Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1211/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə dair hüquqların reyestrdə qeydiyyata alınması, çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1957, FİN:1AOMZ7Z) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-108/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 22 iyun 2016-cı il tarixli, M-495/2112/2 nömrəli arxiv arayışına əsasən müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 1993-cü il tarixli, 2022 saylı Sərəncamı ilə təsdiq edilmiş Ləhiş ərazisində yerləşən 248 saylı BTK-nın siyahısında iddiaçının adı 16-cı sırada göstərilmişdir.
2. Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 16 saylı orderə əsasən müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 1993-cü il tarixli, 2022 saylı qərarına əsasən Ləhiş bağ sahəsindəki 248 saylı kooperativin nəzdindəki ölçüsü 0.12 ha olan 2239 saylı bağ sahəsi iddiaçıya ayrılmışdır.
3. Bakı Şəhər İcra Hakimiyyəti başçısı X1 X2 və Birliyi tərəfindən iddiaçıya ünvanlanmış 12 yanvar 2006-cı il tarixli, 25 saylı məktubunda qeyd edilmişdir ki, ona Bakı şəhər İcra Hakimiyyəti Aparatının 15 oktyabr 1986-cı il tarixli, 18/924 saylı və 14 iyun 1988-ci il tarixli, 6/333 saylı qərarlarına əsasən icarəsində olan bağ sahəsində hasar tikməyə icazə verilmişdir.
4. Cavabdeh orqan tərəfindən iddiaçı ya ünvanlanmış 09 iyul 2016-cı il tarixli, **********12 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, həmin bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, bağ sahəsinin 121 kv.m hissəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş əraziyə, qalan hissə isə ”2379a” saylı bağın ərazisinə düşür. Bu səbəblərdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti Aparatının BŞİH Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 248 saylı kooperativi nəzdində 16 nömrəli order əsasında ona ayrılmış Bakı şəhəri Ləhiş bağlar massivind ə yerləşən 0.12 hektar 2239 saylı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiа onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Aparatının BŞİH Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 248 saylı kooperativi nəzdində 16 nömrəli order əsasında Bakı şəhəri Ləhiş bağlar massivində yerləşən 0.12 hektar 2239 saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il tarixli 195 nömrəli qərarlarına əsasən Bakı şəhəri, Ləhiş ərazisindəki 248 nömrəli BTK-nın siyahısı təsdiq edilmiş və həmin siyahıda iddiaçının adı təsbit olunmuşdur. Göstərilən sənədlər əsasında iddiaçı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Həmin ərizənin icrasından 09 iyul 2019-cu il tarixli məktubla imtina olunmuşdur. Məktub onunlaəsaslandırılmışdır ki, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, sözügedən bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, bağ sahəsinin 121 kv.metr hissəsi digər fiziki şəxsin adına qeydyyatdan keçmiş əraziyə, qalan hissə isə 2379a saylı bağın ərazisinə düşür. Cavabdehin imtinasını əsassız hesab edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Bakı şəhəri İcra Hakimiyyəti Aparatının BŞİH Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 248 saylı kooperativi nəzdində 16 nömrəli order əsasında ona ayrılmış Bakı şəhəri Ləhiş bağlar massivində yerləşən 0.12 hektar 2239 saylı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh tərəfindən məhkəməyə iddia tələbinə dair etiraz təqdim olunmamışdır.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1703/2020 nömrəli, 03 sentyabr 2020-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin e dilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2697 nömrəli, 23 dekabr 2020-ci il tarixli ekspert rəyinin nəticəvi hissəsi aşağıdakı kimi göstərilmişdir: Qərardadın birinci və ikinci sualları üzrə: iş materiallarında olan "xxxx" MMC-nin 13 noyabr 2020-ci il tarixli, 105 nömrəli mütəxəssis rəyində aşağıdakılar qeyd olunur:
1. Bakı şəhər İcra Hakimiyyətinin 16 dekabr 1993-cü il tarixli 2022 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış Bakı şəhəri Ləhiş bağlar massivində yerləşən 248 nömrəli BTK nəzdində 0,12 hektar 2239 saylı bağ sahəsi Dövlət mülkiyyətinə aiddir, yeri və koordinatları rəyə əlavə edilmiş sxemdə göstərilir;
2. Bakı şəhər İcra Hakimiyyətinin 16 dekabr 1993-cü il tarixli 2022 nömrəli qərarına əsasən idd iaçıya ayrılmış Bakı şəhəri Ləhiş bağlar massivində yerləşən 248 nömrəli BTK nəzdində 0,12 hektar (0,1152 hektar) 2239 saylı bağ sahəsinin faktiki yeri və koordinatları “2379a” nömrəli bağ sahəsinin faktiki yeri və koordinatları ilə kəsişmir və üst-üstə düşmür, 127 metr kənarda yerləşir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-318/2021 nömrəli, 28 yanvar 2021-ci il tarixli qərarı ilə (hakim M.C.Qarayeva) iddia tələbi təmin edilərək iddiaçıya Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 248 saylı kooperativinin 16 nömrəli orderi əsasında ayrılmış Bakı şəhəri Ləhiş bağlar massivində yerləşən 0.12 hektar 2239 saylı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyya ta alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan həmin bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi və bağ sahəsinin 121 kv.m hissəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş əraziyə, qalan hissə isə ”2379a” saylı bağın ərazisinə düşməsinə istinad edərək, iddiaçının tələbinin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, iddiaçıya məxsus order sübut kimi mötəbər qiymətləndirilir və həmin bağ sahəsinin iddiaçıya ayrılmasını təsdiq edir. Qeyd olunmalıdır ki, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüq uqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən orderlər belə əsaslardan biri kimi nəzərdə tutulmuşdur.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-108/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsini n 2-1(112)-318/2021 nömrəli, 28 yanvar 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçının müraciəti ilə bağlı aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçının “2239” nömrəli bağ sahəsi kimi iddia etdiyi ərazi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən ”2379a” saylı bağın ərazisidir.
17. Həmçinin id diaçı tərəfindən 2239 saylı bağ sahəsi kimi göstərilən sahə ilə sxematik xəritəyə əsasən 2239 saylı bağın ərazisi arasında 127 metr məsafə mövcuddur.
18. Bundan əlavə, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2239 nömrəli bağ sahəsinin ayrılmasına dair iddiaçının adına 16 nömrəli order və 248 nömrəli BTK-ya dair yerləşmə sxemi (bölgü sxemi) arxiv qovluğunda aşkar edilməmişdir.
19. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır.
20. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tələbləri birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor maları kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir.
21. Cavabdeh orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparılır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
22. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-cİ il tarixli, 2186 nömrəli “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daş ınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz işin faktiki hallarına və iddia ərizəsinə uyğun əsaslandırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə
15. Hüquqları n dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahi yyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Vətəndaşların qanun i istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydası nda hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
25. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçıları nın vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarş ı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərin ə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.
31. Belə ki, aşağı instansiya məhkəmələrində aparılan icraat zamanı iddia olunan bağ sahəsinin 121 kv.m hissəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş əraziyə, qalan hissəsinin isə 2379a saylı bağın ərazisinə düşməsi barədə cavabdehin dəlilləri araşdırılmış, bu faktın müəyyən olunması üçün ekspertiza təyin edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizası zamanı aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 16 dekabr 1993-cü il tarixli 2022 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış Bakı şəhəri Ləhiş bağlar massivində yerləşən 248 nömrəli BTK nəzdində 0,12 hektar 2239 saylı bağ sahəsi dövlət mülkiyyətinə aiddir. Yəni heç bir fiziki şəxsin adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmamışdır. Həmçinin həmin bağ sahəsinin faktiki yeri və koordinatları 2379a nömrəli bağ sahəsinin faktiki yeri və koordinatları ilə kəsişmir və üst-üstə düşmür, 127 metr kənarda yerləşir. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.
32. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiy ası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-108/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.