Məhkəmə qərarları › İş №2-1(102)-1214/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1214/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1214/2024 14.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; güzəştli iş stajı; qazmaçı peşəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X 5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3835/2023 saylı, 28 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur.

2. İddiaçıya məxsus hərbi biletə, eləcə də əmək kitabçasına əsasən müəyyən edilir ki, o, xx.xx.1980-ci ildən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1979-cu ildən xx.xx.1979-cu il tarixədək suburaxıcı qurğularının istismarı və cari təmiri üzrə sahəsində fəhlə, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək Quyuları n müasirləşdirilməsi və əsaslı təmiri üzrə qrupda fəhlə, qazmaçı işləmiş, xx.xx.1980-ci ildən xx.xx.1982-ci il tarixədək Sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1982ci ildən xx.xx.1992-ci il tarixədək su quyularının istismarı üzrə xidmətdə qazmaçı, usta, iş icraçısı, xx.xx.1992-ci ildən xx.xx.1994-cü il tarixədək Balıqsatış idarəsində əmtəşünas, sahə rəisi, xx.xx.1994-cü ildən xx.xx.2000-ci il tarixədək Kooperativ “Bulaq” Qazma sahəsində sahə rəisi, xx.xx.2000-ci ildən xx.xx.2000-ci il tarixədək “X4” kompaniyasında fəhlə, xx.xx.2000-ci ildən xx.xx.2001-ci il tarixədək “X4” kompaniyasında qazmaçı, köməkçisi, xx.xx.2001-ci ildən xx.xx.2002-ci il tarixədək “X4” kompaniyasında çilingər, xx.xx.2002-ci ildən xx.xx.2003-cü il tarixədək “X4” kompaniyasında yuxarı fəhlə, xx.xx.200 3-cü ildən xx.xx.2004-cü il tarixədək “KCA Deutag Tiefbohrgesellschaft" şirkətində məhlul operatoru, xx.xx.2004-cü ildən xx.xx.2004-cü il tarixədək “KCA Deutag Caspian Limited” şirkətində Məhlul operatoru (Qazma məhlulu operatoru), xx.xx.2004-cü ildən xx.xx.2010-cu il tarixəədək “KCA Deutag Caspian Limited” şirkətində növbə rəisi, xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilədək “KCA Deutag Tiefbohrgesellschaft” şirkətinin nümayəndəliyində stajor növbə rəisi, xx.xx.2011-ci ildən xx.xx.2019-cu ilədək “KCA Deutag Tiefbohrgesellschaft” şirkətində qazmaçı, xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək “Turan Drilling and Engineering” şirkətində qazmaçı işləmişdir. 17.xx.xx.2021-ci ildən halhazıradək “Turan Drilling and Engineering” şirkətində növbə supervayzeri vəzifəsində işləyir. 3. "xxxx" MMC tərəfindən verilən 13 oktyabr 2022-ci il tarixli 47-102022 saylı arayışdan görünür ki, o, həqiqətən, xx.xx.2003-cü il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətinə Məhlul operatoru (Qazma məhlulu operatoru) vəzifəsinə qəbul edilib. xx.xx.2004-cü il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətindən “KCA Deutag Caspian Limited” şirkətinə köçürülüb. xx.xx.2004-cü il tarixində “KCA Deutag Caspian Limited” şirkətinə Növbə rəisi vəzifəsinə təyin edilib. xx.xx.2010-cu il tarixində “KCA Deutag Caspian Limited” şirkətində əmək müqaviləsinə xitam verilib. xx.xx.2010-cu il tarixində “KCA Deutag Tiefbohrgesellschaft” şirkətinin nümayəndəliyinə Stajor növbə rəisi vəzifəsinə qəbul olunub. xx.xx.2011-ci il tarixində “KCA Deutag Tiefbohrgesellschaft” şirkətində Qazmaçı vəzifəsinə keçirilib. xx.xx.2019-cu il tarixində “KCA Deutag Tiefbohrgesellschaft” şirkətində əmək müqaviləsinə xitam verilib. xx.xx.2019cu il tarixində "xxxx" MMC-nə Qazmaçı vəzifəsinə qəbul edilib. xx.xx.2021-ci il tarixində "xxxx" MMC-də Növbə supervayzeri vəzifəsinə keçirilib. Hal-hazırda "xxxx" MMC-də Növbə supervayzeri vəzifəsində işləyir. Yuxarıda qeyd olunan şirkətlər Böyük Britaniyanın “KCA Deutag” şirkətinin Azərbaycan Respublikasında nümayəndəlikləri olaraq fəaliyyət göstərmişdir. 26 iyul 2018-ci il tarixində “KCA Deutag” şirkəti "xxxx" MMC ilə birgə olaraq Qazma və mühəndislik sahəsində fəaliyyət göstərən "xxxx" MMC-ni təsis etmişlər. Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə nümayəndəliklərin adının dəyişməsindən asılı olmayaraq, eyni qrupa aid olduğundan onların strukturu, göstərdiyi fəaliyyət növü, işin xarakteri, peşələrin (vəzifələrin) adları və vəzifə təlimatları eyni olaraq qalmışdır. İddiaçı yuxarıda qeyd edilən əmək funksiyalarını Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Onun işlədiyi Məhlul operatoru (Qazma məhlulu operatoru), Növbə rəisi, Növbə supervayzeri, Stajor növbə rəisi vəzifələrinin adları şirkət daxili beynəlxalq tələblərə uyğun gələrək adlandırılmışdır. Bu səbəbdən, işçi tərəfindən işin eyni funksiylarının yerinə yetirilməsinə baxmayaraq, bu vəzifələrin adları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 10-cu bölməsində qeyd edilən vəzifələrin adları arasında müəyyən fərqlilik yaranır. Əslində, İddiaçı yuxarıda işlədiyi pe şələr (vəzifələr) Qazma briqadasına aiddir və faktiki olaraq siyahıda göstərilən qazmaçı peşəsinin funksiyalarını yerinə yetirmişdir. Yəni onun işlədiyi Məhlul operatoru (Qazma məhlulu operatoru), Növbə rəisi, Növbə supervayzeri və Stajor növbə rəisi vəzifələri Qazmaçı peşəsinə uyğundur. Yuxarıda göstərilən peşələr, yəni İddiaçı: -xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək işlədiyi (1 il, 1 ay, 12 gün) Məhlul operatoru (qazma məhlulu operatoru) (bu vəzifədə faktiki olaraq qazmaçı köməkçisinin peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); -xx.xx.2004-cü ildən xx.xx.2010-cu ilədək işlədiyi (6 il, 2 ay, 16 gün) Növbə rəisi (bu vəzifədə faktiki olaraq qazmaçı peşəsinə uyğun işin funkisyasını yerinə yetirmişdir); -xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilədək işlədiyi (11 ay) Stajor növbə rəis i (bu vəzifədə faktiki olaraq qazmaçı peşəsinə uyğun işin funkisyasını yerinə yetirmişdir); -xx.xx.2011-ci ildən xx.xx.2021-ci ilədək işlədiyi (9 il, 8 ay, 21 gün) qazmaçı (bu vəzifədə faktiki olaraq qazmaçı peşəsinə uyğun işin funkisyasını yerinə yetirmişdir); xx.xx.2021-ci ildən hal-hazıradək işlədiyi (xx.xx.2022-ci il tarixinədək 1 il, 2 ay, 18 gün) Növbə supervayzeri (bu vəzifədə faktiki olaraq qazmaçı peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir) peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Siyahının

10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalında 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İddiaçı xx.xx.2003-cü ildən xx.xx.2022-ci ilədək əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 19 il, 02 ay 6 gün təşkil edir. 4. "xxxx" MMC tərəfindən verilən 17 aprel 2023-cü il tarixli məhkəmənin sorğusuna cavab məktubunda aşağıdakılar qeyd edilmişdir: “KCA Deutag Caspian Limited” və “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətləri Böyük Britaniyanın “KCA Deutag” şirkətinin Azərbaycan Respublikasında nümayəndəlikləri olaraq fəaliyyət göstərmişdir. 26 iyul 2018ci il tarixində “KCA Deutag” şirkəti "xxxx" MMC ilə birgə olaraq Qazma və mühəndislik sahəsində fəali yyət göstərən "xxxx" MMC-ni təsis etmişlər. Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə nümayəndəliklərin adının dəyişməsindən asılı olmayaraq, eyni qrupa aid olduğundan onların strukturu, göstərdiyi fəaliyyət növü, işin xarakteri, peşələrin (vəzifələrin) adları və vəzifə təlimatları eyni olaraq qalmışdır. Onun işlədiyi Məhlul operatoru (Qazma məhlulu operatoru), Növbə rəisi, Növbə supervayzeri, Stajor növbə rəisi vəzifələrinin adları şirkət daxili beynəlxalq tələblərə uyğun gələrək adlandırılmışdır. Bu səbəbdən, işçi tərəfindən işin eyni funksiyalarının yerinə yetirilməsinə baxmayaraq, bu vəzifələrin adları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 10-cu bölməsində qeyd edilən vəzifələrin adları arasında müəyyən fərqli lik yaranır. Əslində, İddiaçı yuxarıda işlədiyi peşələr (vəzifələr) Qazma briqadasına aiddir və faktiki olaraq siyahıda göstərilən qazmaçı peşəsinin funksiyalarını yerinə yetirmişdir. Yəni, onun işlədiyi Məhlul operatoru (Qazma məhlulu operatoru), Növbə rəisi, Növbə supervayzeri və Stajor növbə rəisi vəzifələri qazmaçı peşəsinə uyğundur. İddiaçı işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Siyahının 10-cu bölməsində Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalında 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat qa zma quyularının qazmaçıları peşələrinə və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələrinə və peşələrinə uyğun olduğunu nəzərə almağınızı xahiş edirik. Onun işlədiyi peşələr faktiki olaraq qazma sahəsində qeyd edilən qazmaçı peşəsi ilə eynilik təşkil edir, həmin peşəyə uyğun işin funksiyalarını yerinə yetirmişdir. xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi (1 il, 1 ay, 12 gün) Məhlul operatoru (qazma məhlulu operatoru) peşəsində faktiki olaraq, 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu bölməsində Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalında 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasın ı yerinə yetirmişdir. Məhlul operatoru (qazma məhlulu operatoru) qazmaçının tabeçiliyində bütün qazma avadanlıqların fasiləsiz fəaliyyətini təmin edir və bu avadanlıqlara texniki xidmət göstərir. xx.xx.2004-cü ildən xx.xx.2010-cu ilədək işlədiyi (6 il, 2 ay, 16 gün) Növbə rəisi peşəsində faktiki olaraq, 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu bölməsində Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalında 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. Növbə rəisi buruq rəhbərinin tabeçiliyində qazma əməliyyatlarına, texniki xidmət və qazma qurğusunda həyata keçirilən aidiyyatı olan digər əməliyyatlara rəhbərlik ed ir və quyunun vəziyyətini izləyir. xx.xx.2010-cu ildən xx.xx.2011ci ilədək işlədiyi (11 ay) Stajor növbə rəisi peşəsində faktiki olaraq, 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu bölməsində Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalında 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. Stajor növbə rəisi buruq rəhbərinin tabeçiliyində qazma əməliyyatlarına, texniki xidmət və qazma qurğusunda həyata keçirilən aidiyyatı olan digər əməliyyatlara rəhbərlik edir və quyunun vəziyyətini izləyir. xx.xx.2011-ci ildən xx.xx.2021-ci ilədək işlədiyi (9 il, 8 ay, 21 gün) Qazmaçı peşəsində faktiki olaraq, 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu bölməsində Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalında 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. Qazmaçı Buruq rəhbərinin, Növbə supervayzerinin və İşə salma üzrə aparıcı texnikin tabeçiliyində qazma meydançasında və ərazilərdə həyata keçirilən bütün əməliyyatlara nəzarət edərək quyunun vəziyyətini müşahidə edir. xx.xx.2021-ci ildən hal-hazıradək işlədiyi (xx.xx.2023-cü il tarixinədək 1 il 8 ay 22 gün) Növbə supervayzeri peşəsində faktiki olaraq, 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu bölməsində Neftin qazılması və hasilatı, neft, qaz kond ensatı, kömür və şistin emalında 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. Növbə supervayzeri buruq rəhbərinin tabeçiliyində qazma əməliyyatlarına, texniki xidmət və qazma qurğusunda həyata keçirilən aidiyyatı olan digər əməliyyatlara rəhbərlik edir və quyunun vəziyyətini izləyir.” Məktuba həmçinin, iddiaçının işlədiyi vəzifələr (peşələr) üzrə vəzifə təlimatları əlavə edilmişdir. Təqdim olunmuş vəzifə təlimatlarından görünür ki, iddiaçının işlədiyi növbə supervayzeri və ya növbə rəisi (Qazmaçı rəisi) qazma əməliyyatları və həmin vaxt həyata keçirilməsi mümkün və aidiyyəti olan digər əməliyyatların təhlükəsizliyinə və eləcə də, əməliyyatların müştərinin və Şirkətin qaydaları na uyğun olaraq yerinə yetirilməsi üçün cavabdehlik daşıyır. Həmin vəzifənin öhdəliklər sahəsinə aşağıdakılar daxildir: a) bütün qazma buruğu, modullar və aidiyyatı olan avadanlıqlar üçün öhdəlik; b) hündür ərazilərdə işləyən personala nəzarət və rəhbərlik edilməsi; c) ərazilərin və avadanlıqların, planlaşdırılmış yoxlamaların və müvafiq sənədlərin fiziki vəziyyəti. Qazmaçı qazma qurğusunda hər gün həyata keçirilən əməliyyatlar üçün, komandasının və ya tabeliyində olan digər şəxslərion sağlamlığı və təhlükəsizliyi üçün Buruqa rəhbərinin qarşısında cavabdehlik daşıyır. Həmin vəzifənin öhdəliklər siyahısına daxildir: a)qazma meydançası, qüllə, məhlul təmizləmə, preventor, dayaq plitə, çən və nasos otağı; b) yuxarı ərazilərdə işləyən rəhbərlik edilməsi və iş icraatına nəzarət edilməsi; c) əra zilərin, avadanlıqların, planlaşdırılmış yoxlamaların və müvafiq sənədlərin fiziki vəziyyəti. Qazma məhlulu operatoru qazma məhlulu operatoru qazma ərzində məhlul sisteminin idarəedilməsi və endirmə-qaldırma əməliyyatları ərzində qazma kəmərinin boru meydançasında düzləndirilməsi və endirilməsi üçün Qazmaçı qarşısında cavabdeh daşıyır və zərurət yarandıqda Qazmaçı köməkçisinə kömək etməsi də tələb oluna bilər. Qazma məhlulu operatoru boru heyətlərinə də dəstək göstərir və məhlulların daşınması ərzində təchizat gəmiləri ilə əlaqə saxlayacaqdır. Həmin vəzifənin öhdəlikləri aşağıdakılardır: a) Qüllə ərazisi; b)məhlul nasos otağı, məhlul çən otağı, səpələnən kimyəvi maddələr, sement anbarı və məhlul qarışdırılması ərazisi; c) Yuxarı ərazilərdə işləyən personala nəzarət edilməsi və rəhbərlik edilməsi; d)Ərazilərin və avadanlıqların fiziki vəziyyəti, yoxlamaların planlaşdırılması və müvafiq sənədləşmə e) Quru və mayeli məhlulun təchizat gəmirlərindən yaxud təchizat gəmilərinə ötürülməsi, bütün tənzimləmələrin təftiş edilməsi və iki dəfə yoxlanılması, düzgün şlanqın müəyyənləşdirilməsi ilə bağlı buraya göyərtə heyəti ilə əlaqənin saxlanılması, ötürülmələrin başlanılması və başa çatması ilə əlaqədar təchiz gəmisi ilə də əlaqənin saxlanılması; f) məhsulun müvafiq yerə getməsini təmin etmək üçün məhlulun ötürülməsi sistemidən bütün tənzimləmələrin müəyyən edilməsi və iki dəfə yoxlanılmasına nəzarət edir.

5. Cavabdeh inzibati orqanın 13 aprel 2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 18779,82 manat, həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 693916,62 manat olmaqla cəmi pensiya kapitalı 712696,44 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığ ortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 20 il 3 ay 10 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 18779,82 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 693916,62 manat pensiya kapitalı qeydə alınmışdır.

6. İddiaçı güzəşt li şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh orqanın iddiaçıya ünvanlanan 22 dekabr 2022ci il tarixli imtina məktubunda bildirilmişdir ki, iddiaçının xx.xx.2003-xx.xx.2004-cü il tarixlərdə “KCA Deutag Tiefbohrgesellschaft” şirkətində məhlul operatoru, xx.xx.2004xx.xx.2010-cu il tarixlərdə “KCA Deutag Caspian Limited” şirkətində növbə rəisi və xx.xx.2021-ci il tarixdən hal-hazıradək işlədiyi supervayzer vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda tutulan neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları pe şəsinə aid olmadığını hesab etmiş və bu səbəbdən iddiaçının güzəştli iş stajının tələb olunan 12 il 6 aydan az, 9 il 11 ay 25 gün təşkil etdiyi qənaətinə gəlmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 60 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın həmin tarixdən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 23 noyabr 2022-ci il tarixində 60 y aşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh 22 dekabr 2022-ci il tarixli məktubla iddiaçıya pensiya təyin etməkdən imtina etmişdir. İmtinaya səbəb kimi, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (9 il 11 ay 25 gün (xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2011-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) olması göstərmişdir. Bu da iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. İddiaçı hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən tələb olunan ən azı 12 il, 06 ay xüsusi, 25 il ümumi stajını qazanmışdır. Cavabdeh, iddiaçının işlədiyi məhlul operatoru, növbə rəisi və supervayzeri peşələrini güzəştli staj kimi qəbul etməmişdir. Halbuki o, həmin peş ələrdə faktiki olaraq dəniz şəraitində, qazma sahəsində qazmaçı peşələrinin işinin funksiyalarını yerinə yetirmişdir. Bu barədə iş yerindən verilən arayışı da cavabdehə təqdim etmişdir. Tələb olunan şərtlərə uyğun şəkildə cavabdeh inzibati orqana müraciət emiş, cavabdeh bundan imtina etmişdir.

9. Cavabdeh orqan iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və etirazda bildirilmişdir ki, iddiaçının cavabdeh Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan imtina məktubunda bildirmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan azdır (9 il, 11 ay 25 gün təşkil edir). Bu səbəbdən cavabdeh orqan tərəfindən iddiaçıya güzəştli şərtlərlə aşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Cavabdeh hesab edir ki, imtina qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Nazirlər Kabinetinin 175 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısında şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının əlavə edilməli olması göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) qazma bəndində (10.1) neft və qaz üçün istismar və kəşfiyyatqazma quyularının qazmaçıları peşəsi nəzərdə tutulmuşdur. İddiaçı V.X2 təqdim etdiyi “X1”-in onun iş stajına dair 13 oktyabr 2022-ci il tarixli xx-xx-2022 nömrəli arayışında xx.xx.2003-xx.xx.2004-cü il tarixləri arasınd akı dövr ərzində “KCA Deutag Tiefbohrgesellschaft” şirkətində məhlul operatoru, xx.xx.2004-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində “KCA Deutag Caspian Limited” şirkətində növbə rəisi və xx.xx.2021-ci il tarixdən bugünədək supervayzer vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 11 ay gün (xx.xx.2000- xx.xx.2001-ci il, xx.xx.2011xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, birindən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli əlavədə göstərilən arayış formasından da aydın olur ki, arayışda vəzifə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı Qərarında göstərilən müvafiq bənd və ya yarımbəndə uyğun vəzifə olmalıdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas verən vəzifə, Qanunun 9.1-ci maddəsinin tələbinə uyğun olaraq Nazirlər Kabinetinin 12 saylı Qərarında qeyd edilən vəzifəylə eynilik təşkil etməlidir. Buna görə də cavabdeh orqan tərəfindən verilmiş imtina qanunauyğun hesab edilməlidir.

10. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiləşdirilməsinə dair ərizə təqdim edərək ona 60 yaş 3 aydan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın həmi n tarixdən qüvvədə olan qanunvericliyə uyğun hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadına əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin (hakim T.R.Məlikov) 2-1(112)-5936/2023 saylı, 19 iyun 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın həmin tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5936/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5936/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarındakı buraxılmış yanlışlıq aradan qaldırılaraq, qərarın nəticə hissəsində “pensiyanın həmin tarixdən hesablanaraq ödənilməsi vəzifəsi” kimi qeyd edilmiş hissə “pensiyanın həmin tarixdə qüvvədə olan qanuna uyğun hesablanaraq ödənilməsi vəzifəsi” kimi oxunması qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatmasını və ümumi iş stajını mübahisələndirməmişdir. İş materialları ilə də məlum olur ki, xx.xx.1962-ci il təvəllüdlü iddiaçının xx.xx.2022-ci il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Ümumi iş stajına g əldikdə isə iddiaçının əmək kitabçasındakı məlumatlardan onun Qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir.

14. Birinci instansiya məhkəməsi güzəştli iş stajına münasibətdə qeyd etmişdir ki, iddiaçının iş yerindən təqdim etdiyi arayışdan və məhkəmə sorğusu ilə əldə edilmiş vəzifə təlimatlarından müəyyən edilir ki, iddiaçının işlədiyi və cavabdeh tərəfindən xüsusi staja daxil edilməyən vəzifələr qazma briqadasına daxildir və onların əmək funksiyaları bilavasitə qazmaçı peşəsinin icra etdiyi funksiyalarla uyğunluq təşkil edir. İşin xarakteri neft dənizdə yerləşən buruqlarda neft-qaz əməliyyatları ilə bağlı vəzifələrin icrası ilə bağlıdır. Arayışda mübahəsləndirilən peşələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 1 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda) 10-cu bölməsi, “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.1. Qazma a) fəhlələr: və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşələrinə aid olması konkret olaraq göstərilmişdir. Arayışda həmçinin mübahisələndirilən vəzifələrin adlarının uyğunsuzluğuna da aydınlıq gətirilərək bunun həmin vəzifələrin beynəlxalq tələblərə uyğun olaraq adlandırılması bağlı olduğu vurğulanmışdır. Göstərilənlərə əsasən, məhkəmə cavabdehin dəlilini əsaslı saymır və bildirir ki, iddiaçıya məxsus əmək kitabçası və iş yerindən təqdim edilmiş arayışla iddiaçının cavabdeh tərəfindən mübah isələndirilən vəzifələr üzrə işlədiyi öz təsdiqini tapdığından və təqdim olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən sübut təqdim olunmadığından həmin sənədləri mötəbər sübut kimi qəbul edilməlidir. Belə olan halda iddiaçının xx.xx.2003-xx.xx.2004-cü illərdə işlədiyi məhlul operatoru, xx.xx.2004-xx.xx.2010-cu illərdə işlədiyi növbə rəisi və xx.xx.2021-ci il tarixdən işlədiyi supervayzer vəzifəsi onun güzəştli iş stajına daxil edilməlidir. Bu halda isə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunla tələb olunan 12 il 6 ay müddətdən artıq xüsusi iş stajı yaranmış olur (9 il, 11 ay, 25 gün + 8 il, 2 ay 28 gün= 18 il, 02 ay, 23 gün).

15. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçi: Ş.A.Məmmədova, hakimlər: C.A.Yusifov və P.A.Hüseynov) 2-1(103)-3835/2023 saylı, 28 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5936/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin d əlilləri

19. Cavabdehin kassasiya şikayətində apellyasiya şikayətinin dəlilləri təkrarlanmışdır. işin halları, imtina məktubunun və b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etirazda iddiaçı bildirmişdir ki, işlədiyi peşələr qazmaçı peşəsinə uyğundur, sadəcə iş yeri xarici şirkət olduğu üçün peşələrin adları beynəlxalq tələblərə görə fərqli qeyd edilmişdir. Həmin işin funksiyaları barədə ona güzəştli arayış, məhkəmə sorğusuna isə vəzifə təlimatları əlavə edilməklə ətraflı cavab verilmişdir. Cavabdeh eyni dəlillə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində çıxış etmiş, məhkəmə tərəfindən onun dəlilləri ətraflı araşdırılmış, aidiyyəti sorğular verilmiş və alınmış cavablarla onun işlədiyi peşələrin dəniz şəraitində buruqlarda neft-qaz quyularının qazılması ilə bağlı qazma sahəsinə, işlədiyi peşələrin isə zərərli qazmaçı peşəsinə uyğun olması öz təsdiqini tapdığına görə cavabdeh orqanın dəlilləri əsassız sayılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(102)-1035/2022 nömrəli və xx.xx.2022-ci il tarixli, 2-1(102)-2346/2022 nömrəli qərarları ilə də onun işlədiyi məhlul operatoruu peşəsinin zərərli olması təsdiqini tapmışdır. O xx.xx.1960-cı il tarixdə anadan olmuş, xx.xx.2022-ci ildə 60 yaş 3 aya çatmışdır. Həmin tarixədək 25 ildən artıq (43 il 01 ay 18 gün) ümumi stajı, 12 il 6 aydan çox (21 il 9 ay 29 gün) xüsusi stajı qazanmış, bu da ona 60 yaş 3 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbayc an Respublikası Qanunu Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (əvvəllər qüvvədə olan redaksiya) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəş tli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (hal hazırda qüvvədə olan redaksiya) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” 10. “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübah isələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 30. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay xüsusi iş stajının mövcud olması

31. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. xx.xx.2022-ci il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır.

32. Hazırkı halda iddiaçı ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir.

33. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş hərbi biletə və əmək kitabçasında əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir və bu hal cavabdeh orqan tərəfindən mübahisələndirilmir.

34. İş üzrə tərəflər arasında mübahisələndirilən hal iddiaçının 12 il 06 ay güzəştli iş stajının mövcudluğu ilə bağlıdır.

35. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.2003-xx.xx.2004-cü il tarixlərdə “KCA Deutag Tiefbohrgesellschaft” şirkətində məhlul operatoru, xx.xx.2004-xx.xx.2010-cu il tarixlərdə “KCA Deutag Caspian Limited” şirkətində növbə rəisi və xx.xx.2021-ci il tarixdən hal-hazıradək işlədiyi supervayzer vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda tutulan neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşəsinə aid olmadığını hesab etmiş və bu səbəbdən iddiaçının güzəştli iş stajının tələb olunan 12 il 6 aydan az, 9 il 11 ay 25 gün təşkil etdiyi qənaətinə gəlmişdir.

36. Azərbaycan Respubli kası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.

37. Güzəştli iş stajı ilə bağlı qeyd olunmalıdır ki, iddiaçının iş yerindən təqdim etdiy i arayışdan və məhkəmə sorğusu ilə əldə edilmiş vəzifə təlimatlarından müəyyən edilir ki, iddiaçının işlədiyi və cavabdeh tərəfindən xüsusi staja daxil edilməyən məhlul operatoru, növbə rəisi və supervayzer vəzifələri qazma briqadasına daxildir və onların əmək funksiyaları bilavasitə qazmaçı peşəsinin icra etdiyi funksiyalarla uyğunluq təşkil edir. İşin xarakteri neft dənizdə yerləşən buruqlarda neft-qaz əməliyyatları ilə bağlı vəzifələrin icrası ilə bağlıdır. 38. "xxxx" MMC tərəfindən verilən 13 oktyabr 2022-ci il tarixli 47-102022 saylı arayışdan mübahəsləndirilən peşələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və g östəricilərin Siyahısı”nda) 10-cu bölməsi, “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.1. Qazma a) fəhlələr: və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşələrinə aid olması konkret olaraq göstərilmişdir. Arayışda həmçinin mübahisələndirilən vəzifələrin adlarının uyğunsuzluğuna da aydınlıq gətirilərək bunun həmin vəzifələrin beynəlxalq tələblərə uyğun olaraq adlandırılması bağlı olduğu vurğulanmışdır.

39. Odur ki, iddiaçının xx.xx.2003-xx.xx.2004-cü illərdə işlədiyi məhlul operatoru, xx.xx.2004-xx.xx.2010-cu illərdə işlədiyi növbə rəisi və xx.xx.2021-ci il tarixdən işlədiyi supervayzer vəzifəsi onun güzəştli iş stajına daxil edilməlidir.

40. Həmin peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda) 10-cu bölməsi, “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.1. Qazma a) fəhlələr: və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşələrinə aiddir.

41. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunla tələb olunan 12 il 6 ay müddətdən artıq xüsusi iş stajı mövcuddur.

42. Məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.

43. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

44. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3835/2023 saylı, 28 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar