Məhkəmə qərarları › İş №2-1(102)-1210/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1210/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1210/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ədliyyə orqanlarında rütbəli vəzifələrdə qulluq stajının prokurorluq orqanlarında qulluq stajına daxil edilməsi, prokurorluq orqanlarında qulluq stajının güzəştli şərtlə hesablanması, prokurorluq orqanlarında 15 ildən artıq qulluq stajına görə 45% əlavə nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlund an ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “keçmiş hərbi prokurorluq işçisinə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2-1(103)-2570/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1982-1992-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsində, xx.xx.1992-xx.xx.1996-cı illərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda, xx.xx.1996-xx.xx.2020-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində işləmiş, ona xx.xx.2006-cı il tarixd ən 25 illik qulluq stajı nəzərə alınaraq xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrdə aldığı əməkhaqqı əsas götürülməklə əmək pensiyası təyin edilmişdir.

2. Qeyd edilən dövrdə iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək hərbi prokurorluq orqanlarında, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək isə ədliyyə orqanlarında qulluq etmişdir.

3. İddiaçının prokurorluq orqanlarında qulluq keçdiyi dövrə dair orta aylıq əməkhaqqı hesablanarkən qulluq illərinə görə əlavə 15 faiz olaraq müəyyən edilmişdir.

4. İddiaçı hərbi prokurorluq orqanlarında xidmət müddətinin güzəştli şərtlə 15 ildən artıq olması və xidmət illərinə görə 45% nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması barədə cavabdehə müraciətlər etmişdir.

5. Cavabdehin xx.xx.2022-ci tarix li məktubunda qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2020-ci il tarixdən isə ədliyyə orqanlarında qulluğuna xitam verildiyindən əmək pensiyası yenidən hesablanmışdır. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, onun xx.xx.2020-ci il tarixdə vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1178,08 manat, rütbəyə görə əlavəsinin orta aylıq məbləği 188,60 manat, qulluq illərinə görə əlavə 219,14 manat, ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 77,8 manat, digər növ əlavələr 911,34 manat olmaqla orta aylıq əməkhaqqı 2575,03 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci və 20.19.2-ci maddələrinə əsasən orta aylıq əməkhaqqının (2 575,03 manat) 80 faizi – 2060,02 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən, ona xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 47380,4 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 51339 manat ödənilmişdir. Bu səbəbdən də yuxarıda qeyd olunan dövr ərzində ona 3958,63 manat artıq pul vəsaiti ödənilmişdir. Həmin artıq ödənilmiş 3958,63 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlərin görüləcəyi bildirilir.

6. Cavabdehin xx.xx.2022-ci tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikd ə orta aylıq əməkhaqqı hesablanarkən onun xx.xx.1992-xx.xx.1997-ci il tarixləri arasındakı dövr üzrə əmək fəaliyyəti əsas götürülüb. Bu səbəbdən də onun əmək pensiyası həm ədliyyə, həm də prokurorluq orqanlarının sabiq əməkdaşı kimi hesablanmışdır. Belə ki, xx.xx.1992-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində prokurorluq orqanlarında qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq vəzifə maaşı 1057,33 manat, rütbəyə görə orta aylıq əlavə 167,90 manat, qulluq illərinə görə orta aylıq əlavə 183,78 manat, ərzaq payı əvəzinə ödənilən orta aylıq pul kompensasiyası 77,87 manat, digər növ əlavələri 852,41 manat təşkil etmişdir. Bundan başqa onun xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində ədliyyə orqanlarında qulluq keçdiyi vəzifə üzrə ümumilikdə orta aylıq vəzifə maaşı 120,75 manat, rütbəyə görə orta aylıq əlavə 20,70 manat, qulluq illərinə görə orta aylıq əlavə 35,36 manat, digər növ əlavələri 58,9 manat təşkil edib. Nəticədə vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əməkhaqqı 2575,03 manat məbləğində müəyyən edilib.

7. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2007-ci il tarixli arayışında iddiaçının qulluq illərinə görə əlavəsinin 15 faiz olduğu göstərilib. Buna görə də prokurorluq orqanlarında qulluq keçdiyi dövrə aid orta aylıq əməkhaqqı hesablanarkən sözügedən əlavənin faiz dərəcəsi 15 faiz olaraq müəyyən edilib. Eyni zamanda “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinə əsasən, prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluq orqanlarına qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. Göründüyü kimi, şəxsin prokurorluq orqanlarında qulluğuna xitam verildikdən sonra digər qurumlarda fəaliyyətini davam etdirdikdə, sonrakı qulluq illərinin onun prokurorluq orqanlarındakı qulluq illərinə aid edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Bundan başqa, Azərbaycan Respublikası Na zirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq edilmiş 12 nömrəli əlavənin 4.2-ci bəndinə əsasən prokurorluq işçisinin iş stajı Azərbaycan Respublikasının Baş Prokurorluğunun müvafiq komissiyası tərəfindən müəyyən edilir. Komissiya Azərbaycan Respublikası Baş prokurorunun müavininin sədrliyi və həmkarlar ittifaqı nümayəndəsinin iştirakı ilə Azərbaycan Respublikası Baş prokuroru tərəfindən yaradılır. Həmin əlavənin 4.3-cü bəndinə uyğun olaraq iş stajının müəyyən edilməsi haqqında qərar komissiya tərəfindən protokol formasında rəsmiləşdirilir. Bu səbəbdən də prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçisinə pensiya təyinatı aparılarkən prokurorluq orqanlarında qulluq müddətinə daxil edilən dövrlər haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun həmin komissiyasının qərarı tələb olunur. Qeyd olunanlar nəzərə alınaraq, onun prokurorluq orqanlarında qulluq keçdiyi dövr üzrə orta aylıq əməkhaqqı hesablanarkən, qulluq illərinə görə əlavənin faiz dərəcəsinin müraciətdə göstərdiyi kimi 45 olaraq müəyyən edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil.

8. Cavabdehin xx.xx.2022-ci tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilib. Onun təqdim etdiyi Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli arayışına əsasən əmək pensiyası cari ilin oktyabr ayında yenidən hesablanaraq 2060,02 manatdan 2244,65 manata artırılıb, həmçinin xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 657,12 manat fərq məbləği hesablanıb. Həmin 657,12 manat fərq məbləğinin cari aydan hissə-hissə (hər ay 219,04 manat) əmək pensiyasının (2244,65 manat) üzərinə əlavə olunmaqla (219,04+2244,65=2463,69 manat) müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.19-cu maddəsinə əsasən xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan ədliyyə işçilərinin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Adıçəkilən Qanunun 1.0.19-cu maddəsinə görə əməkhaqqındakı sonrakı artımlar dedikdə, əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əməkhaqqına daxil olan ödənişlərdəki artımlar nəzərdə tutulur. Qeyd edilməlidir ki, iş stajından asılı olaraq prokurorluq orqanları işçilərinə 2002-ci il noyabrın 1-dək qüvvədə olmuş Nazirlər Kabinetinin 1994-cü il 21 fevral tarixli, 73 nömrəli Qərarında 8-42 faiz, həmin tarixdən qüvvəyə minən Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli, 168 nömrəli Qərarında isə 15-45 faiz əlavə müəyyən edilmişdir. Həmçinin sonuncu Qərarla təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydası”nda prokurorluq işçilərinə aid olan vəzifələrdə qulluq müddəti ilə yanaşı, digər orqanlarda xidmət müddətləri də iş stajına görə əlavə haqq almaq hüququ verən dövrlər sırasına daxil edilmişdir. Bu isə sözügedən əlavənin daha yüksək fa izlə müəyyən edilməsinə imkan yaratmışdır. Göstərilənlərə əsasən 2002-ci il noyabrın 1-dək prokurorluq orqanlarında qulluq keçmiş və əməkhaqqının tərkib hissəsi kimi xidmət illərinə görə əlavə almış şəxslər pensiyaya çıxarkən onların iş stajı Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli, 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydası”na uyğun hesablanmalıdır. Həmçinin Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 3 nömrəli Əlavə - “Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün arayış”a əsasən şəxsin əməkhaqqının tərkibi, o cümlədən qulluq stajına görə əlavələrin məbləği onun işlədiyi dövlət orqanı tərəfindən təqdim olunan məlumatlara əsasən müəyyən edilir. Qeyd olunanlar nəzərə alınaraq məsələ ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna müraciət edilməsi məqsədəmüvafiqdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, prokurorluq orqanlarında xidmət müddətinin güzəştli şərtlə 15 ildən artıq olması və xidmət illərinə görə 45% nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin müraciət etdiyi vaxtdan əvvəlki 3 illik dövrə aid hissəsinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsini bitirmiş, 1982-1992-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsində, xx.xx.1992-xx.xx.1996cı illərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda, xx.xx.1996-xx.xx.2020-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində işləmişdir. 25 illik əmək stajı tamam olduğuna görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.8-ci və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.13-cü maddələrinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olaraq 2007-ci ilin may ayından pensiya almağa başlamışdır. Bu zaman iddiaçının prokurorluğa işə keçənədək ədliyyə orq anlarında rütbəli vəzifələrdə işlədiyi 10 il 7 aylıq əmək stajı nəzərə alınmışdır. İddiaçı 2007-ci ildə pensiyaya çıxarkən onun əmək fəaliyyətinin əvvəlki dövrünün 60 ayı götürülmüşdür ki, bunlardan da 51 ayını iddiaçı hərbi prokurorluqda müxtəlif rütbəli vəzifələrdə (Qarnizon hərbi prokurorluğunun müstəntiqi, Respublika Hərbi Prokurorluğu İstintaq idarəsinin baş və mühüm işlər üzrə müstəntiqi, habelə həmin İdarənin prokuroru), 9 ayını isə Ədliyyə Nazirliyində dövlət notariusu vəzifəsində işləmişdir. Əmək fəaliyyətini davam etdirdiyi üçün iddiaçı əmək fəaliyyətini dayandırdığı 2020-ci ilin sentyabr ayınadək təyin edilmiş pensiyanın yarısını almışdır. xx.xx.2020-ci il tarixindən ədliyyə orqanlarında qulluğuna xitam verildiyinə görə əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı xx.xx.2022-c i ildə cavabdehə müraciət edərək pensiyası hesablanarkən prokurorluqda işlədiyi müddətdə ərzaq təminatı kimi aldığı pul məbləğinin, həmçinin baş ədliyyə müşaviri (polkovnik) rütbəsinə görə ödənişin nəzərə alınıb-alınmaması barədə məlumat verilməsini xahiş etmişdir. Bundan təxminən ay yarım keçdikdən sonra ərizəsinə cavab verilməməsi səbəbini aydınlaşdırmaq məqsədilə ayrı-ayrı tarixlərdə iki dəfə “DOST” xidmətinə müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. İyun ayının 15-də pensiyanın 530 manat azaldılaraq onun məbləğinin 1954 manat olmasına dair şəxsi kabinetinə (mobil telefonunda) məlumat daxil olmuşdur. Pensiyanın məbləğinin 530 manat azaldılmasının səbəbləri barədə məlumat verilməsinə dair onun müraciətinə cavab olaraq cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya bi ldirmişdir ki, “Sizə 3958,63 manat artıq pul vəsaiti ödənilmişdir. Həmin vəsaitin büdcəyə bərpa edilməsi üçün yazılı razılığınızı Mərkəzi Filiala göndərməyiniz xahiş olunur”. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, pensiyanın hansı səbəblərdən 530 manat azaldılması barədə ətraflı və aydın cavab verilməsini xahiş etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, “Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2007-ci il tarixli arayışında qulluq illərinə görə əlavəsinin faiz dərəcəsinin 15 olduğu göstərilib. Buna görə də prokurorluq orqanlarında qulluq keçdiyi dövrə dair orta aylıq əməkhaqqı hesablanarkən sözügedən əlavənin faiz dərəcəsi 15 faiz olaraq müəyyən edilib. Prokurorluq orqanlarında qulluq keçdiyi dövr üzrə orta aylıq əməkhaqqı hesablanarkən qulluq il lərinə görə əlavəsinin faiz dərəcəsinin müraciətində göstərdiyi kimi 45 olaraq müəyyən edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil.” İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. İddiaçı əvvəla onu qeyd etməyi zəruri sayır ki, cavabdehin “şəxsin prokurorluq orqanlarında qulluğuna xitam verildikdən sonra digər qurumlarda fəaliyyətini davam etdirdikdə sonrakı qulluq illərinin onun prokurorluq orqanlarındakı qulluq illərinə aid edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığına dair” imtinasının əsası kimi gəldiyi qənaətini “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə istinad etməklə əsaslandırması düzgün olmamışdır. Cavabdeh bu halda qanun normasını səhv təfsir etmişdir. Belə ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilə q ədər Azərbaycan Respublikası Hərbi Prokurorluğunda müxtəlif rütbəli vəzifələrdə işləmiş, prokurorluq işçisi kimi fəaliyyətə başlayanda artıq Ədliyyə Nazirliyində rütbəli vəzifədə işlədiyinə görə 10 il 7 ay iş stajı var idi. İddiaçı 2007-ci ildə pensiyaya çıxarkən əmək fəaliyyətinin əvvəlki dövrünün 60 ayını götürmüşdür ki, bunun da 51 ayı hərbi prokurorluqda müxtəlif rütbəli vəzifələrdə işlədiyi müddət (xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilə qədər), qalan 9 ayı isə Ədliyyə Nazirliyində dövlət notariusu vəzifəsində işlədiyi müddətlərdən ibarət olmuşdur. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinə əsasən, prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illər i həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. İddiaçı prokurorluq orqanlarında qulluğuna xitam verildikdən sonra ədliyyə orqanlarında fəaliyyət göstərdiyi qulluq illərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunda xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilə qədər fəaliyyət göstərdiyi qulluq illərinə aid edilməsini deyil, prokurorluq orqanlarında fəaliyyətə başlayana qədər ədliyyə orqanlarında fəaliyyət göstərdiyi 10 il 7 ayın prokurorluq orqanlarındakı qulluq illəri nə aid edilməsini və həmin illərin cəminin 15 ildən artıq olması nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 168 nömrəli, qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydası”nın 1.3-cü bəndinə əsasən prokurorluq orqanlarında işlədiyi hər beş ilə görə aylıq vəzifə maaşına 15% (ümumilikdə 45% məbləğində) əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçı xx.xx.1992ci il tarixdən xx.xx.1993-cü ilə qədər, yəni 11 ay 3 gün Azərbaycan Respublikası Prokurorluğunun Füzuli rayon qarnizonu hərbi prokurorluğunda stajçı müstəntiq vəzifəsində işləmişdir ki, bu müddət də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarının 2-ci bəndinin xx.xx.199 7-ci il tarixədək qüvvədə olan redaksiyasına görə iddiaçıya pensiya təyin olunması üçün uzun müddət xidmətə aid edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarının 2-ci bəndinin xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyasına görə, Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrdə xidmət müddətinin bir ayı iki ay sayılmaqla zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna ma lik şəxslərə pensiya təyin olunması üçün uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçının Azərbaycan Respublikası Prokurorluğunun Füzuli rayon qarnizonu hərbi prokurorluğunda xidmət etdiyi xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü ilə qədər, yəni 11 ayın bir ayı iki ay sayılmaqla, xidmət müddəti 22 ay, yəni 1 il 10 ay təşkil edir ki, həmin müddət və 3 il 4 ay 23 günü (Prokurorluqda olan ümumi iş stajı 4 il 3 ay 23 gündən 11 ay çıxıldıqdan sonra qalan müddət) də Hərbi Prokurorluqda fəaliyyətə başlayana qədər Ədliyyə Nazirliyində rütbəli vəzifədə işləməsinə dair 10 il 7 ay iş stajı ilə toplandıqda iddiaçının prokurorluq orqanlarında ümumi qulluq keçmə stajı 15 ildən yuxarı olur ki, bu halda da onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin x x.xx.2002-ci il tarixli, 168 nömrəli qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydası”nın 1.3-cü bəndinə əsasən prokurorluq orqanlarında işlədiyi hər beş ilə görə aylıq vəzifə maaşına 15% (ümumilikdə 45% məbləğində) əlavə nəzərə alınmaqla pensiyanın yenidən hesablanması hüququ yaranmışdır. Ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2016-cı il tarixli və xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.1992-ci il tarixli, 38 nömrəli və xx.xx.1992-ci il tarixli, 354 nömrəli əmrlərinə əsasən iddiaçıya 3 qat əməkhaqqı ödənilmişdir. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda işlədiyi müddətin pensiya təyin olunması üçün uzun mü ddət xidmətə güzəştli şərtlərlə aid edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarının 2-ci bəndinin xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyasına və əməkhaqqının üç qat məbləğdə ödənilməsi isə Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.1992-ci il tarixli, 38 nömrəli və xx.xx.1992-ci il tarixli, 354 nömrəli əmrlərinə əsasən müəyyən olunmuşdur və cavabdehin iddiaçının prokurorluq orqanlarında qulluq müddətinə daxil edilən dövrlər haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun komissiyasının qərarının olmamasına görə prokurorluq orqanlarında işlədiyi hər beş ilə görə aylıq vəzifə maaşına 15% (ümumilikdə 45% məbləğində) əlavə nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasından imtina etməsinin hüquqi əsası olan Azərbayc an Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq edilmiş 12 nömrəli əlavənin 4.2-ci bəndi iddiaçıya şamil edilə bilməz. Yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq edilmiş 12 nömrəli əlavənin 4.2-ci bəndi iddiaçı ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu arasında əmək münasibətləri yarandığı vaxt mövcud olmadığından, həmin qərarın qeyd olunan bəndi qüvvəyə mindikdən sonra yaranmış münasibətlərə tətbiq olunmalıdır.

12. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı müxtəlif tarixlərdə cavabdehə müraciət edərək təyin olunmuş pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Sonuncu xx.xx.2022-ci il tarixli müraciətə cavab olaraq ona ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda təqdim edilmiş Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli arayışına əsasən təyin olunmuş pensiyanın cari ilin oktyabr ayında yenidən hesablanaraq ödənildiyi bildirilmişdir. İş materiallarına əsasən iddiaçıya xx.xx.2006-cı il tarixdən ədliyyə orqanlarında xüsusi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2007-ci il tarixli arayışında qulluq illərinə görə əlavənin faiz dərəcəsinin 15 olduğu göstərilib. Buna görə də prokurorluq orqanlarında qulluq keçdiyi dövrə dair orta aylıq əməkhaqqı hesablanarkən sözügedən əlavənin faiz dərəcəsi 15 faiz olaraq müəyyən edilib. xx.xx.2020-ci il tarixdən isə ədliyyə orqanlarında qulluğuna xitam verildiyindən onun əmək pensiyası yenidən hesab lanmış və aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1178,08 manat, rütbəyə görə əlavənin orta aylıq məbləği 188,60 manat, qulluq illərinə görə əlavə 219,14 manat, ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 77,87 manat, digər növ əlavələri 911,34 manat olmaqla orta aylıq əməkhaqqı 2575,03 manat təşkil etmişdir. Bununla əlaqədar təyin olunmuş əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci və 20.19.2-ci maddələrinə əsasən orta aylıq əməkhaqqının (2575,03 manat) 80 faizi 2060,02 manat məbləğində hesablanıb. Daha sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən xx.xx.2022-ci il tarixli arayış təqdim edilmişdir. Həmin arayışda göstərilmişdir ki, Azər baycan Respublikası Nazirlər Kabinetinin.xx.xx.2018-ci il tarixli, 203-16 nömrəli Qərarına əsasən ərazi hərbi prokurorluqlarında stajor müstəntiqin vəzifə maaşı 835 manat təşkil edir. Sözügedən arayışa əsasən iddiaçıya təyin olunmuş əmək pensiyası cavabdehin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarına əsasən yenidən hesablanaraq 2060,02 manatdan 2244,65 manata artırılmış, həmçinin xx.xx.2020xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə iddiaçıya ödənilməli olan 657,12 manat fərq məbləği hesablanmışdır. Həmin 657,12 manat fərq məbləği hissə-hissə (hər ay 219,04 manat) əmək pensiyasının (2244,65 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. Həmçinin, iddiaçıya xx.xx.2022-ci il tarixdən hesablanmaqla “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilmişdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilatı təminatı ilə bağlı vəzifələrdən prokurorluq orqanlarına qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunm uş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. Göründüyü kimi, şəxsin prokurorluq orqanlarında qulluğuna xitam verildikdən sonra digər qurumlarda fəaliyyətini davam etdirdikdə sonrakı qulluq illərinin onun prokurorluq orqanlarındakı qulluq illərinə aid edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq edilmiş 12 nömrəli əlavənin 4.2-ci bəndinə əsasən prokurorluq işçisinin iş stajı Azərbaycan Respublikasının Baş Prokurorluğunun müvafiq komissiyası tərəfindən müəyyən edilir. Komissiya Azərbaycan Respublikası Baş prokurorunun müavininin sədrliyi və həmkarlar ittifaqı nümayəndəsinin iştirakı ilə Azərbaycan Respublikası Baş prokuroru tərəfindən müəyyən edilir və təsdiq olunur. Həmin əlavənin 4.3-cü bəndinə uyğun olaraq iş stajının müəyyən edilməsi haqqında qərar komissiya tərəfindən protokol formasında rəsmiləşdirilir. Bu səbəbdən də prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçisinə pensiya təyinatı aparılarkən prokurorluq orqanlarında qulluq müddətinə daxil edilən dövrlər haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun komissiyasının qərarı tələb olunur. Məhz buna görə prokurorluq orqanlarında qulluq keçdiyi dövr üzrə orta aylıq əməkhaqqı hesablanarkən qulluq illərinə görə əlavənin faiz dərəcəsinin 45 faiz olaraq müəyyən edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin (hakim: Mehriban Qarayeva) 15 mart 2023-cü il tarixli, 2-1(112)-3214/2023 nö mrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının prokurorluq orqanlarında xidmət müddətinin güzəştli şərtlə 15 ildən artıq olması və xidmət illərinə görə 45% nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin müraciət etdiyi vaxtdan əvvəlki 3 illik dövrə aid hissəsinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından məlum olduğu kimi, iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1992-ci ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsində, xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilədək Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, xx.xx.1996-cı ildən xx.xx.2020-ci ilədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində işləmişdir. Cavabdehin “şəxs in prokurorluq orqanlarında qulluğuna xitam verildikdən sonra digər qurumlarda fəaliyyətini davam etdirdikdə sonrakı qulluq illərinin onun prokurorluq orqanlarındakı qulluq illərinə aid edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığına dair” imtinasının əsası kimi gətirdiyi dəlilləri “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə istinad etməklə əsaslandırmasını məhkəmə əsassız hesab edir. Belə ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilədək Azərbaycan Respublikası Hərbi Prokurorluğunda müxtəlif rütbəli vəzifələrdə işləmiş, prokurorluq işçisi kimi fəaliyyətə başlayanda artıq ədliyyə orqanlarında 10 il 7 ay iş stajını toplamışdır. İddiaçı 2007-ci ildə pensiyaya çıxarkən əmək fəaliyyətinin əvvəlki dövrünün 60 ayı götürülmüşdür ki, bunun da 51 ayı hərbi prokurorluqda müxtəlif rütbəli vəzifələrdə işlədiyi müddət (xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilədək), qalan 9 ayı isə ədliyyə orqanlarında işlədiyi müddətlərdən ibarət olmuşdur.

15. İş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993cü ilədək, yəni 11 ay 3 gün Azərbaycan Respublikası Prokurorluğunun Füzuli rayon qarnizonu hərbi prokurorluğunda stajçı müstəntiq vəzifəsində işlədiyindən bu müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarının 2-ci bəndinin xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyasına görə iddiaçıya pensiya təyin olunması üçün uzun müddət xidmətə aid edilməlidir. Hərbi prokurorluqda qulluq müddətinin 11 ayın bir ayı iki ay sayılmaqla, xidmət müddəti 22 ay, yəni 1 il 10 ay təşkil edir. H əmin müddət və 3 il 4 ay 23 günü (prokurorluqda olan ümumi iş stajı 4 il 3 ay 23 gündən 11 ay çıxıldıqdan sonra qalan müddət) də Hərbi Prokurorluqda fəaliyyətə başlayanadək Ədliyyə Nazirliyində rütbəli vəzifədə işləməsinə dair 10 il 7 ay iş stajı ilə toplandıqda iddiaçının prokurorluq orqanlarında ümumi qulluq keçmə stajı 15 ildən yuxarı olur.

16. İddiaçının ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2016-cı il tarixli və xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.1992-ci il tarixli, 38 nömrəli və xx.xx.1992-ci il tarixli, 354 nömrəli əmrlərinə əsasən ona 3 qat əməkhaqqı ödənilmişdir. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda işlədiyi müddətin pensiya təyin olunm ası üçün uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarının 2-ci bəndinin xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyasına və əməkhaqqının üç qat məbləğdə ödənilməsi isə Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.1992-ci il tarixli, 38 nömrəli və xx.xx.1992-ci il tarixli, 354 nömrəli əmrlərinə əsasən müəyyən olunmuşdur. Ona görə də, cavabdehin iddiaçının prokurorluq orqanlarında qulluq müddətinə daxil edilən dövrlər haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun komissiyasının qərarının olmamasına görə prokurorluq orqanlarında işlədiyi hər beş ilə görə aylıq vəzifə maaşına 15% (ümumilikdə 45% məbləğində) əlavə nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasından imtina etməsinin hüquqi əsası olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq edilmiş 12 nömrəli əlavənin 4.2-ci bəndi hüquq münasibətləri yarandığı dövrdə (iddiaçı ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu arasında əmək münasibətləri) mövcud olmadığından, iddiaçıya şamil edilməsi barədə dəlilləri əsassızdır. Belə olan halda da, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 168 nömrəli qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydası”nın 1.3-cü bəndinə əsasən prokurorluq orqanlarında işlədiyi hər beş ilə görə aylıq vəzifə maaşına 15% (ümumilikdə 45% məbləğində) əlavə nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını tələb etməkdə haqlı olmuşdur.

17. Cavabdeh a pellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Aytən Oruczadə və Rəşid Səmədov) 20 dekabr 2023-cü il tarixli, 2-1(103)-2570/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin olunmamışdır.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən onun pensiyası yenidən hesablanarkən xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək hərbi prokurorluq orqanlarında qulluq keçdiyi dövrə dair orta aylıq əməkhaqqının qulluq illərinə görə əlavənin 15 faiz dərəcəsi ilə hesablanmasından narazıdır. Hesab edir ki, onun həmin dövr üzrə orta aylıq əməkhaqqının qulluq illərinə görə əlavəsi 45 faizlə hesablanmalıdır. Çünki onun 1982-1992-ci illərdə ədliyyə orqanlarındakı iş stajı da nəzərə alınmaqla əlavəsi 45%-ə çatdırılmalıdır. Cavabdeh orqan isə belə hesablamadan imtina edərək ona istinad edir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2007-ci il tarixli arayışında iddiaçının qulluq illərinə görə əlavəsinin faiz dərəcəsinin 15 olduğu göstərilmişdir. Beləliklə, iddiaçı hərbi prokurorluq orqanlarında xidmət müddətinin güzəştli şərtlə 15 ildən artıq olması və xidmət illərinə görə 45% nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını cavabdehdən tələb etsə də, ona qeyd olunan əsasla imtina edilmişdir.

20. Hazırkı işdə iddiaçının 1982-1992-ci illərdə işlədiyi dövr onun prokurorluq orqanlarına keçdikdən sonra prokurorluqdakı xidmət illərinə daxil edilməmişdir. Belə ki, həmin dövrdə müvafiq qanunvericilik normaları qüvvədə olmamışdır. Bununla bağlı sonradan müvafiq Komissiyanın qərarı (protokolu) da olmamışdır. Odur ki, iddiaçının qulluq illərinə görə əlavəsinin faiz dərəcəsi “15” olmuşdur. Bu səbəbdən də iddiaçıya cavabdeh orqan tərəfindən pensiya təyinatı aparılarkən 60 aylıq dövrə daxil edilən xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək hərbi prokurorluq orqanlarında aldığı əməkhaqqına əlavənin 15% dərəcəsi olduğu nəzərə alınmışdır. Bu zaman Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2007-ci il tarixli arayışındakı məlumat əsas götürülmüşdür. Nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi dövrdə aldığı əməkhaqqı na əlavəsi 45% deyil, 15% olmuşdur. Bu hesablamanın düzgün olmaması ilə bağlı iddiaçının prokurorluq orqanına qarşı hər hansı tələbi və iddiasının olduğu iş materiallarından müəyyən olunmur. Odur ki, hazırkı vəziyyətdə cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur, bu imtina əsaslı olduğu üçün iddiaçının qanunla qorunan hüquq və mənafelərini də pozmamışdır.

21. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

22. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.4. Hərbi prokurorluq orqanları işçilərinin qulluq keçmə qaydaları və şərtləri “Prokurorluq haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunları, bu Qanun və “Azərbaycan Respublikası Silahlı X1” ilə tənzimlənir. Maddə 20.14. Pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 20.15. Hərbi prokurorluq orqanlarının prokuror luq işçisi olan hərbi qulluqçularına bu Qanun və “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müqayisədə hərbi qulluqçular üçün Azərbaycan Respublikası qanunlarına əsasən müəyyən edilmiş daha əlverişli şərtlərlə pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar şamil edilir. Maddə 32.5. Prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydad a prokurorluqda xidmət illərinə daxil edilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli, 168 nömrəli qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası” 1.2. Prokurorluq işçilərinə qulluğun altıncı ilindən başlayaraq əlavə haqq verilir və həmin haqq hər beş ildən bir artırılır. 1.3. Prokurorluq işçilərinə aylıq vəzifə maaşının iş stajının hər beş ilinə görə 15 faizi həcmində 45 faizdən çox olmamaq şərti ilə əlavə haqq verilir. 1.4. Prokurorluq işçilərinə əlavə haqq prokurorluq orqanlarının saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş əməyin ödənişi fondu hesabına ödənilir. 2.1. Əlavə haqq almaq hüququ verən iş stajı şəxsin “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş proku rorluq işçilərinə aid olan vəzifəyə təyin edilməsi barədə əmrin verildiyi tarixdən hesablanır. 2.2. Əlavə haqq almaq hüququ verən iş stajına aşağıdakı dövrlər daxildir: 2.2.2. həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl prokurorluq işçilərinə aid olan vəzifələrdə qulluq etmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə yenidən prokurorluq orqanlarına qeyd edilən vəzifələrə təyin edilmiş işçilərin həqiqi hərbi xidmətdə olduqları müddət; 2.2.3. məhkəmələrdə hakim, ədliyyə orqanlarında rütbə dərəcəsi (xüsusi rütbəsi) olan vəzifələrdə, o cümlədən rütbə dərəcəsi (xüsusi rütbəsi) tətbiq olunmayan dövrlərdə uyğun vəzifələrdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikas ının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində, eləcə də Azərbaycan Respublikasının Vergilər Nazirliyinin ibtidai istintaq orqanlarında və qanunvericiliklə nəzərdə tutulmuş digər müvafiq qurumlarda zabit vəzifələrində işləmiş (xidmət keçmiş) şəxslərin həmin orqanlarda xidmətdə olduqları müddət; 3.3. Əlavə haqq prokurorluq işçisi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta əmək haqqı hesablanarkən nəzərə alınır. 4.2. Əlavə haqq verilməsi üçün iş stajı Azərbaycan Respublikası Baş Prokurorluğunun komissiyası tərəfindən müəyyən edilir. Komissiya Azərbaycan Respublikası Baş prokurorunun müavininin sədrliyi və həmkarlar ittifaqı komitəsinin nümayəndəsinin iştirakı ilə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən edilir və təsdiq olunur. 4.3. Əlavə haqq Komissiyanın qərarına əsasən verilir. İş stajının müəyyən edilməsi haqqında qərar komissiya tərəfindən protokol formasında rəsmiləşdirilir. Protokolun əsli Baş Prokurorluqda saxlanılır, surəti işçinin şəxsi işinə əlavə edilir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 2.1. Qanunun 22-1.4-cü maddəsi nəzərə alınaraq fərdi şəxsi hesabının sığorta hissəsində 2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək qeydə alınmış pensiya kapitalı olan sığortaolunanlara, hə mçinin hərbi qulluqçulara və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq pensiya təminatı sahəsində onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi avtomatlaşdırılmış qaydada onlar tərəfindən müraciət edilmədən, bu Qaydanın 8.2-ci bəndində göstərilən elektron informasiya sistemlərindən və ya ehtiyatlarından əldə olunan, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nda nəzərdə tutulmuş dövlət orqanları tərəfindən təqdim edilən məlumatlar əsasında aparılır. Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) aidiyyəti struktur bölməsinin əmək pensi yasının təyin edilməsi haqqında qərarı barədə həmin şəxslərə poçt vasitəsilə məlumat və yaxud MEİS-də olan əlaqə vasitələrindən birinə (elektron poçt ünvanı və ya sms vasitəsilə) bildiriş göndərilir. 2.2. Bu Qaydanın 2.1-ci bəndində göstərilən şəxslər istisna olmaqla, əmək pensiyasının təyin edilməsi, Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin bu hüququn yarandığı tarixdən sonra Fondun aidiyyəti struktur bölməsinə və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə (bundan sonra – “DOST” mərkəzi) bu Qaydanın 1 nömrəli Əlavəsi ilə müəyyən edilmiş formada yazılı, o cümlədən elektron müraciəti əsasında aparılır və bu Qaydanın 2.9-cu bəndi nəzərə alınmaqla aşağıdakı sənədlərin (bu Qaydanın 4-cü hissəsi nəzərə alınmaqla) təqdim edilməsi tələb o lunur: 2.2.1. Qanunun 22-1-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilən sığortaolunanlar və Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla, əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti); 2.2.5. əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün (hərbi qulluqçular və xüsusi rütbəli şəxslər, habelə onların ailə üzvləri istisna olmaqla) bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulanlara əlavə olaraq müvafiq dövlət orqanının təqdim etdiyi forması bu Qaydaya 3 nömrəli Əlavə ilə müəyyən edilmiş arayış;

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkə mə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normala rının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAX İŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya də yişdirilməsi üçün əsas yoxdur.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırm aları yetərli hesab olunur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının əmək pensiyasının onun əmək haqqına prokurorluq orqanlarında xidmət illərinə görə 45% əlavə nəzərə alınmaqla yenidən hesablanması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, ape llyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, iddiaçının prokurorluq orqanlarında qulluğa qəbul olunana qədər ədliyyə orqanlarında, o cümlədən notariat orqanlarında xidmət müddəti yuxarıda istinad edilən normalar baxımından prokurorluq orqanlarında xidmət illərinə daxil edilə bilməz. Bununla bağlı nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli, 168 nömrəli qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası”nın qəbul edildiyi tarixdə iddiaçının hələ pensiya hüququ yaranmamışdı (sığorta hadisəsi baş vermədiyinə görə onun p ensiya hüququ Qaydaların qəbulundan ən azından 4 il sonra yaranıb). Bu mənada həmin Qaydanın hazırkı mübahisəyə tətbiqi istisna edilə bilməz. Başqa sözlə, həmin Qaydanın müddəaları iddiaçıya şamil olunmalı, ona əlavə haqqın verilməsi üçün prokurorluq orqanlarında iş stajı istinad olunan Qaydaya əsasən müəyyən edilməlidir. İddiaçının prokurorluq orqanlarında iş stajının həmin Qaydaya uyğun müəyyən edildiyi və onun 1982-1992-ci illərdə ədliyyə orqanlarında, o cümlədən notariat orqanlarında xidmət müddətinin prokurorluq orqanlarında qulluq illərinə daxil edildiyi iş üzrə materiallarla təsdiq olunmur. Eyni zamanda, nə əvvəlki qanunvericilikdə, nə də inzibati praktikada ədliyyə orqanlarında, o cümlədən notariat orqanlarında xidmət müddətinin prokurorluq orqanlarında xidmət illərinə daxil edil məsi ilə bağlı hüquqi qaydanın mövcud olmadığı da nəzərə alınmalıdır.

36. Bundan əlavə, həm də nəzərə almaq lazımdır ki, iddiaçının ədliyyə orqanlarında, o cümlədən notariat orqanlarında əvvəlki xidmət müddətinin prokurorluq orqanlarında qulluq müddətinə daxil edilməsi hazırkı mübahisə üzrə cavabdehin məsuliyyət sferasına aid oluna bilməz. Bu qərarın 26-cı bəndində istinad edilən normalara görə, prokurorluq orqanlarında qulluq stajının müəyyən edilməsi, həmin staja əsasən əlavənin hesablanması, belə əlavələrə hüququ olan şəxsin işlədiyi dövlət orqanı tərəfindən cavabdehə təqdim olunan rəsmi sənədə və həmin sənəddə qeyd olunmuş məlumatlara əsasən aparılır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə cavabdeh həmin sənədin məzmunu üçün məsuliyyət daşıyan, onun məzmununu müəyyən edən orqan qis mində qəbul edilə bilməz. Yəni cavabdehin ona təqdim edilmiş (ötürülmüş) həmin sənədə (hazırkı mübahisəyə münasibətdə arayışa) bağlı olduğu və müstəqil şəkildə həmin sənədin məzmununa müdaxilə səlahiyyətinə malik olmadığı da nəzərə alınmalıdır. Başqa sözlə, cavabdeh həmin sənəddə nəzərdə tutulmuş məlumatlar əsasında pensiya təyinatını, eləcə də pensiyanın məbləğinin hesablanmasını həyata keçirən qurum qismində çıxış edir. Əks təqdirdə qeyd olunan sənəd bir institut kimi öz mahiyyətini itirmiş olardı.

37. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı də yişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2-1(103)-2570/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar