Məhkəmə qərarları › İş №2-1(102)-1210/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1210/2020

03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1210/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (əmək fəaliyyətinin iş stajına daxil edilməsi və əməkpensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə qarşı əmək pensiyasının təyin edilməsi cavabdehin ü zərinə öhdəlik olaraq qoyulması tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-734/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tari Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçıxx.xx.1955-ci il tarixdə Quba rayonunda anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə qarşı xx xxxxxx 1992-ci ildən etibarən xx xxxxxx 2006-cı il tarixədək olan dövr üzrə “xxxx” ASC-dəki əmək fəaliyyətinin iş stajına hesablanması və ona əmək pensiyasının təyin edilməsi cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1974-cü ilin aprel ayının 5-i tarixindən əmək fəaliyyətinə başlamışdır. Həmin dövrdə müxtəlif sovxozlarda əvvəl fəhlə, sonra sürücü kimi işləmişdir. Əmək fəaliyyəti ona məxsus olan əmək kitabçasında tam əksini tapmışdır. xx.xx.2019-cu ildə 64 yaşı tamam olduğu üçün Quba Regional ASAN Xidməti mərkəzinə müraciət etmiş, lakin müraciəti təmin olunmayaraq ona bildirilmişdir ki, tələb olunan 25 il sığorta stajı və ya güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması üçün 2006-cı ildən sonrakı dövr üçün sığortaolunanın fərdi şəxsi hesabında sığorta kapitalı olmadığı üçün əmək pensiyası hüququ yoxdur. Bundan sonra o, DSMF-nin Quba rayon şöbəsinə müraciət etmişdir. Həmin orqanın xx.xx.2019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək olan dövr üzrə “xxxx” ASC-dəki əmək fəaliyyəti aidiyyatı sənədlərlə öz təsdiqini tapmamışdır. Həmin məktubla razı deyil. Hesab edir ki, müvafiq dövlət orqanında lazımi sənədlərin olmaması onun qeyd olunan dövrlərdə işləməməsi anlamına gələ bilməz. Bu onun konstitusion hüququnun kobud şəkildə pozulmasıdır. O, imtina məktubunda göstərilən dövrlərdə işləmişdir. Onunla işləyən digər həmkarları da bu faktı təsdiq edə bilər. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-1045/2019 nömrəli (sədrlik edən hakim İsmayıl Quliyev) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə tam həcmdətəmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(105)-734/2019 nömrəli (hakimlər Nazim Nəsibov - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Vidadi Cəfərov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi, iddiaçının xx.xx.1992-ci ildən etibarən – xx.xx.2006 -cı il tarixədək “xxxx” ASC-dəki əmək fəaliyyətinin iş stajına hesablanması və ona əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya xx.xx.2019-cu il tarixli **********6 saylı məktubla cavab verərək bildirmişdir ki, iddiaçı tələb olunan iş stajına və ya pensiya kapitalına malik deyildir. Qanunvericiliyə müvafiq olaraq vətəndaşın əmək stajı o halda təsdiq edilmiş sayılır ki, vətəndaşın əmək fəaliyyəti dövründə məcburi dövlət sosial sığorta vəsaitləri üzrə mərkəzi icra hakimiyyəti orqanına müvafiq hes abatlar verilmiş olsun. xx.xx.1992-ci il tarixdən - xx.xx.2006-cı il tarixədək vətəndaşın hər hansı müəssisədən əmək haqqı alması və əmək fəaliyyəti təsdiq olunmur. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə işi tam araşdırmamış, qanunvericiliyin tələblərinə əsasən iş dövrünün sosial sığorta stajı hesab olunması üçün həmin dövrə görə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi tələb olunsa da, 1992-2006-ci illərə görə iddiaçı üçün məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyi halda məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməyərək qanunsuz olaraq həmin dövrü sosial sığorta stajına daxil etmiş, iddiaçı tələb olunan 25 il staja malik olmadığı halda düzgün əsaslandırma aparmadan pensiya təyin olunması barədə qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(105)-734/2019 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təm in edilməmisini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə i lə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya xx.xx.2019-cu il tarixli **********6 saylı məktubla cavab verərək bildirmişdir ki, iddiaçı tələb olunan iş stajına və ya pensiya kapitalına malik deyildir. Qanunvericiliyə müvafiq olaraq vətəndaşın əmək stajı o halda təsdiq edilmiş sayılır ki, vətəndaşın əmək fəaliyyəti dövründə məcburi dövlət sosial sığorta vəsaitləri üzrə mərkəzi icra hakimiyyəti orqanına müvafiq hesabatlar verilmiş olsun. xx.xx.1992-ci il tarixdən - xx.xx.2006-cı il tarixədək vətəndaşın hər hansı müəssisədən əmək haqqı alması və əmək fəaliyyəti təsdiq olunmur. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə işi tam araşdırmamış, qanunvericiliyin tələblərinə əsasən iş dövrünün sosial sığorta stajı hesab olunması üç ün həmin dövrə görə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi tələb olunsa da, 1992-2006-ci illərə görə iddiaçı üçün məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyi halda məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməyərək qanunsuz olaraq həmin dövrü sosial sığorta stajına daxil etmiş, iddiaçı tələb olunan 25 il staja malik olmadığı halda düzgün əsaslandırma aparmadan pensiya təyin olunması barədə qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillərəsassızdır. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər f əaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək pensiyanın təyin edilməs i üçün zəruri olan şərt şəxsin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. İddiaçıya məxsus əmək kitabçasında iddiaçının mübahisəli olan xx.xx.1992-ci ildən – xx.xx.2006-cı il tarixədək olan dövr üzrə “xxxx” ASC-də işləməsi qeyd edilmişdir. Bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-c i maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Sadalanmış bu normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Qeyd edilmiş halda, hətta Azərbaycan Respublikası Dövlət Arxivinin Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2019-cu il tarixli 755 saylı arxiv arayışı ilə iddiaçının əmək kitabçasında göstərilmiş işlədiyi müddətin öz təsdiqini tapmasına baxma yaraq, bu müddətin iddiaçının sosial sığorta stajına daxil edilməməsinin cavabdeh tərəfindən mübahisələndirilməsi anlaşılan deyildir. Eyni zamanda, cavabdehin etirazdan göründüyü kimi, iddiaçının işlədiyi müəssisənin mövcudluğunu və onun “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq məcburi dövlət sosial sığortası üzrə uçota alınmasını cavabdeh mübahisələndirməmişdir, əksinə cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019cu il tarixli **********6 saylı məktubunda iddiaçının xx.xx.1992-ci ildən – xx.xx.2006-cı il tarixədək olan dövr üzrə “xxxx” ASC-dəki əmək fəaliyyəti aidiyyatı sənədlər vasitəsi ilə təsdiqini tapmamışdır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(105)-734/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar