Məhkəmə qərarları › İş №2-1(102)-1213/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1213/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1213/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2022-ci il tar ixli, 2-1(103)479/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Rusiya Təhsil Akademiyası Universiteti tərəfindən 22 avqust 2008-ci il tarixdə verilmiş ВСГ ******* saylı (qeydiyyat nömrəsi 07-4/1-2785) diplom ilə müəyyən olunmuşdur ki, Dövlət Attestasiya Komissiyasının 22 avqust 2008-ci il tarixli qərarı ilə İddiaçı “Hüquqşünaslıq” ixtisası verilmişdir

2. Rusiya Təhsil Akademiyası Universiteti tərəfindən 22 avqust 2008-ci il tarixdə verilmiş ВСГ ******* saylı diploma əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surəti ilə müəyyən olunmuşdur ki, İddiaçı 2002-ci ildə Ali Peşə Təhsili üzrə Qeyri-Dövlət Təhsil Müəssisəsi Rusiya Təhsil Akademiyası U niversitetinə daxil olmuş, təhsilini 2008-ci ildə Ali Peşə Təhsili üzrə Qeyri-Dövlət Təhsil Müəssisəsi Rusiya Təhsil Akademiyası Universitetini (qiyabi təhsil forması) başa vurmuşdur. Təhsil aldığı müddət ərzində “Hüquqşünaslıq” ixtisası üzrə 61 fəndən kafi, yaxşı və məqbul qiymət almış, “Hüquqşünaslıq” ixtisası üzrə dövlət imtahanı vermişdir.

3. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə təqdim edilmiş, İddiaçı 2003-2008- ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2004 – çıxış Rusiya, xx.xx.2004 - giriş Rusiya, xx.xx.2004 – çıxış Rusiya, xx.xx.2004 – giriş Rusiya, xx.xx.2006 – çıxış Rusiya, xx.xx.2006 – giriş Rusiya, xx.xx.2007 – çıxış Rusiya, xx.xx.2007 – giriş Rusiya, xx.xx.2007 – çıxış Rusiya, xx.xx.2007 – giriş Rusiya, xx.xx.2007 – çıxış Rusiya, xx.xx.2007 – giriş Rusiya, xx.xx.2007 – çıxış Rusiya, xx.xx.2007 – giriş Rusiya, xx.xx.2008 – çıxış Rusiya, xx.xx.2008 – giriş Rusiya

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 22 avqust 2008-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmasını xahiş etmişdir.

5. Cavabdeh 4 fevral 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının ali təhsil haqqında sənədlərinin nostrifikasiya olunması ilə bağlı Təhsil Nazirliyinə daxil olmuş 18 yanvar 2019-cu il tarixli, V-38 nömrəli müraciətinə baxılmış, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyası Rusiya Təhsil Akademiyası Universitetinin tədris normativi üzr ə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, Rusiya Federasiyası Rusiya Təhsil Akademiyası Universiteti tərəfindən onun adına verilmiş ВСГ ******* nömrəli, 22 avqust 2008-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 14 oktyabr 2019-cu il tarixdə 2 saylı Bakı İnziba ti-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin X10 Komissiyası tərəfindən təsdiq edilmiş ВСГ ******* saylı, 22 avqust 2008-ci il tarixli diplomun (əlavələri ilə birlikdə) tanınmasından və ekvivalentliyin müəyyən edilməsindən imtina etməsinin qanunsuz hesab edilərək tanınmanın və ekvivalentliyin müəyyən edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyasının Maxaçqala şəhərində yerləşən “Rusiya Təhsil Akademiyasının” hüquqşünas ixtisası üzrə qiyabi şöbəsini 2008-ci il tarixdə bitirmişdir. X10 Komissiyası tərəfindən bunu təsdiq edən ВСГ ******* saylı, 22 avqust 2008-ci il tarixli diplom verilmişdir. Həmin diplom və onun əlavəsi 4 aprel 2018-ci il tarixdə Rusiya Federasiyasının Təhsil və Elm Nazi rliyinin Təhsil və Elm sahəsində Nəzarət üzrə Federal Xidmətinin rəhbərinin müavini tərəfindən 5 oktyabr 1961ci il tarixli Haaqa Konvensiyasının tələblərinə əsasən Apostillə təsdiq edilmişdir. Diplomun Azərbaycan Respublikasında qəbul edilməsi üçün cavabdehə müvafiq sənədləri təqdim etmişdir. Ona uzun müddət cavab verilməmişdir. Yazılı təkidlərindən sonra 9 aprel 2019-cu il tarixli məktub ünvanlanmışdır. Həmin məktub ona 17 aprel 2019-cu il tarixdə təqdim olunmuşdur. Məktubun əlavəsindəki cavabda qeyd olunmuşdur ki: “Ali Təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyası Təhsil Akademiyası Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədr is yükünü yerinə yetirməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları”nın 3.7-ci bəndinə əsasən Rusiya Federasiyası Təhsil Akademiyası Universiteti tərəfindən onun adına verilmiş ВСГ ******* saylı, 22 avqust 2008-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. O, həmin cavabı qanunsuz hesab edir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, imtina qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçının sənədləri araşdırılarkən müəyyən edilmişdir ki, o, 2002-2008-ci illərdə Rusiya Təhsil Akademiyası Universitetin də qiyabi formada “Hüquqşünaslıq” ixtisası üzrə təhsil almışdır. Tədris normativi üzrə də, yuxarıda qeyd olunan ali məktəbdə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur. Belə ki, iddiaçı qiyabi formada təhsil müddətləri ərzində ali təhsil müəssisəsinin yerləşdiyi ölkədə 2002/2003-cü il tədris ilində - 0 gün, 2003/2004-cü il tədris ilində - 1 gün, 2004/2005-ci tədris ilində - 0 gün, 2005/2006-cı tədris ilində - 1 gün, 2006/2007-ci tədris ilində - 3 gün, 2007/2008-ci il tədris ilində - 3 gün olmuşdur. Hesab edilməlidir ki, bu qısa müddətdə diploma əlavədə qeyd olunmuş fənləri mənimsəmək, kurs işi yazmaq, təcrübə keçmək, yekun dövlət imtahanı və diplom işi yazıb müdafiə edərək ali məktəbdən məzun olmaq qeyri-mümkündür. Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi olmalıdır, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1663/2020 saylı, 21 fevral 2020-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1663/2020 nömrəli qərarı (hakim: X2) ilə iddia mümkün sayılmamışdır.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilkin imtina ilə onun hüquqlarının məhdudlaşdırıldığını bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası m əhkəməsində birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2021-ci il tarixli, 21(103)-1055/2021 nömrəli qərarı (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X9 və X4) ilə Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın 4 fevral 2019-cu il tarixli imtinasının iddiaçıya təqdim olunubolunmadığını, olunduğu təqdirdə hansı tarixdə təqdim olunduğunu, iddiaçı tərəfindən imtinanın alınıb-alınmadığını, bundan sonra iddiaçının həqiqətən iddia ilə məhkəməyə müraciət etmək müddətini (iddia müddətini) ötürüb-ötürmədiyini ay dınlaşdırmamış və nəticədə iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. c. birinci instansiya instansiyası məhkəməsində ikinci icraat

15. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5852/2021 nömrəli qərarı (hakim: X2) ilə iddia rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qiyabi təhsil forması üzrə həftəlik maksimal 180-240 saatlıq tədris yükünü öyrənməsi, hər tədris il ində 24 kredit müəyyənləşdirilməsi və tədris dövrü ərzində Rusiya Federasiyasında olması sübuta yetməmişdir. Nəticədə iddiaçının Rusiya Təhsil Akademiyası Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan ümumi tədris müddətinin qiyabi formada tədris alması nəzərə alınarsa, ayrı-ayrı illərdə tədris müddətinin qarşılığında normativ müddətin tələbinə əməl olunmamış, tələb olunan müddətin qarşılığında Rusiya Federasiyasında az olmuşdur.

17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2022-ci il tarixli, 21(103)-479/2022 nömrəli qərarı (hakimlər: X5 (sədrlik edən və məruzəçi ), X3 və X6) ilə Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının qeyd olunan təhsil standartlarından fərqli olaraq, qiyabi təhsilalma formasında təhsil aldığı 6 il ərzində ümumilikdə 12 gün təhsil aldığı ölkədə olmuşdur. Halbuki, işə əlavə olunmuş diploma əlavədə fənlər (61) üzrə 9542 saat, eləcə də 1196 auditor saat mənimsənilməli olduğu nəzərdə tutulur. İddiaçının həmin ölkədə 12 gün, yəni 288 saat (12x24) ərzində olduğu halda həmin tədris yükünü mənimsəməsinin ağlabatan olmadığı aydın görünür. Həmçinin Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il, 367-İQ №-li Qanu nu ilə təsdiq edilmiş «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın Vİ.1-ci maddəsi isə Razılığı gələn Tərəfin belə bir diskresion səlahiyyətini nəzərdə tutur ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina oluna bilər. Əlavə olaraq iddiaçının istinad etdiyi, 13 may 2003-cü il, 455-İİQ №-li Azərbaycan Respublikası Qanunlu ilə təsdiq edilmiş, Azərbaycan və Rusiya hökumətləri arasında «Təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında» Sazişə istinad olunan dəlilləri ilə də məhkəmə kollegiyası razılaşmır. həmin Sazişi imzalayan Tərəflər əyani təhsilalma formasında bakalavr diplom ları üzrə ixtisasın tanınması barədə razılığa gəlmişlər. İddiaçı isə qiyabi təhsilalma formasında bakalavr diplomu almışdır. Belə olan halda, Sazişin qeyd olunan müddəasının ona münasibətdə tətbiq olunması istisna olunur.

20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəməyə və cavabdeh orqana bütün təhsil alınan müddətdə qonşu ölkədə olmasına dair bütün zəruri sənədləri, sübutları təqdim edilmişdir. Eyni zamanda, həmin dövrdə tam avtomatlaşdırılmış giriş çıxış sistemi mövcud deyildi və ölkədən çıxış qırmızı pasport vasitəsi ilə eyni zamanda şəxsiyyət vəsiqəsinin 1 saylı Notariat kontorunda tərcüməsi ilə təsdiq olunmuş qaydada da həyata keçirilmişdir. Bundan başqa, sessiya müddətində təhsil ödənişləri də birbaşa universitet tərəfindən verilmiş hesab nömrəsi tərəfindən onların əmanət kassasına ödənilirdi. Sessiyaya çağırışa dair bildiriş və həqiqətən həmin universitetdə təhsil alınması barədə də arayış orada iddiaçının qaldığı müddətlərlə üst-üstə düşür. İddiaçı ilə eyni ildə, eyni müddətdə təhsil alan tələbələrin artıq diplomları da tanınmışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

22. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə ol unan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi;... 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; Maddə 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyy ən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Maddə 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları": Bənd 1.1 Bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilmə si barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Bənd 1.2 Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Bənd 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata ke çirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Bənd 3.6 Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasınd a təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Bənd 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əy ani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: Bənd 5.5 Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Bənd 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadan kənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsi l forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” 1.6. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 il dir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. 2.8. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 2.9. Tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır.

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) d əyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTA NSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə görə, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir.

32. Həmin Qaydaların 2.8-ci bəndinə əsasən, qiyabi təhsil fo rması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.

33. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən, qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur.

34. İddiaçının sərhədkeçmə məlumatlarına əsasən müəyyən olunur ki, onun təhsil aldığı 2002-2008-ci illərdə Rusiya Federasiyasında olma müddəti tədris illəri üzrə 2002/2003 - 0 gün, 2003/2004 - 1 gün, 2004/2005 - 0 gün, 2005/2006 - 1 gün, 2006/2007- 3 gün, 2007/2008-0 gün, 2005/2006-1 gün, 2006/2007- 3 gün, 2007/20083 gün olmuşdur.

35. İddiaçı Azərbaycan Respublikasının qeyd olunan təhsil standartlarından fərqli olaraq, qiyabi təhsilalma formasında təhsil aldığı 6 il ərzində ümumilikdə 12 gün təhsil aldığ ı ölkədə olmuşdur. Halbuki, işə əlavə olunmuş diploma əlavədə fənlər (61) üzrə 9542 saat, eləcə də 1196 auditor saat mənimsənilməli olduğu nəzərdə tutulur. İddiaçının həmin ölkədə 12 gün, yəni 288 saat (12x24) ərzində olduğu halda həmin tədris yükünü mənimsəməsinin ağlabatan olmadığı aydın görünür.

36. Beləliklə, iddiaçının təhsil aldığı ölkədə olduğu müddət qiyabi təhsilalma formasında 6 il tədris ilində, cəmi 12 gün həmin ölkədə olması nəzərə alındıqda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8 və 2.9-cu bəndlərinin tələbləri təmin olunmur. Cavabdeh isə haqlı olaraq hesab etmişdir ki, iddiaçıya verilmiş diplomun əlavəsində qeyd edi lən tədris yükü yerinə yetirilməmişdir. İddiaçı təhsil aldığı ölkədə qısa müddət ərzində olduğundan onun həmin müddət ərzində tədris normativini yerinə yetirməsi inandırıcı hesab edilə bilməz.

37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellya siya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

39. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddiaçının diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2022-ci il tarixli, 21(103)-479/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar