mübahisəli mənzilə üzərində istifadə hüquq əldə etməsi demək deyildir. Məhkəmə araşdırması zamanı iddiaçının mübahisəli mənzildə yaşamadığı müəyyən olunmuşdur. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək iddiaçının həmin evdə yaşamadığını, iddiaçının nümayəndəsi-vəkili isə iddiaçının yaşamamasının səbəbini evə kommunal xidmətlərin göstərilmədiyini (su, qaz, işıq) bildirmişdir. İddiaçının mübahisəli mənzilə hər hansı hüquqa malik olmamışdır. X2 isə mübahisəli mənzilə istifadə hüququ olmadığı halda onun razıl ığı ilə iddiaçının həmin mənzilə qeydiyyata alınmasının hüquqi əsası olmamışdır. Bundan başqa, iddiaçının adına tələb etdiyi mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədlər iş materialları ilə müəyyən olunmamışdır.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Mənzil dövlət qeydiyyatına alın madığından və istismara 2000-ci ildən əvvəlki dövrlərdə verildiyindən 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evlərində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Mənzilin orderi cavabdehlərin özünün də etirafına əsasən Nina adlı rus milliyyətindən olan qadının adındadır. Səlahiyyətli orqanın vermiş olduğu qərar əsasında hər hansı yaşayış sahəsinə köçmək həmin qərara uyğun verilmiş order əsasında həyata keçirilməlidir ki, hələ 1991-ci ildə Azərbaycan SSR Mənzil Məcəlləsi qüvvədə olduğundan həmin dövrdə yaranmış mülki münasibətlərə həmin qanunun m üvafiq normaları tətbiq olunmalı idi. Apellyasiya məhkəməsi isə 1 oktyabr 2009-cu il tarixdən sonra qüvvəyə minmiş Mənzil Məcəlləsində bu halın nəzərdə tutulmadığını əsas gətirərək qanuni və əsaslı qərarı ləğv etmişdir ki, bununla da, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tətbiq edilməli olmayan normanı tətbiq etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) Maddə
51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzil-istismar təşkilatı (belə təşkilat o lmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.
21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş) Maddə 4.0.2. Dövlət orqanları öz səlahiyyətləri daxilində müəyyən edilmiş qaydada dövlət fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Maddə 8.0.3. Məhkəmə qərarları mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi üçün əsasdır. Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edi lmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir Maddə 58.1. Bir neçə kirayəçinin və mülkiyyətçinin yaşadığı kommunal mənzildə boşalmış yaşayış sahəsi onların ərizəsi əsasında sosial kirayə müqaviləsinə əsasən həmin mənzildə yaşayan kirayəçilərə və mülkiyyətçilərə verilir bu şərtlə ki, onlar yaşayış sahəsinin boşaldığı günə müəyyən edilmiş qaydada aztəminatlı və yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və ya hesab edilə bilərlər. Maddə 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür.
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi 46 saylı evin 1 saylı mənzili Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansındadır. Həmin mənzilə dair dövlətin adında çıxış etmək səlahiyyətinə Bakı şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamenti malikdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-144/2014 saylı, 7 yanvar 2014-cü il tarixli qətnaməsi ilə istifadə hüquqları tanınmış X2 ona yaşayış sahəsi verməsi barədə ərizəsi əsasında 2 avqust 2016-cı il tarixdə qeydiyyata düşmüşdür. Həmçinin iddiaçının mübahisəli mənzildə yaşamadığı müəyyən olunmuşdur.
27. Apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının X2 yazılı razılığını n verilməsi yolu ilə qeydiyyata alınması onun mübahisəli mənzilə üzərində istifadə hüquq əldə etməsi demək deyildir. Həmçinin nəzərə alınmalıdır ki, X2 istifadə hüquqlarının tanınmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7 yanvar 2014-cü il tarixli qətnaməsi Bakı Apelyasiya Məhkəməsinin 12 sentyabr 2017ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və iddia təmin edilməmişdir. Eyni zamanda, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(002)-21/2019 saylı qətnaməsi ilə X2 mübahisəli mənzilindən istifadə hüququna xitam verilmişdir.
28. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-1476/2019 saylı, 2 iyul 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı və X15 cavabdeh X3 qarşı «ziyanın ödənilməsi» tə ləbinə dair iddiası təmin edilərək, cavabdeh X1 8500 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılar İddiaçı və X15 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədə iddiaçı tələbini onunla əsaslandırılmışdır ki, əslində tərəflər arasındakı borc münasibətləri deyil, rəsmi sənədləri olmayan, dövlətin balansında olan ünvan 2 ünvanında yerləşən mənzili satmaq adı ilə cavabdeh X2 İddiaçı ümumilikdə 8500 manat nağd pulunu ələ keçirməsidir.
29. Həmçinin İddiaçı cavabdehlər X3, X11 və X13 qarşı Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 saylı evin 1 saylı mənzilinə köçürülməsi barədə iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(102)-4638/2019 saylı qərarı ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehlər arasında q ohumluq münasibətləri olmamışdır. Hətta onlar arasında qohumluq münasibəti olmuş olsa belə bu fakt iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranması əsası kimi qəbul edilə bilməz. Belə ki, cavabdehlərin işin hallarından müəyyən edildiyi kimi mənzil üzərində hər hansı hüquqa malik deyildirlər. Cavabdehin mənzilə hüququ olmadığı halda iddiaçının cavabdehin razılıq verməsinə istinad edərək mənzil üzərində istifadə hüququnun yaranmasını göstərə bilməz.
30. Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçının mübahisəli mənzilə hər hansı hüquqa malik olmamışdır. X2 isə mübahisəli mənzilə istifadə hüququ olmadığı halda onun razılığı ilə iddiaçının həmin mənzilə qeydiyyata alınmasının hüquqi əsası olmamış, iddiaçının adına tələb etdiyi mənzilə d air hər hansı hüquq müəyyənedici sənədlər iş materialları ilə müəyyən olunmamışdır.
31. Beləliklə, cavabdehin iddiaçının mübahisəli mənzilə kirayə müqaviləsinin bağlanmasından imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd e dir ki, Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddiaçının tələbi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 mart 2022-ci il tarixli, 2-1(103)-723/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.