Məhkəmə qərarları › İş №2-1(102)-1215/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1215/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1215/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahələrinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1977, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İq tisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxslər X29, X26, X63, X30, X31, X32, X33, X34, X35, X4, X18, X27, X36, X37, X19, X40, X41, X45, X42) qarşı “Şəki Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 42 nömrəli qərarı ilə iddiaçının ailəsinin ümumi mülkiyyətinə verilmiş ********** və ********** nömrəli çıxarışlar üzrə ölçüləri 2.623 ha və 0.142 ha göstərilmiş torpaq sahələrinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-98/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. JN-0018 kod 40410028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən müəyyən edilir ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 42 nömrəli qərarına əsasən, Şəki rayon Daşbulaq kəndində yerləşən 7.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X20 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmişdir.

2. RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən müəyyən olunur ki, 0.529 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə üçüncü şəxslər X7, X5 və X46 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əml akın dövlət reyestrindən çıxarış”a əsasən müəyyən olunur ki, 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə üçüncü şəxslər X7, X5 və X46 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. JN-0019 kod 40410028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən müəyyən olunur ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 42 nömrəli qərarına əsasən, Şəki rayon Daşbulaq kəndində yerləşən 9.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üçüncü şəxs X8 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmişdir.

5. RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən müəyyən olunur ki, 1.975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə üçüncü şəxslər X8, X9, X10, X11 və X12 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən müəyyən olunur ki, 7.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə üçüncü şəxslər X8, X9, X10, X11 və X12 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

7. JN-0020 kod 40410028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən müəyyən olunur ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 42 nömrəli qərarına əsasən, Şəki rayon Daşbulaq kəndində yerləşən 9.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üçüncü şəxs X13 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmişdir.

8. RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən müəyyən olunur ki, 7.023 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə üçüncü şəxslər X14, X1, X2, X6 və X15 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

9. RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən müəyyən olunur ki, 1.975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə üçüncü şəxslər X14, X1, X2, X6 və X15 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

10. JN-0021 kod 40410028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən müəyyən olunur ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 42 nömrəli qərarına əsasən, Şəki rayon Daşbulaq kəndində yerləşən 12.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının və üçüncü şəxslər X16, X3, X21, X22, X28, X23 ümumi mülkiyyətinə verilmişdir.

11. RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən müəyyən olunur ki, 2.623 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddiaçının və üçüncü şəxslər X16, X3, X21, X22, X28, X23 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

12. RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən müəyyən olunur ki, 0.142 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddiaçının və üçüncü şəxslər X16, X3, X21, X22, X28, X23 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyy ata alınmışdır.

13. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, 0.142 ha, 2.623 ha və 9.442 ha torpaq sahələrinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsini xahiş etmiş, cavabdeh orqanın 04 mart 2021-ci il tarixli, **********80 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsinin bir hissəsi elektron baza məlumatlarına və faktiki istifadə vəziyyətinə əsasən, X63, X30 və X35 tərəfindən istifadə edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

14. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 42 nömrəli qərarı ilə ümumi birgə ailə başına verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin işlənməsi öhdəliyinin cavabdehin üzə rinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

15. Cavabdeh iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, iddiaçıya və ailə üzvlərinə məxsus pay torpaq sahələrinin bir hissəsi elektron baza məlumatlarına və faktiki istifadə vəziyyətinə əsasən başqa vətəndaşlar tərəfindən istifadə edilir. Həmçinin, kadastr və daşınmaz əmlakın qeydiyyatı layihəsinə əsasən, həmin torpaq sahələrinin bir hissəsi X46, X8 və X14 istifadəsində olduğu üçün xəritədə onların adları qeyd olunmuşdur.

16. Bundan sonra, iddiaçı iddianı dəyişdirmiş və məhkəməyə yeni iddia ərizəsi təqdim edərək, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 42 nömrəli qərarı ilə ailəsinin ümumi mülkiyyətinə verilmiş ********** və ********** nömrəli çıxarışlar üzrə ölçüləri 2.623 ha və 0.142 ha göstər ilmiş torpaq sahələrinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

17. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-786/2021 nömrəli, 27 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim V.K.Qasımov) iddia tələbi təmin edilərək, Şəki Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 42 nömrəli qərarı ilə iddiaçının və ailəsinin ümumi mülkiyyətinə verilmiş, ********** və ********** qeydiyyat nömrələri ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 2.623 ha və 0.142 ha torpaq sahələrinə dair “Torpaq sahəsinin planın və ölçüsü”nün hazırlanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

18. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanın da Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının və ailə üzvlərinin adına olan JN-0021 kod 40410028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən 0.14 ha və 2.62 ha torpaq sahələri üçüncü şəxslər X49 və ailəsinə, X24 və ailəsinə, X25 və ailəsinə məxsus olan torpaq sahələri ilə üst-üstə düşmür. Beləliklə, cavabdehin imtinasının dəlili öz təsdiqini tapmamışdır. Bundan başqa, iddiaçıya və ailəsinə məxsus olan torpaq sahəsinin bir hissəsinin digər şəxslərin faktiki istifadəsində olması barədə mütəxəssis rəyində göstərilmiş xüsusatla bağlı isə məhkəmə qeyd etmişdir ki, hüquqmüəyyənedici sənədlər olmadan torpaq sahəsindən digər şəxslərin faktiki istifadə etməsi həmin torpaq sahəsinə mülkiyyətçinin hüquqlarını məhdudlaşdı ra bilməz.

19. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-98/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-786/2021 nömrəli, 27 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

23. Torpaq Məcəlləsinin 43-cü maddəsinin 3-cu hissəsinin 3-cü yarımbəndinə əsasən, yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi nəzərdə tutur.

24. Apellyasiya instansiyası məhkəməsi göstərilən maddi hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, iddiaçı ilə X38, X43, X17, X41, X45 və X23 ümumi birgə mülkiyyətində olan Şəki rayonu, Daşbulaq kəndində yerləşən 0.142 ha və 2.623 ha pay torpaq sahələrinin bir his səsi elektron baza məlumatlarına və faktiki istifadə vəziyyətinə, eləcə də kadastr və daşınmaz əmlakın qeydiyyatı layihəsinə əsasən X63, X30 və X14 istifadəsində olduğu üçün xəritədə onların adları qeyd olunmuşdur. Belə olan halda isə həmin torpaq sahələrinə vətəndaşların istifadə vəziyyətinə uyğun olaraq sənəd verilməsi mümkündür. Bununla yanaşı, həmin torpaq sahələri yerləşən kletkanın xəritədəki ölçüləri 472 metrə qarşı, faktiki yerində 404 metr olmuşdur. Göründüyü kimi, məhkəmə kollegiyası torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması, habelə mövcud uyğunsuzluğu aradan qaldırmaq əvəzinə, icrası mümkün olmayan öhdəliyi cavabdehin üzərinə qoymuşdur.

25. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respu blikasında torpaqların elektron kadastr uçotu İnformasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın 5-ci bəndində sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi göstərilmişdir.

26. Məhkəmə kollegiyası göstərilən maddi hüquq normalarının pozulmasına yol verərək Qaydaların 5-ci bəndində göstərilənləri nəzərə almamışdır.

27. Məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.-ci maddəsinin pozulmasına yol vermiş, nəzərə almamışdır ki, cavabdeh yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri pozulduğundan iddiaçıya torpaq sahəsinə dair plan və ölçünün işlənməsindən imtina verməkdə haqlı olmuşdur, bunun əksini etmiş olsaydı, göstərilən maddəyə əsasən cavabdehlik daşımalı olacaqdır. Beləliklə, iddiaçının torpaq sahəsinin bir hissəsi digər vətəndaşların faktiki istifadəsində olan torpaq sahəsi ilə üst- üstə düşdüyü halda, yuxarıda istinad olunan Qaydalara əsasən torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması başa çatmadığından cavabdeh tərəfindən heç bir halda torpaq sahəsinə plan və ölçünün işlənməsi mümkün olmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınma z əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydi yyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər gös tərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 10.3. Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd t əqdim etməlidirlər (ərizənin notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə verildiyi hallar istisna olmaqla). 10.4. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

30. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öh dəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə mə lumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8.Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vax tında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

32. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Avropa İnsan hüquqları Məhkə məsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

35. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.

36. Belə ki, aşağı instansiya məhkəmələri tərəfindən aparılan araşdırma nəticə sində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətindən alınmış mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, iddiaçının və ailə üzvlərinin adına olan JN-0021 kod 40410028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən 0.142 ha və 2.623 ha torpaq sahələri üçüncü şəxslər X49 və ailəsinə, X24 və ailəsinə, X25 və ailəsinə məxsus olan torpaq sahələri ilə üst-üstə düşmür.

37. Beləliklə, cavabdehin imtinasının dəlili iş üzrə öz təsdiqini tapmamışdır. Odur ki, iddiaçı tələbində haqlıdır.

38. Həmçinin qeyd olunmalıdır ki, iddiaçıya və ailəsinə məxsus olan torpaq sahəsinin digər şəxslərin faktiki istifadəsində olması da iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Belə ki, hüquqmüəyyənedici sənədlər olmadan torpaq sahəsindən digər şəxslərin istifadə etməsi həmin torpaq sahəsinə mülkiyyətçinin hüquqlarını məhdudlaşdıra bilməz.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-98/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar