Məhkəmə qərarları › İş №2-1(102)-1212/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1212/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1212/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş gömrük rüsumunun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş gömrük rüsumunun qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 2-1(103)802/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2020-ci il tarixdə 2016-cı il istehsallı, mühərrik həcmi 2995 sm3, SALWR2FV0HA671164 şassi/ban nömrəsi olan “LAND ROVER RANGE ROVER SPORT” minik avtomobili 26898 ABŞ dollarına satın almış, “X3” LLC-nin bank hesabına 26898 ABŞ dolları ödəniş etmişdir. 2. ********** nömrəli gömrük bəyannaməsində 2016-cı il istehsallı, mühərrik həcmi 2995 sm3, SALWR2FV0HA671164 şassi/ban nömrəsi olan “LAND ROVER RANGE ROVER SPORT” minik avtomobilinin invoys dəyəri 26898 ABŞ dolları, gömrük dəyəri 68000 ABŞ dolları, statistik dəyəri isə 40000 ABŞ dolları göstərilmişdir.

3. İdd iaçı xx.xx.2020-ci il tarixdə 2019-cu il istehsallı, mühərrik həcmi 1998 sm3, WBAJA7C50KG910918 şassi/ban nömrəsi olan “BMW 530 Xİ” minik avtomobilini 16200 ABŞ dollarına satın almış, “X3” LLC-nin bank hesabına 16200 ABŞ dolları ödəniş etmişdir. 4. ********** nömrəli gömrük bəyannaməsində 2019-cu il istehsallı mühərrik həcmi 1998 sm3, WBAJA7C50KG910918 şassi/ban nömrəsi olan “BMW 530 Xİ” minik avtomobilinin invoys dəyəri 16200, gömrük dəyəri 56100, statistik dəyəri isə 33000 ABŞ dolları göstərilmişdir.

5. İddiaçı xx.xx.2020-ci il tarixdə 2017-ci il istehsallı, mühərrik həcmi 1997 sm3, WBAJA7C3XHG904003 şassi/ban nömrəsi olan “BMW 530 Xİ” minik avtomobilini 18362 ABŞ dollarına satın alınmış, “X3” LLC-nin bank hesabına 18362 ABŞ dolları ödəniş edilmişdir. 6. ********** nömrəli gömrük bəyanna məsində 2017-cİ il istehsallı mühərrik həcmi 1997 sm3, WBAJA7C3XHG904003 şassi/ban nömrəsi olan “BMW 530 Xİ” minik avtomobilinin invoys dəyəri 18362, gömrük dəyəri 45900, statistik dəyəri isə 27000 ABŞ dolları göstərilmişdir.

7. İddiaçı “avtomobillərin dövlət rüsumunun düzgün hesablanması” barədə tələbinə dair iddia ərizəsi ilə cavabdeh orqana müraciət etmişdir.

8. Cavabdeh orqan 18 avqust 2020-ci il tarixli, 2100-012/0xx-xx/000793 nömrəli cavab məktubunda bildirmişdir ki, iddiaçı nəqliyyat vasitələrini hərracda aldığını qeyd etsə də, həmin nəqliyyat vasitələrinin hərracda əldə edilməsinə dair təsdiqedici sənədləri gömrük orqanına təqdim etməmişdir, İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus 2016-cı il buraxılışlı (VİN SALWR2FV0H671164) RANGE ROVER SPORT markalı, 2017-ci il buraxılışlı (VİN WBAJA7C3XHG904003) BMW 530 Xİ markalı və 2019cu il buraxılışlı (VİN WBAJA7C5KG910918) BMW 530 Xİ markalı avtomobillərin gömrük rəsmiləşdirilməsi zamanı artıq tutulmuş 13.960,43 manat məbləğində gömrük ödənişlərinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. iddiaçının əsaslandırılması:

10. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 14 yanvar 2020-ci il tarixdə X1 keçirilən internet hərracı vasitəsi ilə MMC qəzalı və suda qalmış 3 ədəd avtomobil almışdır. Bütün ödəmələr bank vasitəsi ilə aparılmışdır. Həmin avtomobillərdən – M1 kateqoriyalı, benzin mühərrikli 2.995 kub-m həcmli, 2016-cı il buraxılışlı VİN SALWR2FV0HA671164 Land RANGE ROVER SPORT AZS 636-2012-ci il ekoloji sinfi 6 olan normativ sənədlərin tələblərinə uyğun olan və Ml kateqoriyalı, benzin mühərrikli 1.997 kub-m həcmli, 2017-ci buraxılış ili olan VİN WBAJA7C3XHG904003, BWW 530 Xİ AZS ***-**** -ci il ekoloji sinfi 6 olan avtomobili ciddi su problemləri ilə qarşılaşmışdır, daşqın və sel nəticəsində su altında qalmış, elektrik və kosmetik problemləri vardır. M1 kateqoriyalı, benzin mühərrikli 1.998 kub-m həcmli, 2019-cu il buraxılış ili olan VİN WBAJA7C5KG910918, BWW 530 Xİ AZS 636-2012-cı ekoloji sinfi 6 olan avtomobil isə dairəvi şəkildə ciddi qəzaya uğramış və qəza nəticəsində avtomobilin ön hissəsi və detalları qəzalı vəziyyətdədir. Yan və arxa detalları isə, qəza nəticəsində deformasiyaya uğramışdır. 11. 15 yanvar 2020-ci il tarixdə Azər-Türk Bank ASC-nin Ba kı Filialı VÖEN ********** vasitəsi ilə Gürcüstan Respublikasında 29a Qaqarin street Tbilisi 0160 ünvanında yerləşən bankına MMC-nin adından 18.362.00 ABŞ dolları pul vəsaitini köçürməklə 10 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasının "Qırmızı körpü" gömrük məntəqəsindən M1 kateqoriyalı, benzin mühərrikli 1.997 kub-m həcmli, 2017-ci buraxılış ili olan VİN WBAJA7C3XHG 904003, BWW 530 Xİ AZS ***-**** -ci il ekoloji sinfi 6 olan avtomobili Azərbaycan Respublikasına gətirdikdən sonra Bakı şəhəri, Lökbatan qəsəbəsi Xocasən yolu 57 ünvanında yerləşən Akkreditasiya attestatı № AZ 05. 0378. 01. 19 04. 01. 2022 olan AR Dövlət Gömrük Komitəsi X2 İdarəsinin İnspeksiya Xidməti İdarəsindən xx.xx.12769.20 10 aprel 2012-ci il tarixli blankın sıra nömrəsi 035090 olan şəhadətnaməni aldıqdan sonra o rada yerləşən Gömrük idarəsində həmin avtomobilin 18.362,00 ABŞ dollarına alınmasının düzgün olmadığını həmin avtomobilin qiymətini 45.900,00 Azərbaycan Respublikasının pul vahidinə ekvivalentində 27.000 ABŞ dolları dəyərində qiymətləndirməklə 14.038,52 manat gömrük rüsumu tələb olunmuşdur. 12. 15 yanvar 2020-ci il tarixdə Azər-Türk Bank ASC-nin Bakı filialı VÖEN********** vasitəsi ilə Gürcüstan Respublikasında 29a Qaqarin street Tbilisi 0160 ünvanında yerləşən bankına MMC-nin adından 26.898.00 ABŞ dolları pul vəsaitini köçürməklə 10 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasının "Qırmızı körpü" gömrük məntəqəsindən Ml kateqoriyalı, Benzin mühərrikli 2.995 kub-m həcmli, 2016-cı il buraxılışlı, VİN. SALWR2FV0HA671164 Land RANGE ROVER SPORT AZS 636-2012-ci il ekoloji sinfi 6 olan normat iv sənədlərin tələblərinə uyğun olan (aparılmış sınağın və ölçülərin nəticələri sınaq protokol № 13069 xx.xx.2020) avtomobili Azərbaycan Respublikasına gətirdikdən sonra Bakı şəhəri, Lökbatan qəsəbəsi, Xocasən yolu 57 ünvanında yerləşən Akkreditasiya attestatı № AZ '5. 0378. 01. 19 04. 01. 2022 olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X2 İdarəsinin İnspeksiya Xidməti İdarəsindən 10 aprel 2012-ci il tarixli xx.xx.12771.20 nömrəli blankın sıra nömrəsi 035092 olan şəhadətnaməni aldıqdan sonra orada yerləşən Gömrük idarəsində həmin avtomobilin 26.898 ABŞ dollarına alınmasının düzgün olmadığını həmin avtomobilin qiymətini 68.000 manat Azərbaycan Respublikasının pul vahidinə ekvivalentində 40.000 ABŞ dolları dəyərində qiymətləndirməklə 26.384,86 manat gömrük rüsumu tələb olunmuşdur. 1 3. 17 yanvar 2020-ci il tarixdə Azər-Türk Bank ASC-nin Bakı Filialı VÖEN ********** vasitəsi ilə Gürcüstan Respublikasında 29a Qaqarin street Tbilisi 0160 ünvanında yerləşən bankına MMC-nin adından 16.200.00 ABŞ dolları pul vəsaitini köçürməklə 10 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasının "Qırmızı körpü" gömrük məntəqəsindən M1 kateqoriyalı, benzin mühərrikli 1.998 kub-m həcmli, 2019-cu buraxılış ili olan VİN WBAJA7C5KG910918, BWW 530 Xİ AZS 636-2012-cı ekoloji sinfi 6 olan avtomobili Azərbaycan Respublikasına gətirdikdən sonra Bakı şəhəri, Lökbatan qəsəbəsi, Xocasən yolu 57 ünvanında yerləşən Akkreditasiya attestatı N° AZ 05.0378.01.19 '4.01.2022 olan AR Dövlət Gömrük Komitəsi X2 İdarəsinin İnspeksiya Xidməti idarəsindən 10 aprel 2012-ci il tarixli xx.xx.12770.20 nömrəli blankın sıra nömrəsi 035091 olan şəhadətnaməni aldıqdan sonra orada yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində həmin avtomobilin 16.2000 ABŞ dollarına alınmasının düzgün olmadığını həmin avtomobilin qiymətini 56.100 Azərbaycan Respublikasının pul vahidinə ekvivalentində 33.000 ABŞ dolları dəyərində qiymətləndirməklə 15.971,66 manat gömrük rüsumu tələb olunmuşdur.

14. İdarənin qiymətləndirmə şöbəsinin əməkdaşı tərəfindən iddiaçıya həmin qiymətlərin qoyulacağı bildirilmişdir. Bu barədə gömrük bəyannaməsindən çıxarışlar da təqdim edilmişdir. Bundan başqa avtomobillərin AR Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə məxsus dayanacaqda saxlanmasına görə dayanacağın kassasında iddiaçıdan hər bir avtomobil üçün hər bir gü nə görə 50 manat ödənilməsi bildirilməklə avtomobillərin dayanacağa daxil olmasına görə hər bir avtomobil üçün 200 manat tələb edilmişdir. Bunun müqabilində bank hesablarına ödəniş tapşırığını tələb etdikdə isə, rəsmi heç bir sənəd verilməyəcəyi bildirilmişdir.

15. Belə olduqda iddiaçı hazırkı iddia ilə məhkəmələrə müraciət etdiyi halda bu proses 3 ay müddətində davam edərsə təkcə avtomobillərin dayanacaqda qalma xərci təxminən 14.500 – 15.000 manat təşkil edəcəkdir. Onlara avtomobilləri başqa istənilən dayanacaqda saxlanması təklifini verdikdə isə, iddiaçıya avtomobillərin ancaq həmin dayanacaqda saxlanılmasının mümkünlüyü bildirilmişdir. Qanunvericiliyin tələblərinə görə, MMC tərəfindən bank vasitəsilə köçürmə yolu ilə alınan avtomobillərin dövlət rüsumları konkret olaraq bank vasitəsi i lə alınan qiymətlərə uyğun hesablanmalıdır. İddiaçıya bunlar bildirildikdən sonra dərhal həmin tarixdə, yəni 10 aprel 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsinin 195 qaynar xətti ilə telefon əlaqəsi saxlamaqla bununla bağlı şikayət edilmişdir. Oradan bildirilmişdir ki, Dövlət Gömrük Komitəsinin Elektron ünvan mail ünvanına müraciət oluna bilər. Dərhal həmin ünvana Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyevə ərizə ilə müraciət edilmişdir. İddiaçının rəsmi sənədlərlə avtomobilləri aldığı qiymətləri aldığı yerdən də yoxlanılmaqla öyrənilməsi mümkündür. Gömrük İdarəsinin tələb etdiyi bu xərclər qanuna zidd olmaqla əsassız olmaqla iddiaçının fəaliyyətinə maneələr yaradır.

16. Belə ki, iddiaçının hansı hesabdan pulu köçürməyi, avtomobillərin dəqiq dəyərləri, onların əzik vəziyyətdə ol maları və suda qalmaları tam aydındır. Göstərilənlərə və İPM-in 34, 35, 37, 40, 41, 43, 45 – 47-ci maddələrinə əsaslanaraq AR Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük idarəsinin İddiaçı MMC-yə məxsus M1 kateqoriyalı, benzin mühərrikli 1.997 kub-m həcmli, 2017-ci buraxılış ili olan VİN WBAJA7C3XHG904003, BWW 530 Xİ AZS ***-**** -ci il ekoloji sinfi 6 olan normativ sənədlərin tələblərinə uyğun olan, M1 kateqoriyalı, benzin mühərrikli 2.995 kub-m həcmli, 2016-cı il buraxılışlı VİN. SALWR2FV0HA671164 Land RANGE ROVER SPORT AZS 6362012-ci il ekoloji sinfi 6 olan normativ sənədlərin tələblərinə uyğun olan, M1 kateqoriyalı, benzin mühərrikli 1.998 kub-m həcmli, 2019-cu buraxılış ili olan VİN WBAJA7C5KG910918, BWW 530 Xİ AZS 636-2012-cı ekoloji sinfi 6 olan normativ sənədlərin tələ blərinə uyğun olan avtomobillərin qanuna müvafiq olaraq alınması qiymətlərinə uyğun rüsumlarının alınması barədə qərar çıxarılması xahiş olunur. cavabdehin etirazları:

17. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş etirazın dəlillərində qeyd edilmişdir ki, qanunvericiliyin tələbləri gömrük əməkdaşları tərəfindən əsas götürülmüş, onların hərəkətlərində hər hansı bir hüquqazidd əməl mövcud deyil, əksinə, İddiaçı MMC qeyd edilən nəqliyyat vasitələrinin dəyərini aşağı göstərmiş, çünki o, həmin nəqliyyat vasitələrinin qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərindən daha aşağı ödəniş etməklə ölkə ərazisinə keçirməkdə maraqlı tərəfdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-892/2021 saylı, 06 oktyabr 2021-ci il (sədrlik edən hakim Rü stəm Kərimli) tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya məxsus 2016-cı il buraxılışlı (VİN SALWR2FV0H671164) RANGE ROVER SPORT markalı, 2017-ci il buraxılışlı (VİN WBAJA7C3XHG904003) BMW 530 Xİ markalı və 2019-cu il buraxılışlı (VİN WBAJA7C5KG910918) BMW 530 Xİ markalı avtomobillərin gömrük rəsmiləşdirilməsi zamanı artıq tutulmuş 13.960,43 manat məbləğində gömrük ödənişlərinin geri qaytarılması cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mövcud qanunvericilik gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi üsullarının dairəsini təsbit etmiş və bu sıradan “malların sövdələşmə qiyməti ilə” dəyərin müəyyən edilməsini əsas sayaraq, digər üsulların ardıcıl olaraq tətbiqini əsas üsul dan istifadənin mümkün olmadığı hallarda yolverilən qiymətləndirir. Hazırkı işin hallarına görə isə, cavabdeh inzibati orqan hər hansı tutarlı dəlil təqdim etmədən iddiaçının idxal etdiyi avtomobillərin “sövdələşmə qiyməti” əks olunmuş hərrac sənədlərini əsas götürmədən, onlara münasibətdə daha yüksək məbləğdə gömrük dəyəri müəyyənləşdirmiş və ona müvafiq də gömrük ödənişləri tutmuşdur. Halbuki, cavabdeh inzibati orqan tərəfindən ətraflı araşdırma aparılmaqla, ekspertiza təyin etməklə və digər yetərli sübutlarla fərqli nəticəyə gələ bilərdi.

20. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 21(103)-802/2022 nömrəli (hakimlər M.N.Tağızadə- sədrlik edən və məruzəçi, A.S.Hüseynov və A.P.Oruczadə) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

24. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının gömrük orqanlarına təqdim etdiyi və iş materiallarında mövcud olan gömrük bəyannaməsində göstərilən məlumatl arın düzgünlüyünü həmin bəyannamənin “Malların təsviri’’ adlanan 31 -ci qrafasında “eyniləşdirmə vasitələri və nömrələr, konteynerlərin nömrəsi, malların miqdarı və növü’’, 33-cü qrafasında “Malın təsnifat kodu”, 45-ci qrafasında “Gömrük dəyəri”, 50-ci qrafasında (vəkalət verən) İddiaçı MMC-nin özü sərbəst iradəsi ilə təsdiqləyərək gömrük orqanına təqdim etməsinə baxmayaraq, hazırki iş üzrə artıq ödənilmiş gömrük ödənişlərini gömrük orqanından tələb etməsi gömrük qanunvericiliyin tələblərinə ziddir. Ziddir ona görə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 153.4-cü maddəsinə görə gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsind ə göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil və iddiaçı özünün təqdim etdiyi və gömrük orqanının sadəcə təsdiq edərək malların buraxılışını təmin etdiyi bəyannamədə düzəlişlərin edilməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 153.2.3-cü maddəsinə əsasən (gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsində düzəlişlər edilməsi və ya onun geri götürülməsinə icazə verilmir) mümkün deyil. İddiaçı MMC tərəfindən idxal edilmiş nəqliyyat vasitələrinin gömrük dəyərini gömrük bəyannaməsinin 45-ci qrafasında göstərmiş, gömrük bəyannaməsinin 50-ci qrafasında gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü təsdiq etmiş və gömrük orqanı da həmin bəyannamədə göstərilən məlumatlara uyğun olaraq qanunverici liyə müvafiq gömrük ödənişləri tətbiq etmiş, gömrük ödənişləri həyata keçirildikdən sonra nəqliyyat vasitəsi sərbəst dövriyyəyə buraxılmışdır.

25. Gömrük bəyannaməsindən də göründüyü kimi iddiaçının səlahiyyətli nümayəndəsi gömrük bəyannaməsində malın gömrük və statistik dəyəri ilə yanaşı, onun invoys dəyərini də ayrıca qeyd etmiş, başqa sözlə malın gömrük dəyərinin hansı məbləğdə olmasından məlumatlı olmuş, ödənişlərin həyata keçirilərək malın sərbəst dövriyyəyə buraxılmasına etiraz etməmişdir.

26. Gömrük Məcəlləsinin 267.1-ci, 269-cu maddələrində və “Gömrük ödənişlərinin qaytarılması Qaydaları’nın 2.1-ci, 4-cü bəndlərində qeyd olunanlar İddiaçı MMC tərəfindən məhkəməyə təqdim olunan iddia tələbində əsaslandırılmadığından və gömrük orqanı tərəfindən gömrük ödənişlərinin məbləği hesablanar kən səhvə yol verilmədiyindən iddia tələbi əsassızdır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na 1 nömrəli əlavədə ərizə forması müəyyən edilmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: Maddə 40.4 Gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyan namənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. 29. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Maddə 8.1. Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra - gömrük orqanı) bəyan edilir. Maddə 10.1. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Maddə 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Maddə 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 30. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və oby ektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

31. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət ə saslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qə rarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

35. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansi yası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

36. Məhkəmə kollegiyası Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab etməklə, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

37. Şikayətin dəlillərinə görə, ********** nömrəli gömrük bəyannaməsindən də göründüyü kimi, iddiaçı gömrük bəyannaməsində idxal etdiyi nəqliyyat vasitəsinin gömrük və statistik dəyəri ilə yanaşı, invoys dəyərini da ayrıca qeyd etmiş, başqa sözlə nəqliyyat vasitəsinin gömrük dəyərinin məbləğindən məlumatlı olmuş, gömrük ödənişlərini ödəyərək nəqliyyat vasitəsinin sərbəst dövriyyəyə buraxılmasına etiraz etməmişdir. İddiaçının idxal etdiyi nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin aparıldığı ********** nömrəli gömrük bəyannaməsinin 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 6 - ehtiyat üsulu onun tərəfindən sərbəst iradə ilə seçilmişdir. Hesab edilməlidir ki, ********** nömrəli gömrük bəyannaməsinin gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının gömrük ərazisinə gətirdiyi nəqliyyat vasitəsinə münasibətdə “eh tiyat üsul”un tətbiqinin iddiaçının öz iradəsinə uyğun olaraq baş verdiyinə dair cavabdehin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul edilə bilməz. Belə ki, əvvəla, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd edir ki, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi avtomobilin sövdələşmə qiymətini əks etdirən invoysu cavabdeh orqana bəyan etsə də, cavabdeh bəyannamədə qeyd olunan statistik dəyərin hansı əsasla götürülməsinin izahını verməmişdir.

39. Digər tərəfdən, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Hə min Qanunun 24.2-ci maddəsinin tələbinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

40. Həmin Qanunun 23.2-ci maddəsinin (İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi) müddəalarının tələbinə görə, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur.

41. Cavabdeh inzibati orqanın maraqlı şəxsə yardım göstərilməsi, məsləhətlərin və zəruri məlumatların verilməsində ifadə olunan xidməti vəzifələrinə dair məcburi göstərişlər Gömrük Məcəlləsində də təsb it olunmuşdur. Belə ki, həmin Məcəllənin 40.4-cü maddəsinin tələbinə görə, gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər.

42. Beləliklə, istinad edilən qanun normalarının tələbləri nəzərə alındıqda, cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında" Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməli olduğu hald a, bunu etməmişdir.

43. Hətta bəyannamənin məzmunu bəyannaməçinin iradəsinə uyğun olduğu halda belə, bu, gömrük orqanını (onun vəzifəli şəxsini) “İnzibati icraat haqqında” Qanunun 23.2, 24.1, 24.2-ci maddələrində və Gömrük Məcəlləsinin 40.4-cü maddəsində təsbit olunmuş xidməti vəzifələrini icra etmək öhdəliyindən azad etmir.

44. Şikayətin əsas dəlillərindən biri də ondan ibarətdir ki, iddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməmişdən qabaq inzibati orqana, yəni Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar Üzrə Baş Gömrük İdarəsinə ümumi qaydada şikayət formasında məktub ilə müraciət edərək gömrük ödənişlərini artıq ödədiyini bildirmiş və geri qaytarılmasını tələb etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarımın (Əlavə olunur) 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına müraciət etməlidir. Lakin iddiaçı adıçəkilən qaydaların müvafiq bəndinin tələblərinə riayət etməmişdir.

45. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, iddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək gömrük ödənişlərinin artıq hesablandı ğını bəyan etmiş və həmin məbləğlərin rəsmi ödəniş tapşırığına uyğun olaraq hesablanmasını, artıq ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmişdir. Ərizə gömrük orqanı tərəfindən əsaslı olmadığı üçün təmin edilməmişdir.

46. Göründüyü kimi, cavabdeh iddiaçı tərəfindən inzibati orqana müraciətlə bağlı formal tələblərə (ərizənin formasına) əməl olunmadığını və bunun hüquqi nəticələrini iddiaçıya bildirməmiş, ərizəni icraata qəbul edərək ona mahiyyəti üzrə baxmış və müraciətin təmin olunmasından imtina etmişdir. Buradan, iddiaçının həmin tələblə məhkəməyə müraciət etmək hüququ yaranmışdır.

47. Beləliklə, məhkəmə kollegiyası iddianın əsaslı olduğuna dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edir.

48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kolle giyası QƏRARA ALDİ Kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2-1(103)-802/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar