Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1215/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik dərəcəsinin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-82/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əlillik vəziyyətinə 31 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında xx.xx.2014-cü ildə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T79 – Travmaların digər rubrikalarda təsnif olunmayan bəzi erkən ağırlaşmaları => T79.9 - Travmanın dəqiq...; Diaqnozun mətni: sağ bud sümüyünün zəif bitişməkdə olan sınığı.metal ştiftli osteosintez.sağ baldır sümüklərinin zəif bitişməkd ə olan sınığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ bud sümüyünün zəif bitişməkdə olan sınığı.metal ştiftli osteosintez.sağ baldır sümüklərinin zəif bitişməkdə olan sınığı” səbəbi ilə bir il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə Bakı 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında xx.xx.2015-ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.2 - Ağ ciyər vərəmi, histoloji təsdiq edilmiş; Diaqnozun mətni: Bud sümüyün cisminin sınığı. Sağ bud sümüyünün orta 1/3-nin bitişməyən sınığı. Sağ diz oynağının bükücü kontrakturası. Sağ a/ə 5 sm qıs alığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: bud sümüyü cisminin sınığı” səbəbi ilə bir il müddətinə üçüncü dərəcə əlillik verilmişdir.
2. Daha sonra elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında eyni tarixdə iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.2 - Ağ ciyər vərəmi, histoloji təsdiq edilmiş; Diaqnozun mətni: Bud sümüyün cisminin sınığı. Sağ bud sümüyünün orta 1/3-nin bitişməyən sınığı. Sağ diz oynağının bükücü kontrakturası. Sağ a/ə 5 sm qısalığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: bud sümüyü cisminin sınığı” səbəbi ilə beş il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. N övbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0034003AADZP saylı göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 - Aşağı...; Diaqnozun mətni: Bud sümüyü cisminin [diafizinin] sınığı, Sağ bud sümüyü orta 1/3-nin kobud döyənəkli bitişmiş sınığı, kilidləyici stiftlə osteosintezindən sonrakı vəziyyət. Oynaqların kontrakturası, Sağ diz oynağın kontrakturası. (açma 170 dərəcə, bükmə 85 dərəcə). Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sağ aşağı ətrafın 5 sm qısalığı. Əzələ distrofiyası, Əzələ atrofiyası, hərəkət məhdudluğu ilə. Qamış sümüyünün distal şöbəsinin sınığı, Sağ qamış sümüyünün orta 1/3 bitişmiş sınığı, ekstramed osteosintezindən sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-əlavə bərpa müalicə məsləhət görülür” səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina verilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əmri ilə yaradılmış komissiyanın protokoldan görünür ki, protokola əlavə olunmuş siyahıda adları qeyd edilmiş vətəndaşlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması mey arlarına dair Əsasnamə”yə uyğun olaraq 2 nəfərə əlillik dərəcəsinin təyin edilməsi, 1 nəfərin isə tam reabilitasiya edilməsi və bu barədə qərar qəbul edilərək əlillik altsisteminə daxil edilməsi qərara alınmışdır. Protokola əlavə edilmiş əyani müayinədən keçən şəxslərin siyahısına əsasən İddiaçı tam reabilitasiya edildiyi göstərilmişdir.
4. Elmi-Tədqiqat Travmatologiya və X2 Müşfiq Ağamməd oğlunun adına tərtib edilmiş arayışda qeyd edilmişdir: Diaqnoz - Sağ bud sümüyünün orta 1/3-nin kobud döyənəklə qəlpəli defektli zəif bitişmiş sınığı, fraqmentlərin bloklayıcı ştiftlə osteosintezi. Bu hissədə sümüyün postravmatik deformasiyası. Budun bayır səthi və baldırın ön səthində postoperasion kobud çapıqlar. Sağ diz oynağının bükücü-açıcı kontrakturası (açma 165°, bükmə 85°). Aşıq-baldır oynağının açıq kontrakturası. Ətrafın 5 sm qısalığı və əzələ atrofiyası. Daimi ağrılar, axsama və yerişin pozulması. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 3-cü qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 12 il əvvəl yol qəzası nəticəsində ayağından ciddi xəsarət almışdır. Nəticədə, əmək qabiliyyətini itirmişdir. Bu səbəbdən əsas bədən üzvlərindən olan ayağı tam işləmir və iddiaçı fiziki və əməli işlər görə bilmir. Əmək qabiliyyətini itirdiyindən dövlətin sosial təminat sistemindən yararlanmaq məqsədi ilə müvafiq əlillik dərəcəsinin təyin edilməklə on a əlilliyə görə pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etmişdir və uzun müddətdir ki, əlilliyə görə pensiya alırdı. Bir neçə ay əvvəl əlillik müddəti bitdiyindən yenidən müayinədən keçmiş və tam əsassız olaraq cavabdeh orqan elektron sms vasitəsilə əlillik təyin edilməsindən imtina etmişdir. İmtinanın əsası odur ki, müalicə alsa, ayağı bərpa oluna bilər. Bildirir ki, bu mümkün deyil, axsaqdır. Ayağının bərpa olunması tibbi baxımdan mümkünsüzdür. Bu səbəbdən cavabdehin imtina məktubu əsassızdır
7. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti 31 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və x arici səbəblərin təsirinin bəzi digər nəticələri => T79 - Travmaların digər rubrikalarda təsnif olunmayan bəzi erkən ağırlaşmaları => T79.9 - Travmanın dəqiq..., Diaqnozun mətni: sağ bud sümüyünün zəif bitişməkdə olan sınığı.metal ştiftli osteosintez.sağ baldır sümüklərinin zəif bitişməkdə olan sınığı, Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: sağ bud sümüyünün zəif bitişməkdə olan sınığı.metal ştiftli osteosintez.sağ baldır sümüklərinin zəif bitişməkdə olan sınığı” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Daha sonra həmin poliklinikanın xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T79 - Travmaların digər rubrikalarda təsnif olunmayan bəzi erkən ağırlaşmaları => T79.9 - Travmanın dəqiq..., Diaqnozun mətni: sağ bud sümüyünün zəif bitişməkdə olan sınığı.metal ştiftli osteosintez.sağ baldır sümüklərinin zəif bitişməkdə olan sınığı, Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ bud sümüyünün zəif bitişməkdə olan sınığı.metal ştiftli osteosintez.sağ baldır sümüklərinin zəif bitişməkdə olan sınığı” səbəbi ilə bir il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. Bakı 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2015-ci ildə 0034003AAA8F saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.2 - Ağ ciyər vərəmi, histoloji təsdiq edilmiş, Diaqnozun mətni: Bud sümü yün cisminin sınığı. Sağ bud sümüyünün orta 1/3-nin bitişməyən sınığı. Sağ diz oynağının bükücü kontrakturası. Sağ a/ə 5 sm qısalığı, Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: bud sümüyü cisminin sınığı” səbəbi ilə bir il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı ildə göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1: İ Sinif Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.2 - Ağ ciyər vərəmi, histoloji təsdiq edilmiş, Diaqnozun mətni: Bud sümüyün cisminin sınığı. Sağ bud sümüyünün orta 1/3-nin bitişməyən sınığı. Sağ diz oynağının bükücü kontrakturası. Sağ a/ə 5 sm qısalığı, Meyar: 22.3. Üçüncü dərəcə əlillik => DİGƏR: bud sümüyü cisminin sınığı” səbəbi ilə beş il müddətinə üçüncü dərəcə əlillik verilmişdir.
8. Bakı 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci ildə 0034003AADZP saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 - Aşağı..., Diaqnozun mətni: Bud sümüyü cisminin [diafizinin] sınığı, Sağ bud sümüyü orta 1/3-nin kobud döyənəkli bitişmiş sınığı, kilidləyici stiftlə osteosintezindən sonrakı vəziyyət. Oynaqların kontrakturası, Sağ diz oynağın kontrakturası.(açma 170 dərəcə, bükmə 85 dərəcə), Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sağ aşağı ətrafın 5 sm qısalığı, Əzələ distrofiyası, Əzələ atrofiyası, hərəkət məhdudluğu ilə, Qamış s ümüyünün distal şöbəsinin sınığı, Sağ qamış sümüyünün orta 1/3 bitişmiş sınığı, ekstramed osteosintezinden sonrakı vəziyyət” səbəbi ilə imtina verilmişdir, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-əlavə bərpa müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.
9. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi v ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.
10. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözləni lmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Ads ızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üç ün yenidən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aidiyyəti sənədləri təqdim edərək müraciət etməsi tövsiyə edilir.
11. Məhkəmə tərəfindən iddiaçının hazırda mövcud olan xəstəlik və qüsurlarının müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan, iş üzrə müvafiq ekspertizanın keçirilməsi qərara alınmış və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulsun: 1. xx.xx.1981-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla ona 0034003AADZP Forma 88-də qoyulmuş Bud sümüyü cisminin [diafizinin] sınığı, Sağ bud sümüyü orta 1/3-nin kobud döyənəkli bitişmiş sınığı, kilidləyici stiftlə osteosintezindən sonrakı vəziyyət. Oynaqların kont rakturası, Sağ diz oynağın kontrakturası (açma 170 dərəcə, bükmə 85 dərəcə), Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sağ aşağı ətrafın 5 sm qısalığı, Əzələ distrofiyası, Əzələ atrofiyası, hərəkət məhdudluğu ilə, Qamış sümüyünün distal şöbəsinin sınığı, Sağ qamış sümüyünün orta 1/3 bitişmiş sınığı, ekstramed osteosintezindən sonrakı vəziyyət diaqnozu düzgündürmü? 2. xx.xx.1981-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla onda hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? 3. xx.xx.1981-ci il təvəllüdlü İddiaçı cari sağlamlıq vəziyyəti nəzərə alınaraq aşkar olunan xəstəlik və qüsurlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasn amə”sində göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? 4. xx.xx.1981-ci il təvəllüdlü İddiaçı bərpa müalicələrindən sonra tam reabilitasiyası (sağalması) mümkündürmü?
5. Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması mütəxəssisin səlahiyyətinə (sərəncamına) buraxılsın.
12. Belə ki, məhkəmə tərəfindən qəbul edilmiş həmin ekspert rəyinə əsasən, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərinin təhlilindən görünür ki, onun hazırda əziyyət çəkdiyi “sağ bud sümüyünün orta 1/ 3-nin kobud döyənəkli qəlpəli zəif bitişmiş sınığı, fraqmentlərin bloklayıcı ştiftlə osteosintezi, bu hissədə sümüyün postravmatik deformasiyası, budun bayır səthi və baldırın ön səthində postoperasion kobud çapıqlar, sağ diz oynağının bükücü-açıcı kontraktur ası (açma 165°, bükmə 85°), aşıq-baldır oynağının açıq kontrakturası, ətrafın « 5 sm qısalığı və əzələ atrofiyası, daimi ağrılar, axsama və yerişin pozulması” xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.'\2.20'\5-c\ il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamədə əlillik dərəcəsi verilməsi üçün yetərli deyil. Belə ki, müayinə olunan zaman aşkar olunan patofunksional dəyişikliklər, bud sümüyünün deformasiyası nəticəsində əmələ gələn ətrafın qısalığının 7 sm-dən az olması əlillik dərəcəsi verilməsinə əsas vermir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6812/2021 nömrəli, 8 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim A.Ə.Əhədova) iddiа rədd edilmişdir.
14. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin m əhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2723/2022 nömrəli, 4 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.Ə.Qurbanov /sədrlik edən və məruzəçi/, V.M.Məmmədov və V.Ə.Baxışova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0034003AADZP nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə elektron qiymətləndirilmiş və müalicə müddəti yetərli olmadığından “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. İddiaçı dövlət tibb müəssi səsi tərəfindən ətraflı müayinə olunub ixtisaslaşmış müalicə aldıqdan sonra yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə cavabdeh inzibati orqan tərəfindən əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq faizlə qiymətləndirilməklə aparılması təmin ediləcəkdir.
17. İddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
18. Apellyasiya məhkəməsi hüquqi mövqeyini “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.1, 3.2., 3.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-c i il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3., 4.1., 4.2., Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2., 1.3., 1.4., 2.1, 2.2, 2.3, 2.4, 2.5, 2.6-cı bəndlərinə istinad etməklə əsaslandırmışdır.
19. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
20. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qərar qəbul edərkən kobud prosessual pozuntulara yol vermişdir.
21. Be lə ki, inzibati iş əvvəlcə Bakı Apellyasiya Məhkəməsinin hakimi Azər Hüseynovun icraatında olmuşdur. Tərəfimdən təkrar ekspertizanın keçirilməsi barədə verilmiş vəsatət 07 sentyabr 2022-ci il tarixli məhkəmə iclasında təmin edilmiş və işin dayandırılaraq ekspertizaya göndərilməsi qərara alınmışdır. Bu barədə tərkib müşavirə otağına gedərək qərar qəbul etmiş və məhkəmə iclasında elan etmişdir.
22. Lakin sonradan mənə məlum olmayan səbəbdən is Azər Hüseynovdan alınaraq hakim Aida Hüseynin icraatına verilmişdir. Tərəfimdən ərizə yazılaraq məhkəmə kollegiyası tərəfindən işin ekspertizaya göndərilməsi barədə qərardad qəbul edildiyi və bunun məhkəmə iclasında elan edildiyini bildirsəm və rəsmi olaraq ərizə yazsam da, hakim Aida Hüseyn heç nəvə məhəl qoymayaraq iddianı rədd etmişdir.
23. Halbuki 07 sentyabr 2022-ci il tarixli məhkəmə iclasında kollegiyanın tərkibində hakim Aida Hüseyn də olmuş və vəsatətimi təmin edərək işi dayandırmışdır.
24. İcraat materialları ilə tanış olan zaman materialların saxtalaşdırılması mənə məlum oldu. Belə ki, icraat materiallarının 152 və 153-cü səhifələrində tərəfimdən verilmiş vəsatət olsa da, buna münasibət bildirilməsi barədə heç bir sübut yoxdur. 25. xx.xx.2022-ci il tarixli protokolda guya tərəfimdən heç bir vəsatət verilmədiyi və tərəfimdən heç bir prosessual hərəkət edilmədiyi qeyd edilmişdir. Hakim hətta məhkəmə iclasının audio-video yazısını da silərək bütün sübutları itirməyə çalışmışdır.
26. Bildirilmişdir ki, məhkəmə iclasının xx.xx.2022-ci il tarixli protokolu saxtalaşdırılmışdır. Məhkəmə iclasının məhz həmin tarixə olan audio-video yazısı da silinmişdir.
27. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün, Ümumdünya insan hüquqları Bəyannaməsinin 8 və İPM-in 90-99-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakim iyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: Bənd 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Bənd 4.1. Birinci dərəcə əlillik və tibb i göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komi ssiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyas ına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzal anır.
32. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadını n təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb e dilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
33. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası m əhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetinin yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zər uri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
39. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
40. Bununla belə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
41. Hazırkı iş üzrə mübahisənin əsasını iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi təşkil edir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 23-25-ci bəndlərində istinad olunan normalara görə, şəxsin orqanizminin funksiyalarının p ozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (hazırkı mübahisəyə münasibətdə TSEK) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.
43. Hazırkı mübahisəyə münasibətdə xx.xx.2016-cı il tarixli göndəriş əsasında eyni tarixdə iddiaçının əlillik vəziyyətinə baxılmış və beş il müddətinə üçüncü dərəcə əlillik verilmiş, növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış əlavə müalicə-əlavə bərpa müalicə məsləhət görülür” səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina verilmişdir.
44. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə qeyd edilmişdir ki, iddiaçı barəsində “Bud sümüyü cisminin [diafizinin] sınığı, Sağ bud sümüyü orta 1/3-n in kobud döyənəkli bitişmiş sınığı, kilidləyici stiftlə osteosintezindən sonrakı vəziyyət. Oynaqların kontrakturası, Sağ diz oynağın kontrakturası. (açma 170 dərəcə, bükmə 85 dərəcə). Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sağ aşağı ətrafın 5 sm qısalığı. Əzələ distrofiyası, Əzələ atrofiyası, hərəkət məhdudluğu ilə, qamış sümüyünün distal şöbəsinin sınığı, Sağ qamış sümüyünün orta 1/3 bitişmiş sınığı, ekstramed osteosintezindən sonrakı vəziyyət” xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də əlillik dərəcəsi verilməsi üçün yetərli deyildir. Adıçəkilən meyarlarda 2.5.10. bir aşağı ətrafın 7 sm qısa olması (M84.1, M96.0) göstərildiy i halda, iddiaçıda aşkar olunan patofunksional dəyişikliklər, bud sümüyünün deformasiyası nəticəsində əmələ gələn ətrafın qısalığının 7 sm-dən az olması, yəni 5 sm qısalıq əlillik dərəcəsi verilməsinə əsas verməmişdir.
45. Bununla yanaşı məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçının hazırkı diaqnozu onun əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından imtina əsaslı olmuşdur. Göstərilən diaqnoz üzrə xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sində göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür.
46. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası üm umilikdə normativ hüquqi aktlara əsaslandığı üçün qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Belə olan halda, iddiaçıya 3-cü qrup əlillik dərəcəsinin təyin edilməməsi ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
47. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarda 27-30 (a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.
48. Nəticə etibarı ilə mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin e dilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2723/2022 nömrəli, 4 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.