Məhkəmə qərarları › İş №2-1(102)-1213/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1213/2023

02.08.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1213/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması və dövlət qulluqçusu kimi pensiyalarının yenidən hesablanması, iddianın mümkünlük şərti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “ Ayrı-ayrı vəzifələri n “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması və dövlət qulluqçusu kimi pensiyalarının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2-1(103)1248/2023 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı1 məxsus xx.xx.1972-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilə qədər Qardabani rayonu, Qaratəhlə sovxozunda işçi, xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilə qədər Kirov Universitetinin hazırlıq kursunda dinləyici, xx.xx.1973-cü ildən xx.xx.1978-ci ilə qədər Kirov Universi tetində Jurnalistika fakultəsində tələbə, xx.xx.1980-ci ildən xx.xx.1991-ci ilə qədər Dövlət Televiziya və Radio Yayımları Komitəsində müxbir və redaktor, xx.xx.1991-ci ildən xx.xx.2005-ci ilə qədər “Publistika” şöbəsinin, “İnsan və Qanun” şöbəsinin və “Hüquq” şöbəsinin müdiri, xx.xx.2005-ci ildən xx.xx.2011-ci ilə qədər Azərbaycan Teleradio Verilişləri QSC-nin “İqtisadiyyat proqramları şöbəsinin müdiri və “İctimai-Siyasi proqramları” Baş redaksiyasının böyük redaktoru, xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilə qədər "xxxx" MMCnın Azərbaycan Respublikasındakı filialında hüquqşunas, xx.xx.2014-cü ildən “Nicat” X1 Studiyasında direktor vəzifələrində işləmişdir.

2. İddiaçı2 məxsus xx.xx.1972-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilə, xx.xx.197 5-ci ildən xx.xx.1978-ci ilə qədər Azərbaycan SSR Dövlət Televiziya və Radio Yayımları Komitəsində televiziya rejissorunun köməkçisi, xx.xx.1978-ci ildən xx.xx.1991-ci ilə qədər televiziya rejissorunun assisenti, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə qədər 5-ci dərəcəli foto-laborant, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə qədər televiziyanın “Uşaq” yaradıçılıq birliyində 3-cü dərəcəli rejissor, xx.xx.1994-cü ildən xx.xx.2005-ci ilə qədər televiziyanın “İqtisadiyyat və sosial həyat verilişləri” baş redaksiyasının 3-cü dərəcəli, 2-ci dərəcəli, ali dərəcəli rejissoru, xx.xx.2005ci ildən xx.xx.2006-cı ilə qədər Azərbaycan Teleradio Verilişləri QSC-də televiziyanın “Xəbərlər və İctimai-Siyasi Proqramlar” redaksiyasının “Sosial proqramlar” şöbəsində ali dərəcəli rejissor, xx.xx.2006-cı ildən xx. xx.2017-ci ilə qədər televiziyanın “İctimai siyasi proqramlar” baş redaksiyasında ali dərəcəli rejissor vəzifələrində işləmişdir.

3. İddiaçı5 məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1971-ci ildən xx.xx.1974-cü ilə qədər Nizami kinoteatrında administrator, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilə qədər X3 təbliğat bürosunun Azərbaycan şöbəsində təşkilatçı-rejissor, xx.xx.1975-ci ildən xx.xx.1991-ci ilə qədər Azərbaycan SSR Dövlət Televiziya və Radio Yayımları Komitəsində televiziya rejissorunun köməkçisi, televiziya rejissorunun assisenti, üçüncü dərəcəli rejissor, xx.xx.1992-ci ildən xx.xx.2005-ci ilə qədər televiziyanın “Üfüq” yaradıçılıq birliyində 2-ci dərəcəli, 1-ci dərəcəli rejissor, xx.xx.2005-ci ildən xx.xx.2006-cı ilə qədər Azərbaycan Teleradi o Verilişləri QSC-də televiziyanın “Uşaq, Gənclər və İdman” redaksiyasının “Uşaq” şöbəsində 1-ci dərəcəli rejissor, xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilə qədər televiziyanın “Uşaq Verilişləri” baş redaksiyasına 1-ci dərəcəli rejissor, xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilə qədər televiziyanın “Uşaq və gənclər” baş redaksiyasında 1-ci dərəcəli rejissor vəzifələrində işləmişdir.

4. İddiaçı6 məxsus xx.xx.1968-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1968-ci ildən xx.xx.1969-cu ilə qədər Azərbaycan SSR Radio və X2 işıqçı, xx.xx.1969-сu ildən xx.xx.1969-cu ilə qədər Azərbaycan SSR Dövlət Televiziya və Radio Yayımları Komitəsinin “Ekran” yaradıcılıq birliyində operator assisenti, xx.xx.1971-ci ildən xx.xx.2001-ci ilə qədər Azərbaycan SSR Dövlət Televiziya və Radio Yayımla rı Komitəsində operator assisenti, 3-cü, 2-ci və 1-ci dərəcəli kinooperator, xx.xx.2001-ci ildən xx.xx.2005ci ilə qədər televiziyanın “Videoçəkiliş operatorları” şöbəsində 1-ci dərəcəli videoçəkiliş operatoru, xx.xx.2005-ci ildən xx.xx.2020-ci ilə qədər Azərbaycan Teleradio Verilişləri QSC-də televiziyanın “Videoçəkiliş operatorları” şöbəsində 1-ci dərəcəli videoçəkiliş operatoru, mühəndis, redaksiyalar üzrə “Operatorlar” qrupunda mühəndis vəzifələrində işləmişdir.

5. İddiaçı4 məxsus xx.xx.1960-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1960-cı ildən xx.xx.1962-ci ilə qədər dülgər işləmiş, xx.xx.1967-ci ildən xx.xx.1971-ci ilə qədər Ədəbiyyat İnstitutunda təhsil almış, xx.xx.1971-ci ildən xx.xx.1971ci ilə qədər Azərbaycan SSR Dövlət Televiziya və Radio Yayımları Komitə sində radio ədəbiyyatı redaksiyasında kiçik redaktor, xx.xx.1971-ci ildən xx.xx.1971-ci ilə qədər Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” jurnalında müxbir, xx.xx.1971-ci ildən xx.xx.1978-ci ilə qədər Natəvan klubunda müdir müavini, xx.xx.1978-ci ildən xx.xx.2005-ci ilə qədər Azərbaycan SSR Dövlət Televiziya və Radio Yayımları Komitəsində kiçik redaktor, redaktor vəzifələrində işləmişdir.

6. İddiaçı3 məxsus xx.xx.1971-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1971-ci ildən xx.xx.1971-ci ilə qədər mühasib, xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilə qədər Ağdam şəhər 4 No-li 8 illik məktəbdə pioner baş dəstə rəhbəri işləmiş, xx.xx.1972-ci ildən xx.xx.1977-ci ilə qədər Kirov adına X7 ordenli Azərbaycan Dövlət Universitetində jurnalistika fakültəsində təhsil almış, xx.xx.1977- ci ildən xx.xx.1991-ci ilə qədər Azərbaycan SSR Dövlət Televiziya və Radio Yayımları Komitəsində radio ədəbiyyatı redaksiyasında kiçik redaktor, redaktor, xx.xx.1991-ci ildən xx.xx.1996-cı ilə qədər Azərbaycan Teleradio Yayımları Kompaniyasında böyük redaktor, televiziyanın “İqtisadiyyat və sosial həyat” yaradıcılıq birrliyinin iqtisadiyyat şöbəsinin müdiri, xx.xx.1996cı ildən xx.xx.1997-ci ilə qədər “De fakto” qəzetinin baş redaktoru, xx.xx.1997-ci ildən xx.xx.2004-cü ilə qədər AİJA-da məsul katib, aparat rəhbərinin müavini, xx.xx.2004-cü ildən xx.xx.2005-ci ilə qədər “Vətən uğrunda” qəzetinin baş redaktor müavini vəzifələrində işləmişdir.

7. İddiaçılar 27.07.22-ci il tarixdə ərizə ilə Cavabdehnə müraciət edərək Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komi təsində mövcud olmuş kiçik redaktor, redaktor, rejissor və operator vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasına Cavabdehndə baxılmasını xahiş etmişlər.

8. Cavabdeh tərəfindən iddiaçılara ünvanlanmış cavab iş materiallarına əlavə olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsində mövcud olmuş kiçik redaktor, redaktor, rejissor və operator vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması və dövlət qulluqçusu kimi pensiy alarının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

10. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar İddiaçı1 (1980-cı ildən redaktor), İddiaçı3 (1979-cu ildən redaktor), İddiaçı4 (1978-ci ildən redaktor), İddiaçı2 (1975-ci ildən rejissor), İddiaçı5 Mirmehdi oğlu (1974-cü ildən rejissor), İddiaçı6 (1968-ci ildən operator) Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyət göstərmişlər. Lakin vaxtı ilə (1991-ci il oktyabrın 18-dək) dövlət orqanında işləməklərinə baxmayaraq onlara dövlət qulluqçusu kimi pensiya təyin etməyiblər. Bunu onların Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tutduğu vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasını n aparılmadığı ilə əsaslandırırlar. “Dövlət qulluğu haqqında” Qanunun 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumu dövlət orqanıdır. Azərbaycan SSR Nazirlər Sovetinin 1971-ci il 10 may tarixli, 149 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnamədən görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi İttifaq-Respublika orqanıdır. Azərbaycan SSR Nazirlər Sovetinin 1971-ci il 10 may 149 saylı qərarına 2 saylı əlavənin 3-cü maddəsində adı çəkilən redaksiyalar və digər yaradıcı qurumlar Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutularaq həmin Komitənin funksiyalarının icrasını təmin edir, işçilərin say həddi Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunur və büdcədən maliyyələşir. Bu isə onu göstərir ki, Dövlət Televiziya və Radio Verilişləri Komitəsi Mərkəzi icra hakimiyyəti orqanına bərabər statusdadır. Bütün bunları nəzərə alaraq onlar qurumda tutduqları vəzifələrin-redaktor, rejissor, operator vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin “Təsnifat Toplusu”nda göstərilən vəzifələrə uyğunlaşdırılması üçün Azərbaycan Respublikası Cavabdehnə dəfələrlə müraciət etmişlər və xahiş etmişlər ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 sent yabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il 18 oktyabradək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin, inzibati və yardımçı vəzifələrin “Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısında dəyişiklik edilsin və Dövlət Teleradio verilişləri komitəsinin sabiq işçilərinin - kiçik redaktorların, redaktorların, rejissorların, operatorların unudulmuş hüquqları bərpa edilsin, həmin vəzifələr Təsnifat Toplusunun siyahısına salınsın. Lakin həmin müraciətlər hər dəfə müxtəlif instan siyalara göndərilib və aldıqları cavablar onları qane etməyib.

11. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilməmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-1(112)-12726/2022 nömrəli qərardadı ilə iddianı mümkün sayılmamışdır.

13. Bakı İnzibati Məhkəməsi qeyd etmişdir ki, iddiaçıların çatmaq istədikləri hüquqi marağı Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işlədikləri kiçik redaktor, redaktor, rejissor və operator vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda göstərilən Dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması və onlara dövlət qulluqçusu kimi pensiya təyin edilməsindən ibarətdir. Bununla bağlı iddiaçılar həmin vəzifələrin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"na daxil edilməsi ilə bağlı Azərbaycan Respublikası Cavabdeh tərəfindən müvafiq qərarın qəbul edilməsini tələb edirlər. Göründüyü kimi, iddiaçılar tələblərində mahiyyətcə Cavabdeh tərəfindən qəbul edilmiş normativ hüquqi aktın dəyişdirilməsi, yəni ona əlavələr edilməsini istəyirlər. Halbuki, belə tələb inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən inzibati məhkəmə icraatının predmeti kimi çıxış edə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, iddianın 2-ci hissəsindəki tələb isə hazırki iş üzrə cavabdehə qarşı deyil, əmək pensiyalarını təyinatını həyata keçərən orqana qarşı yönəldilməlidir. Hazırki cavabdeh həmin tələb üzrə cavabdehlik daşıya bilməz.

14. İddiaçılar apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndəril məsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2-1(103)-1248/2023 nömrəli qərardadı ilə (hakimlər: Ş.A.Məmmədova (məruzəçi), C.A.Yusifov və P.A.Hüseynov) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-1(112)-12726/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin də lilləri

18. İddiaçıların Azərbaycan Respublikasının Konstitusiyasının 119, 120 və 148-ci maddələrinə, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə, habelə “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1, 1.2 və 2.0.2-ci maddələrinə istinad etdiyi kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

119. Azərbaycan Respublikası Cavabdeh səlahiyyətləri Azərbaycan Respublikasının Cavabdeh: - Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir; - Azərbaycan Re spublikası dövlət büdcəsinin icrasını təmin edir; - maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir; - dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir; - dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir; - nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir; - Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.

21. İnzibati Prosessual Məcəllə: Maddə

2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara ba xılır:... 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia);... Maddə

3. İnzibati məhkəmələr və məhkəmə kollegiyaları 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. 3.2. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inz ibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur... Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.2. Ko llektiv maraqların müdafiə olunması məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində həmin maraqların pozulduğunu əsaslandırdıqları hallarda qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) tərəfindən bu Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddianın qaldırılmasına yol verilir. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. XV fəsil NORMATİV XARAKTERLİ AKTLARİN QANUNAUYĞUNLUĞUNUN MÜBAHİSƏLƏNDİRİLMƏSİNƏ DAİR İDDİALAR ÜZRƏ İCRAAT Maddə

122. N ormativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndirilməsinə dair iddia 122.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər. 122.2. İddia normativ xarakterli aktın qəbul edilməsi və ya tətbiq olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu və ya yaxın gələcəkdə pozulacağını əsaslandıra bilən fiziki və ya hüquqi şəxs tərəfindən, habelə aidiyyətinə toxunulan digər orqanlar tərəfindən qaldırıla bilər. 122.3. İd dia ərizəsi bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq müvafiq apellyasiya instansiyası məhkəməsinə verilir. 122.4. İddia ərizəsinin məzmunu ilə bağlı bu Məcəllənin 46-cı maddəsinin müddəaları tətbiq olunur. 122.5. İddia həmin normativ xarakterli aktı qəbul etmiş dövlət və ya bələdiyyə orqanına qarşı qaldırılır. 122.6. Məhkəmə mübahisələndirilən normativ xarakterli aktla aidiyyətinə toxunulan digər dövlət və ya bələdiyyə orqanına həmin aktla bağlı öz mövqeyini bildirmək imkanını təmin etməlidir. Bu məqsədlə məhkəmə tərəfindən müddət müəyyən olunur. 122.7. Normativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndirilməsinə dair iddialar üzrə inzibati məhkəmə icraatı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar əsasında həyata keçirilir. 122.8. Normativ xarakterli aktın etibarlılığının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən baxılan konkret hüquq normasının qanunauyğun sayılmasından asılı olduğu hallarda, məhkəmə tərəfindən işə baxılması Azərbaycan Respublikasının Konstitusiya məhkəməsində icraat başa çatanadək dayandırılır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin mate riallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməkl ə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. Azərbaycan Respublikası Prezide ntinin 1 sentyabr 2005-ci il tarixli, 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılıması Siyahısı” təsdiq edilmişdir.

29. Fərmanın 2-ci bəndində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnif at Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Cavabdeh tərəfindən həyata keçirilir.

30. Fərmanın icrası ilə bağlı Cavabdeh 2007-ci il 15 may tarixli 77 nömrəli Qərar qəbul etmiş, həmin Qərarla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixl i 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir.

31. Həmçinin Cavabdeh 16 yanvar 2008-ci il tarixli 5 nömrəli, 5 sentyabr 2008-ci il tarixli 203 nömrəli, 24 yanvar 2012-ci il tarixli 14 nömrəli, 04 aprel 2017-ci il tarixli 121 nömrəli, 29 iyul 2019-cu il tarixli 331 nömrəli və 7 iyul 2020-ci il tarixli 241 nömrəli qərarları ilə vəzifələrin uyğunlaşdırılması ilə bağlı 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarla təsdiq edilmiş siyahıya əlavələr etmişdir.

32. İddiaçılar da Cavabdehnə müraciət edərək vaxtilə işlədikləri vəzifələrin həmin Siyahıya əlavə edilməsini xahiş etmişlər.

33. Ədliyyə Nazirliyi, Maliyyə Nazirl iyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və X4 işdə olan məktublarının surətindən görünür ki, onlar Azərbaycan Respublikası Cavabdeh Aparatının rəhbərinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan məktublarında Azərbaycan Respublikası Cavabdeh Aparatının rəhbərinin 2022-ci il 23 iyun tarixli 17425/14659 aid nömrəli və 2022-ci il 28 iyun tarixli 17733 nömrəli dərkənarına uyğun olaraq iddiaçıların müxtəlif vəzifələrinin dövlət qulluğu stajı kimi nəzərə alınması barədə müxtəlif rəylərini Cavabdeh Aparatına göndərmişlər.

34. İddia tələbi ilə bağlı Cavabdehndən hər hansı mülahizə daxil olmamışdır. 35. “Normativ hüquqi aktlar haqqında” Qanunun 1.0.3-cü maddəsinə görə normativ xarakterli akt-bu Konstitusiya Qanununun 4.1-ci maddəsində müəyyən edil miş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir.

36. İnzibati Prosessual Məcəllənin 2.2.6-cı maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara baxılır.

37. Göründüyü kimi, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara o halda baxıla bilər ki, mübahisə olunan normativ xarakterli akt mövcud olsun və belə akt iddiaçıların hüquqlarına toxunmuş olsun. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh tərəfindən iddiaçıların müraciət ilə bağlı hər hansı normativ xarakterli akt qəbul edi lməmişdir.

38. Mövcud qanunvericilik, o cümlədən İnzibati Prosessual Məcəllə işin hazırkı vəziyyətində iddiaçıların Cavabdeh üzərinə belə tələblə müraciət etməsini də istisna edir, çünki hakimiyyətlərin bölünməsi prinsipinə görə məhkəmə hakimiyyətinin icra hakimiyyəti orqanının üzərinə belə öhdəlik qoymasını qanunvericilik nəzərdə tutmamışdır. 39.Odur ki, iddia mümkünlük şərtlərinə cavab vermədiyindən iddianı mümkün saymamaqla məhkəmə haqlı olmuşdur.

40. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, hər bir halda iddiaçıların qaldırdıqları məsələyə qanuna müvafiq qaydada münasibət bildirilməlidir. Yəni, iddiaçıların ərizədə qoyduqları tələbə hansı qaydada baxılmalı olmasına aydınlıq gətirilməlidir. Belə ki, şəxsin vaxtilə işlədiyi vəzifənin Azərbaycan Respublikası Prezidentinin 2005-c i il 1 sentyabr tarixli 290 saylı Fərmanı və Cavabdeh 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda olmaması mübahisənin həllini istisna etmir.

41. Qeyd olunmalıdır ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

42. İddiaçıların hüquqi marağı iddia ərizəsindən də göründüyü kimi, işlədikləri dövr dövlət qulluğu sayılmaqla dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.

43. Əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları tərəfindən həyata keçirilir.

44. İddi açılar dövlət qulluqçusu kimi pensiya təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti qurumuna müraciət edə bilər, müraciətə inzibati orqan tərəfindən baxılarkən işin obyektiv araşdırılması, habelə əlavə sənədlərin və ya məlumatların tələb olunması barədə “İnzibati icraat haqqında” Qanunun müvafiq olaraq 24 və 32-ci maddələrinin tələbləri təmin edilərək aidiyyəti dövlət orqanlarından rəy və mülahizlər alına bilər, həmin qurum tərəfindən pensiya təyini barədə müraciətdən imtina edildiyi halda, onun hərəkətindən inzibati, yaxud məhkəmə qaydasında şikayət verilə bilər.

45. İddiaçıların işlədikləri vəzifələrin dövlət qulluğu olması ilə bağlı pensiya təyinatı barədə müraciətlərinə baxılarkən müvafiq aidiyyəti dövlət orqanlarından onların iş lədikləri dövrün dövlət qulluğu sayılması barədə rəylər alınmaqla mübahisə həllini tapa bilər.

46. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 216-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X6 publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının X6 (bundan sonra-Mərkəz) dövlət qulluğu sahəsində fəaliyyəti...təşkil edən publik hüquqi şəxsdir.

47. Nizamnamənin 2.2.1-ci bəndinə görə Mərkəzin əsas vəzifələri aşağıdakılardır: dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir

48. Nizamnamənin 3.1.2-1-ci bəndinə görə Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ü mumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, elmi tədqiqatlar aparmaq hüququna malikdir.

49. Nizamnaməyə uyğun olaraq X6 müvafiq məsələyə münasibət bildirilməsi haqqında 14 iyul 2022-ci il tarixli məktubunda bildirmişdir ki, Azərbaycan televiziyası və radiosu, o cümlədən yuxarıda adı çəkilən digər qurumlar Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziyası və Radio Verilişləri Komitəsinin strukturuna nəzərdə tutularaq həmin komitənin vahid sistemini təşkil etdiyi və həmin qurumlar bilavasitə Komitənin funksiyalarının icrasını təmin etdiyi üçün sözügedən qurumlarda mövcud olmuş kiçik redaktor, redaktor, böyük redaktor, rejissor, diktor, filmoteka müdiri və s. vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdır ılmasına etiraz etmirik.

50. Məhkəmə təcrübəsində əvvəllər dövlət qulluğunda işləmələri ilə əlaqədar pensiya təyin edilməsinə dair iddia tələbləri üzrə bir sıra işlərdə ayrı-ayrı vəzifələrin müxtəlif dövrlərdə dövlət qulluğu hesab edilib-edilməməsi barədə X5 sorğu edilərək Mərkəzin rəyi alındıqdan sonra mübahisə yekun həllini tapmışdır (məs. Ali Məhkəmənin İnzibati kollegiyasının 17 noyabr 2022-ci il tarixli 2-1(102)-1819/2022 nömrəli qərarı).

51. İddiaçılara izah edilir ki, vaxtilə işlədikləri vəzifələrin dövlət qulluğu sayılmaqla dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti struktur filialına müraciət edə bilərlər, onların müraciətlərindən imtina edildikdə, inzibati, yaxud məhkəmə qaydası nda şikayət verə bilərlər.

52. Məhkəmə kollegiyası şərh olunanları rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 fevral 2023-cü il tarixli, 21(103)-1248/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar