Məhkəmə qərarları › İş №2-1(102)-1212/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1212/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1212/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı iş üzrə (Açar söz: qərarın ləğv edilməsi; əmək müqaviləsi bağlamadığı üçün cərimə) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi və vəkili iştirakı ilə İddiаçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinə (qarşı vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 30.10.2017-ci il tarixl i”, ***** nömrəli qərarının ləğv edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli 2-1(105)-172/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 09.06.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 30.11.2016-ci il tarixdə vergi orqanında qeydiyyatdan keçmiş və ona ***** saylı VÖEN verilmişdir. Cavabdehin 12.09.2017-ci il tarixli, ***** nömrəli “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçıya məxsus olan Ünvan ünvanında yerləşən obyektdə- «X» şadlıq evində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəy ə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi üzrə 12 sentyabr 2017-ci il tarixdən 19 sentyabr 2017-ci il tarixədək operativ vergi nəzarəti keçirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus şadlıq evində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yetirilməsinə cəlb edilməsi halları yoxlanılmış, yoxlama zamanı işlərin yerinə yetirilməsinə cəlb olunmuş 25 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlanmadığı aşkar olunmuş və bu barədə Xx-** seriyalı, ***** saylı akt tərtib edilmişdir. Həmin akt əsasında cavabdeh tərəfindən 30 oktyabr 2017-ci il tarixli, ***** saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmas ına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərək, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 25 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə iddiaçıya 25000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30.10.2017-ci il tarixli, ***** nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmələrin mövqeyi: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 05 mart 2018-ci il tarixli, 2-1(85)-323/2018 nömrəli qərarı ilə iddia təm in edilmiş, cavabdehin vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30.10.2017-ci il tarixli, ***** nömrəli qərarı ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 iyul 2018-ci il tarixli 2-1(105)-311/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 05 mart 2018-ci il tarixli, 2-1(85)323/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 iyul 2018-ci il tarixli 2-1(105)-311/2018 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasını n 21(102)-2103/2018 saylı 07 noyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 iyul 2018-ci il tarixli 2-1(105)-311/2018 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda əks olunmuş Vergi Məcəlləsinin 58.10-cu və 50.1.7-ci maddələrinin tətbiqinin yoxlanılması üçün işin halının müəyyən edilməsi məqsədilə iddiaçının fiziki şəxslərlə bağladığı müqavilələrlə bağlı düzgün araşdırma aparılmamış, məhkəmənin gəldiyi nəticə tətbiq etdiyi maddi hüquq normalara uyğun olmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli 2- 1(105)-172/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 05 mart 2018-ci il tarixli, 21(85)-323/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının fəaliyyət sferası xidmət müqaviləsi bağlamağa uyğun olmuşdur, bununla yanaşı işə cəlb olunanların sayı gizlədilməmiş, vergi ödəməkdən yayınma hallarına yol verilməmişdir. Belə ki, iddiaçı tərəfindən 25 nəfər fiziki şəxs ilə 01 avqust 2017-ci il tarixli xidmət müqavilələri bağlanmışdır ki, cavabdeh göstərilən halı tam araşdırmadan qərar qəbul etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli 2-1(105)-172/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətini n dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə operativ vergi nəzarəti tədbirinin həyata keçirildiyi zaman, istərsə də yoxlama tədbirindən sonra vergi ödəyicisi tərəfindən tədbir zamanı əmək müqavilləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş 25 nəfər fiziki şəxslərlə bağlanmış xidmət müqavilələri vergi orqanına təqdim edilməmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən 30.11.2016-cı il tarixdən etibarən restoranlar tərəfindən xidmətlərin göstərilməsi fəaliyyət növü üzrə vergi orqanında uçota alınmışdır. Vergi ödəyicisi tərəfindən 2016-cı ilin 4-cü rübündən fəaliyyətə başlamasına baxmayaraq həmin dövrlər üzrə vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə görə ödənilmiş məbləğ bəyan edilməmişdir. Vergi ödəyicisi əvvəlki dövrlər üzrə heç bir xidməti müqavilə bağlamadığı halda, operativ vergi nəzarəti keçirildikdən sonra 33 nəfərə görə xidməti müqavilə üzrə vergilər hesablamışdır. Kassator İPM-nin 90, 94, 96.9-cu maddələrinə istinad edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli 2-1(105)172/2019 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, kassasiya şikayətinin təmin olunmasını, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli 2-1(105)-172/2019 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi q aydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli 2-1(105)-172/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, 12.09.2017-ci il tarixli, ***** nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus olan Ünvan ünvanında yerləşən obyektdə, «X» şadlıq evində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi üzrə 12 sentyabr 2017-ci il tarixdən 19 sentyabr 2017-ci il tarixədək operativ vergi nəzarəti keçirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus şadlıq evində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi halları yoxlanılmış, yoxlama zamanı işlərin yerinə yetirilməsinə cəlb olunmuş 25 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlanmadığı aşkar olunmuş və bu barədə Xx ** seriyalı, **** saylı akt tərtib edilmişdir. Həmin akt əsasında cavabdeh tərəfindən 30 oktyabr 2017-ci il tarixli, ***** saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərək, iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 25 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə ona 25000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırkı iş üzrə tətbiq edilmi ş maliyyə sanksiyasını mübahisələndirərək bildirir ki, həmin 25 nəfər şəxslə xidmət müqavilələri bağlandığından tətbiq edilmiş maliyyə sanksiyası əsassızdır. Belə ki, iddiaçı öz izahatlarında həmin 25 nəfər fiziki şəxslərlə bağladığı xidməti müqavilələri təqdim edərək, onlarla mülki hüquq münasibətlərində olduğunu, heç bir vergidənyayınma halına yol verilmədiyini, həmin şəxslərin əmək münasibətlərinə xas olan müntəzəmlik, tabeçilik, işin olub-olmamasından asılı olmayaraq iş yerində olmaq kimi əsas xüsusiyyətlərinə uyğun şəkildə çalışmadıqlarını, yalnız toydantoya şadlıq evinə gəldiklərini və işin sonunda müvafiq günlük xidmət haqqı aldıqlarını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu M əcəllə ilə müəyyən edilmiş hallarda və qaydada (…) operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aiddir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (...) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi(50.1.7); Həm in Məcəllənin 50.3-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. (...); Həmin Məcəllənin 50.6-ci maddəsinə əsaəsn, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. (...); Həmin Məcəllənin 58.10-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı)hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edili r. Beləliklə, yuxarıda sadalanan maddələrin tələbləri baxımından, vergi orqanı müəyyən məsələlər üzrə, o cümlədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsi ilə bağlı əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinin yoxlanılması məqsədilə operativ vergi nəzərətini həyata keçirmək hüququna malikdir. Bu məqsədlə vergi orqanı müvafiq qərar qəbul etməlidir. Daha sonra yoxlamanın nəticələrinə dair müvafiq akt tərtib edilməlidir. Əmək qanunvericiliyin tələblərinin pozuntusu müəyyən edildiyi təqdirdə, vergi orqanı vergi ödəyicisi kimi işgötürənə münasibətdə müvafiq maliyyə sanksiyasını tətbiq etməlidir. Məcəllənin 58.10-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiqi üçün isə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi ( kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bu yolla onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılması müəyyən olunmalıdır. Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minməsi ilə məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən, əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən, (...) əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bi ldirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 3-cü maddəsinin 5.1-ci bəndinə əsasən, əmək müqaviləsi bildirişi-(...) əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (...) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri dir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsaəsn, (...) əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Sadalanmış maddələrin mənasından isə məlum olur ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlansa da, lakin həmin müqavilə müvafiq elektron informasiya sistemində qeydiyyatdan keçdikdən sonra və bu barədə məlumat olduqdan sonra qüvvəyə minir. Elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin vəzifəsi kimi müəyyən olun muşdur. Belə olan halda, hazırkı iş üzrə 25 nəfərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunur, belə ki, işçi ilə bağlanmış müqavilənin elektron informasiya sisteminə daxil edilib-edilməməsi cavabdeh tərəfindən yoxlanılmış, həmin 25 nəfər barəsində elekron informasiya sistemində məlumat tapılmamış, iddiaçı tərəfindən də bu hal mübahisələndirilmir. Məcəllənin 58.10-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiqi üçün isə yalnız Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməs i deyil, həm də bu yolla onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılması müəyyən olunmalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Gəlirlərinin gizlədilməsinə şərait yaratmasının araşdırılması isə bilavasitə işəgötürən tərəfindən işçi ilə bağlanmış müqavilənin elektron informasiya sisteminə daxil edilibedilməməsinin yoxlanılması ilə kifayyətlənməlidir. Çünki elektron informasiya sisteminə müqavilənin daxil edilməməsi işgötürənlə işçi arasında əmək münasibətlərinin əmək qanunvericiliyinə əsasən həyata keçirlmədiyinə dəlalət edir və həmin işçinin gəlirinin gizlədilməsinə səbəb olur. Bu halın müəyyən edilməsi isə maliyyə sənksiyasının tətbiqi üçün hüquqi əsasdır. Bu mövqeyi mübahisələndirən, yəni işçinin gəlirinin gizlədilməsinə şərait yaratmadığını iddia edə n iddiaçı digər şəxslərlə əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsinin deyil, xidməti müqavilənin bağlandığını, həmin müqavilələr üzrə onun tərəfindən Vergi Məcəlləsinin 150.1.2 və 150.3.1-ci maddələrində müəyyən edilmiş vergi öhdəliklərinin yerinə yetirildiyini bildirir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları bildirir. Vergi Məcəlləsinin 150-cı maddəsi ödəmə mənbəyində verginin tutulması qaydalarını tənzimləmiş və mübahisəli məsələyə münasibətdə aşağıdakıları müəyyən etmişdir: -150.1-ci maddəsinə əsasən, aşağıdakı şəxslər (...) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.2. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar və xüsusi notariuslar; 150.1.7.Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxs lərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar; - 150.2-ci maddəsinə əsaəsn, bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar. Müddəalara əsaəsn, fiziki şəxslərin aylıq gəlirindən vergi ödənilməlidir. Bu məqsədlə gəlir kimi müvafiq ödənişi həyata keçirən şəxs vergini gəlirdən tutmalı və budcəyə ödəməlidir. Vergi Məcəlləsinin 97-ci maddəsi gəlirə muzdlu işlə əlaqədar əldə edilən gəliri (97.3.1) və muzdlu işə aid olmayan fəaliyyət dən əldə edilən gəliri (97.3.2.) aid etmişdir. Vergi Məcəlləsinin 98.1-ci maddəsi fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlirə əmək haqqını aid etmişdir. Vergi Məcəlləsinin 99-cu maddəsi isə muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlərə sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəliri aid etmişdir. Bu müddəaların yuxarıda göstərilmiş Vergi Məcəlləsinin 150.1.2 və 150.1.7-ci maddələri ilə əlaqəli təhlili o nəticəni yaradır ki, işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlandığı halda, fiziki şəxsin əldə etdiyi gəlir muzdlu işlə əlaqədar alınan gəlirə aid olmaqla əmək haqqından ibarətdir. İşəgötürən tərəfindən xidmət müqaviləsi bağlandığı halda isə, fiziki şəxsin əldə etdiyi gəlir sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlirə aid olmalıdır. Belə ki, Vergi Mə cəlləsinin: - 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti — şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; - 13.2.11- ci maddəsinə əsasən, xidmət (iş) –- malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyətdir. Təqdim edilmiş müqavilələrdən göründüyü kimi, fiziki şəxslər müxtəlif peşələr üzrə “xidmətlərin göstərilməsi” ilə bağlı müqavilə bağlamışdırlar. Yəni bu müqavilələrin predmetini hər hansı bir maddi əhəmiyyət kəsb edən məhsulun istehsalına dair sifariş deyil, işçilərin müəyyən ixtisas üzrə peşəkar fəaliyyət göstərilməsi təşkil edir. Hazırkı iş üzrə apellyasiya məhkəməsi tərəfindən bağlanmış müqavilələrə münasibətdə yalnız tərəflər arasında mülki qanunvericiliyin tələblərinə əsasən iradə ifadəsinin məzmununun əsas götürülməsi düzgün olmamışdır. Belə ki, Xx xx xx xx xx xx xx xx xx xx xx xx xx xx xx xx xx xx xx xx xx xx xx xx xx xx xx xx xx xx 12 sentyabr 2017-ci il tarixli izahatlarında iddiaçı ilə əmək müqaviləsi bağlamadıqlarını qeyd etmişlər. Bundan əlavə, vergi ödəyicisi tərəfindən 30.11.2016-cı il tarixindən restoranlar tərəfindən xidmətlərin göstərilməsi fəaliyyət növü üzrə vergi uçotuna alınmasına baxmayaraq, işin araşdırılan halları ilə müəyyən olunur ki, vergi ödəyicisi tərəfindən 2016cı ilin 4-cü rübü, 2017-ci ilin 1-ci rübü üzrə ödənilmiş vəsaitlər icarə haqlarına görə hesablanmış ödəmə mənbəyindən tutulan vergilər üzrədir. 2017-ci ilin 2-ci rübü üzrə isə vergi orqanına ümumiyyətlə məlumat təqdim edilməmişdir. Halbuki vergi orqanı tərəfindən vergi ödəyicisi üzrə operativ vergi nəzarəti keçirildikdən sonra 33 nəfər xidmət müqaviləsi üzrə ödəmə mənbəyində vergilər hesablanmışdır. Bundan əlavə, xidmət müqavilələri yoxlama zamanı cavabdheə təqdim edilməmiş, həmçinin izahat verən şəxslər xidmət müqavilə bağladıqlarını qeyd etməmişlər. Belə olan halda, məhkəmə kollegiyası təqdim edilmiş xidmət müqavilələrinin sonradan bağlandığı qənaətinə gəlir. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən isə məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallarını nəzərə almadan iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Şikayət əsaslı olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. İPM-in 96.5.1 və 96.5.2-ci maddələrində nəzərdə tutulan hallar hazırkı işdə mövcud olmadığından, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsaslar yoxdur. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli 2-1(105)-172/2019 nömrəli qərarı ləğv edilsin. İddia tələbi rədd edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar