Məhkəmə qərarları › İş №2-1(102)-1212/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1212/2019

17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1212/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon Şöbəsinə qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2168/18 saylı 16 noyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən veril miş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17.04.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.****-cı il təvəllüdlü iddiаçı Iddiaçı 18.08.1981-ci ildən əmək fəaliyyətinə başlamış və hal-hazırda da əmək fəaliyyətini davam etdirir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 07.02.2018-ci il tarixli 19/1265-01 saylı imtina məktubu ilə bildirmişdir ki, iddiaçının 04.05.1987-ci ildən 08.10.2001-ci ilədək işlədiyi izolyasiyaçı (örtükçü) vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid olmadığından iddiaçının qanunla tələb olunan güzəştli iş stajı yoxdur. Bundan sonra iddiaçı Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 21.09.2017-ci il tarixində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı 01.07.2012-ci il tarixindən, 52 yaşdan yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsinin və 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən pensiya təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-248/2018 saylı, 05 fevral 2018-ci il tarixli qərarı ilə idd ia təmin edilərək, iddiaçı Iddiaçı na 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya hesablanarkən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərinin nəzərə alınması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh - DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-248/2018 saylı, 27 iyul 2018-ci il tarixli qərardadı ilə “Bakı şəhəri Nərimanov rayon şöbəsi” sözlərinin “Bakı şəhəri Xətai rayon şöbəsi” sözləri ilə, “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının” sözlərinin “01 iyul 2012-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının” sözləri ilə əvəz edilməsi qərara alınmışd ır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunması və iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2168/18 saylı 16 noyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-248/2018 saylı, 05 fevral 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının 04.05.1987-ci ildən 08.10.2001-ci ilədək - 13 il “Cənubenerjiizolyasiya İdarəsi”nin və “Qafqazenerjiizolyasiya İdarəsi”nin Rusiya-Azərbaycan müştərək müəssisəsinin Bakı sahəsində çalışdığı izolyasiyaçı (örtükçü) peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdi q edilmiş “Güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin 1 nömrəli Siyahısı” ilə nəzərdə tutulmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2168/18 saylı 16 noyabr 2018-ci il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının 04.05.1987-ci ildən 08.10.2001-ci ilədək 13 il “Cənubenerjiizolyasiya İdarəsi”nin və “Qafqazenerjiizolyasiya İdarəsi”nin Rusiya-Azərbaycan müştərək müəssisəsinin Bakı sahəsində çalışdığı izolyasiyaçı (örtükçü) peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin 1 nömrəli Siyahısı”nın 12-ci (Elektrotexnika istehsalatı və elektr otexniki avadanlığın təmiri) fəslinin “a” ( fəhlələr - 2290100a-13450) bəndinə aiddir. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91, 92.0.6, 96.5-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2168/18 saylı 16 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegi yasının 2-1(103)-2168/18 saylı 16 noyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində“göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan“şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin a bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zə rərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1““nömrəli siyahısı üzrə kişilər— kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsaaxırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 06 ay artırılır. Yuxarıda qeyd olunan normaların məzmununa uyğun olaraq, iddiaçıya 52 yaşdan güzəştli şə rtlərlə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 20 il ümumi iş stajı, 10 il xüsusi iş stajı olmalıdır. İddiaçının 20 il ümumi iş stajının olması tərəflər arasında işin mübahisələndirilməyən hallarına aiddir. Hazırkı iş üzrə mübahisə predmeti iddiaçının güzəştli iş stajı məsələsidir. Lakin iddiaçının 04.05.1987-ci ildən 08.10.2001-ci ilədək - 13 il “Cənubenerjiizolyasiya İdarəsi”nin və “Qafqazenerjiizolyasiya İdarəsi”nin Rusiya-Azərbaycan müştərək müəssisəsinin Bakı sahəsində çalışdığı izolyasiyaçı (örtükçü) peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin 1 nömrəli Siyahısı” ilə nəzərdə tutulmamışdır. Kassatorun dəlilinə görə iddiaçını n 04.05.1987-ci ildən 08.10.2001-ci ilədək - 13 il “Cənubenerjiizolyasiya İdarəsi”nin və “Qafqazenerjiizolyasiya İdarəsi”nin Rusiya-Azərbaycan müştərək müəssisəsinin Bakı sahəsində çalışdığı izolyasiyaçı (örtükçü) peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin 1 nömrəli Siyahısı”nın 12-ci (Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri) fəslinin “a” ( fəhlələr - 2290100a-13450) bəndinə uyğundur. Kassatorun dəlili ilə bağlı qeyd edilməlidir ki, “Güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin Siyahısı”nda “2290100a-13450” şifrəsi ilə “Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər” bölməsində “rəngsazlar” peşəsi nəzərdə tutulm uşdur. İddiaçının peşəsi isə izolyasiyaçı (örtükçü) olmuş və “rəngsaz” peşəsi isə sözügedən peşədən əhəmiyyətli dərəcədə fərqlənir. Bundan əlavə, sözügedən şifrə “Güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuşdur. Bundan əlavə, iddiaçının həmin peşənin 1 nömrəli siyahıda nəzərdə tutulmuş “elektrik izolyasiya lakları, qatran və mastika bişirənlər” peşəsinə uyğun olması ilə bağlı dəlilinə münasibətdə qeyd edilməlidir ki, həmin siyahıda hər bir peşə ayrıca kodla işarələnməklə qeyd edilmiş və işdə olan sənədlərdən göründüyü kimi iddiaçının peşəsinin adı konkret olaraq “izolyasiyaçı (örtükçü)” adlanır. Lakin 1 nömrəli siyahıda belə bir peşə nəzərdə tutulmamışdır. Göründüyü kimi iddiaçının qanunla tələb olunan güzəştli iş stajının olması iş materialları ilə öz təsdiqini tapmadığından cvabdehin iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi qanuni və əsaslı olmuşdur. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Iddiaçı kassasiya şikayəti təmin edilməsin. Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2168/18 saylı 16 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar