Məhkəmə qərarları › İş №2-1(102)-121/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-121/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-121/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin bərpa edilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İcabari Tibbi Sığorta üzrə X12 Ərazi Böl mələrini İdarəetmə Birliyi Ağstafa rayon Mərkəzi Xəstəxanası) “əlilliyin bərpa edilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1278/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda qeyd olunmuşdur ki, 0221003AAEWM saylı göndərişlə göndərilmiş № 088 saylı arayış əsasında 27 yanvar 2017-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində, iddiaçıya ikinci dərəcəli əlillik dərəcəsi təyin olunmuşdur. Əl illik və sağlamlıq imkanlarının məhdudluq müddəti 27.01.2022-ci il tarixə qədər müəyyən olunmuşdur. Əlillik səbəbi kimi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik göstərilmişdir.

2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının 21.09.2019-cu il tarixli qərarında göstərilmişdir ki, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu kapitan İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin 31.05.19-cu il tarixli göndərişinə əsasən xidmət zamanı alınmış xəstəliyin səbəb əlaqəsinə baxılmışdır. Təqdim olunan sənədlərə əsasən (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin 31.05.19-cu il tarixli 287 nömrəli arayışı və təsdiq olunmuş şahid ifadələri, DSX HH-nın 2029, 257, 463 №-li xəstəlik tarixlərindən çıxarış epikrizləri, Az.Res.MN Mərkəzi Arxivinin 12.02.2015-ci il tarixli 9/2-860 nömrəli arayışı) iddiaçı 18 fevral 1994-cü il tarixdə Bakı Ali Birləşmiş Komandanlıq məktəbi rəisinin 37 nömrəli əmri ilə döyüş bölgəsinə göndərilmiş və döyüş zamanı sağ bud-çanaq, sağ baldır və bədənin müxtəlif nahiyələrindən mərmi yarası alması və Dövlət Sərhəd Xidmətinin Naxçıvan Sərhəd dəstəsində xidmət edərkən 21-ci sərhəd zastavasında dövlət sərhədində baş vermiş hadisə yerinə gedərkən sol diz oynağından xəsarət alması, 14 noyabr 1997-ci ildə HH-da cərrahi əməliyyat olunması təyin edilmişdir. Diaqnoz: Odlu silah yaralanması/1994). Sağ bud-çanaq və sağ baldır nahiyyəsinin qəlpə yaralanmasından sonrakı köhnə dəri çapıqları. Sol diz oynağın içəri menis kinin cırılmasma görə aparılmış “Açıq üsulla total meniskektomiya əməliyyatının/14.11.97) uzaq qalıq əlamətləri. Soltərəfli posttravmatik qonartroz(İİ mərhələ), oynağın fiziki gərginlikdən yaranan cüzi qeyri- sabitliyi, təkrarlanan sinoviti, meniskokalsinoz. “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”.

3. Ağstafa rayon Mərkəzi X2 Komissiyasının 11.10.2019-cu il tarixli bildirişinə əsasən adı çəkilən Komissiya tərəfindən iddiaçı müayinə olunmuş və bu barədə göndəriş “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 27.11.2019-cu il tarixli məktubda bildirilmişdir ki, əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0221003AAHEJ saylı göndərişi əsasında 28.10.2019-cu il tarixdə qiymətləndirilmiş v ə göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra xəstəliyin ağırlaşmaları göstərilməklə göndəriş (Forma 088) rəsmiləşdirildiyi halda, Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarına uyğun olaraq, əlillik vəziyyəti adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 29 noyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2019-cu ilin yanvar ayından etibarən dayandırılmış 2-ci qrup əlilliyinin yenidən bərpası vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş dir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 18 fevral 1994-cü il tarixdə məktəb rəisinin 76 №li əmri ilə Xanlar Rayonu ərazi vahidində mövcud olan “MUROV və GÜZGÜ” Dağ adlanan yüksəkliklərin işğaldan azad olunmasında kursant yoldaşları ilə birlikdə fəal iştirak etmiş elə həmin döyüşlərdə qarşı tərəfdən atılan artileriya mərmiləri nəticəsində sağ-bud çanaq, sağ baldır və bədənin müxtəlif nahiyyələrindən coxsaylı mərmi “qəlpə” yaraları almışdır. O cümlədən Naxçıvan sərhəd dəstəsində zabit qismində xidmətdə olarkən 21-ci Sərhəd zastavasında ezamiyyətdə olduğu müddətdə Dövlət sərhəddində baş vermiş hadisənin qarşısının alınması məqsədi ilə hadisə yerinə hərəkət edən zaman “Sol diz” oynağından xəsarət almış, aldığı xəsarət səbəbindən 14 noyabr 1997-ci ildə Dövlət Sərhəd Xidmətinin Hərbi Hosbitalında cərrahiyyə əməliyyatı olunmuşdur. Aldığı çoxsaylı (qəlpə) yaraları və xəsarətlər səbəbindən səhhətində yaranan hər iki ayağının diz oynağında hərəkətin məhdudluğu yerişin pozulması, sağ pəncənin parezi, hər iki aşağı ətraf əzələlərin hipotrofiyası, hər iki diz oynağının postravmatik deformasiyaedici artrozu, bel fəqərələrinin asteoxandrozu və sair səbəblərdən 2003-cü ilin aprel ayından etibarən könüllü ərizə ilə silahlı qüvvələrin ehtiyatına buraxılmışdır. Hər il mütamadi olaraq müxtəlif tibb müəssisələrində müayinə və müalicə olunmuş səhhətində illər ötdükcə yaranan ağırlaşmalar səbəbilə 2016-cı ilin dekabr ayında Ağstafa rayon mərkəzi xəstəxanası tərəfindən ətraflı müayinə və müalicə edildikdən sonra yazılmış (forma 088) rəsmiləşdikdən sonra 2017-ci il yanvar ayının 27-də o na 2-ci qurup əlillik təyin edilmişdir. Lakin DSX-nin Mərkəzi Hərbi-Həkim Komissiyyası tərəfindən şəhadətləndirilərkən 1994-cü ildə döyüş əməliyyatları bölgəsində “döyüş” əmrini icra edərkən aldığı xəsarətlər, istər 1997-ci ildə Naxçıvan Dövlət sərhəddinin mühafizəsi zamanı “sol diz” oynağından aldığı xəsarətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 Fevral 2008-ci il tarixli 59 N-li qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin 7.2 bəndinin a) yarımbəndində nəzərdə tutulmuş qaydada təyin edilməyərək, X6 baş vermiş hadisə zamanı “sol diz” oynağından aldığı xəsarət "travmadır hərbi xidmət dövrü almışdır” 1994-cü ilin 18 fevralında işğal olunmuş torpaqların azad olunması uğrunda gedən döyşlərdə qarşı tərəfdən atılan artileriya mərmiləri nəticəsində “sag bud-çanaq, sağ baldır” və bədənin müxtəlif nahiyyələrindən aldığı cox saylı mərmi “qəlpə” yaraları “hərbi travmadır hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti nəticəsində Baş prokurorluq yanında korrupsiya idarəsi tərəfindən aparılan araşdırma yoxlamalar nəticəsində DSX-nın MHHKnın onun umumi aldığı xəsarətlərin səbəb əlaqəsinin təyin edilməsində barəsində verdiyi 2013-cü ildən indiyədək müxtəlif tarixlərdə başqa-başqa məzmunlu (3 üç) ayrı arayışlarda uyğunsuzluğun olduğu təyinatın düzgün təyin edilməməsi müəyyən edilmişdir. Bu səbəbdən 27 yanvar 2017-ci ildə ona təyin edilmiş 2-ci qrup əlillik dayandırılmışdır. Lakin 22 may 2019-cu il tarixdə DSX-nin MHHK-nin 2003-cü ildən hazırki vaxtadək barəsi ndə verdiyi ayrı-ayrı illərdə 3 (üç) başqa-başqa məzmunlu ziddiyyət yaradan qərarlar məhkəmədə mübahisələndirilmişdir. Məhkəmə prosesləri zamanı DSX-nin MHHK-nın məsul şəxsləri barəsində verdiyi qərarlara yenidən baxacağı öhdəlik götürərək, aldığı xəsarətlərin səbəb əlaqəsini yenidən müvafiq sənədlərə xəstəlik epiqrizlərinə əsaslanaraq 21 sentyabr 2019-cu ildə Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 № li qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin 7.2 bəndinin a) yarım bəndinin yenidən əldə rəhbər tutaraq barəsində 541№ li düzgün qərar vermişdir. Korrupsiya İdarəsinin araşdırması zamanı nəzarət qaydasında müayinə üçün Tibbi Ekspertizaya, oradan isə X1 göndərilərək müayinə olunmuşdur. Döyüş əməliyyatları bölgəsində və Dövlət Sərhədlərinin mühafizə si zamanı aldığı xəsarətlər səbəbindən səhhətində yaranan bütün fəsadlar bir daha öz əksini tapmışdır. Lakin dayandırılmış 2-ci qrup əlilliyinin yenidən bərpası ücün aidiyyatı üzrə dəfələrlə Tibbi-sosial Ekspertiza və Reabiltasiya Xidmətinə müraciət etmiş, Ağstafa rayon mərkəzi xəstəxanasından səbəb əlaqənin dəyişilməsi və əlilliyin bərpası üçün yazılmış Forma-088 aidiyyatı üzrə təqdim olunsa da əlilliyi bərpa olunmamışdır.

7. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddələrinin tələblərinə əsasən xüsusi bilik tələb olunan sualları izah etmək üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında qoyulan sulların həlli məqsədilə sonuncuya ha zırki iş üzrə iddiaçı olan iddiaçının canlı müayinəsinin həyata keçirilməsi həvalə olunmuşdur.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 309/2020 saylı (ekspertizanın başlanma tarixi 29 oktyabr 2020-ci il, başa çatma tarixi 20 noyabr 2020-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, vətəndaş İddiaçı “odlu silah yaralanması (1994), sağ bud-çanaq və sağ baldır nahiyyəsinin qəlpə yaralanmasından sonrakı hər iki bud-çanaq oynağının koksartrozu, yaxınlaşdırıcıuzaqlaşdırıcı kontrakturası solda yaxınlaşma 15°, uzaqlaşma 35°, sağda uzaqlaşma 45°, yaxınlaşma 10°-dır, sol diz oynağında bükmə-150°, açma-160°, sol diz oynağının içəri meniskinin cırılmasına görə aparılmış açıq üsulla total meniskektomiya əməliyyatının uzaq qalıq əlamətləri (14.11.1997), spastik hemiplegiya, sağ pəncənin parezi, hərəkətin və yerişin pozulması, əzələnin təsnif olunmayan atrofiyası, hər iki aşağı ətraf əzələlərinin hipotrofiyası, bel fəqərələrinin osteoxondrozu, hər iki diz oynağının postravmatik deformasiyaedici artrozu, sağ diz oynağının tış səthində, sağ baldırın aşağı 1/3-nin səthində, sol diz oynağının iç səthində çapıq toxmaları, radikulopatiya, kəskin kökcük ağrıları ilə” soltərəfli postravmatik qonartroz (İİ mərhələ), oynağın gərginlikdən sonra yaranan cüzi qeyri-sabitliyi, hərəkət məhdudluğu, təkrarlanan sinovit, meniskokalsinoz” diaqnozu müəyyən edildi. Müəyyən edilmiş diaqnoz Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının 21.09.2019-cu il tarixli 541 saylı q ərarında qeyd edilmiş 21.09.2019-cu il tarixdə Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasında göstərilən diaqnozla natamam, Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müəyinəyə dair 27.01.2017-ci il tarixli 0221003AAEWM nömrəli göndərişində qeyd edilən diaqnozla isə tam eynilik təşkil edir ki, bunlar Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda və məhkəmə-tibbi ekspertiza zamanı aparılmış müayinələrlə bir daha öz təsdiqini tapmışdır.

9. Cavabdehin məhkəməyə ünvanladığı ekspert rəyinə dair mülahizəsində (etiraz) göstərmişdir ki, tərtib edilmiş məhkəmə tibb ekspertizasının T 309/2020 nömrəli 20.11.2020-ci il tarixli rəyinin nəticə hissəsində müəyyən edilmiş diaqnozun Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının 21.09.2019-cu il tarixli 541 saylı qərarında göstərilən diaqnozla natamam olmasının qeyd olunması da iddiaçının tələbinin əsassız və qanunsuz olmasını təsdiq edir. Belə ki, 16 yanvar 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. “Qayda”nın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komi ssiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Göndəriş adsızlaşdırıldığından və qiymətləndirmə şəxsin iştirakı olmadan aparıldığından onun kimə aid olması komissiyaya məlum olmur. Yəni müraciət və qiymətləndirmə zamanı vətəndaşın kimliyi məlum olmadığından onun vəzifəsi, mənsubiyyəti, titulu və sair hallar nəzərə alınmır. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0221003AAEWM saylı göndərişi əsasında 27.01.2017-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaq ədar” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən ünvanlanmış 21.12.2018-ci il tarixli, K/11/2238 nömrəli məktubunda İddiaçı adına tərtib olunmuş 16.05.2016-cı il tarixli 1060 nömrəli arayışın əslində sözlərin dəyişdirildiyi qeyd olunduğundan, yəni qanunazidd əmələ yol verilməsi nəticəsində şəxsə əlilliyin təyin edilməsi üçün məlumatların təhrif olunduğu aşkar edildiyindən “Əlillik altsistemi”ndə ona aid müayinə ləğv edilmişdir. İddiaçı 1994-cü ildə aldığı travmadan sonra qısamüddətli müalicə alaraq hərbi xidmətini davam etdirməsi onun hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travmanın qeyri-ciddiliyindən xəbər verir. İddiaçının 1997-ci ildə hərbi xidmət dövründə sol diz oynağından meniskin cırılması ilə nəticələnən travmanın əlilliyə əsas verən dəyişikliklərə səbəb olması qeyri-realdır. Digər tərəfdən X4 və Ortopediya İnstitutundan verilən rəydə “Odlu silah yaralanmasından sonra hər iki bud-çanaq oynağının koksartrozu, yaxınlaşdırıcı və uzaqlaşdırıcı kontrakturası, hər iki diz oynağının deformasiyaedici artrozu. Sol diz oynağının açıcıbükücü kəskin kontrakturası. Əzələ atrofiyası. Sağ diz oynağının tış səthində, sağ baldırın aşağı 1/3-nin səthində çapıq toxumaları. Neyropatik ağrılarla, dayaq hərəkət funksiyasının pozulması. Bel fəqərələrinin osteoxondrozu. Daimi kəskin ağrı sindromu ilə” diaqnozu qoyulmuşdur. Yəni, rəydə göstərilən patofunksional pozğunluqlar, tibbi-sosial ekspert komissiyası tərəfindən keçirilmiş əyani müayinə zamanı təsdiq olunmuşdur. Lakin bu dəyişikliklər əlilli k dərəcəsinin təyininə əsas vermədiyindən, iddiaçı əlil hesab edilməmişdir. Məhkəmə tibb ekspertizasının T 309/2020 nömrəli 20.11.2020-ci il tarixli rəyində göstərilən oynaqların hərəkət amplitudası ankiloz və ya kəskin kontraktura kimi dəyərləndirilə bilməz. Eləcə də fiziki gərginliklə əlaqədar olan sol diz oynağının qeyri stabilliyi əlillik təyininə əsas vermir. Həmçinin rəydə qeyd olunmuş əhəmiyyətli plegiya və və parez əlamətləri xəstənin 19941997-ci illərdə aldığı travmalarla etio-patogenik olaraq əlaqəli deyil. Göstərilən rəydə ekspertiza üçün əhəmiyyətli olan plegiya və və parez əlamətləri baş beyin və onurğa beyini mənşəli olduğundan xəstəyə aidiyyatı üzrə tibb müəssisəsində müvafiq müayinə və müalicədən sonra əlilliyə səbəb kimi “ümumi səbəb” seçilməklə yenidən göndəriş tərtib olu na bilər. Həmçinin rəydə qeyd olunmuş şəxsdə canlı müayinə zamanı aşkar olunan diaqnoz və patofunksional dəyişikliklər, yəni “Odlu silah yaralanması(1994). Sağ budçanaq və sağ baldır nahiyyəsinin qəlpə yaralanmasından sonrakı köhnə dəri çapıqları. Sol diz oynağının içəri meniskinin cırılmasına görə aparılmış “Açıq üsulla total meniskektomiya əməliyyatının (14.11.1997) uzaq qalıq əlamətləri. Soltərəfli posstravmatik qonartroz (İİ mərhələ), oynağın gərginlikdən yaranan cüzi qeyri-sabitliyi, təkrarlanan sinoviti, meniskokalsinoz” diaqnozu ilə eynilik təşkilik edir. Bu diaqnoz isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olar aq əlilliyin təyininə əsas vermir. İddiaçı adına tərtib olunmuş 16.05.2016-cı il tarixli 1060 nömrəli arayışda qeyd olunmuş məlumatların saxtalaşdırılması yəni, diaqnozlarda funksional pozğunluqları ağırlaşdırmaq, bununla da əlilliyin təyininə əsas əldə etmək məqsədilə birinci diaqnozun mətnindən "Funksiyaların cüzi dərəcədə pozulması ilə" sözləri, "Funksiyaların pozulması ilə" sözləri ilə əvəz edilmiş, "Sol tərəfli posttravmatik qonartroz (İİ mərhələ), oynağın gərginlikdən yaranan cüzi qeyrisabitliyi" cümləsindən "cüzi" sözləri çıxarılmış, qərar hissəsində ikinci diaqnoza uyğun olan "Hərbi xidmətə yararlıdır" sözləri "Sıradankənar hərbi xidmətə yararlıdır" sözləri ilə, üçüncü diaqnozda “Funksiyaların pozulması olmayan yayılmış lipomatoz" sözləri "Funksiyaların pozulması ilə yayılmış lipom atoz" sözləri ilə və "Mülayim dərəcədə ifadə olunmuş" sözləri "ciddi dərəcədə ifadə olunmuş" sözləri ilə qəsdən dəyişdirilməsi də İddiaçı iddia olunan səbəbdən əlilliyin olmamasını təsdiq edir.

10. Mülahizəyə əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 21.12.2018-ci il tarixli məktubda göstərilmişdir ki, N nömrəli hərbi hissənin sabiq qulluqçusu kapitan İddiaçı adına tərtib olunmuş 16.05.2016-cı il tarixli 1060 nömrəli arayışda birinci diaqnozda “Funksiyaların cüzi dərəcədə pozulması ilə” sözləri “Funksiyaların pozulması ilə” sözləri ilə əvəz edilmiş, “Sol tərəfli posttravmatik qonartroz (İİ mərhələ), oynağın gərginlikdən yaranan cüzi qeyrisabitliyi” cümləsində “cüzi” sözü çıxa rılmış, qərar hissəsində ikinci diaqnoza uyğun olan “Hərbi xidmətə yararlıdır” sözü “Sıradankənar hərbi xidmətə yararlıdır” sözləri ilə dəyişdirilmiş, üçüncü diaqnozda “Funksiyaların pozulması olmayan yayılmış lopomatoz” cümləsi “Funksiyaların pozulması ilə yayılmış lopomatoz” cümləsi ilə dəyişdirilmişdir. “Mülayim dərəcədə ifadə olunmuş” sözləri “ciddi dərəcədə ifadə olunmuş” sözləri ilə dəyişdirilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin (hakim X7, 2-1(112)-406/2021 saylı iş) 21 yanvar 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı xx.xx.1974-cü ildə Qazax rayonu Tatlı kəndində doğulmuş İddiaçı təyin edilmiş ikinci qrup əlillik dərəcəsinin bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza v ə Reabilitasiya Agentliyinə həvalə edilsin.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi).

13. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rə dd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X8-məruzəçi, X5 və X9, 2-1(103)-1278/2021 saylı iş) 13 sentyabr 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə dövlət səhiyyə müəssisəsi olan Ağstafa RMX-nın AR Dövlət Sərhəd Xidmətinin 16.05.2016-cı il tarixli 1060 nömrəli arayışına istinadən tərtib etdiyi göndərişi, 16.05.2016-cı il tarixli arayış DSX-nin tərəfindən tərəfindən etibarsız sayıldığından, mötəbərliyini itirmiş sənəd kimi artıq hüquqi nəticə doğurmur. La kin iddiaçı dövlət səhiyyə müəssisəsinin sözügedən göndərişinin etibarsız hesab edilməsini (qüvvədən düşürülməsini) mübahisə etmədən, bu etibarsızlığa istinad edən cavabdehin hərəkətlərinin qanuniliyini mübahisələndirmişdir. İddianın rədd olunmasının ən əsas dəlili isə ondan ibarətdir ki, iddiaçıya təyin edilmiş əlillik dərəcəsinin bərpa olunması və əlilliyinin bərpa edilməsi üçün onun barəsində dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan mötəbər (etibarlı, qüvvədə olan) göndəriş olmalıdır ki, iş üzrə də belə bir göndərişin artıq olmadığı, sonradan etibarsız sayıldığı mübahisəsizdir.

16. İddiaçı qərarın surətini 5 oktyabr 2021-ci tarixdə almış, 4 noyabr 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş e tmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstəri lmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.2-ci bəndində göstərilmişdir ki, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Əsasnamənin 2.2.8-ci bəndində göstərilmişdir ki, etiologiyasından asılı olmayaraq, aşağı əlrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80- G80.9) balla rında ikinci dərəcə əlillik təyin edilir.

19. Apelyasiya məhkəməsinin əlilliyi təyin etmək səlahiyyətinin TSEK-lərə verilməsi ilə bağlı gəldiyi qənaəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.4-ci bəndinin tələbləri ilə uyğunluq təşkil etdiyindən məhkəmənin subyektiv hüquqla bağlı bu barədə gəldiyi mövqe əsaslı hesab edilə bilməz. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 1.0.8. Fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Maddə 1.0.12. Əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 32.2. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları (-). 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağ ıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 22. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nə zərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. (-). Maddə

25. İnzibati icraat materialları ilə tanış olmaq hüququ 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. (-). Maddə

28. İnzibati i craatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. (-). Maddə

47. Sübutların qiymətləndirilməsi 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Maddə

57. İnzibati aktın forması 57.

1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 57.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. 57.4. Bu Qanunun 57.3- cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); 57.4.2. inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə; 57.4.3. qanunla birbaşa nəzərdə tutulduqda. 57.5. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər. Maddə

58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüq uq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz in zibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılmas ı, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. (-). Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. (-).

23. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətl ənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prose ssual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkün lüyü, kasasiya baxışının hədləri

24. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmadığından qəbul edilən məhkəmə qərarı ləğv olunmalıdır.

27. İşdə olan s ənədlərdən görünür ki, təqdim edilmiş 088 nömrəli arayış əsasında cavabdeh 27.01.2017-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya 2-ci dərəcəli əlillik təyin etmiş, əlillik müddəti 27.01.2022-ci il tarixə qədər müəyyən olunmuş, əlillik səbəbi kimi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar göstərilmişdir.

28. İddiaçının əlillik müddəti 27 yanvar 2022-ci il tarixdə bitməsinə baxmayaraq Ağstafa Rayon Mərkəzi X2 Komissiyasının 11.10.2019-cu il tarixli bildirişinə əsasən, Komissiya tərəfindən iddiaçı müayinə olunmuş və bu barədə göndəriş “Tibbi-sosial ekspert komissiyasının göndərişlərin reyestri”nə daxil edilmişdir.

29. Cavabdeh iddiaçıya ünvanlanmış 27.11.2019-cu il tarixli məktubda bildirmişdir ki, əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında 28.10.201 9-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra xəstəliyin ağırlaşmaları göstərilməklə göndəriş (Forma 088) rəsmiləşdirildiyi halda Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarına uyğun olaraq əlillik vəziyyəti adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib, müvafiq qərar veriləcəkdir.

30. Cavabdeh həmçinin məhkəməyə təqdim etdiyi sənədlərə istinad edərək bildirmişdir ki, iddiaçının səhhətində illər ötdükcə yaranan ağırlaşmalar səbəbilə 2016-cı ilin dekabr ayında Ağstafa rayon mərkəzi xəstəxanası tərəfindən ətraflı müayinə və müalicə edildikdən sonra yazılmış (forma 088) rəsmiləşdikdən sonra 2017-ci il yanvar ayının 27-də ona 2-ci qrup əlillik təyin edilmi şdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti nəticəsində Baş prokurorluq yanında Korrupsiya idarəsi tərəfindən aparılan araşdırma yoxlamalar nəticəsində DSX MHHK-nın onun umumi aldığı xəsarətlərin səbəb əlaqəsinin təyin edilməsində barəsində verdiyi 2013-cü ildən indiyədək müxtəlif tarixlərdə başqa məzmunlu 3 ayrı arayışlarda uyğunsuzluğun olduğu təyinatın düzgün təyin edilməməsi müəyyən edilmişdir. Bu səbəbdən 27.01.2017-ci ildə ona təyin edilmiş 2-ci qrup əlillik dayandırılmışdır.

31. İddiaçının xəstəliyi ilə bağlı təqdim edilmiş sənədlərdə uyğunsuzluq olması ilə bağlı cavabdehin isitinad etdiyi dəlillərə hüquqi qiymət vermədən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin özünün də bildirdiyi kimi 27.01.2017-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya 2 -ci dərəcəli əlillik təyin etmiş, əlillik müddəti 27.01.2022-ci il tarixə qədər müəyyən olunmuşdur. 32. 17 yanvar 2020-ci ilədək qüvvədə olmuş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. 5.1-ci bəndinə görə əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı ayın 1dək əlil hesab olunur.

33. İddiaçının əlilliyinin 27 yanvar 2017-ci il tarixdə 5 il müəddətinə müəyyən edilməsi barədə cavabdehin qəbul etdiyi inzibati akt noyabr 2019-cu il tarixdə qüvvədə olmuşdur.

34. Cavabdeh 27 yanvar 2017-ci il tarixli inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə dəlil təqdim etməmişd ir. 35. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən 27 yanvar 2017-ci il tarixli inzibati akt 27 yanvar 2022-ci il tarixədək qüvvədə olmuşdur.

36. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir.

37. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada 27 yanvar 2017-ci il tarixli inzibati aktın qanunsuz sayılması ilə bağlı məhkəmələrə sübut təqdim etməmişdir. 38. “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarında inzibati icraatın başlanılması üçün əsaslar, inzibati icraatın aparılması qaydası, maraqlı şəxslərin icraata cəlb olunması və qəbul edilən inzibati aktın məzmunu təsvir edilmişdir.

39. Cavabdeh 27 yanvar 2017-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən 27 yanvar 2017-ci il tarixli akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

40. Cavabdehin 27 yanvar 2017-ci il tarixli inzibati aktı hüquqi qüvvəsini saxladığından və hüquqi cəhətdən etibarlı sayıldığından apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.

41. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia, o cümlədən kasasiya şikayəti təmin edilməlidir.

42. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respu blikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1278/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı təyin edilmiş ikinci qrup əlillik dərəcəsinin bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar