Məhkəmə qərarları › İş №2-1(102)-1210/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1210/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1210/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1955, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanın da Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1057/2022 nömrəli, 01 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bağçının üzvlük kitabçasının və “26 Bakı komissarı” adına Neft və Qaz Çıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin 05 mart 1990-cı il tarixli ümumi iclasının 10 saylı protokoluna əsasən müəyyən edilir ki, 1976-cı ildən Ə.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsində mühəndis işləyən i ddiaçı 1991-ci ildən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, ona Bakı Hacı Həsən şossesində bağçılıq cəmiyyəti bağının sahəsindən 07 avqust 1991-ci il tarixli qərarla sahəsi 900 kv. metr olan 47 nömrəli bağ sahəsi ayrılmışdır. 2. “Şabandağ” X1 üzvlərinin ümumi siyahısında iddiaçının adı 47-ci nömrə ilə qeyd olunmuşdur.

3. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli Sərəncamı ilə Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocahəsən gölünün ətrafındakı torpaq sahəsinin universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün X2 daimi istifadəsinə verilməsi qərara alınmışdır.

4. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeyd olunan torpaq sahəsi ilə bağlı X2 adına X3 kitabında 12 yan var 2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” tərtib olunmuşdur.

5. İddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış sahəsi 900 kv. metr olan 47 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən təqdim edilmiş **********75 nömrəli 31 avqust 2020-ci il tarixli bildirişdə qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamış, elektron kadastr məlumatına əsasən göstərilən əraziyə digər şəxsin adına kadastr planı verilmiş, həmçinin “Şabandağ” bağç ılıq-bostançılıq kollektivinin bağ sahələrinin bölgü sxemi İdarənin arxivinə təhvil verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıqbostançılıq yoldaşlığı tərəfindən ayrılmış sahəsi 900 kv. metr olan 47 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, “26 Bakı Komissarı” adına NeftQazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin 05 mart 1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokolu ndan çıxarışa əsasən iddiaçı “Şabandağ” bağçılıqbostançılıq kollektivinin üzvü olmuşdur və “26 Bakı Komissarı” adına Həmkarlar Təşkilatının 05 mart 1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən Şabandağ sahəsində “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin ümumi sahəsindən sahəsi 900 kv. metr olmaqla 47 saylı sahə ayrılmışdır. Həmçinin “Şabandağ” bağçılıqbostançılıq kollektivinin üzvlərinin təsdiqlənmiş ümumi siyahısında onun sıra nömrəsi 47-ci olaraq göstərilmişdir. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun təmin edilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasının əsası kimi elektron kadastr baza məlumatlarında əsasən göstərilən əraziyə digər şəxsin adına kadastr planının verilm əsi, həmçinin “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin bağ sahələrinin bölgü sxeminin İdarənin arxivinə təhvil verilməməsi və təsərrüfat üzvlərinin siyahısında onun adının aşkar olunmaması ilə əlaqələndirmişdir. Hazırkı bağçılıq sahəsi ilə bağlı artıq digər şəxslər məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə bağ sahələrini rəsmiləşdirilərək, qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Belə ki, həmin qərarlarla müəyyən edilmişdir ki, cavabdehin imtinasında qeyd edilən torpaq sahəsinin başqa hüquqi şəxsə (o cümlədən universitet kompleksi) aid olması qeyd edilsə də, mübahisələndirilən hal öz təsdiqini tapmamış, həmin universitet kompleksi (M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı) mübahisəli bağ massivindən 20 Yanvar metrosu istiqamətdə, 5 km-dən də uzaq olan məsafədədir, həmçinin Bakı şəhər XDS İK-nin 07 avqust 1991-ci il tarixli, 11/546 saylı qərarında mübahisəli “Şabandağ” bağçılıq-bostançılıq üçün ayrılmış torpaq sahəsinin Qaradağ rayonu, Lökbatan-Hacıhəsən yolunun qərb hissəsində yerləşdiyi göstərildiyi halda, Bakı şəhər İcra Hakimiyyətinin 330 saylı, 16 dekabr 2005-ci il tarixli sərəncamına əsasən cavabdehin mübahisələndirdiyi həmin universitet kompleksinin tikintisi üçün ayrılmış ərazi Xocahəsən kəndinin şərqində yerləşən Xocahəsən gölünün şimalında yerləşir.

8. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Elektron kadastr baza məlumatına əsasən göstərilən əraziyə dair X4 kadastr planı verilmişdir (universitet kampusu tikintisi üçün ayrılmış ərazidir). Həmçinin “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin bağ sahələrinin bölgü sxemi İdarənin arxivinə təhvil verilməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2-1(112)-3137/2021 nömrəli qərardadı ilə (hakim N.İ.Abıyev) iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli 10/5358 saylı ekspert rəyində qeyd edilmişdir ki, ekspertin nəticəsinə əsasən, iddiaçıya ayrılmış torpaq sahəsinə dair elektron bazada məlumatın aşkar edilməməsi və torpaq sahəsinə dair heç bir texniki sənədin təqdim edilməməsi səbəbindən həmin t orpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının iddia etdiyi və naturada göstərdiyi naturada koordinatları müəyyən edilmiş torpaq sahəsi ilə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli Sərəncamı ilə ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına X5 kitabında 12 yanvar 2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr nömrəsi **********00058) tərtib olunmuş X4 məxsus (universitet kampusu tikintisi üçün) torpaq sahəsi üst-üstə düşür. Mübahisələndirilən ərazi “Azneft” İB Əmirov adına NQÇİ-nin ərazisidir.

11. Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(112)-3137/2021 nömrəli qərarı ilə (hakim N.İ.Abıyev) iddia tələbi təmin edilməmişdir.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçının iddia etdiyi və naturada göstərdiyi naturada koordinatları müəyyən edilmiş torpaq sahəsi ilə isə adına kadastr planı hazırlanmış digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşür.

13. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 aprel 2022-ci il tarixli, 2-1(103)-1057/2022 nömrəli qərarı ilə (hakimlər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A. P.Oruczadə) apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(112)-3137/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli torpqa sahəsinin X2 daimi istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli sərəncamı da hər hansı qaydada mübahisələndirilməmişdir, hazırda qüvvədədir.

16. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlil ləri 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə uyğun olaraq kassatorun sözügedən torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınması üçün əsas təşkil edən üzvlük kitabçası və ya bağçılıq yoldaşlıq cəmiyyətinin üzvlərinin iclas protokolundan çıxarış vardır.

18. İddiaçının iddia etdiyi və naturada göstərdiyi naturada koordinatları müəyyən edilmiş torpaq sahəsi ilə, Bakı şəhər İcra hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli sərəncamı əsasında ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına X5 kitabında 12 yanvar 2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü" (kadastr nömrəsi **********00058) tərtib olunmuş “Heydər Əliyev” Fonduna məxs us (universitet kampusu tikintisi üçün) torpaq sahəsi üst-üstə düşür.

19. Ancaq mübahisələndirilən qərarda kassatorun qanuni istifadəsində olan torpaq sahəsinin X4 verilməsinin qanuni olub-olmaması və yaxud da onun adına torpaq sahəsinin ayrılmasına dair 05 mart 1990-cı il tarixli ümumi iclasın 10 saylı protokolunun ləğv edilib-edilməməsi ümumiyyətlə araşdırılmamışdır.

20. İddiaçının Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi dəlillər - cavabdeh inzibati orqanın imtinasında qeyd edilən torpaq sahəsinin başqa hüquqi şəxsə (o cümlədən, universitet kompleksi) aid olmasının öz təsdiqini tapmaması, həmin universitet kompleksinin (M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı) mübahisəli bağ massivindən 20 Yanvar metrosuna istiqamətdə, 5 km-dən də uzaq olan məsafədə yerləşməsi, həmçinin Bakı şəhər XDS İK-nin 07 avqust 1991-ci il tarixli, 11/546 saylı qərarında mübahisəli “Şabandağ" bağçılıq-bostançılıq üçün ayrılmış torpaq sahəsinin Qaradağ rayonu, Lökbatan-Hacıhəsən yolunun qərb hissəsində yerləşdiyi göstərildiyi halda, Bakı şəhər İcra Hakimiyyətinin 330 nömrəli, 16 dekabr 2005-ci il tarixli sərəncamına əsasən cavabdehin mübahisələndirdiyi həmin universitet kompleksinin tikintisi üçün ayrılmış ərazi Xocahəsən kəndinin şərqindəki Xocahəsən gölünün şimalında yerləşməsinə dair dəlilləri də araşdırılmamışdır.

21. Cavabdeh inzibati orqanın imtinasının əsaslarını elektron kadastr baza məlumatlarında göstərilən əraziyə digər şəxsin adına kadastr planının verilməsi, həmçinin “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin bağ sahələrinin bölgü sxeminin İdarənin arxivinə t əhvil verilməməsi və təsərrüfat üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması təşkil edir.

22. Halbuki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfat idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamının 2 və 2.1-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə verilməsini təmin etmək və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etmək tapşırılmışdır.

23. Bu isə o deməkdir ki, bağ sahələrinin bölgü sxeminin idarənin arxivinə verilməməsi və təsərrüfat üzvlərinin siyahısında kassatorun adının olmamasının məsuliyyəti iddiaçının üzərinə qo yula bilməz. Ona görə ki, istinad edilən maddi hüquq norması da təsdiq edir ki, həmin arxiv məlumatlarının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə təhvil verilməsi Nazirlər Kabinetinə həvalə edilmişdir. Nazirlər Kabinetinin öz vəzifə funksiyalarının həyata keçirməməsinin neqativ nəticələrini heç bir halda kassator daşıya bilməz. 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində sadalanan hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri kassatora münasibətdə tətbiq oluna bilməz. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdehə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bundan əlavə, elektron ka dastr məlumatına əsasən qeyd edilən torpaq sahəsinə dair digər şəxsin adına (X6) ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) verilmişdir. Həmçinin “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin bağ sahələrinin bölgü sxemi İdarənin arxivinə təhvil verilməmişdir.

26. Sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, bağ sahəsinin ölçüsü sənəd üzrə 0.06 ha olsa da, faktiki 0.0996 ha təşkil edir. 27. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində ol an bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yük lülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.

29. Cavabdeh orqan daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. 30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. TƏTBİQ EDİLƏN HÜQU Q

31. Qanunu: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 12.2. Dövlət reyestrindən elektron çıxarışın məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sər əncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

32. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündə n 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Mə hkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

34. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq norma ları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər.

37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araş dırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

38. Belə ki, hazırkı iş üzrə aşağı instansiya məhkəmələrində aparılmış icraat zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli 10/5358 saylı ekspert rəyi əsasında müəyyən olunmuşdur ki, iddiaçıya ayrılmış torpaq sahəsinə dair elektron bazada məlumatın aşkar edilməməsi və torpaq sahəsinə dair heç bir texniki sənədin təqdim edilməməsi səbəbindən həmin torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının iddia etdiyi və naturada göstərdiyi naturada koordinatları müəyyən edilmiş torpaq sahəsi ilə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli Sərəncamı ilə ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına X5 kitabında 12 yanvar 2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr nömrəsi **********00058) tərtib olunmuş X4 məxsus (universitet kampusu tikintisi üçün) torpaq sahəsi üst-üstə düşür.

39. Həmçinin mübahisəli torpaq sahəsinin X2 daimi istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli sərəncamı, eləcə də də onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədi də iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçının iddia etdiyi sahənin sözügedən hüquqmüəyyənedici sənədlər əsasında X4 ayrılmış sahə ilə üst-üstə düşdüyü iş üzrə verilmiş ekspert rəy i ilə təsdiq olunduğundan, X4 torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər isə öz qüvvəsini saxladığından, iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 aprel 2022-ci il tarixli, 21(103)-1057/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar