Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1215/2020 05.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: prosessual məsələlər, üçüncü şəxs qismində cəlb edilmə) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Azər Hüseynovdan ibarət tərkibdə, İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin plan və ölçüsünün hazırlayaraq iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulma sı tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli 2-1(105)-669/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Sumqayıt Bələdiyyəsi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı Sumqayıt Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt Kimyaçılar qəsəbəsi adlandırılan ərazisində yerləşən 2700 kv.m torpq sahəsi ilə bağlı müvafiq rəyin, torpağın kateqoriyasına dair məlumatın, torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməs i öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(85)-36/2019 nömrəli (sədrlik edən hakim İ.Quliyev) qərarı ilə iddianın təmin edilməsi, Sumqayıt Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi adlandırılan ərazisində yerləşən 2700 kvadrat metr torpaq sahəsi ilə bağlı müvafiq rəyin, torpağın kateqoriyasına dair məlumatın, torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyi Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan Azərbaycan Respublikasının X2 Komitəsi yanında X1 təşkili üzrə Dövlət Agentliyi apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(105)-292/2019 nömrəli (hakimlər Z.Məmmədov - sədrlik edən və məruzəçi, N.Nəsibov və H.Babayeva) qərardadı ilə Azərbaycan Respublikasının X2 Komitəsi yanında X1 təşkili üzrə Dövlət Agentliyinin apelyasiya şikayətinin mümkün sayılmaması, apelyasiya şikayətinin qəbulundan imtina ed ilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının X2 Komitəsi yanında X1 təşkili üzrə Dövlət Agentliyi vəsatət ilə birinci instansiya məhkəməsinə müraciət edərək, inzibati icraat qaydasında işə cəlb edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(85)-36/2019 nömrəli (sədrlik edən hakim İ.Quliyev) qərardadı ilə Azərbaycan Respublikasının X2 Komitəsi yanında X1 təşkili üzrə Dövlət Agentliyinin ərizəsinin rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini, Azərbaycan Respublikasının X2 Komitəsi yanında X1 təşkili üzrə Dövlət Agentliyini inzibati icraat qaydasında işə cəlb edilməsini məhkəmə kollegiyas ından xahiş etmişdir. Məhkəmənin qeyd olunan qərarından narazı qalan Azərbaycan Respublikasının X2 Komitəsi yanında X1 təşkili üzrə Dövlət Agentliyi apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini, Azərbaycan Respublikasının X2 Komitəsi yanında X1 təşkili üzrə Dövlət Agentliyini inzibati icraat qaydasında işə cəlb edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(105)-669/2019 nömrəli (hakimlər N.Nəsibov - sədrlik edən və məruzəçi, Z.Məmmədov və V.Cəfərov) qərardadı ilə şikayətlərin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadını n ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,mübahisaləndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğu və bunu təsdiq edən müvafiq sənədlərin aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən verildiyi halda, Azərbaycan Respublikası X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən əsassız olaraq bələdiyyənin torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatından keçirilməsi üçün zəruri olan rəyin verilməsindən imtina olunmuş və bu, torpaq sahəsinin guya dövlət mülkiyyətində olması ilə əsaslandırılmağa çalışılmışdır. Halbuki, cavabdeh birinci instansiya məhkəməsində araşdırma lar zamanı bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə torpaqları, o cümlədən mübahisələndirilən torpaq sahəsi də 2001-ci ildə rəsmi şəkildə tərtib edilmiş protokol akt və digər torpaqayırma sənədlərinə əsasən Sumqayıt Bələdiyyəsinə təhvil verilmiş və həmin dövrdə qüvvədə olmuş qanunlara əsasən müvafiq qaydada xəritələşdirilərək keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində dövlət torpaq reyestrində və dövlət torpaq kadastrında dövlət qeydiyyatından keçmişdir. Bu səbəbdən istər cavabdehin, istərsə də üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb olunmaq barədə ərizə ilə məhkəməyə müraciət etmiş X1 təşkili üzrə Dövlət Agentliyinin mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində ol ması barədə fikirləri əsassızdır. Birinci instansiya məhkəməsi tamamilə əsaslı olaraq X1 Təşkili üzrə Dövlət Agentliyinin ərizəsini təmin etməmiş və bunu torpaq sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən hər hansı sənədin təqdim edilməməsi ilə əsaslandırmışdır. Belə ki, Sumqayıt Bələdiyyəsinin iddia tələblərinə birinci instansiya məhkəməsində baxılarkən həm cavabdeh Azərbaycan Respublikası X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə torpaq sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən sübutların təqdim edilməsi təklif olunmuş, eyni zamanda bununla bağlı Azərbaycan Respublikası X2 Komitəsinə sorğu da göndərilmişdir. Lakin nə cavabdeh, nə də cavabdehin strukturuna daxil olduğu Azərbaycan Respublikası X2 Komitəsi bu sənədləri məhkəməyə təqdim edə bilməmişlər. Mübahisələndirilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidirsə, bununla bağlı dövlət əmlakının registrində müvafiq qeydiyyat aparılmalı və bu barədə müvafiq «Registrdən çıxarış» verilməli idi. Lakin nə cavabdeh, nə də üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb olunmaq barədə ərizə ilə məhkəməyə müraciət etmiş X1 Təşkili üzrə Dövlət Agentliyi həmin sənədləri məhkəmənin bir necə dəfə sorğu göndərməyinə baxmayaraq, məhkəməyə təqdim etməmiş və yuxarıda göstərilən qeydiyyatın aparılmasını təsdiq edən halları məhkəmədə sübuta yetirə bilməmişdir. Nəzərə alınsa ki, bu iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası X2 Komitəsinin strukturuna daxil olan X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi cəlb edilmişdir, işə Azərbaycan Respublikası X2 Komitəsinin başqa qurumunun daxil olmasının nə dərəcədə əsaslı olması da anlaşılan deyildir. Belə ki, bu iş üzrə Azərbaycan Respublikası X2 Komitəsinin maraqlarının və qanuni mənafeyinin qorunmasını onun strukturuna daxil olan X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi də həyata keçirə bilər. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-669/2019 saylı qərardadının ləğv edilməsini və üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb olunmaq barədə ərizə ilə məhkəməyə müraciət etmiş X1 Təşkili üzrə Dövlət Agentliyinin ərizəsinin təmin edilməməsi barədə qərarın çıxarılmasın ı xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bu səbəbdən şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə yazılı icraat qaydasında baxılmışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)669/2019 saylı qərardadla, şikayətlərin qismən təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qənaətinə gələrkən, Azərbaycan Respublikası xx xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası X2 Komitəsi haqqında» Əsasnamənin 3.0.31-ci bəndin ə, Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli, 516 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası X2 Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi haqqında» Əsasnamənin 3.0.8, 3.0.9, 3.0.10, 4.0.2-ci bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı»nın 5.3, 7.1, 7.2-ci bəndlərinə əsaslanmışdır. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı kasasiya şikayətində bildirir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu və bunu təsdiq edən müvafiq sənədlərin aidiyyəti icra haki miyyəti orqanları tərəfindən verildiyi halda, cavabdeh tərəfindən əsassız olaraq bələdiyyənin torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatından keçirilməsi üçün zəruri olan rəyin verilməsindən imtina olunmuş və bu, torpaq sahəsinin bu, torpaq sahəsinin guya dövlət mülkiyyətində olması ilə əsaslandırılmağa çalışılmışdır. Halbuki, cavabdeh birinci instansiya məhkəməsində araşdırmalar zamanı bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır, belə ki, cavabdeh iddiaçıya imtina cavabını verərkən işin 8-ci səhifəsində olan X2 Komitəsinin 5 saylı ərazi şöbəsinin sözügedən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olması haqqında məktubuna istinad etmişdir. Digər tərəfdən iddiaçının özünün məhkəməyə təqdim etdiyi sənədlərdə də ayrı-ayrı çatışmazlıqlar və qüsurlar vardır. Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin iddiaçıya sözügedən torpaq sahəsinin ayrılmasına dair xx xxxxxx 2016-cı il tarixli, 158 saylı (iş səhifəsi 9) rəyində yazılmış bir sıra şərtlərin iddiaçı tərəfindən icra edilməsi («torpaq sahəsinin ayrılması barədə qərar verildikdən sonra sifarişçi Memarlıq və Şəhərsalma İdarəsindən müvafiq sənədlər və inşaat pasportu almalıdır», «Sifarişçi tikintini Memarlıq və Şəhərsalma İdarəsi nəzdində Tikintiyə Dövlət Nəzarəti Müfəttişliyində qeydiyyatdan keçirməlidir») nəzərdə tutulsa da, buna dair hər hansı bir sənəd işdə mövcud deyildir, halbuki, həmin rəydə Memarlıq və Şəhərsalma İdarəsinin məhz göstərilən bu və digər şərtlər daxilində sözügedən 2700 kvadra t metr torpaq sahəsinin iddiaçıya ayrılmasına etiraz etməməsi bildirilmişdir. Eyni zamanda həmin torpaq sahəsinə dair tərtib edilmiş xx xxxx 2001-ci il tarixli aktda Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi olaraq baş memar C.Mikayılovun soyadı yazılsa da, onun həmin aktda imzası yoxdur, bu aktda Sumqayıt Şəhər İcra Hakimiyyətinin möhürü də mövcud deyildir. Eyni ilə baş memar C.Mikayılovun soyadı bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında xx xxxx 2001-ci il tarixli protokolda göstərilsə də, onun imzası həmin protokolda da yoxdur. İddiaçı kasasiya şikayətində həmçinin bildirir ki, Sumqayıt Bələdiyyəsinin iddia tələblərinə birinci instansiya məhkəməsində baxılarkən həm cavabdeh Azərbaycan Respublikası X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqay ıt Ərazi İdarəsinə torpaq sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən sübutların təqdim edilməsi təklif olunmuş, eyni zamanda bununla bağlı Azərbaycan Respublikası X2 Komitəsinə sorğu da göndərilmişdir. Lakin nə cavabdeh, nə də cavabdehin strukturuna daxil olduğu Azərbaycan Respublikası X2 Komitəsi bu sənədləri məhkəməyə təqdim edə bilməmişlər». Məhkəmə kollegiyası iddiaçının bu dəlilini də əsassız sayır və həqiqəti əks etdirməməsini hesab edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının qeyd etdiyi sorğular yalnız cavabdehə və 2 saylı Ərazi İdarəsinə göndərilmiş (iş səhifələri 67, 68) və hər iki idarədən sözügedən məsələ ilə bağlı aidiyyəti üzrə X2 Komitəsinə müraciət etmələrinin məqsədəuyğunluğu barədə cavablar alınmışdır (iş səhifələri 71, 73). Lakin birinci ins tansiya məhkəməsi tərəfindən həmin məsələ ilə əlaqədar birbaşa X2 Komitəsinə sorğu ilə müraciət etməsini təsdiq edən hər hansı bir sübut işdə mövcud deyildir. İddiaçının kasasiya şikayətindəki daha bir dəlili ondan ibarətdir ki, cavabdeh təşkilat X2 Komitəsinin strukturuna daxil olduğu üçün, həmin Dövlət Komitəsinin strukturuna daxil olan digər təşkilatın, yəni, X1 Təşkili üzrə Dövlət Agentliyinin işə cəlb edilməsinə zərurət yoxdur, çünki işə üçüncü şəxs qismində cəlb edilmiş 2 saylı Sumqayıt Ərazi İdarəsi Agentliyin hüquqlarını müdafiə edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır, belə ki, yuxarıda adıçəkilən təşkilatlar X2 Komitəsinin struktur vahidləri olsa da, Dövlət Komitəsi tərəfindən onların müxtəlif hüquqları, vəzifələri, səlahiyyətləri və funksiyal arı müəyyən edilmiş və həmin təşkilatların biri digərinə əvəz edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli, 516 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası X2 Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi haqqında» Əsasnamənin 4.0.2-ci bəndinə uyğun olaraq dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinə nəzarət məqsədi ilə monitorinq aparmaq, Əsasnamənin 3.0.8ci bəndinə əsasən dövlət və özəlləşdirilən müəssisələrə məxsus torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara mə lumat vermək, o, cümlədən məhkəmə qarşısında iddia qaldırmaq, 3.0.9-cu bəndinə əsasən dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlət və özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyətini araşdırmaq məqsədi ilə monitorinq aparmaq agentliyin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 3.0.10-cu bəndinə əsasən dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılması hallarını araşdırmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün t ədbirlər görmək, o cümlədən belə hallar barədə səlahiyyətli dövlət orqanlarına məlumat vermək kimi fəaliyyət istiqamətləri də vardır. Azərbaycan Respublikası Prezidentinin x xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası X2 Komitəsi haqqında» Əsasnamənin 3.0.31-ci bəndinə əsasən dövlət və özəlləşdirilən müəssisələrə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq Komitənin vəzifələrindəndir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləş dirilməsi üzrə Dövlət Proqramının 5.3-cü bəndinə əsasən dövlət əmlakının idarə edilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının adından dövlət əmlakı üzərində sərəncam verilməsini həyata keçirən, dövlət müəssisələrinin əmlakına dair dövlətin adından mülkiyyətçi hüquqlarını təmsil edən Azərbaycan Respublikasının X2 Komitəsi, öz səlahiyyətləri çərçivəsində digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, tabeliyində dövlət müəssisə və obyektləri olan idarəetmə orqanları iştirak edirlər. Həmin Fərmanın 7.1 və 7.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkılatlarının rəhbərlərinə sərəncamlarında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanmasının təmin edi lməsi, X2 Komitəsinin razılığı olmadan dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və digər quraşdırma işlərinin aparılmasına yol verilməməsi və bu sahədə mövcud pozuntuların arada qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlərin görülməsi tapşırılmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, dövlət mülkiyyətində olan əmlak barədə sərəncam vermək, həmin əmlakın hüquqi müqəddəratını həll etmək hüququ X2 Komitəsinə aiddir. Həmçinin apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, Dövlət Agentliyi mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olmasını bildirsə də, məhkəmə onun bu dəlilini hərtərəfli yoxlamamış, torpaq sahəsinin dövlətin, yaxud bələdiyyənin mülk iyyətində olmasını dəqiqləşdirmədən Dövlət Agentliyinin ərizəsinin rədd olunması barədə nəticəyə gəlmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-669/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1215/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1215/2020
05.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver