Məhkəmə qərarları › İş №2-1(102)-1215/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1215/2019

17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1215/2019 17.04.2019 ALİ MƏHKƏMƏ 2-1(102)-1215/19 QƏRARDAD Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə Bakı şəhəri xxxx 2019-cu il Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İ.Dadaşov cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi və vəkili Vəkil kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2016-cı il tarixli, 2-1 (82)-3484/2016 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xxxx 1976-cı ildən xxxx 1999-cu ilədək işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə, 52 yaşından 01.07.2009-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-l(103)-2846/2018 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2016-cı il tarixli, 2-1(82)-3484/2016 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərardadından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi və vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verild iyi üçün mümkün hesab edilməməli, onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. İş materiallarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərardadı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə xxxx 2018-ci il tarixdə təqdim edilmiş, xxxx 2018-ci il tarixdə həmin qərardaddan kassasiya şikayəti vermə müddəti bitsə də, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti yalnız xxxx 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş, ötürülmüş müddətin bərpası barədə ərizə verilməmiş, bununla da qərardaddan kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş on günlük müddət cavabdeh tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Proses iştirakçılarının dinlənilmə hüququn un təmin edilməsi məqsədilə İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi və vəkili Vəkil xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə dəvət edilmişlər, lakin İddiaçı heç bir üzrlü səbəb olmadan iştirak etməmişdir. Proses iştirakçılarının dinlənilməsi zamanı cavabdehin vəkili Vəkil iştirak etsə də, sonuncu qeyd edilən pozuntunu aradan qaldırmamış, məhkəməyə hər hansı vəsatət təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respu blikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 94.1, 96.2 və 96.3-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi və vəkili Vəkil kassasiya şikayəti mümkün hesab edilməsin. Kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar