Məhkəmə qərarları › İş №2-1(102)-1209/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1209/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1209/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması (pensiya məbləğinin indeksasiyası)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət So sial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2-1(81)-1559/2019 nömrəli qərarı ilə cavabdeh tərəfindən ötən 20052021 ci illər üzrə hesablanmış məbləğin “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən və Dövlət Statistika Komitəsinin “2005-2021-ci illər ərzində İstehlak qiymətləri indeksinin (inflyasiyanın) illik səviyyəsi”nə görə indeksasiya edilərək ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2-1(103)-3788/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 20 03-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən həqiqi hərbi xidmətdən “xəstəliyə görə” ehtiyata buraxılmışdır.

2. Ona 2003-cü il 6 noyabr tarixindən xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. 3. xx.xx.2005-ci il tarixdən ona hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq 3-cü qrup əlillik dərəcəsi verilmişdir.

4. İddiaçıya xx.xx.2007-ci il tarixdən müddətsiz, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq 3-cü qrup əlillik dərəcəsi verilmişdir.

5. İddiaçı 22 fevral 2019-cu il tarixdə cavabdehə qarşı iddia qaldıraraq, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin “v” yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü qr up əlil hərbi qulluqçu kimi pensiyasının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavənin təyin olunması və xx.xx.2005-ci il tarixdən hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 iyun 2019-cu il tarixli, 2-1(81)1559/2019 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiya məbləğinin yenidən hesablanması barədə tələbi təmin edilmiş və “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 15-ci maddəsinin V yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü qr up əlil hərbi qulluqçu kimi pensiyasının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavənin təyin edilməsi və xx.xx.2005-ci il tarixdən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

7. Həmin iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli 2-1(103)-1092/2020 nömrəli, və Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1117/2021 nömrəli qərarları ilə təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 iyun 2019-cu il tarixl i 2-1(81)1559/2019 nömrəli qərarı ilə cavabdeh tərəfindən ötən 2005-2021-ci illər üzrə hesablanmış məbləğin “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən və Dövlət Statistika Komitəsinin “2005-2021-ci illər ərzində istehlak qiymətləri indeksinin (inflyasiyanın) illik səviyyəsi”nə görə indeksasiya edilərək ödənilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 iyun 2019-cu il tarixli 2-1(81)-1559/2019 nömrəli Qərarı ilə Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının sələfi) qarşı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin “v” yarımbəndinə əsasən müharibə əlillə ri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçu kimi pensiyasının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavənin təyin olunması və xx.xx.2005-ci il tarixdən hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət edərək, “ötən illər üçün ödənilmiş pul vəsaitlərinin alıcılıq qabiliyyətini itirdiyini nəzərə alaraq, ödənilmiş məbləğin “Əmək pensiyaları haqqında” Qanunun 29.1 maddəsinə əsasən indeksasiya edilməsini xahiş etmişdir. 02 fevral 2023 il tarixli, 17-1/2-S20954/2023 nömrəli cavab məktubunda cavabdeh inzibati orqan sözügedən əlavə əmək pens iyasının sığorta hissəsinə aid olmadığından həmin əlavənin “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmamasını əsas tutaraq imtina etmişdir. Cavabdehin imtinası “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 15-ci maddəsinin “v” yarımbəndi və “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.3, 29.1-ci maddələrinə əsasən əsassızdır.

10. Cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 01 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əm ək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. İddiaçı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsinin “v” yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçu kimi pensiyasının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavənin təyin edilməsi və xx.xx.2005-ci il tarixindən hesablanaraq ona ödənilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 2-1(81)-1559/2019 nömrəli Qər arı ilə iddiaçının tələbi təmin edilib. Mərkəzi Filial tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməyərək sözügedən məhkəmə qərarı qüvvədə saxlanılmışdır. Bununla əlaqədar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 2-1(81)-1559/2019 nömrəli qərarına əsasən keçmiş müddət üçün minimum pensiya məbləğlərinin artımlarına uyğun olaraq əmək pensiyasının üzərinə əlavə edilib - xx.xx.2005-ci il tarixdən 37,50 manat, xx.xx.2006-cı il tarixdən 45 manat, xx.xx.2006-cı il tarixdən 52,50 manat, xx.xx.2007-ci il tarixdən 60,00 manat, xx.xx.2007-ci il tarixdən 75,00 manat, xx.xx.2008-ci il tarixdən 90 manat, xx.xx.2008-ci il tarixdən 112,50 manat, xx.xx.2010-cu il tarixdən 127,50 manat, xx.xx.2013-cü il tarixdən 150 manat, xx.xx.2016-cı il tarixdən 165 m anat, xx.xx.2019-cu il tarixdən 240 manat və xx.xx.2019-cu il tarixdən 300 manat. Qeyd olunanlara və iddiaçının pensiyasının ötən dövr üzrə ümumilikdə inventar olunmasına əsasən, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış ümumilikdə 29330,48 manat fərq məbləğinin 453,24 manat hissəsi xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində, 26136,84 manat hissəsi Mərkəzi Filiala müraciətini nəzərə alaraq xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində, qalan 2740,40 manat hissəsi isə xx.xx.2022-xx.xx.2022ci il tarixləri arasındakı dövr ərzində pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. “Əmək pensiyaları haqqında” Qanunun 29.1 - ci maddəsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının sığorta his səsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunanlara əsasən, sözügedən əlavənin iddiaçının əmək pensiyasının sığorta hissəsinə aid olmadığından həmin əlavənin “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Əlavə olaraq, iddiaçıya ötən 2005-2021-ci illər üzrə hesablanmış məbləğin indeksasiya edilərək ödənilməsi ilə bağlı bildirilmişdir ki, onun əmək pensiyasının sığorta hissəsi 2005-2021-ci illər üzrə hər il istehlak qiymətinin indeksasiya səviyyəsinə uyğun indeksləşdirilib və qanunvericiliyin tələblərinə uyğun qaydada sığorta hissəsinin artım məbləği qədər qulluq stajına görə əlavəsinin məbləği azaldılıb. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Əlavə olaraq, “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli 627-VİQD nömrəli Qanunun 1.12.1-ci maddəsinə əsasən Qanunun 29.1-ci maddəsinə “sığorta hissəsi" sözlərindən sonra bu Qanunun 20-ci maddəs inə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği” sözləri əlavə edilib. Həmin Qanunun 2.2-ci maddəsinə (keçid müddəaları) əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsi həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş şəxslərin əmək pensiyalarının 2023-cü il yanvarın 1-dək olan dövr üçün yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

11. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) 07 iyul 2023-cü il tarixli, 21(112)-6954/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanun pensiya məbləğlərində iki halda indeksləşdirməni nəzərd ə tutur:

1. Əmək pensiyasının sığorta hissəsinin;

2. Qulluq stajına görə əmək pensiyasına əlavələr birlikdə müəyyən edilmiş məbləğin. Hazırkı işin mübahisələndirilən halı iddiaçıya məhkəmə qərarı ilə təyin edilmiş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsinin V yarımbəndinə əsasən ödənilən əlavənin yuxarıda qeyd edilən iki əsasdan birinə aid olub-olmamasının müəyyən edilməsindən ibarətdir. Əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Hazırkı halda, eləcə də iddiaçının inzibati orqana müraciət etdiyi vaxt qüvvədə olan qanunverici hərbi qulluqçu üçün əmək pensiyasının sığorta hissəsinə əlavə ni qüvvədən salmış, yalnız qulluq stajına əlavəni saxlamışdır. Belə olan halda, iddiaçının aldığı yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavə əmək pensiyasının sığorta hissəsinə əlavə hesab olunmadığından indekləşdirmə tətbiq edilməklə yenidən hesablana bilməz. Hərbi qulluqçular üçün qulluq stajına əlavə hərbi qulluqçunun təminat xərcliyindən hesablanır, hansı ki təminat xərcliyi ƏPQ-nun 1.0.5-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələ r və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Hazırkı iş üzrə iddiaçıya məhkəmə qərarı ilə təyin edilən və ödənilən məbləğ adından göründüyü kimi, “Hərbi qulluqçuların pensiya təminat haqqında” Qanunun 15-ci maddəsinin “v” yarımbəndində yaşa görə minimum pensiyanın 150 faizi məbləğində hesablanan əlavədir və bu əlavə hazırkı halda iddiaçının təminat xərcliyi əsasında hesablanmamış və təminat xərcliyinə uyğun olaraq da ödənilmir. Belə ki, təqdim olunan pensiya işinin surətindən görünür ki, iddiaçıya hərbi qulluqçu kimi xidmət illərinə görə pensiyanın məbləğində onun barəsində olan məlumat vərəqinə uyğun vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə faiz əlavəsi, ərzaq əvəzinə pul kompensasiyası, məharət dərəcəsinə görə əlavə də daxil təminat xərcliyinin 88% m iqdarında pensiya hesablanaraq ödənilir. Eyni zamanda xidmət illərinə görə hesablanmış həmin pensiya məbləğinin üzərinə müstəqil olaraq məhkəmə qərarı ilə xx.xx.2005-ci il tarixdən hesablanmaqla hər ilin ölkə üzrə minimum pensiya məbləğinin 150%-i miqdarında əlavə hesablanaraq ümumi pensiya məbləğinin üzərinə əlavə edilməklə ödənilir. Belə ki, təqdim edilmiş pensiya işindən görünür ki, 2005-ci ildə minimum əmək pensiyası-25 manatın 150%, yəni 37.5 manat, xx.xx.2006-cı il tarixdə minimum əmək pensiyası-30 manatın 150%, yəni 45 manat, 2009-cu ildə minimum əmək pensiyası 75 manatın 150%, yəni 112,5 manat, 2010-cu ildə minimum əmək pensiyası-85 manatın 150%, yəni 127,5 manat, 2013-cü ildə minimum əmək pensiyası-100 manatın 150%, yəni 150 manat, 2016cı ildə minimum əmək pensiyası-110 manatın 15 0%, yəni 165 manat, 2019-cu ildə minimum əmək pensiyası-160 manatın 150%, yəni 240 manat, 2020-ci ildə minimum əmək pensiyası-200 manatın 150%, yəni 300 manat əlavə ödənilir. Beləliklə, iddiaçıya ödənilən minimum pensiya məbləğinin 150%-i miqdarında əlavə həm də qulluq stajına əlavə hesab olunmadığından onun ƏPQ-nun 29.1-ci maddəsinə əsasən indeksləşdirilməsi qanunun tələbinə uyğun hesab olunmur.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.İddiaçı) 06 dekabr 2023-cü il tarixli, 21(103)-3788/2023 nömrəli qə rarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

16. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətində qeyd edilmiş şikayətə predmeti üzrə baxmamışdır. Apellyasiya şikayəti pensiyanın əlavə hissəsinin indeksləşdirilməsi ilə bağlı verilsə də, məhkəmə qərarı pensiyanın indeksləşdirilməsi üzrə vermişdir. Məhkəmə tərəfindən predmetin yanlış və qeyri-dəqiq formada qəbul edilməsi yekunda apellyasiya şikayətinin rədd edilməsi üzrə qərarın verilməsi ilə nəticələnmişdir. İddia tələbi “ötən illər üçün ödənilmiş pul vəsaitlərinin alıcılıq qabiliyyətini itirdiyini nəzərə alaraq, ödənilmiş məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə və Dövlət Statistika Komitəsinin “2005-2021-ci illər ərzində İstehlak qiymətləri indeksinin (inflyasiyanın) illik səviyyəsi”nə görə indeksasiya edilməsi” olduğu halda, hər iki məhkəmə instansiyası iddianı “pensiya məbləğinin indeksasiya edilərək ödənilməsi” kimi dəyərləndirmişdir. Nəticədə aidiyyəti üzrə olmayan qərar qəbul edilmişdir. Bundan başqa, hazırkı halda, eləcə də iddiaçının inzibati orqana müraciət etdiyi vaxt qanunverici qüvvədə olan hərbi qulluqç u üçün əmək pensiyasının sığorta hissəsinə əlavəni qüvvədən salmış, yalnız qulluq stajına əlavəni saxlamışdır.” tutmuşdur. Halbuki, iddiaçının hüquqi yarananda '‘Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuş və hər üç instansiya məhkəməsi buna əsaslanaraq qərar qəbul etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 04 iyun 2019-cu il tarixli, 2-1(81)-1559/2019 nömrəli qərarı qəbul edilərkən ƏPQ-nun 19-cu maddəsi qüvvədə olmuşdur ki, Hər iki instansiya məhkəməsinin çıxartdığı qərar Ali Məhkəmənin hüquqi mövqeyi ilə ziddiyyət təşkil edir. Həmçinin nəzərə almaq lazımdır ki, borclu məhkəmə qərarının icrası üzrə öhdəliyin daşıyıcısıdır. Həmin öhdəliyin yerinə yetirilmədiyi, xüsusilə də uzun zaman kəsiyində yerinə yetirilmədiyi müddət ərzində şəxsi n indeksasiyanı tələb haqqı məhdudlaşdırıla bilməz (onun təqsirli davranışına bağlı hallar istisna olmaqla). b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təmi nat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.3. Hərbi qulluqçular -Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Hərbi qulluqçulara münasibətdə dövlət qarşısında xüsusi xidmətləri olan şəxs kimi həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən güzəştlər tətbiq edilir. 1.0.4. Xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir.... 1.0.12. Əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəkli ndə hesablanan məbləğdir.... Maddə 3.3. Həmin qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Maddə 19.1. Əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır:... 19.1.7. yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə (Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlilliyi olan şəxslərə: 19.1.7.1. İ dərəcə əlilliyi olan şəxslərə 110 manat məbləğində; 19.1.7.2. İİ dərəcə əlilliyi olan şəxslərə 77 manat məbləğində; 19.1.7.3. İİİ dərəcə əlilliyi olan şəxslərə 55 manat məbləğində. Maddə 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasın a əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə-55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş s tajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.14.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—55 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla;... Maddə 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sü butlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə

58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikd ə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan l azımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instans iya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları ye tərli hesab olunur.

26. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

28. İşin hallarından göründüyü kimi, iddiaçı 2003-cü ildə həqiqi hərbi xidmətdən xəstəliyə görə ehtiyata buraxılmış, ona 06 noyabr 2003-cü ilin tarixdən Müdafiə Nazirliyinin təqdim etdiyi məlumat vərəqi əsasında xidmət illərinə görə pensiya təyin edilmişdir. Eyni zamanda, xx.xx.2005-ci il tarixdən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar 3-cü qrup, xx.xx.2007-ci ildən müddətsiz 3-cü qrup əlillik dərəcəsi verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 04 iyun 2019-cu il tarixli 2-1(81)1559/2019 nömrəli qərarı ilə iddiaçıya '‘Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin V yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçu kimi pensiyanın üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavənin təyin edilməsi və xx.xx.2005-ci il tarixindən hesablanaraq ödənilməsi qərara alınmışdır.

29. İddiaçı tələbində ona məhkəmə qərarı ilə təmin edilərək ödənilən məbləğin “2005-2021-ci illər ərzində İstehlak qiymətləri indeksinin (inflyasiyanın) illik səviyyəsi”nə görə indeksasiya edilərək ödənilməsini tələb edir.

30. İddianın mahiyyətinə münasibətdə aşağı instansiya məhkəmələrinin mövqeyi və gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. “Hərbi qulluqçuların p ensiya təminatı haqqında” Qanunun 15-ci maddəsinə əsasən xidmət illərinə görə hərbi qulluqçuların pensiyaları (o cümlədən minimum məbləğdə hesablanmış pensiyalar) üzərinə müharibə əlillərinə və iştirakçılarına: İ qrup əlillərə - yaşa görə minimum pensiyanın 300 faizi məbləğində, İİ qrup əlillərə - yaşa görə minimum pensiyanın 250 faizi məbləğində, İİİ qrup əlillərə - yaşa görə minimum pensiyanın 150 faizi məbləğində hesablanır. İddiaçıya ödənilən yaşa görə minimum pensiyanın 150 faizi məbləğində məbləğ Qanunun 1.0.12-ci maddəsində qeyd edildiyi kimi, pensiya kapitalı əsasında formalaşmadığından əmək pensiyasının sığorta hissəsinə aid deyildir və bu əsasdan indeksləşdirilə bilməz.

31. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası onu da qeyd edir ki, hərbi qulluqçular üç ün qulluq stajına əlavə hərbi qulluqçunun təminat xərcliyindən hesablanır, hansı ki, təminat xərcliyi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.

32. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq göstərmişdir ki, iddiaçıya məhkəmə qərarı ilə təyin edilən və ödənilən məbləğ adından da göründüyü kimi, “Hərbi qulluqçuların pensiya təmina t haqqında” Qanunun 15-ci maddəsinin V yarımbəndində yaşa görə minimum pensiyanın 150 faizi məbləğində hesablanan əlavədir və bu əlavə hazırkı halda iddiaçının təminat xərcliyi əsasında hesablanmamış və təminat xərcliyinə uyğun olaraq da ödənilmir. Belə ki, təqdim olunan pensiya işinin surətindən görünür ki, iddiaçıya hərbi qulluqçu kimi xidmət illərinə görə pensiyanın məbləğində onun barəsində olan məlumat vərəqinə uyğun vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə faiz əlavəsi, ərzaq əvəzinə pul kompensasiyası, məharət dərəcəsinə görə əlavə də daxil olmaqla təminat xərcliyinin 88% miqdarında pensiya hesablanaraq ödənilir. Eyni zamanda xidmət illərinə görə hesablanmış həmin pensiya məbləğinin üzərinə müstəqil olaraq məhkəmə qərarı ilə xx.xx.2005-ci il tarixdən hesablanmaqla hər ilin öl kə üzrə minimum pensiya məbləğinin 150%-i miqdarında əlavə hesablanaraq ümumi pensiya məbləğinin üzərinə əlavə edilməklə ödənilir. Belə ki, təqdim edilmiş pensiya işindən görünür ki, 2005-ci ildə minimum əmək pensiyası-25 manatın 150%, yəni 37.5 manat, xx.xx.2006-cı il tarixdə minimum əmək pensiyası-30 manatın 150%, yəni 45 manat, 2009-cu ildə minimum əmək pensiyası 75 manatın 150%, yəni 112,5 manat, 2010-cu ildə minimum əmək pensiyası-85 manatın 150%, yəni 127,5 manat, 2013-cü ildə minimum əmək pensiyası-100 manatın 150%, yəni 150 manat, 2016-cı ildə minimum əmək pensiyası-110 manatın 150%, yəni 165 manat, 2019-cu ildə minimum əmək pensiyası-160 manatın 150%, yəni 240 manat, 2020-ci ildə minimum əmək pensiyası-200 manatın 150%, yəni 300 manat əlavə ödənilir. Beləliklə, iddiaçıya ödənilə n minimum pensiya məbləğinin 150%-i miqdarında əlavə həm də qulluq stajına əlavə hesab olunmadığından onun “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilməsi qanunun tələbinə uyğun hesab olunmur.

33. Həmçinin qeyd edilməlidir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında Qanunun 15-ci maddəsinin V yarımbəndindəki əlavələr ƏPQ-nun 19.1.7-ci maddələrinə uyğun olmuşdur. Həmin qanunun 19-cu maddəsi isə bütövlükdə 29 dekabr 2020-ci il tarixli 240VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir. Başqa sözlə, hazırkı halda, eləcə də iddiaçının inzibati orqana müraciət etdiyi vaxt qüvvədə olan qanunverici hərbi qulluqçu üçün əmək pensiyasının sığorta hissəsinə əlavəni qüvvədən salmış, yalnız qulluq stajına əlavəni saxlamışdır.

34. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2-1(103)-3788/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar