Məhkəmə qərarları › İş №2-1(102)-1214/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1214/2019

10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1214/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin nümayəndəsi Könül Bədəlovanın və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2-1(103)-2835/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 10 aprel 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı vergi orqanından aldığı ********** saylı vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi əsasında sahibkarlıq fəaliyyəti göstərir. Fəaliyyət göstərdiyi müddətdə Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə vergi bəyannamələrini vergi orqanına təqdim etmiş və bəyannamə əsasında hesablanmış vergiləri də vaxtında dövlət büdcəsinə ödəmişdir. Belə ki, iddiaçı 2017-ci ildən ticarət və ictimai iaşə fəaliyyəti üzrə sadələşdirilmiş vergi ödəyicisidir və Vergi Məcəlləsində nəzərdə tutulduğu kimi hər bir hesabat rübü başa çatdıqdan sonra, növbəti ayı n 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına təqdim edir. 2017-ci ilin avqust ayının ortalarında şəxsi vərəqəsinə baxdığı zaman, vergi orqanı tərəfindən iddiaçın qanunla qorunan hüquq və mənafelərinin pozulmasını müəyyən etmişdir. Belə ki, ona 18 aprel 2017-ci il tarixdə vergi orqanına təqdim etdiyi TİİSV bəyannaməsi üzrə kameral vergi yoxlaması adı altında əsassız olaraq, 26 may 2017-ci il tarixli vergilərin hesablanması barədə **********469400 saylı qərarla 2017-ci ilin 1-ci rübü üçün 12057,92 manat məbləğində əlavə olaraq sadələşdirilmiş vergi hesablanmış və şəxsi vərəqəsində həmin məbləğlərdə süni borc yaranmışdır. Vergi orqanı tərəfindən həmin qərar ona məlum olmayan səbəbdən 01 iyun 2017-ci il tarixdə ləğv edilmiş və həmin tarixdə vergilərin hesablanması barədə çıxarılmış **** ******469000 saylı qərarla 164,48 manat əlavə vergi hesablanmışdır. Buna baxmayaraq, vergi ödəyici olan iddiaçının şəxsi vərəqəsində hesablanmış vergi məbləği 12222,40 qəpik məbləğində işlənilmişdir. Bundan başqa, iddiaçıya 20 iyul 2017-ci il tarixdə vergi orqanına təqdim etdiyi TİİSV bəyannaməsi üzrə kameral vergi yoxlaması adı altında əsassız olaraq, 28 iyul 2017-ci il tarixli vergilərin hesablanması barədə **********582900 saylı qərarla 2017-ci ilin 2-ci rübü üçün 12739,44 manat məbləğində əlavə olaraq sadələşdirilmiş vergi hesablanmış və şəxsi vərəqəsində həmin məbləğdə süni borc yaradılmışdır. Vergi orqanı tərəfindən həmin qərar ona məlum olmayan səbəbdən 15 avqust 2017-ci il tarixdə ləğv edilmiş və məlum olmayan qərarla yenidən 12739,44 manat vergi hesablanmışdır. Vergi orqanının bu hərəkətləri ilə Vergi Məcəlləsinin müddəaları kobud şəkildə pozulmuşdur. Təqdim olunmuş qərarlardan göründüyü kimi, vergi orqanı tərəfindən qəbul olunmuş qərarlar müddət pozulmaqla qəbul edilmişdir. Göründüyü kimi, vergi orqanı qanunvericiliyin tələblərini kobud surətdə pozmuş və təqdim olunmuş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması aparmışdır. ( 2017-ci ilin 1-ci rübü üzrə 26.05 və 01.06.2017, 2017-ci ilin 2-ci rübü üzrə 28.07 - 15.08.2017-ci il) Cavabdeh orqanın qəbul etdiyi inzibati akt iddiaçı hesab edir ki, onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin onun haqqında 06 sentyabr 2017-ci il tarixli, **********935300 saylı və **********934600 saylı “vergilə rin hesablanması barədə” Qərarların ləğv edilməsi və 2017-ci ilin 1-ci rübü üçün hesablanmış 11207,20 manat (on bir min iki yüz yeddi manat iyirmi qəpik) və 2-ci rübü üçün hesablanmış 10643,44 manat (on min altı yüz qırx üç manat qırx dörd qəpik) məbləğində vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı Vergilər Nazirliyi yanında Bakı şəhəri LokalGəlirlər Departamentinin 01 iyun 2017-ci il tarixli vergilərin hesablanması barədə **********69000 saylı qərarın ləğv edilməsi və kameral vergi yoxlaması ilə 15 avqust 2017-ci il tarixdə 2017-ci ilin 2-ci rübü üçün 12739.44 manat məbləğlərində əlavə olaraq hesablanmış ticarət və ictimai iaşə fəaliyyəti üzrə sadələşdirilmiş verginin şəxsi hesab vərəqəsindən azaldılmasıbarədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin onun haqqında 06 sentyabr 2017-ci il tarixli, **********935300 saylı və **********934600 saylı “vergilərin hesablanması barədə” Qərarların ləğv edilməsi və 2017-ci ilin 1-ci rübü üçün hesablanmış 11207,20 manat (on bir min iki yüz yeddi manat iyirmi qə pik) və 2-ci rübü üçün hesablanmış 10643,44 manat (on min altı yüz qırx üç manat qırx dörd qəpik) məbləğində vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 30.11.2017-ci il tarixli iş № 2-1(82)4270/2017, (sədrlik edən hakim Z.Tağıyev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 30.11.2017-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsibarədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsin in İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 11.12.2018-ci il tarixli iş № 2-1(103)-2835/2018 (hakimlər V.Ağayev - sədrlik edən və məruzəçi, A.Nuriyeva və C.Yusifov) qərarı ilə birinci instansiya məhkəməsinin 30.11.2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmənin mövqeyinə görə, vergi qanunvericiliyində vergi ödəyicisinin vergi borcuna hesablanmasına xronometraj metodu ilə müşahidə nəticələrinə əsasən əldə edilmiş məlumatın hansı müddətə şamil edilməsi birbaşa göstərilməsə də, 3 il əvvəl qeyd edilən metod üzrə əldə edilmiş məlumatlara əsasən vergi borcu hesablanması əsassızdır. Məhkəmənin bu əsassız dəlili ilə əlaqədar ilk növbədə nəzərinizə çatdırırıq ki, məhkəmənin də etiraf etdiyi kimi vergi qanunvericiliyində xronometraj metodu ilə müşahidənin nəticəsinin əsas götürülməklə vergilərin hansı müddət ərzində hesablanmasına dair heç bir məhdudiyyət müəyyən edilməmişdir. Üstəlik məhkəmə nəzərə almamışdir ki, xronometraj metodu ilə müşahidənin nəticələrinin müəyyən edildiyi 02 sentyabr 2014-cü il tarixdən mübahisələndirilən vergilərin aid olduğu dövrədək (2017-ci ilin İ–İİ rübləri) 3 illik dövr başa çatmamışdı. Məhkəmənin digər bir əsassız dəlili isə ondan ibarət olmuşdur ki, xronometraj metodu ilə müşahidənin nəticəsində iddiaçıya vergilərin hesablanması vergi orqanının əvvəlki praktikasına uyğun olmamışdır. Məhkəmənin qeyd olunan dəlilinə münasibətdə bildiriri k ki, Vergi Məcəlləsinin 37.5-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas ötürülə bilər. İddiaçı tərəfindən mübahisələndirilən 06 sentyabr 2017-ci il tarixli **********935300 saylı və **********934600 saylı "Vergilərin hesablanması barədə" qərarlar 07 sentyabr 2017-ci il tarixində vergi ödəyicisinə elektron qaydada göndərilmiş və həmin qərarlar 20 oktyabr 2017-ci il tarıxində vergi ödəyic isi tərəfindən oxunmuşdur. İddiaçı birinci instansiya məhkəməsində İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən müəyyən edilmiş müddəti ötürməklə 22 noyabr 2017-ci il tarixli məhkəmə iclasında iş üzrə iddia tələbini dəyişdirərək həmin qərarları mübahisələndirmişdir. Məhkəmə dəyişdirilmiş iddia tələbini qəbul etmiş, lakin müddətlə bağlı mümkünlük şərtlərini yoxlamamışdır. Qeyd edilən hala apelyasiya instansiyası məhkəməsində də münasibət bildirilməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2-1(103)-2835/2018 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında işt irak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərarın çıxarılmasınıAli Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi K.Bədəlova da, cavabdehin vəkili Vəkilçıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərarın çıxarılmasınıAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndə və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 11 dekabr 2018-ci i l tarixli, 2-1(103)-2835/2018 saylı qərarı qismən, yəni, birinci instansiya məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2-1(82)-4270/2017 saylı qərarının İddiaçı 2017-ci ilin 1-ci rübü üçün hesablanmış 11207,20 manat və 2-ci rübü üçün hesablanmış 10643,44 manat məbləğində vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin üzərinə qoyulmasının dəyişdirilmədən qüvvədə saxlanılması hissəsində ləğv edilməli, iddiaçının iddiası həmin hissədə mümkün sayılmamalı, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2-1(103)-2835/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan R espublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 11 dekabr 2018-cu il tarixli, 2-1(103)-2835/2018 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2-1(82)4270/2017 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 32.1, 52, 58.1, 62.3, 68.1, 68.2, 82-ci maddələrinə, Vergi Məcəlləsinin 3.2, 5.0, 5.0.1, 5.0.2, 5.0.3, 11, 13.2.4, 15.1.13, 37.1, 37.2, 37.4, 50-1.1, 53.3-cü maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzər ə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddiasından göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin onun haqqında 06 sentyabr 2017-ci il tarixli, ******************** saylı və ******************** saylı “vergilərin hesablanması barədə” qərarların ləğv edilməsi və 2017-ci ilin 1-ci rübü üçün hesablanmış 11207,20 manat və 2-ci rübü üçün hesablanmış 10643,44 manat məbləğində vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, iddiaçının hazırkı iddiası yuxarıda göstərilmiş 2 hissədən ibarət olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətində iddiaçının iddiasının birinci hissəsinə dair göstərdiyi dəlilləri əsassızdır. Belə ki, X1 xronometrajın yenidən keçirilməsi haqqında ərizə ilə 13 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə müraciət etmişdir. “Vergilərin hesablanması barədə” **********582900 saylı, 28 iyul 2017-ci il tarixli qərarla İddiaçı sadələşdirilmiş vergi növü üzrə 2-ci rüb 2017-ci il vergi dövrü üzrə təqdim edilmiş bəyannamə üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi 459,76 manat, vergi orqa nı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi 13199,20 manat və əlavə hesablanmış vergi məbləği 12.739,44 manat vergi borcu hesablanmışdır. “Vergilərin hesablanması barədə” **********935300 saylı, 06 sentyabr 2017-ci il tarixli qərarla İddiaçı sadələşdirilmiş vergi növü üzrə 1-ci rüb 2017-ci il vergi dövrü üzrə təqdim edilmiş bəyannamə üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi 1813,52 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi 13021,20 manat və əlavə hesablanmış vergi məbləği 11207,68 manat vergi borcu hesablanmışdır. “Vergilərin hesablanması barədə” **********934600 saylı, 06 sentyabr 2017-ci il tarixli qərarla İddiaçı sadələşdirilmiş vergi növü üzrə 2-ci rüb 2017-ci il vergi dövrü üzrə təqdim edilmiş bəya nnamə üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi 255,76 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi 13199,20 manat və əlavə hesablanmış vergi məbləği 10643,44 manat vergi borcu hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisənin iddiaçının iddiasının birinci hissəsini həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 5.0-cı maddəsinə əsasən Vergi məbləğləri aşağıdakı formalarda tutulur: bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması) (5.0.1); bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması) (5.0.2); bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi) (5.0.3). Həmin Məcəllənin 11-ci maddəsinə görə, Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Həmin Məcəllənin 13.2.4-cü maddəsinə əsasən vergi ödəyicisi – bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən y erlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.

2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 37.4. Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq İcra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfındən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 53.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən vergilərin hesablanmasına əsas iddiaçının təqdim etdiyi bəyannamələrdə vergi orqanı tərəfindən hesablanmış rəqəmlərin öz əksini tapmaması olmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50-1.1. xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronomet raj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3–50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. 50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. 50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən ço x (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. 50-1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafıq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisinin xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanından tə ləb etmək hüququ vardır. Həmin Məcəllənin 3.11-ci maddəsinə müvafiq olaraq vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə görə vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə vergi orqanı borcludur. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, vergi qanunvericiliyində vergi ödəyicisinin vergi borcuna hesablanması na xronometraj metodu ilə müşahidə nəticələrinə əsasən əldə edilmiş məlumatın hansı müddətə şamil edilməsi birbaşa göstərilməsə də 3 il əvvəl qeyd edilən metod üzrə əldə edilmiş məlumatlara əsasən vergi borcu hesablaması əsassızdır. Belə ki, həmin qərara əsasən vergi ödəyicisinə 2016-cı ilin oktyabr ayında kameral yoxlama nəticəsində, xronometraj metodu ilə müşahidə aparılması barədə 08 sentyabr 2014-cü il tarixli akt nəzərə alınmaqla 6793,60 manat məbləğində sadələşdirilmiş vergi hesablaması, vergi orqanının əvvəlki praktikasına uyğun olmamışdır. Çünki iddiaçının iş materiallarında olan şəxsi hesab vərəqəsinin göstəricilərinə əsasən müəyyən olunur ki, sözügedən xronometraj metodu ilə müşahidənin nəticələrindən sonrakı dövr üzrə - 2015-ci ildə, habelə 2016-cı ildə 2016-cı ilin 3-cü rübünə qədər vergi ödəyicisi tərəfindən təqdim edilən sadələşdirilmiş vergi bəyannamələri üzrə hesablanıb ödənilən vergilər vergi orqanının “Vergilərin hesablanması barədə” 25 oktyabr 2016-cı il tarixli qərarı ilə hesablanan 6793,60 manat məbləğdən 2-3 dəfədən də aşağı olsa da, vergi orqanı tərəfindən həmin bəyannamələr və ödənişlər qəbul olunmuş, etirazla qarşılanmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2-1(103)-2835/2018 saylı qərarı birinci instansiya məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İddiaçı haqqında 06 sentyabr 2017-ci il tarixli, **********935300 saylı və **********934600 saylı “vergilərin hesab lanması barədə” Qərarlarının ləğv edilməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Bununla belə apelyasiya instansiyası məhkəməsi 11 dekabr 2018-ci il tarixli, 2-1(103)2835/2018 saylı qərarı birinci instansiya məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qərarının İddiaçı 2017-ci ilin 1-ci rübü üçün hesablanmış 11207,20 manat və 2-ci rübü üçün hesablanmış 10643,44 manat məbləğində vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin üzərinə qoyulması hissəsinin dəyişdirilmədən qüvvədə saxlanılması hissəsində ləğv edilməli, iddia həmin hissədə mümkün sayılmamalıdır. Belə ki, birinci instansiya məhkəməsinin ləğv etdiyi cavabdehin 06 sentyabr 2017-ci il tarixli **********93 5300 saylı və **********934600 saylı “vergilərin hesablanması barədə” qərarlarında, məhz birinci instansiya məhkəməsinin nəticə hissəsinin ikinci hissəsində yer almış məbləğlər öz əksini tapmışdır. Yəni, həmin məbləğlər sözügedən qərarlar əsasında hesablanmış, məhkəmələr isə artıq bu qərarları ləğv etmişdir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 35.1, 68, 69 və 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: cavabdeh Vergilər Nazirliyi Lokal Gəlirlər Departamentinin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 21(103)-2835/2018 saylı qərarı qismən, yəni, birinci instansiya məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2-1(82)-4270/2017 saylı qərarının İddiaçı 20 17-ci ilin 1-ci rübü üçün hesablanmış 11207,20 manat və 2-ci rübü üçün hesablanmış 10643,44 manat məbləğində vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin üzərinə qoyulmasının dəyişdirilmədən qüvvədə saxlanılması hissəsində ləğv edilsin. İddiaçının iddiası həmin hissədə mümkün sayılmasın. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 21(103)-2835/2018 saylı qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar