Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1215/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: işin hallarının araşdırılmaması; güzəştli stajın mövcudluğu ilə bağlı sübutların düzgün qiymətləndirilməməsi və əldə edilməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Bayramova Kəmalə Fətulla qızının katib liyi, İddiaçı, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)88/2021 nömrəli, 25 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. O, 15.11.1980-09.11.1982-ci il tarixədək hərbi xidmətdə olmuş, 27.01.1983-cü ildə “Kaspnefteqazflot İdarəsinə SİKP 50 illiyi TMS-də matros şagi rdi kimi işə qəbul edilmiş, 29.03.1983-cü ildə 2-ci sinif matros vəzifəsinə köçürülmüş, 26.01.1984-cü ildə SSRİ-nin ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. 06.02.1984-cü il tarixdən 01.07.1984-cü il tarixədək Siyəzən Qazma İdarəsində 3 dərəcə qazma qurğularına xidmət vəzifəsində işləmiş, 08.10.1984-cü il tarixdə Quyuların əsaslı və yeraltı təmiri sexinə quyuların əsaslı təmiri üzrə üçüncü dərəcəli takelajçı vəzifəsinə işə qəbul edilmiş, 16.11.1984-cü il tarixdə Uralsk şəhərinə SSRİ-nın sənaye tikintisinə getməsi ilə əlaqədar işdən azad edilmişdir. 20.12.1984-cü il tarixdən 26.03.1985ci il tarixədək müvəqqəti olaraq 4-cü dərəcəli bənna vəzifəsində işləmişdir. 09.04.1985-ci il tarixdən 08.10.1985-ci il tarixədək TSMS trestinin Tikinti materialları və konstruksiyaları kombinatın da 3-cü dərəcəli suvaqçı rəngsaz vəzifəsində işləmişdir. 05.11.1985-ci il tarixdən TSBİ sexin 4-cü dərəcəli betonçu vəzifəsinə qəbul edilmişdir, 16.06.1986-cı il tarixdə JBİ sexinə 4-cü dərəcəli krançı vəzifəsinə köçürülmüş və 28.12.1986-cı il tarixdə işdən azad edilmişdir. 03.01.1987-ci il tarixdən 30.06.1987-ci il tarixədək Sovet rayonu Novorossiysk xüsusi təsərrüfatının avtomobil qarajında sürücü vəzifəsində işləmiş, 30.05.1988-ci il tarixdə 4-cü dərəcəli krançı vəzifəsinə qəbul olunmuş, 01.07.1991-ci il tarixdə ona 5-ci dərəcəli krançı ixtisası verilmiş, 19.10.1995-ci il tarixdə “Azərneft” Layihə Tikinti Birliyinin tabeçiliyində yeni yaradılmış təsərrüfat hesablı Siyəzən TQS-yə köçürülməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. 19.10.1995-ci il tarixdən “Azərneftlayihə” tikinti bir liyinin Siyəzən TQS-də köçürmə yolu ilə 5-ci dərəcəli krançı kimi işə qəbul olunmuş və 01.11.2001-ci il tarixdə işdən azad edilmişdir. 07.04.2003-cü il tarixdən 14.04.2003-cü il tarixədək "xxxx" ASC-nin 2-ci sahəsi, səyyar briqadaya qazla metal kəsici, 05.05.2003-cü il tarixdən 01.03.2004-cü il tarixədək "xxxx" ASC-nin Keşlə sexinə körpülü kran sürücüsü, 01.03.2004-cü il tarixdən 31.08.2007-ci il tarixədək “X10”yə (“Təkrarqarametaltədarükü” Keşlə sahəsi və Yayma sexi) kran sürücüsü, 06.05.2008-ci il tarixdən 04.09.2008-ci il tarixədək "xxxx" ASC-nin 1 saylı Metaləritmə sexinə kran maşinisti, 17.09.2008-ci il tarixdən “X9” Şirkəti Nəqliyyat sexinə buldozerçi vəzifəsinə işə qəbul olunub, 02.02.2009-cu il tarixdə quyuların yeraltı və əsaslı təmir sexinə körpülü kran maşinisti vəzifəsinə keçir ilib və hal - hazırda işləyir.
2. SOCAR “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin AB04/311 saylı 18.10.2019-cu il tarixli arayışına əsasən, iddiaçı 104/k nömrəli 27.05.1988ci il tarixli əmrlə 30.05.1988-ci il tarixdən 19.10.1995-ci il tarixinədək “Siyəzənneft” NQÇİdə kran maşinisti işində işləməklə, iş stajı 07 il 04 ay 20 gün təşkil edir. 1988-ci ildə “Siyəzənneft” NQÇİ-nin Tikinti Quraşdırma Sahəsində sahə rəisi vəzifəsində işləmişdir. X3, mühasib X1, çilingər X2 iştirakı ilə tərtib olunmuş və “Siyəzənneft” NQÇİ-nin möhürü ilə təsdiq olunmuş 27.02.2020-ci il tarixli aktdan müəyyən olunur ki, iddiaçı 1988-ci il - 2001-ci illərdə yüksək mərtəbəli binaların tikintisində qülləli kranda 5-ci dərəcəli krançı vəzifəsində işləmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə m üraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh **********7 saylı, 14 noyabr 2019-cu il tarixli məktubla iddiaçıya pensiya təyin olunmasından imtina edərək bildirmişdir ki, onun 01.01.2006-cı il tarixədək 25 il ümumi iş stajı olmadığından pensiya təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyinatından cavabdehin imtinasının qeyri-qanuni hesab edilərək, 10.06.197726.10.1980, 02.09.1987- 29.02.1988-ci il tarixlərdə işlədiyi müddət əmək stajına daxil edilməklə ona 13 iyun 2019-cu il tarixdən güzəştli ş ərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün almadığı ayların birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 6. 28.02.2020-ci il tarixdə iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya pensiya hüququ yarandığı 13 iyun 2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1962-ci ildə Dəvəçi (indiki Şabran rayonu) rayonunun Eynibulaq kəndində doğulmuşdur. 57 yaşından yaşa görə ağır sənaye ilə pensiyaya çıxmaq üçün tələb olunan sənədləri 07.11.2019-cu il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzinə təqdim etmişdir. “ASAN xidmə t “mərkəzi ona pensiya təyin edilməsi üçün qəbul etdiyi sənədləri yeni yaradılmış DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsinə göndərmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsi ona 14.11.2019-cu il tarixdə **********7 nömrəli məktubla imtina cavabı vermişdir. İmtina məktubunda qeyd edilmişdir ki, təqdim etdiyi sənədlərdə ümumi stajı 25 ildən az təşkil edir. O, ilk əmək fəaliyyətinə 10.06.1977-ci il tarixdən Siyəzən üzümçülük sovxozunda başlamış və 10.06.1977-ci il tarixdən 26.10.1980-cı il tarixə kimi həmin sovxozda fəhlə işləmişdir. Bu barədə ona Şabran rayon Dövlət Arxivi tərəfindən 24.09.2019-cu il tarixli 158 nömrəli arayış verilib. Ondan sonra 15.11.1980 -01.11.1982-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif işlərdə (27.01.1983 - 26.01.1984, 06.02.1984 - 01.07.1984, 08.10.1984 -16.11.1984, 20.12.1984 - 26.03.1985, 09.04.1985 - 08.10.1985, 05.11.1985 28.12.1986, 03.01.1987-30.06.1987, 02.09.1987 - 29.02.1988 (arayış), 30.05.1988 01.11.2001, 22.11.2001-05.05.2003 (xəstə oğluna qulluq), 05.05.2003 - 01.03.2004, 01.03.2004 - 31.08.2007, 06.05.2008 - 04.09.2008, 17.09.2008 - hal-hazıra kimi) işləmişdir. Bütün qeyd olunan iş stajlarını topladıqda 01.01.2006-cı il tarixə kimi 26 il 09 ay 09 gün təşkil edir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 06 ay güzəştli işlərdə çal ışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ var. 22.11.2001-07.04.2003-cü ilə kimi və 14.04.2003-cü ildən 05.05.2003-cü il tarixə kimi oğlu X4 xəstə olduğu üçün ona qulluq etmiş və həmin dövrlərdə işləməmişdir. Uşağa qulluq etdiyi dövrün (sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa) əmək stajı sayılması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.4-cü bəndində də qeyd olunmuşdur. Bundan başqa, 30.05.1988 - 19.10.1995-ci illərdə “Siyəzənneft “NQÇİ-də kran maşinisti və 19.10.1995-ci ildən 01.11.2001-ci ilə kimi “Azneftlayihətikinti" Birliyinin Siyəzən Tikinti Quraşdırma Sahəsində 5-ci dərəcəli krançı vəzifələrində, 07.04.2003 - 14.04.2003-cü illərdə "xxxx" ASC-də qazla metal kəsici, 05.05.2003 - 01.03.2004-cü illərdə k ran sürücüsü, 01.03.2004 - 31.08.2007-ci illərdə “X11”də kran sürücüsü vəzifələrində işləmişdir. İşlədiyi həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı və 23 yanvar 2007-ci il 12 nömrəli qərarında qeyd edilmişdir.
8. Cavabdeh iddia ərizəsinə etiraz edərək iddianın təmin olunmamasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2-1(112)-775/2020 saylı qərarı ilə (hakim: N.İ.Abıyev) iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni 13.06.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 01.01.2006-cı ilə qədər 25 ildən artıq ümumi iş s tajı, o cümlədən 12 il 6 aydan artıq, yəni 13 il 11 ay 13 gün güzəştli iş stajı vardır. Bundan başqa, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulmuşdur.
11. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-88/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 03 mart 2020- ci il tarixli 2-1(112)-775/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçıya məxsus əmək kitabçası və hərbi bilet məlumatlarından aydın olur ki, 01 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi əmək stajı 25 ildən az təşkil edir. Təsadüfi deyildir ki, iddiaçı Şabran rayon Dövlət Arxivinin 24.09.2019-cu il tarixli arxiv çıxarışına əsaslanaraq 10 iyun 1977 – 2 6 oktyabr 1980-ci illərdə Siyəzən üzümçülük sovxozunda fəhlə qismində çalışdığını iddia edir.Lakin arxiv çıxarışının hansı sənədlər əsasında tərtib edildiyi müəyyən edilmir. Həmin sənədlər məhkəməyə təqdim edilməyib. Dolayısı ilə, arxiv çıxarışının mötəbərliyi sual altındadır.
16. Bundan əlavə iddiaçı, “Siyəzənneft" NQÇİ-nin 18.10.2019-cu il tarixli arayışına istinad edərək 7 il 4 ay 20 gün (30.05.1988- 19.10.1995-ci illər) güzəştli iş stajına malik olduğunu iddia edir. Halbuki, həmin arayışın güzəştli iş stajını təsdiqləyən arayış qismində qəbulu mümkün deyildir. Çünki arayışda NK- nin 320 saylı Qərarı ilə təsdiqlənmiş məlum 2 saylı Siyahının konkret koduna istinad edilməyib. 17.Həmçinin “Siyəzənneft” NQÇİ-nin fəaliyyət istiqaməti neft-qaz çıxarılması/hasilatıdır. Bu sahədə fəaliyyət göst ərən müəssisələr üçün güzəştli pensiya hüququ verən peşələrin dairəsi NK-nın 320 saylı Qərarı ilə təsdiqlənmiş məlum 2 saylı Siyahının Xİİ Bölməsi (“21300000: Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı”) müəyyənləşdirilir. Həmin Bölmədə “kran maşinisti” peşəsi öz əksini tapmayıb. Təsadüfi deyildir ki, iddiaçı adı çəkilən Bölməyə istinad edə bilmir.
18. Eyni zamanda fərz edilsə ki, iddiaçının 7 il 4 ay 20 gün güzəştli iş stajı vardır. Lakin iddiaçının tələbinin təmin edilməsi üçün onun ən azı 12,5 il güzəştli iş stajı olmalıdır. İddiaçı 1988-1995-ci illərdə çalışdığı peşə ilə bağlı SOCAR Baş ofisinin Mərkəzi arxivinin 29.10.2019-cu il tarixli arayışını təqdim edib. Həmin arayışda iddiaçının 1995-2000-ci illərdə çalışdığı peşənin güzəştli olmasına dair heç bir qeydə yer verilməyib. Göründüyü kimi, iddiaçının güzəştli iş stajını təsdiqləyən sənədlər işdə mövcud deyildir. “Əmək pensiyaları haqqında” qanunun 31.2-ci maddəsinə görə, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 1 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydala rı’nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda. Qaydalara 2 nömrəli Əlavədə göstərilir ki. müraciət edən şəxs "əmək pensiyaları haqqında" qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim etməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
20. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
21. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsin ə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 24. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıda kılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə
2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı»... 2.4.1-ci bənd. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışma sına dair iş yerinin arayışı təqdim olunur. 26 Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının tə qdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən – qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
30. İddiaçının əmək şəraitinə görə güzəştli şərtlərlə 57 yaşdan yaşa görə pensiya hüququnun yaranması üçün ona münasibətdə aşağıdakı şərtlərin birlikdə ödə nilməsi tələb olunur: 1) 57 yaşının tamam olması; 2) 57 yaşı tamam olanda azı 25 il ümumi və azı 12 il 6 ay güzəştli iş stajını tamamlaması.
31. Birinci instansiya məhkəməsi və onun mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti zərərli və ağır olan işlərdə xüsusi iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq onun 57 yaşı tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
32. Cavabdeh apelyasiya məhkəməsinin qərarı ilə razılaşmayara q həmin qərardan şikayət vermiş və bildirmişdir ki, iddiaçı 01.01.2006-cı il tarixinədək tələb edilən 25 il ümumi, o cümlədən 12 il 6 ay güzəştli (xüsusi) iş stajını toplamamışdır.
33. Məhkəmə kollegiyası işdə olan sənədlərə əsasən, iddiaçının 01.01.2006-cı il tarixinədək tələb edilən 25 il ümumi iş stajına malik olması barədə apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Cavabdehin kassasiya şikayətində iddiaçının ümumi iş stajı ilə bağlı onun 10 iyun 1977 – 26 oktyabr 1980-ci illərdə Siyəzən üzümçülük sovxozunda fəhlə qismində çalışması mübahisələndirilir. Halbuki, Şabran rayon Dövlət Arxivinin 24.09.2019-cu il tarixli arxiv çıxarışı bu faktı təsdiq edir və həmin arayışın şübhə altına alınması üçün heç bir əsas yoxdur və cavabdeh tərəfindən bu barədə heç bir sübut təqdim ed ilməmişdir. Odur ki, kassasiya şikayətinin 01 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi əmək stajının 25 ildən az təşkil etməsi barədə dəlili əsassızdır.
34. Hazırkı iş üzrə araşdırılmalı olan hal iddiaçının 01.01.2006-cı il tarixinədək tələb olunan xüsusi iş stajını tamamlaması, yəni güzəştli şərtlə pensiya hüququ verən peşə və vəzifədə (2 nömrəli Siyahı üzrə) azı 12 il 6 ay işləməsinin müəyyən edilməsidir. 35. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin e dilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
36. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
37. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim e dilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir.
38. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və ma lik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
39. Qeyd olunmalıdır ki, sözügedən arayı ş güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 06 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir.
40. İddiaçının məhkəməyə təqdim etdiyi “SOCAR “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin AB04/311 saylı 18.10.2019-cu il tarixli arayışında onun 7 il 4 ay 20 gün güzəştli əmək stajının olduğu qeyd edilmişdir. (iş.v. 4) Həmin arayışda qeyd edilir ki, iddiaçı 104/k nömrəli 27.05.1988-ci il tarixli əmrə əsasən 30.05.1988-ci il tarixdən 19.10.1995-ci il tarixinədək “Siyəzənneft” NQÇİ-də kran maşinisti işində işləməklə iş stajı 07 il 04 ay 20 gün təşkil edir. Onun güzəştli şərtlərlə ümumi əmək stajı 7 il 4 ay 20 gün təşkil edir.
41. Əvvəla, həmin arayışda iddiaçının cəmi 7 il 4 ay 20 gün güzəştli iş stajına malik olduğu qeyd edilmişdir. Digər tərəfdən, həmin arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahının konkret koduna istinad edilməmişdir və bu arayış məzmunca yuxarıdakı bəndlərdə qeyd edilən tələblərə cavab vermir.
42. Göründüyü kimi, iddiaçının azı 12 il 6 ay güzəştli iş stajına malik olmasına dair iddiaçının iş yerindən səlahiyyətli şəxs tərəfindən, müvafiq məzmunda verilmiş güzəştli arayış mövcud olmadığından, işin bu halı ilə bağlı aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə mötəbər sübutlarla öz təsdiqini tapmır. Məhkəmənin istinad etdiyi 27.02.2020-ci il tarixli akt isə ( iş.v. 77) iddiaçının güzəştli iş stajına malik olmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz.
43. Lakin apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
44. Göründüyü kimi, apelyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.
45. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
46. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsasl andırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (Vəkil2anın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
47. Avropa İnsan Hüquqları Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. 48 Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalə tli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (“Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar).
49. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2021-ci il tarixli 21(103)-88/2021 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə