Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1213/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və 16.04.2019 İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması haqqında iddia tələ binə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarından cavabdeh şöbə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh şöbənin üzərinə "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanunun 20.8, 20.9 və 21.4-cü maddəsində nəzərdə tutulan 2 aylıq əmək haqqı məbləğində pul təminatı, 2 aylıq əmək haqqı məbləğində pul müavinəti və əmək haqqının ən azı ikiqat həcmində maddi yardım la əlaqədar əlavələr nəzərə alınmaqla 25.06.2010-cu il tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq iddiaçıya ödənilməsi öhdəliynin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova; iş № 2-1(81)-1553/2018) iddia tələbinin təmin edilməsi; "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanunun 20.8, 20.9 və 21.4-cü maddəsində nəzərdə tutulan iki aylıq əmək haqqı məbləğində pul təminatı, iki aylıq əmək haqqı məbləğində pul müavinəti və əmək haqqının ən azı ikiqat həcmində maddi yardımla əlaqədar əlavələr nəzərə alınmaqla 25.06.2010-cu il tarixdən iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hes ablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ödənilməsi cavabdeh şöbənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən V.Ağayev, hakimlər A.Nuriyeva və C.Yusifov; iş № 2-1(103)3028/2018) cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, həm 1-ci instansi ya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi iddia tələbini təmin edərkən, işi hərtərəfli və obyektiv araşdırmadan formal bir qərar qəbul etmişdir. Məhkəmələr qərarlarında maddi hüquq normalarına istinad etsə də, həmin normalara düzgün hüquqi qiymət verməmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçının vəkili X.Musayev kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh şöbənin nüm ayəndələri gəlmədiyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayətləri təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçının əri Azərbaycan Respublikasının prokurorluq orqanlarında 25 ildən artıq xidmət etmişdir, qanuni qüvvəyə minmiş məhhkəmə qətnaməsinə əsasən iddiaçının ərinə Azərbaycan Respublikası prokurorluq orqanları sistemində 25 ildən artıq xidmət illərinə görə pensiya təyin edilməsi cavabdeh şöbəyə həvalə edilmişdir. İddiaçının əri vəfat etdikdən sonra iddiaçının müraciətinə və 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 14 iyul 2014-cü il tarixli qərarına əsasən iddiaçıya 08 iyun 2010-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi cavabdeh şöbəyə həvalə edilmişdir. İddiaçı sonradan cavabdeh şöbəyə müraciət edərək "Prokurorluq orq anlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan iki aylıq əmək haqqı bləğində pul təminatı, iki aylıq əmək haqqı məbləğundə pul müavinəti və əmək jqının ən azı ikiqat həcmində maddi yardımla əlaqədar əlavələr nəzərə alınmaqla 06.2010-cu il tarixdən əmək pensiyasının yenidən hesablanmasını və yaranacaq ısiya məbləği fərqinin birdəfəlik olaraq ödənilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçıya ailə başçısının itirilməsinə görə pensiya təyin edilərkən "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunun 20-21-ci maddələ rində nəzərdə tutulan məbləğlər nəzərə alınmamış, bununla da iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüquqları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı ilə təsdiq edilmiş "Orta əmək haqqı hesablanarkən nəzərə alnan və alınmayan ödənclərin Siyahısı"nda (bu Siyahı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177-ci maddəsinə uyğun olaraq əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla, qalan bütün hallar üçün orta əmək haqqının hesablanmasinda tətbiq edilir) orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınan ödənc kimi kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələr in) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatı nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan iddiaçının Azərbaycan Respublikasının Baş prokurorluğundan müvafiq arayış təqdim edə bilməməsi səbəbini əsas gətirərək, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müavinət və yardımların hesablanmasından imtina etsə də, pensiya qanunvericiliyində belə bir arayış təqdim edilməsinin nəzərdə tut ulmadığını nəzərə almamışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 31.1-ci Bıddəsinin iddiaçıya ailə başçısının itirilməsinə görə pensiya təyin edilən zaman Bwədə olan redaksiyasına əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası Şququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt Нэк pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Göstərilənlər nəzərə alınaraq, iddiaçının tələbi əsaslı, cavabdeh şöbənin imtinası əsassız olmuşdur. 1-ci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Belə ki, «Əmək pensiyalan haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci ıddəsinə əsasən, əmək pensiyası - bu qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə əyyən edilən və məcburi dövlət sosial sığorta olunanların onlara əmək pensiyası in olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta inanların ölümti ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin mpensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən Prokurorluq işçiləri; 20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla); "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hə r il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublika sı Qanununun 37.2-ci maddəsinə görə əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşma çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə... Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh şöbənin kassasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan q əbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və p rosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1213/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1213/2019
16.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver