Məhkəmə qərarları › İş №2-1(102)-1213/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1213/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1213/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçıMMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkün sayılması barədə qərardaddan verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçünc ü şəxs Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsi) “akt və qərarların ləğv edilməsi, qanunsuz olaraq hesabdan silinmiş pul vəsaitinin və Vergilər Nazirliyi tərəfindən tutulmuş pul vəsaitinin hesaba geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1279/2021 nömrəli, 2021-ci il 28 aprel tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı 2018-ci il 21 dekabr tarixdə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondun un Bakı şəhəri üzrə X3 İdarəsi tərəfindən qanunsuz və əsassız olaraq tətbiq edilən maliyyə sanksiyaları və onların tətbiq edilməsinə səbəb olmuş akt və qərarların ləğv edilməsi və hesabdan qanunsuz olaraq silinmiş 45509 manat pul vəsaitinin və Vergilər Nazirliyi tərəfindən tutulmuş 47570,38 manat pul vəsaitinin hesaba geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-74/2020 saylı, 2020-ci il 26 oktyabr tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1279/2021 nömrəli, 2021-ci il 28 aprel tarixli qərardadı ilə Bakı İnzibat i Məhkəməsinin 2020-ci il 26 oktyabr tarixli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsinə dair qərar qəbul edilmişdir.

5. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ

6. Cavabdehin nəzərinə çatdırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2020-ci il 26 oktyabr tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 28 aprel tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 26 oktyabr tarixli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsinə dair qərar qəbul edilmişdir. Beləli klə, apellyasiya instansiyası məhkəməsi iddianı qərardadda göstərilən əsaslar üzrə mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Lakin iddianın mümkün sayılması barədə qərardaddan şikayət verilməsi imkanı İPMdə nəzərdə tutulmamışdır.

7. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında çıxış edərək şikayət üzrə kassasiyanın mümkün sayılmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ

9. İPM: Maddə 35.3 İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayıl madıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ.

10. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

11. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 26 oktyabr tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021ci il 28 aprel tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 26 oktyabr tarixli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmi n məhkəməyə göndərilməsinə dair qərar qəbul edilmişdir.

12. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddianı qərardadda göstərilən əsaslar üzrə mümkün hesab etmişdir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Lakin iddianın mümkün sayılması barədə qərardaddan şikayət verilməsi imkanı İPMdə nəzərdə tutulmamışdır.

13. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1279/2021 nömrəli, 2021-ci il 28 aprel tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar