Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1211/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1211/2020) Açar sözlər: bağ sahəsi üzərində mülkiyyət hüququnun təsdiq edilməsi və həmin torpaq sahəsinə dair hüquqların qeydiyyata alınaraq çıxarışın verilməsi Bakı şəhəri xx xxxxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhərinin Yaşma bağlar massivində, 982 saylı bağ sahəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-682/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1969-cu ildən xx xxxxxx 2013-cü ilədək Sumqayıt şəhərində fəaliyyət göstərən 45 saylı uşaq bağçasında işləmişdir. Təhsil işçiləri Azad həmkarlar ittifaqı Sumqayıt şəhər komitəsinin xx xxxxxx 2001-ci il tarixli 4 saylı qərarı ilə İddiaçı Yaşma ərazisində yaradılmış «Maarif» kollektiv bağçılıq təsərrüfatından 0,6 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Bu torpaq sahəsi “Maarif” bağçılıq yoldaşlığı cəmiyyətinin 1:2000 miqyaslı xəritəsindən çıxarışda 928 nömrəsi ilə qeyd olunmuşdur. İddiaçı xx.xx.2017-ci il tarixdə DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, «Maarif» kollektiv bağçılıq təsərrüfatından ona ayrılmış bu torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi onun ərizəsini təmin etməkdən imtina etmiş və iddiaçıya daşınmaz əmlak üzərində hü quqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2018-ci il tarixli, **********04 saylı bildiriş göndərərək bildirmişdir ki, «Maarif» bağçılığı yoldaşlığı ərazisində yerləşən 982 saylı torpaq sahəsinin koordinatının mövcud elektron kadastrı məlumat bazasında yoxlanması zamanı ərazinin xx xxxxxx 2015-ci il tarixdə qeydiyyata alınmış (kadastr nömrəsi **********0860) digər torpaq sahəsinin koordinatları daxilində olduğu müəyyən olunmuşdur. Buna görə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina olunmuşdur. İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhərinin Yaşma bağlar massivində, 982 saylı bağda yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun təsdiq edilməsi və həmin torpağa görə adına daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1969-cu ildən xx xxxxxx 2013-cü ilədək Sumqayıt şəhərində fəaliyyət göstərən 45 saylı uşaq bağçasında işləmişdir. 1988-ci ildə «Maarif» bağçılıq cəmiyyəti tərəfindən ona 982 saylı bağ sahəsi ayrılmışdır. Bağ sahəsi “Yaşma” bağlar» massivində yerləşir, ümumi ölçüsü 0,6 ha-dır. Cavabdeh bu torpağın digər torpaq sahəsinin koordinatları daxilində olduğunu bildirsə də, qeydiyyata alınmış həmin torpağın kimə verilməsini, yaxud kimin adına qeyd olunmasını göstərmə mişdir. Həmin bağ sahəsi ona verilmişdir və bunu onun adına verilmiş “Bağçılıq kitabçası" və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin 05 saylı, xx.xx.2018-ci il tarixli arayışı təsdiq edir. Cavabdeh saxta sənədlər əsasında ona məxsus torpaq sahəsini naməlum şəxsin adına özəlləşdirmişdir. Cavabdehin etiraz dəlilləri: Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinə təqdim etdiyi yazılı etirazı yuxarıda göstərilən imtina bildirişinin dəlillərinə uyğun əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (085)-557/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə (hakim İ.Quliyev) iddia təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı torpaq sahəsinin 1988ci ildə «Maari f» bağçılıq cəmiyyəti tərəfindən ona ayrıldığını bildirsə də, həmin torpaq sahəsinin ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən «xxxx» MMCnin adına tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunmuş koordinatlara əsasən torpaq sahəsinin sərhədləri daxilində olduğu müəyyən edilmişdir. Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)682/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər N.Nəsibov (sədrlik edən və məruzəçi) Z.Məmmədov və V.Cəfərov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (085) -557/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, bəyan olunan hüquqlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluq müəyyən edilmiş və inzibati orqan əsaslı olaraq iddiaçının müraciətini təmin etməmişdir. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuş, səhv tətbiq və təfsir edilmişdir. Buna görə də həmin qəra r ləğv edilməli və şikayətin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Onun verdiyi iddia tələbinin əsasını uzun illərdən bəri faktiki istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri Yaşma bağlar massivi ərazisində yerləşən sahəsi 006 ha olan 982 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının təsdiq edilərək həmin sahəyə mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarışın verilməsidir. Tərəflərin izahatları: İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Əsaslandırıcı hissə: Kollegiya tərəflərin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsi nin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasi ya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, iddiaçının tələbi Yaşma bağlar massivindən ona verilmiş 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin qoyulmasından barədədir. İddia tələbinin hüquqi əsaslarını «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunda göstərilir: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və x itam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə gö ndərilən ərizəsi əsasında aparılır.... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimi yyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesa b olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Apelyasiya instansiyası qərarını onunla əsaslandırmışdır ki, iddiaçı həmin bağ sahəsinin 1988-ci ildə «Maarif» bağçılıq cəmiyyəti tərəfindən ona ayrıldığını bildirsə də, həmin torpaq sahəsinin ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən «xxxx» MMC-nin adına tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü " sənədində qeyd olunmuş koordinatlara əsasən torpaq sahəsinin sərhədləri daxilində olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası bu əsaslandırmanı qanunauyğun hesab etmir. Çünki Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin işdə olan xx xxxx 2019-cu il tarixli, **********22 saylı məktubundan görünür ki, «Torpaq sahəsinin planı və ölçüsü» sənədlərinin elektron məlumat bazasında ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sözügedən torpaq sahəsinə dair «xxxx» MMCnin adına tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü barəsində məlumat mövcuddur. Lakin **********00860 nömrəli torpaq sahəsinin planı və ölçüsü və onun qeydiyyata alınmasına əsaslar, arxiv qovluğu idarənin xidməti istifadəsinə təhvil verilmiş arxiv məlumatlarında aşkar olunmamışdır. Hə min torpaq sahəsinin yerləşdiyi ərazi NECAS-a 2 saylı Sumqayıt Ərazi İdarəsinin xidmət sahəsi kimi əlavə edilmişdir və Sumqayıt şəhərinin inzibati ərazisi kimi qeyd olunmuşdur. Yaşma bağlar massivi, Maarif b/y 982 nömrəli bağ sahəsi ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “xxxx” MMC-nin adına tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunmuş koordinatlara əsasən torpaq sahəsinin sərhədləri daxilindədir. Yaşma bağlar massivi, Maarif bağçılıq yoldaşlığının 982 nömrəli bağ sahəsinin faktiki yeri “Maarif” bacılıq yoldaşlığının təqdim etdiyi sxematik xəritəyə uyğundur. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən apelyasiya şikayətinin dəlillərini araşdırmamış, nəyə görə bu dəlilləri qəbul etmədiyini əsaslandrmamışdır. İş materiallarına əlavə olunm uş A No537922 saylı torpaq sahəsinin plan və ölçüsü sənədindən görünür ki, “xxxx” MMC-yə 303743 kv.m torpaq sahəsi Abşeron rayon İH başçısının xx.xx.2014-cü il tarixli sərəncamına əsasən verilmiş, qeyd olunan plan və ölçü sənədi DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən tərtib olunaraq X3 kitabında xx.xx.2015-ci ildə qeydə alınmışdır. Lakin DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda (iş materiallarının 39-cu səhifəsi) göstərilmişdir ki, “xxxx” MMC-nin adına verilmiş torpaq sahəsinin planı ölçüsü sənədində göstərilən 303743 kv.m torpaq sahəsi Sumqayıt inzibati ərazi vahidinin hüdudları daxilindədir. İşin bu vəziyyəti, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin prinsipləri baxımından apelyasiya instansiyası məhkəməsi tərəfindən “ xxxx” MMC-nə torpaq sahəsinin ayrılması barədə ilkin sənədlərin araşdırılmasını, bunun üçün Abşeron rayon İHnə sorğu verilib sənədlərin tələb olunmasını, həmin torpaq sahəsinin harada yerləşməsini, iddiaçıya verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini mütəxəssis rəyi əsasında müəyyən etməyi, habelə “xxxx” MMC-nin işə üçüncü şəxs qismində cəlb olunmasını tələb edirdi. Lakin apelyasiya instansiyası məhkəməsi bu cür araşdırma aparmamışdır. Halbuki, Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (İPM-nin 12.1-ci maddəsi). Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Buna görə də kassator apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Buna görə də kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibat i-İqtisadi Kollegiyasının 682/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir. 2-1(105)-