Məhkəmə qərarları › İş №2-1(102)-1210/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1210/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1210/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi ş əxsin 2 saylı Regional ərazi filialı) qarşı “iş illərinin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 mart tarixli, 2-1(105)-67/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 20 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının 1980-1996-cı illərdə X adına sovxozda işlədiyi müddətlər əmək kitabçasında qeyd olunmadığı üçün on un müraciəti əmək pensiyalarını təyin edən komissiya tərəfindən qeyri-müsbət həll edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu il 12 sentyabr tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun 1980-1996-cı illərdə Xaçmaz rayonu X adına sovxozda işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 1980-1996-cı illərdə x rayonu x adına sovxozda işlədiyi müddəti və İ qrup sağlamlıq imkanları məhdud övladına qulluq etdiyi müddəti nəzərə alaraq, ona pensiya yaşının tamam olduğu 2019-cu il 25 iyun tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1963-cü il 25 iyun tarixdə anadan olmuş, qızlıq soyadı Kibarovadır. 4 övladı olub, 1-ci qrup əlil olan 1992-ci il 10 aprel təvəllüdlü qızı Gülçin 2016-cı il 29 noyabr tarixdə vəfat etmişdir. 1980-1996-cı illərdə Xaçmaz rayonu «x», X adına sovxozda fəhlə işləməklə əmək haqqı almış, Xaçmaz rayon Dövlət Arxivinin verdiyi 2018-ci il 05 iyul tarixli, 452 saylı Arxiv arayışına əsasən 9 saylı Arxiv fondunda saxlanılan X adına sovxozun əmək haqqı hesablaşma cədvəllərinə əsasən işlədiyi müddətdə qazandığı əmək haqqı aylar və illər üzrə qeyd edilmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciə t etmişdir. Lakin cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, Xaçmaz rayon Dövlət Arxivinin verdiyi 2018-ci il 05 iyul tarixli, 452 saylı Arxiv arayışına əsasən, o, 1980-1996-cı illərdə Xaçmaz rayonu X adına sovxozda işləməklə əmək haqqı almışdır. «Əmək pensiyaları haqqında» Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli Əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi); ümumi iş stajını təsdiq edən sənədlər; əlilliyə görə pensiya növü üzrə isə pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər, Tibbi–Sosial Ekspert Komissiyasının əlilliyi (sağlamlıq imkanlarının məhdudluğu) təsdiq edən müayinə aktından çıxarış və s. sənədlər təqdim olunur. Xaçmaz rayon Dövlət Arxivinin verdiyi 2018-ci il 05 iyul tarixli, 452 saylı Arxiv arayışı onun 1980-1996-cı illərdə Xaçmaz rayonu X adına sovxozda işlədiyini təsdiq etmişdir. Beləliklə, həmin Qaydaların tələbinə görə şəxsin iş stajı təkcə onun əmək kitabçasına əsasən deyil, həm də digər sənədlər əsasında, o cümlədən Arxiv arayışları, Arxiv çıxarışları əsasında müəyyən edilə bilər. Beləliklə, cavabdeh tərəfindən onun 19801996-cı illərdə Xaçmaz rayonu X adına sovxozda işlədiyi müddətin iş (sosial sığorta) stajına daxil edilməsindən əsassız olaraq imtina edilməsi nəticəsində onun hüquqları pozulmuşdur. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün şöbəyə müraciət etmişdir. İddiaçı 1980-1996-cı illərdə X adına sovxozda işləməsi barədə arxiv arayışları təqdim etmiş, həmin arayışlara əsasən vətəndaşın 14 il 10 ay sığorta stajı müəyyən olunmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 8.2 maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşına kimi tərbiyə etmiş ana 25 il sığorta stajı olduqda Qanunun 7-ci maddəsinə uyğun müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyas ına hüquq qazanırlar. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsasən 2017-ci il 01 iyul tarixdən qadınların yaş həddi 65 yaşa kimi hər il 6 ay artırılır. Belə ki, xəstə uşağı olan analar 2017-ci il 01 iyul - 2018-ci il 01 iyul müddətində 55 il 6 ay yaş həddində, 2018-ci il 01 iyul tarixdən 2019-cu il 01 iyul tarixə kimi 56 yaşda əmək pensiyası hüququ qazanırlar. İddiaçı 1963-cü il 25 iyun təvəllüd olduğu üçün 56 yaşda, yəni 2019-cü il 25 iyun tarixdən əmək pensiyasına hüquq qazanır. «Əmək pensiyaları haqqında» Qanuna əsasən iş stajının müəyyən olunması Qaydalarının 3.1.1-ci bəndinə əsasən iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. İddiaçı Gülçin adlı xəstə uşağına qulluq etməsi barədə arayış təqdim etmədiyi üçün, həmin uşaq 2016-cı il 29 noya br tarixdə vəfat etdiyi üçün ananın uşağa hansı müddətdə qulluq etməsi faktı məhkəmə qaydasında müəyyən oluna bilər. Vətəndaşa işlədiyi müddətlər üçün əmək kitabçası açılmadığı və xəstə uşağa hansı müddətdə qulluq etməsi faktı müəyyən olunmadığı üçün və nəticədə tələb olunan 25 il sığorta stajı təsdiq edilmədiyi üçün ona əmək pensiyası təyin olunması şöbənin əmək pensiyaları təyin edən komissiyası tərəfindən qeyri-müsbət həll edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 10 avqust tarixli, 2-1(118)-156/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1980-1996-cı illərdə Xaçmaz rayonu X adına sovxozda işlədiyi müddəti və sağlamlıq imkanları məhdud övladı iddiaçıya qulluq etdiyini nəzərə alaraq, ona pensiya yaşının tamam oldu ğu 2019-cu il 25 iyun tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, sağlamlıq imkanları məhdud olan 1992-ci il 10 aprel təvəllüdlü X2 anadan olduğu gündən vəfat etdiyi tarixədək anası İddiaçı himayəsində olmuşdur. Beləliklə arxiv arayışına və sağlamlıq imkanları məhdud uşağına qulluğa görə iddiaçının əmək stajı 25 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etmişdir ki, 2019-cu ilin iyul ayınadək qadınlara pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 61 ildir. İddiaçının sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etməsi ona “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsi nə əsasən yaş həddinin 5 il azalmaqla əmək pensiyası hüququ yaradır. Belə olduğu təqdirdə hesab olunmuşdur ki, iddiaçıya yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 mart tarixli, 2-1(105)-67/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 10 avqust tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçının əmək stajını təsdiq edən sənəd - əmək kitabçası yoxdur. İddiaçı 19801996-cı illərdə X adına sovxozda işlədiyini təsdiq etmək üçün arxiv arayışı təqdim etmişdir. Həmin arxiv arayışına əsasən iddiaçı qeyd olunan illər üzrə tam işləməmişdir. Həmçinin, 1988-ci il 26 oktyabr, 1990-cı il 24 fevral tarixdən 1990-cı il 18 dekabr tarixədək, 1992-ci il 09 iyun tarixdən 1993-cü il 10 oktyabr tarixədək, 1993-cü il 13 dekabr tarixdən 1995-cı il 15 mart tarix ədək qismən ödənişli məzuniyyətdə olmuşdur. Əmək Məcəlləsinin 132-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti, məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Həmin Məcəllənin 127-ci maddəsinə əsasən, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə- hissə istifadə edə bilər. Yuxarıda qeyd olunan maddələrin təhlilindən də göründüyü kimi, qismən ödənişli məzuniyyət əmək stajına daxil edilmir. Birinci instan siya məhkəməsi tərəfindən həmin illər əsassız olaraq əmək stajına daxil edilmişdir.

14. İddiaçının övladı İ qrup əlil X1 qulluq illərini təsdiqləyən hər hansı sənəd mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.9-ci bəndinə görə, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbələri) və ya İdarənin (Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsi) nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Lakin, iş materiallarına əsasən iddiaçının İ qrup əlil qızına qeyd etdiyi müddətlərdə qulluq etmə faktını təsdiq edən akt mövcud deyil. b. məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

16. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək p ensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti...

18. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olu nduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı q ətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

22. İddiaçının 1963-cü il 25 iyun tarixdə doğulduğu nəzərə alındıqda, onun 56 yaşının tamam olduğu 2019-cu il 25 iyun tarixdən yaşa görə əmək pensiyası hüququ qazanmışdır.

23. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 saylı TSEK tərəfindən verilmiş SER TSE-01 021660 nömrəli “16 yaşınadək uşağın müayinə aktı”andan çıxarışa görə, iddiaçının qızı - 1992-ci il 10 aprel təvəllüdlü X2 2008-ci il 14 aprel tarixdə tibbi müayinədən keçmiş, onda müəyyən edilmiş xəstəliyin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilmiş “16 yaşa qədər uşaqlara sosial pensiya almaq hüququ” verən göstərişlərin əsas meyarlarının 2.1.1 bəndinə uyğun olması qeyd edilmişdir. Qərarın müddəti 18 yaşın tamamınadək müəyyən edilmişdir. İkinci dəfə 2010-cu il 3 may tarixdə, yəni iddiaçının mərhum qızı yetkinlik yaşına çatdıqdan sonra təkrar müayinədən keçmiş və ümumi xəstəlik səbəbindən müddətsiz olaraq İ qrup əlillik təyin edilmişdir. Müayinə aktında G.Alaqucayevanın daimi kənar qulluğa ehtiyacı nın olduğu qeyd olunmuşdur.

24. Beləliklə, iddiaçının sağlamlıq imkanları məhdud qızını səkkiz yaşınadək tərbiyə etməsi işdə olan sənədlərlə təsdiq edilir.

25. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq olunmuş halları, o cümlədən arxiv arayışları ilə müəyyən edilmişdir ki, iddiaçı 1980-1996-cı illərdə sovxozda işləmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 1980-1996-cı illərdə sovxozda işləmiş olsa da, bir neçə dəfə uşağa qulluğa görə qismən ödənişli məzuniyyətdə olmuşdur, həmin müddətlər istisna olmaqla, qalan müddətlər üzrə iddiaçının 9 ilə yaxın sığorta stajı vardır.

26. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və İ dərəcə əlilliyi olan şəxsə qulluq edilməsi dövrünün sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmuşdur.

27. Bununla bağlı cavabdehin əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçının İ qrup əlil övladı X1 qulluq illərini təsdiqləyən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir.

28. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı tədqiq olunmuş sübutlara əsasən iddiaçının İ qrup əlil övladı X1 1992-ci ildən vəfat etdiyi 2016-cı il 29 noyabr tarixədək qulluq etdiyi müəyyən olunmuşdur.

29. Beləliklə, iddiaçının sağlamlıq imkanları məhdud övladına qulluq etdiyi müddət də sığorta stajı kimi nəzərə alındıqda, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinin 25 il sosial sığorta stajı ilə bağlı şərti də tam ödənilir.

30. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati i craat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

31. İddiaçının təqdim etdiyi arayış və aktdakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

32. Eyni ilə, iddiaçının təqdim etdiyi sübutları təkzib edən, müayinə aktına görə daimi kənar qulluğa ehtiyacı olan İ qrup əlil uşağa iddiaçı tərəfindən deyil, digər şəxs(lər) tərəfindən qulluq edildiyini təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən təqdim olunmamışdır.

33. Göründüyü kimi, inzibati orqan arayış və aktda göstər ilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrlərini qəbul etməyə bilərdi.

34. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 mart tarixli, 2-1(105)-67/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar