Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1213/2017 20.06.2017 ALİ MƏHKƏMƏ Surəti Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçılar İddiaçı qızı və X1 cavabdeh Qax rayonu Cavabdehnəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1213/2017) Bakı şəhəri 20 iyun 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı qızı və X1 cavabdeh Qax rayonu Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “Qax şəhəri, Koroğlu küçəsi, 8 ünvanında yerləşən üzərində qanunsuz tikili olan 0,02 ha torpaq sahəsinin onlara satılması vəzifəsinin qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzib ati-İqtisadi kollegiyasının 2-1(107)-96/2017 saylı, 28 mart 2017-ci tarixli qərardadından İddiaçı qızının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 20 iyun 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Cavabdehin İddiaçı qızına ünvanlanmış 13 fevral 2013-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, onun Ədliyyə Nazirliyi yanında X7 ünvanladığı müraciətinə bələdiyyənin 30 yanvar 2013-cü il tarixli iclasında baxılmışdır. Həmin iclasda iddia etdiyi ərazi barəsində müvafiq sənədləşmə işlərinə baxılması haqqında qərar qəbul edilmiş, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq cavabdeh həmin torpaq sahəsinin ayrılması üçün müvafiq icra strukturlarına rəsmi müraciət etmişdir. Lakin bələdiyyənin müraciətinə DT və XK-nin Qax rayon şöbəsindən torpaq sahəsinin qanunsuz tikinti altında olduğu üçün həmin ərazinin satılmasının mümkün olmadığını bildirən sənəd daxil olmuşdur. Odur ki, bu məsələ ilə əlaqədar müvafiq icra strukturlarının rəyləri alındıqdan sonra bələdiyyəyə müraciət etməsi xahiş olunmuşdur. İddiaçı qızı 22 fevral 2013-cü il tarixdə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək,Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qax rayon şöbəsinin üzərinə Qax şəhəri, Koroğlu küçəsində yerləşən daşınmaz əmlakın yerləşdiyi 0,02 ha torpaq sahəsinin və onunla X8 birgə nikahı dövründə əldə edilmiş, lakin zəbt torpaq sahəsi hesab olunduğu üçün bölgü predmetinə düşməyən 0,02 ha torpaq sahəsinin satı lmasının qanunauyğunluğuna dair cavabdehə müvafiq rəy təqdim etməsi vəzifəsinin qoyulması, cavabdehin üzərinə Qax şəhəri, Koroğlu küçəsində yerləşən daşınmaz əmlakın yerləşdiyi 0,02 ha torpaq sahəsinin və birgə nikah dövründə əldə edilmiş, lakin zəbt torpaq sahəsi hesab olunduğu üçün bölgü predmetinə düşməyən 0,02 ha torpaq sahəsinin ona, yaxud Alim Heydərova satılmasına dair qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X16 ilə 08.03.1977-ci ildə nikahları Qax rayon qeydiyyat şöbəsində qeyd etdirməklə evlənmişlər. Sonra nikah Qax Rayon Məhkəməsinin 06 iyul 2011-ci il tarixli 2(024)-98 saylı qətnaməsinə əsasən ləğv edilmişdir. Nikah ləğv edilərkən həmin qətnamə ilə birgə nikah dövründə əldə olunan (**********00- 10301 reyestr nömrəsi və ******* nömrəli çıxarışa əsasən) şəxsi mülkiyyət kimi A.Heydərovun adına qeydiyyata alınmış 0,07 ha torpaq sahəsi, 3 otaqlı və yardımçı sahələrdən ibarət ümumi sahəsi 201,1 kv.m olan ev aralarında bölünməsinə baxmayaraq, Qax şəhəri, Koroğlu küçəsi, ev 8-in qarşısında onun A.H.Heydərovla birgə nikah dövründə inşa etdiyi 2 mərtəbəli yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmadığından bölünməli olan daşınmaz əmlak kütləsinə daxil edilməmiş, bununla da onun mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Alim Heydərov həmin evin daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alındıqdan sonra birgə nikah dövründə əldə edilmiş əmlak kütləsinə daxil ediləcəyini bildiyi üçün qərəzli olaraq evin sənədləşdirilməsindən yayınır. Ərizəyə əlavə etdiyi Qax RİH başçısının Qax şəhər İƏD üzrə nümayəndəsi Y.H.Əfəndiyevin Şəki Apelyasiya Məhkəməsinə ünvanlandığı məktubdan da görünür ki, ünvan 3si onunla A.Heydərovun birgə nikah dövründə tikilmiş və bu günə qədər qeydiyyata alınmamışdır. Mübahisəli daşınmaz əmlakın tikildiyi torpaq sahəsi cavabdehin mülkiyyətində olmasına baxmayaraq, bələdiyyə tərəfindən özbaşına tutulmuş torpaqla bağlı heç bir tədbir görülməmiş, həmçinin torpaq sahəsinin ona, yaxud A.Heydərova satılması barədə ünvanladığı ərizələrə DT və XK ünvan 4 əsas gətirməklə imtina cavabı vermiş və 0,02 ha torpaq sahəsinin satılmasının qeyri-mümkün olduğunu bildirmişdir. “Torpaq bazarı haqqında” Qanunun 8-9-cu maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci və 16-cı maddələrinə və “Bələdiyyə torpaqlarını ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə əsasən, mübahisəli 0,02 ha torpaq sahəsi hətta hərrac yaxud müsabiqə yolu ilə satılsa belə onun və A.Heydərovun eyni şəkildə bərabər üstünlük hüququ vardır. Belə ki, 0,02 ha torpaq sahəsində tikilən yaşayış sahəsi onunla A.Heydərovun birgə nikahı dövründə tikilmişdir və hər ikisi yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin əvvəlki istifadəçisi hesab olunurlar. Odur ki, torpaq sahəsinin satılmaması qanun pozuntularının davam etməsinə açıq-aşkar şərait yaradır. DT və XK Qax rayon şöbəsi həmin mübahisəli torpaq sahəsinin satılmasının qanunauyğunluğu barədə rəy verilməsindən imtina etməsini bələdiyyə torpağında qanunsuz ev tikilməsi ilə və həmin ərazidə özbaşınalıqların davam etməsi ilə əlaqələndirməsinə baxmayaraq, hazırda müvafiq rəyi təqdim etməməsi nəticəsində torpaq sahəsinin qanuni şəkildə mülkiyyətə verilməsi prosesinə mane olur. DT və XK Qax rayon şöbəsi tərəfindən müvafiq rəyin Cavabdehnə təqdim edilməməsi bu ərazidə özbaşınalıqların yaranmasının və mülkiyyət hüququnun pozulmasının başlıca səbəbidir. Beləliklə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qax rayon şöbəsinin 0,02 ha zəbt olunmuş torpaq sahəsində qanunsuz ev tikilməsi səbəbindən rəyin verilməsindən imtina etməsi onun mülkiyyətçi kimi hüquqlarını kobud şəkildə pozur. Bundan başqa, birgə nikah dövründə tikilmiş evin həyətyanı torpaq sahəsi cavabdehlə bərabər bölünərkən həmin torpaq sahəsinin 2 faizi (0,02 ha) zəbt torpaq sahəsi hesab olunmuş və bölgüyə düşməmişdir. Bununla belə, həmin torpaq sahəsi də bələ diyyə mülkiyyətinə məxsusdur. Cavabdehin qanunsuz istifadəsindədir. Belə alınır ki, Cavabdeh qanuni yolla torpaq sahəsinin satılması üçün DT və XK Qax rayon şöbəsindən rəy tələb edir, qanunsuz zəbt olunmuş torpaq sahələri ilə bağlı heç bir tədbir görmür. Qax rayon torpaq şöbəsi həmin torpaq sahəsinin satılmasını mümkün hesab etmir və bunu həlli başa çatmamış mübahisəli evlə əlaqələndirir ki, hazırkı halda həmin mübahisənin həlli mübahisəli torpaq sahəsinin və onun üzərində yerləşən yaşayış sahəsinin sənədləşdirilməsindən sonra mümkündür. İddiaçı X3 08 iyul 2015-ci tarixdə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iki övladı ilə birlikdə yaşadığı evin altında yerləşən, qayınanası İddiaçı torpağına bitişik olmayan 0,02 ha bələdiyyə torpağının ona satılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı Ramilə Heydərova iddia tələbini belə əsaslandırmışdır ki, qayınanası İddiaçı tərəfindən 19.02.2013-cü il tarixdə mərhum ərilə birlikdə tikdirdiyi və hal hazırda iki övladı ilə birlikdə yaşadığı qanunsuz tikilinin altında yerləşən 0,02 ha bələdiyyə torpağının, guya keçmiş həyat yoldaşı ilə birlikdə zəbt olunduğunu, indi isə həmin 0,02 ha bələdiyyə torpağının onun özünə və yaxud keçmiş həyat yoldaşı Alim Heydərova satılmasına dair Cavabdeh üzərinə vəzifə qoyulmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. Ramilə Heydərova üçüncü şəxs kimi həmin torpaq sahəsinə aid olan vəkalətləri, evin bütün kommunikasiya xərclərinə aid olan sənədləri təqdim etmişdir. Bütün bu sənədləri və qayınatası tərəfindən təqdim olunmuş hansı ki, torpağın üzərində yerləşən daşınmaz əmlakın qayınatası və qayınanasına aidiyyəti olmadığına dair Şəki Apelyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin çıxardığı qətnamələri nəzərə alaraq iddiasının təmin olunmasını xahiş etmişdir. İddiaçı X16 08 iyul 2015-ci tarixdə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun həyətyanına bitişik 0.02 ha bələdiyyə torpaq sahəsinin yenidən baxış keçirərək, ona satılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı X16 iddiası onunla əsaslandırılmışdır ki, 0.02 ha bələdiyyə torpağa onun həyətyanına bitişik olduğu üçün qanuna görə cavabdeh tərəfindən birinci ona təklif olunmalıdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21 iyul 2015-ci il tarixli qərardadı ilə İddiaçı qızının Cavabdehnə qarşı “Qax şəhəri, Koroğlu küçəsi, 8 ünvanında yerləşən üzərində qanunsuz tikili olan 0,02 ha torpaq sahəsinin ona satılması vəzifəsinin qoyulması” tələbinə dair 2- 1(84)-31/2015 nömrəli, iddiaçı X1 Cavabdehnə qarşı “Qax şəhəri, Koroğlu küçəsi, 8 ünvanında yerləşən üzərində qanunsuz tikili olan 0,02 ha torpaq sahəsinin ona satılması vəzifəsinin qoyulması” tələbinə dair 2-1(84)-670/2015 nömrəli və iddiaçı X8 Cavabdehnə qarşı “Qax şəhəri, Koroğlu küçəsi, 8 ünvanında yerləşən üzərində qanunsuz tikili olan 0,02 ha torpaq sahəsinin ona satılması vəzifəsinin qoyulması” tələbinə dair 2-1(84)-671/2015 nömrəli müstəqil işlər üzrə icraat bir icraatda birləşdirilmiş və 2-1(84)-31/2015 nömrə ilə qeydiyyata alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(84)-31/2015 saylı iş) 04 avqust 2015-ci il tarixli qərarı ilə İdd iaçı qızı və X8 iddiaları təmin edilmiş, X1 iddiası isə rədd edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X13-məruzəçi, X14 və X11, 2-1(107)-287/2015 saylı iş) 26 noyabr 2015-ci il tarixli qərardadı ilə iddiaçı X1 apellyasiya şikayəti qismən təmin edilərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 avqust 2015-ci il tarixli qərarı ləğv edilərək, iş yenidən baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddiaçı X16 19.04.2016-cı il tarixdə birinci instansiya məhkəməsinə ərizə göndərərək iddiasını geri götürdüyünü bildirmiş və birinci instansiya məhkəməsinin 22 aprel 2016-cı il tarixli qərardadı ilə işə X8 iddiası üzrə xitam verilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X17, 2-1(84)-06/2016 saylı iş) 22 aprel 2016-cı il tarixli qərarı ilə iddia qismən təmin edilərək cababdehin üzərinə Qax şəhəri, Koroğlu küçəsi, 8 ünvanında yerləşən üzərində qanunsuz tikili olan 0,02 ha torpaq sahəsinin İddiaçı qızına satılması vəzifəsi qoyulmuş, iddiaçı X1 iddiası təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X15-məruzəçi, X11 və X13, 2-1(107)-219/2016 saylı iş) 29 sentyabr 2016-cı il tarixli qərarı ilə iddiaçı X1 apelyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin 22 aprel 2016-cı il tarixli qərarının ləğv edilməsi, cavabdehin üzərinə Qax şəhəri, Koroğlu küçəsi, 8 ünvanında yerləşən üzərində qanunsuz tikili olan 0,02 ha torpaq sahəsinin iddiaçı Ramilə Heydərovaya satılması vəzifəsinin qoyulması, İddiaçı tələbinin isə rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respub likası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Zakir Quliyev-məruzəçi, Sevda Hüseynova və Xəqani Məmmədov, 2-1(102)-2267/16saylı iş) 21 dekabr 2016-cı il tarixli qərarı ilə İddiaçı qızının kasasiya şikayəti qismən təmin edilərək, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 29 sentyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X18-məruzəçi, X2 və X4, 2-1(107)-96/2017 saylı iş) 28 mart 2017-ci tarixli qərardadı ilə iddiaçı X1 аpelyаsiyа şikayəti qismən təmin edilərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22 aprel 2016cı il tarixli qərarı ləğv edilmiş, iddiaçılar İddiaçı qızı və X1 iddiaları mümkün sayılmamışdır. Apel lyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, qeyd edilən torpaq sahəsinin iddiaçılardan hansınasa satılmasına dair cavabdeh üzərinə öhdəlik götürməmiş və belə bir vəzifə qanunla bələdiyyənin üzərinə qoyulmamışdır. Hazırkı mübahisənin inzibati məhkəmə icraatı qaydasında baxılması üçün müəyyən meyarlara əməl edilməsi zərurəti mövcud olmuşdur. Başqa sözlə, birinci instansiya məhkəməsi Qax şəhəri, Koroğlu küçəsi, 8 ünvanında yerləşən, üzərində qanunsuz tikili olan 0,02 ha torpaq sahəsinin İddiaçı satılması vəzifəsini Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edərkən nəzərə almamışdır ki, alqı-satqı aktı inzibati akt deyil, bələdiyyələr öz hərəkətlərini “qərar” formasında rəsmiləşdirirlər və məhz onların qəbul etdikləri bu cür qərarlar inzibati məhkə mə icraatında baxış predmeti ola bilər. İddiaçı 07 aprel 2017-ci il tarixdə qərardadın surətini almış, 17 aprel 2017-ci il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22 aprel 2016-cı il tarixli qərarının qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsi iddianın mahiyyətini təhrif edərək qeyd edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən nəzərə almamışdır ki, alqı-satqı aktı inzibati akt deyil, bələdiyyələr öz hərəkətlərini qərar formasında rəsmiləşdirirlər və məhz onların qəbul etdikləri bu cür qərarlar inzibati məhkəmə icraatında baxış predmeti ola bilər. Hazırkı inzibati icraatda söhbət alqı-satqıdan yox, üzərində qanunsuz tikili ola n torpaq sahəsinin İddiaçı satılması barədə qərar vermək vəzifəsinin cavabdehin üzərinə qoyulmasından gedir ki, bu da İPM-in 2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddiadır. İddia qaldırmaq üçün subyektiv hüquqa malik olmadığına görə iddiaçı R.X.Heydərovanın iddiası mümkün sayılmamalı və ona görə də onun apellyasiya şikayəti rədd edilməli, İddiaçı iddiası təmin edilməlidir. Şikayətin maddi hüquqi əsası kimi İnzibati Prosessual Məcəllənin 13, 82.2, Mülki Prosessual Məcəllənin 4.1, 5.3-cü maddələrinə istinad olunmuşdur əsaslandırma hissəsi: Tərəflər məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar mə hkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçı kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Hər iki iddia tələbində iddiaçıların hər biri ayrı-ayrılıqda eyni torpaq sahəsinin, yəni sahəsi 0,02 ha torpaq sahəsinin onlara satıl ması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədədir. 2011-ci il ilin yanvarından qüvvədə olan “İnzibati icraat haqqında” Qanunun preambulasında deyilir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olmamasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində isə inzibati aktın anlayışı verilmişdir. Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-ə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir (İPM-in 1.1-ci maddəsi). İddiaçının iddia ərizəsindən isə müəyyən olunur ki, iddiaçı cavabdeh qismində inzibati orqan olan Cavabdeh göstərsə də, irəli sürdüyü tələb inzibati hüquq münasibətlərinə aid deyildir. Odur ki, mübahisənin publik hüquqla tənzimlənməsi istisna olunur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respub likası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 4-cü bəndində qeyd edilir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquq münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Qərarın 5.2-ci bəndində qeyd edilir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquq lu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqısatqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Qərarın 15.3-cü bəndinə görə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Hazırkı işdə cavabdeh xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyindən, hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyətini həyata keçirmədiyindən, habelə xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çı xış etdiyi üçün onunla İddiaçı arasındakı münasibətlərdən irəli gələn mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması istisna olunur. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iddia mümkünsüz olduğundan və yuxarıda qeyd edilən digər əsaslara görə qərardad düzgün olduğundan şikayət təmin edilməməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-96/2017 saylı, 28 mart 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Hakim İmza var İmza var İmza var Rahib Nəbizadə
Məhkəmə qərarları › İş №2-1(102)-1213/2017
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1213/2017
20.06.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver