Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1211/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: sosial təminat hüququ ilə bağlı mübahisələr; yaşa görə əmək pensiyasının təyin edilməsi 02.07.2019 GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin y anında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçının 08.05.1973-cü ildən 16.05.1975-ci ilə kimi həqbi xidmət illərinin və əmək kitabçasında qeyd olunan illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qərarı ilə (hakim Z.Tağıyev; iş No 2-1(82)-1986/2018) iddianın təmin edilməsi; iddiaçının 08.05.1973-cü ildən 16.05.1975-ci ilə kimi hərbi xidmət illərinin və əmək kitabçasında qeyd olunan illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi qərara alınmışdır Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən A.Nuriyeva, hakimlər V.Ağayev və C.Yu sifov; iş № 2-1(103)2562/2018) cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qərarının ləğv edilməsi; iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi; iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya ş ikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi; iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının nümayəndəsi G.Orucova vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh şöbənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmas ı mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, xx.xx.1954-cü ildə anadan olmuşdur; 08.05.1973-cü ildən 16.05.1975-ci ilə kimi hərbi xidmət keçmişdir. İşin materiallarına olan, iddiaçıya məxsus olan əmək kitabçasının surətinə əsasən, 01.02.1980-ci ildən 10.12.1982-ci ilə kimi, 01.03.1984-cü ildən 30.081985-ci ilə kimi, 02.09.1985-ci ildən 10.03.1986-cı ilə kimi, 02.04.1986-cı ildən 01.08.1986-cı ilə kimi, 01.09.1986-cı ildən 03.11.1986-cı ilə kimi, 01.11.1988-ci ildən 20.03.1989-cu ilə kimi, 01.04.1989-cu ildən 01.11.1989-cu ilə kimi, 02.02.1990-cı ildən 23.09.1990-cı ilə kimi, 04.03.1991-ci ildən 24.10.1991-ci ilə kimi, 01.06.1991-ci ildən 16.10.1992-ci ilə kimi, 01.10.1991-ci ildən 02.04.1997-ci ildə kimi, 24.05.1998-ci ildən 14.04.2000-ci ilə kimi 05.03.2000-ci ildən 06.01.2006-cı ilə kimi, müxtəlif müəssisələrdə və tikintilərdə fəhlə, bənna suvaqçıpeşələrində çalışmışdır. İddia ərizəsini verən günə iddiaçının 63 il 7 ay 18 gün yaşı tamam olmuş, hərbi xidmət müddəti nəzərə alınmaqla onun iş stajı 24 il 8 ay 8 gün təşkil edir. İnfarkt keçirdiyinə görə, yuxarıda qeyd edilən peşələrdə işləyə bilmir. Bunlara əsaslanaraq iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq ərizə ilə cavabdeh şöbəyə müraciət etmişdir. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanlanmış 23.02.2018-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalaının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsində qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Republikası Qanununun 7-ci maddəsinə uyğun olaraq 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasinin minumum məbləğindən az olmayan pensiya təminatı imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququ vardır (bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) Lakin iddiaçının əmək kitabçasına əsasən, onun 22 il 8 ay sığorta stajı olduğu, hərbi biletinə əsasən 08.05.1973-cü ildən 16.05.19 75-ci ilə kimi 2 il 8 gün daxil edilsə, cəmi 24 il 8 ay 8 gün təşkil etdiyi müəyyən edilir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. Ona görə də, cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuz olmamışdır. İddiaçının iddi tələbi əsassız və qanunsu olduğundan, həmin tələb təmin edilə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsaslı olmadığından qəbul edilməməlidir. Lakin eyni zamanda məhkəmə kollegiyası izah edir ki, apellyasiya instansiya məhkəməsinin qərarında istinad edilən norma ona imkan verir ki, iddiaçı çatışmayan pensiya kapitalının tamamlanması üçün müvafiq ödən iş etməklə yaşa görə əmək pensiyasının qazana bilər. Qanun buna imkan verir. Bundan inzibati orqan imtina edərsə, onda iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququ yaranacaq. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Mə hkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1211/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1211/2019
02.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver