Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-121/2020 07.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR Açar sözlər: vergi məbləğinin ümidsiz borc kimi silinməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı ASC-nin vəkili X7, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (bundan sonra cavabdeh) qarşı “borcun silinməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1763/2019 saylı, 29 avqust 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 7 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçıya görə 01.08.2010-cu il tarixə 428.806,71 manat əsas borcu, 543.200,19 manat faiz borcu yaranmış, sonradan Qanuna əsasən iddiaçıya hesablanmış faizlər silinmiş, lakin müddəti keçmiş əsas borc silinməmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin 03.06.2013-cü il tarixli qərarına əsasən iddiaçıya 2010-2013-cü illəri əhatə etməklə müxtəlif tədiyyələr üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın nəticəsi olaraq tərtib olunmuş 15.11.2013-cü il tarixli səyyar vergi yoxlaması aktına əsasən müxtəlif tədiyyələr üzrə cəmi 73.260,52 manat vergi hesablanmış və 37.430,27 manat maliyyə sanksiyası təklif olunmuş, Vergi Auditi Departamentinin 19.12.2013-cu il tarixli **********710991 nömrəli məsuliyyətə cəlb etmə haqqında qərarına əsasən iddiaçıya 73.260,52 manat vergi hesablanmış və 37.430,27 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Bundan sonra, Vergi Auditi Departamenti tərəfindən səyyar vergi yoxlama materialları Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilmiş və Departame nt tərəfindən fakt üzrə 29.12.2013-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Eyni zamanda, iddiaçı tərəfindən cavabdeh Vergi Auditi Departamentinə qarşı yoxlama aktının və qərarın ləğv olunmasına dair iddiası 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 14.04.2014-cü il tarixli 2-1(82)-942/2014 saylı qərarına əsasən qismən təmin edilmiş, Vergi Auditi Departamentinin 15.11.2013-cü il tarixli səyyar vergi yoxlaması aktı və həmin akt əsasında qəbul edilmiş 19.12.2013-cu il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın mənfəət vergisi tutulmasına dair hissəsi ləğv edilmiş, iddiaçının mənfəət vergisi 25.274,24 manat müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməm işdir. Vergi Auditi Departamenti 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 14.04.2014-cü il tarixli qərarından apellyasiya şikayəti vermiş, iş apellyasiya məhkəməsinin icraatında olarkən Departament öz qərarını, yəni 19.12.2013-cu il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ləğv etdiyindən, apellyasiya məhkəməsi inzibati işin icraatına xitam vermişdir. Azərbaycan Respublikası Baş prokurorunun İ müavini R.Usubovun 22.04.2014-cü il tarixli təqdimatı əsasında Nərimanov Rayon Məhkəməsinin 29.04.2014-cü il tarixli 5(005)351/2014 saylı qərarı ilə iddiaçının 01.06.2010-cu il tarixdən 01.04.2013-cü il tarixədək olan dövrü əhatə edən fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və müvafiq sənədlərin əldə e dilməsi Vergilər Nazirliyinə həvalə edilmişdir. Vergi Auditi Departamentinin 15.05.2014-cü il tarixli qərarına əsasən iddiaçıda mədən vergisi üzrə 2010-cu ilin iyun ayından 2013-cü ilin mart ayınadək, ÖMV üzrə 2010- cu ilin 2-ci rübündən 2013-cü ilin 1-ci rübünədək, ƏDV üzrə 2010-cu ilin iyun ayından 2013-cü ilin mart ayınadək, mənfəət vergisi üzrə 2010-2012-ci illər, MÖMV üzrə 2010-cu ilin 2-ci rübündən 2013-cü ilin 1-ci rübünədək, Aksiz vergisi üzrə 2010-cu ilin iyun ayından 2013-cü ilin mart ayınadək, torpaq vergisi üzrə 2011-2012-ci illər, yol vergisi 2010-2012-ci illər, sadələşdirilmiş vergi üzrə 2010-cu ilin 2-ci rübündən 2013-cü ilin 1-ci rübünədək, əmlak vergisi üzrə 2010-2012-ci illər üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın nəticəsi olaraq 05.09.2014- cü il tarixdə tərtib olunmuş, **********799389 nömrəli səyyar vergi yoxlaması aktında yoxlanılan dövr üzrə mənfəət vergisi 140.001,56 manat, torpaq vergisi 6.133,76 manat, MÖMV 1.617 manat, əmlak vergisi 2.048,61 manat, qeydiyyatsız fəaliyyət göstərdiyi dövr üzrə ƏDV 116.269,2 manat, cəmi 266.070,13 manat verginin yayındırılması və 134.635,06 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. Vergi Auditi Departamentinin 16.10.2014-cu il tarixli **********816074 nömrəli məsuliyyətə cəlb etmə haqqında qərarına əsasən iddiaçıya 266.070,10 manat vergi hesablanmış və 98.134,60 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində başlanılmış cinayət işi üzrə aparılmış istintaq zamanı 102.084,81 manat məbləğdə vergilərin və 2.887,50 m anat məbləğdə məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinə ödəməkdən yayındırılması müəyyən olunmuşdur. Müddəti keçmiş vergilərin iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi ilə bağlı məhkəmədə iddia qaldırılmış, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, 23.10.2017-ci il tarixli ekspert rəyindən də göründüyü kimi iddiaçının 27.04.2017-ci il tarixə vergi borcu 33.955,87 manat təşkil etmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Preventiv tədbirlər və təhqiqat idarəsinin Preventiv tədbirlər şöbəsi tərəfindən iddiaçı tərəfindən borcların ödənilməməsi ilə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, Cəmiyyətin 17.07.2017-ci il tarixə cəmi 429.062,39 manat vergi borcu yarandığı, həmin borcun 35.582,8 manatının 13.06.2007-ci il tarixdən sonra yarandığı müəyyən edilmiş və bu barədə 17.07.2017-ci il tarixli akt tərtib olunmuşdur. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Preventiv tədbirlər və təhqiqat idarəsinin Preventiv tədbirlər şöbəsi tərəfindən iddiaçı tərəfindən borcların ödənilməməsi ilə bağlı təkrar araşdırma aparılmış və Cəmiyyətin 25.10.2017-ci il tarixə cəmi 410.108,18 manat vergi borcu yarandığı, həmin borcun 54.573,88 manatının 13.06.2007-ci il tarixdən sonra yarandığı müəyyən edilmiş və bu barədə 25.10.2017-ci il tarixli akt tərtib olunmuşdur. Fakt üzrə 25.10.2017-ci il tarixdə Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə ********* nömrəli cınayət işi başlanmış, Cəmiyyətin direktoru M.Həsənov yayındırılmış 54.573.88 manat məbləğdə vergiləri dövlət büdcəsinə ödədiyinə görə 18.12.2017-ci il tarix də cinayət işi üzrə icraata xitam verilmişdir. İddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, Bakı şəhər Lokal Gəlirlər Departamenti borcları sildikdən sonra Cəmiyyətin 03.07.2018-ci il tarixə vergilər üzrə 82.135,78 manat, 53.248,69 manat maliyyə sanksiyası, cəmi 136.608,55 manat dövlət büdcəsinə borcu yaranmışdır. İddiaçı 12 aprel 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının şəxsi hesab vərəqəsindən 82.135,78 manat əsas borcun ümidsiz borc kimi silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının dövlət mülkiyyəti formasında fəaliyyəti dövründə vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə borcu yaranmış, lakin həmin b orc silinməmişdir. “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, həmin Qanun “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilmiş və özəlləşdirilməsi barədə qərar qəbul edilmiş müəssisələrə şamil edilir. Həmin Qanunun 2.2-ci bəndinə əsasən, bu Qanunun 1.0.2-ci maddəsində göstərilən müəssisələrin özəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatdıqda onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrin isə 2003-ci il 1 noyabr tarixinə dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xid mətlərin istehlakına görə dövlət müəssisələrinə yaranmış borcları (əsas borc məbləği, faizlər və maliyyə sanksiyaları daxil olmaqla), habelə bu müəssisələrin həmin tarixə səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara vaxtı ötmüş kreditlər üzrə borcları (əsas borc məbləği və faizlər) silinir. Bundan əlavə, “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 497 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə m əxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi” Qaydalarının 2.1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ “Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatmış müəssisələrin, onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrin isə 2003-cü il 1 noyabr tarixinə dövlət büdcəsinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin zəmanəti əsasında verilən kreditlər üzrə borclar istisna olmaqla), büdcədənkənar dövlət fondlarına, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan banklara, büdcədənkənar dövlət fondlarına, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan banklara və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına gör ə dövlət müəssisələrinə olan borcları silinir. Dəfələrlə müraciət olunmasına baxmayaraq, iddiaçıya hesablanmış borclar silinməmiş və üstəlik həmin borclara külli miqdarda faizlər hesablanmışdır. Cinayət tərkibi yaradan vergi borclarının araşdırılmasının nəticələrinə dair 2017-ci il 25 oktyabr tarixli akta görünür ki, iddiaçının 2017-ci il 25 oktyabr tarixə 410.108,18 manat borcu yaranmışdır ki, həmin borcun 54573,88 manatı 2007-ci il tarixdən sonra yaranmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(82)-2144/2018 saylı iş) 19 iyul 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının şəxsi hesab vərəqəsindən 82.135,78 manat əsas borcun ümidsiz borc kimi silinməsi cavabdehə həvalə edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X12 məruzəçi, X8 və X6, 2-1(103)-2813/2018 saylı iş) 11 dekabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X9 məruzəçi, X2 və X10, 2-1(103)-1219/2019 saylı iş) 17 aprel 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının11 dekabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (haki mlər X3 məruzəçi, X4 və X11, 2-1(103)-1763/2019 saylı iş) 29 avqust 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Apellyasiya instansiya məhkəməsi qərarınıonunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin, iddiaçının əvvəlki vergi borclarından 5 illik müddəti ötmüş məbləğlərin silinməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, cavabdehin imtinası qanuna ziddir və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur, cavabdehin iddiaçının hüquqi statusuna müdaxilə edən hərəkətləri inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Cavabdeh 28 oktyabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Vergi, faiz və maliyyə sanksiyalarının tutulması üçün tələbetmə müddətinin 5 il olması nəzərə alınaraq bildirilir ki, iddianın dəqiqləşdirildiyi tarixdən əvvəlki 5 illik dövrün başlanğıcına (03.07.2013) iddiaçının şəxsi hesab vərəqəsində olan 732.050,0 manat borcun tərkibi aşağıdakı kimi olmuşdur: vergilər üzrə - 328.263,93 manat; faizlər üzrə - 302.713,49 manat; maliyyə sanksiyası üzrə -101.072,58 manat. Həmin tarixdən iddianın dəqiqləşdirildiyi 03.07.2018-ci il tarixədək iddiaçıya 566.717,15 manat əlavə vergi və maliyyə sanksiyaları hesablanmış, 342.764,97 manat borc azaldılmış, 218.664,68 manat ödənilmiş, vergi orqanının 23.11.2016-cı il tarixli qərarı ilə 596.768,85 manat (o cümlədən, 194.022,8 manat vergilər, 100.032,6 manat maliyyə sanksiyası və 302.713,49 1 manat faizlər üzrə) məbləğində borcu tələbetmə müddəti keçdiyindən silinmişdir. 17.07.2013-cü il tarixdən 01.01.2017-ci il tarixədək iddiaçıya hesablanmış 104.976,57 manat faiz borcu isə 14.01.2017-ciil tarixə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 1 30 dekabr tarixli Qanununa əsasən qeyd-şərtsiz silinmişdir. İddianın dəqiqləşdirildiyi tarixə iddiaçının əsas borcu 140.568,61 manat (732.050,0+566.717,15-342.764,97-218.664,68-596.768,85), faiz borcu 1.224,08 manat olmuş,faiz borcu 01.01.2017-ci il tarixdən sonra hesablanmışdır. Beləliklə, iddianın dəqiqləşdirildiyi 03.07.2018-ci il tarixə iddiaçının şəxsi vərəqəsində 5 illik tələbetmə müddəti keçmiş borcu olmamışdır (iddiaçının şəxsi hesab vərəqəsi, azalma, silinmə, hesablama və ödənişlər barədə şəxsi hesab vərəqəsindən çıxarışlar işə əlavə edilmişdir). Apelyasiya instansiyası məhkəməsi isə cavabdehin apelyasiya şikayəti ilə razılaşmayaraq, iddiaçının etdiyi ödənişlərin Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərinə əsasən, yaranma tarixi ardıcıllığı ilə hesablanmış vergi borclarına aid edilməsi barədə cavabdehin dəlili ni əsassız saymışdır. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi 25.10.2017-ci il tarixli aktın məlumatlarının baxılan inzibati iş üzrə məcburi xarakter daşımaması ilə bağlı dəlillərini də qəbul etməmişdir. İşi təkrar baxışa qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi kollegiyası 17.04.2019-cu il tarixli qərarında göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının 82.135,78 manat məbləğində vergi borcunun 2007-ci ildən əvvəl yarandığını hesab edirdisə, məhkəmə həmin borcun tərkibini, yaranma əsaslarını cavabdehin etiraz və şikayətində irəli sürdüyü dəlillərlə birgə yoxlamalı və qiymət verməli idi. Eyni zamanda həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi həmçinin nəzərə almalı idi ki, istinad etdiyi istintaq orqanının qərarı ilə müəy yən edilmiş hallar inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmə üçün məcburi qüvvə kəsb etmədiyindən, həmin hallar və bu hallara dair sübutlar hazırkı işdə olan digər sübutlarla birlikdə araşdırıldıqdan sonra onlara qiymət verilməli idi. İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsində mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyinin apelyasiya instansiyası məhkəmələri üçün məcburi olması qeyd olunmuşdur. İşə yenidən baxan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası Ali Məhkəmənin qərarında əks olunan göstərişlərin icrası ilə əlaqədar araşdırma apardığını qərarında qeyd etsə də, faktiki olaraq yenə də birinci instansiya məhkəməsinin və apelyasiya instansiyası məhkəməsinin 11.12.2018-ci il tarixli qərarında istinad olunan hallara istinad etmiş, iddiaç ının dövlət büdcəsinə olan 82.135,78 manat məbləğində vergi borcunun tərkibini araşdırmadan yanlış nəticəyə gəlmişdir. tərəflərin izahatları: Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı şəxsi hesab vərəqəsində 82.135,78 manat əsas borcun ümidsiz borc olduğunu bildirib onun silinməsini xahiş edir. Cavabdehin mövqeyinə görə vergi, faiz və maliyyə sanksiyalarının tutulması üçün tələbetmə müddətinin 5 il olmasını nəzərə alaraq, iddiaçının iddia tarixindən 5 il əvvələ, yəni 03.07.2013-cü il tarixə dövlət büdcəsinə əsas vergilər üzrə 328.263,93 manat borcu olmuşdur. Həmin tarixdən sonra iddiaçı tərəfindən 218.664,68 manat məbləğində ödənişin həyata keçirilməsi, eləcə də 25.11.2016-cı il tarixdə əsas vergilər üzrə 194.022,8 manat tələbetmə müddəti keçmiş borcun silinməsi Vergi Məcəlləsinin tələbləri qaydasında iddiaçının şəxsi hesab vərəqəsi üzrə 03.07.2013-cü il tarixdən əvvələ hər hansı borc məbləğini n qalmadığını bir daha təsdiq edir. Yəni iddiaçının 03.07.2013-cü il tarixə dövlət büdcəsinə əsas vergilər üzrə 328.263,93 manat borcu olmuş, həmin tarixdən iddia tələbinin tarixinə qədər ümumilikdə 412.687,48 manat məbləğ ödənilmiş və ya silinmişdir ki, bu da öz növbəsində nəinki həmin tarixə olan əsas vergi borcunun ödənilməsi, həmçinin ödəniş həcmində (84.423 manat) həmin tarixdən sonra, yeni yaranmış digər borcların da ödənilməsi deməkdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağl ı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmişdir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə görə, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 93.1.1-ci maddəsinə əsasən, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar bu Məcəllədə müə yyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda vergi orqanları tərəfindən silinir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12.01.2011-ci il tarixli Qərarına əsasən “hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kolleg iyasının 2-1(102)1219/2019 nömrəli 17.04.2019-cu il tarixli qərarında göstərilmişdir ki, əgər apellyasiya instansiyası məhkəməsi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən tərtib edilmiş cinayət tərkibi yaradan vergi borclarının araşdırılmasının nəticəsinə dair akta və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərara istinadla iddiaçının 2017-ci il 25 oktyabr tarixədək vergi borcunun 410.108,18 manat olduğunu, həmin borcun 54.573,88 manatının 2007-ci ildən yarandığını, qalan məbləğin isə 2007-ci ilədək yaranmış vergi borcuna aid olduğunu hesab edirsə, iddiaçı isə öz növbəsində 82.135,78 manat vergi borcunun olduğunu bəyan edərək məhz həmin məbləğdə borcun silinməsini iddia edirsə, məhkəmə həmin borcun tərkibini, yaranma əsaslarını - cavabdehin etiraz və şika yətində irəli sürdüyü dəlillərlə birgə yoxlamalı və qiymət verməli idi. Apellyasiya instansiyası məhkəməsi, həmçinin nəzərə almalı idi ki, istinad etdiyi istintaq orqanının qərarı ilə müəyyən edilmiş hallar inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmə üçün məcburi qüvvə kəsb etmədiyindən, həmin hallar və bu hallara dair sübutlar hazırkı işdə olan digər sübutlarla birlikdə araşdırıldıqdan sonra onlara qiymət verilməli idi. Hazırkı işdə bu, baş verməmişdir. İPM-in 96.11-ci maddəsinə görə, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə kassasiya instansiyasının qərarında qeyd edilən göstərişləri kifayət qədər ətraflı araşdırmamış, iddiaçının silinməs ini tələb etdiyi 82.135,78 manat vergi borcunun 5 il əvvəlki dövrdə konkret olaraq hansı vaxtlarda mövcudluğunu müəyyən etməmişdir. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, iddiaçının tələbetmə müddəti ötmüş borcları qanunla müəyyən edilmiş qaydada silindiyindən, iddiaçının şəxsi hesab vərəqəsi üzrə 03.07.2018-ci il tarixə mövcud olmuş borcunun tələbetmə müddətinin keçməsinə dair məhkəmənin mövqeyi haqlı olmamışdır...Məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi iddiaçının hal-hazırda dövrlər büdcəsinə ödənməmiş qalan borcunun hansı tarixdə və hansı tədiyyələr üzrə borclardan ibarət olması göstərilmişdir. İPM-in 87.8-ci maddəsinə əsasən hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya məhkəməsi qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, silinməsi tələb olunan 82.135,78 manat vergi borcunun tərkibini iddiaçının şəxsi hesab vərəqindəki məlumatlarla əlaqəli şəkildə araşdırmamış, həmin məbləğin konkret olaraq hansı dövrlərdə yaranması, hansı vergi növünə aid olması, bundan sonra həqiqətən 5 illik müddətin ötüb-ötməməsi müəyyən edilməmiş, bununla bağlı ekspertiza təyin edilməsinin zəruriliyini müzakirə etməmişdir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübut lar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməli, iddianın rə dd edilməsinə dair şikayətin dəlilləri əsaslı olmadığından təmin edilməməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1763/2019 saylı, 29 avqust 2019-cu il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-121/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-121/2020
07.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver