Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1215/2024 20.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X17) qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ölmüş şəxsə məxsus olması barədə arayış verilməsi; işin hallarının tam araşdırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X17) qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisi və 1617 kv.m həyətyanı torpaq sahəsi üzərində iddiaçının mərhum X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 2-1(103)-2659/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Maştağa rayon X5 arayışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov kü çəsi, 262 saylı sahədə yerləşən ev xx.xx.1956-cı il tarixdə X7 adına ilkin qeydiyyatdan keçmişdir.
2. Əzizbəyov rayon X11 İcraiyyə Komitəsinin 36 nömrəli xx.xx.1960-cı il tarixli qərarı ilə X6 Bilgəh qəsəbəsində fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsi verilməsi barədə olan Lenin adına kolxozun xx.xx.1960-cı il tarixli 1 nömrəli ümumi iclas qərarı təsdiq edilmişdir. 3. xx.xx.1960-cı il tarixli aktdan görünür ki, X6 Lenin adına kolxozun xx.xx.1960-ci il tarixli 1 nömrəli ümumi iclas qərarı ilə Bilgəh kəndində fərdi yaşayış evi tikmək üçün ayrılmış 750 kv.m torpaq sahəsi təhvil verilmişdir.
4. Bakı şəhəri, Bilgəh qəsəbəsi, Ü.Hacıbəyov 51 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1963-cü ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən texniki pasport tərtib edilmiş, həmin t exniki pasporta 1982-ci ildə müvafiq düzəlişlər daxil edilmişdir. Texniki pasportda ev sahibi kimi X12 və X4 adı qeyd edilmişdir.
5. X12 xx.xx.1989-cü il tarixdə, X9 xx.xx.2018-ci il tarixdə ölmüşdür və hazırki iş üzrə iddiaçı X4 oğlu, 3-cü şəxs X17 isə X8 oğludur.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 17 saylı notariat ofisinin 2018/369 nömrəli xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, iddiaçı Bakı şəhəri 17 saylı notariat kontoruna müraciət edərək xx.xx.2018-ci il tarixdə ölmüş atası X2 qalmış miras əmlaka (Bakı şəhəri, Bilgəh qəs. Ü. Hacıbəyov 51 ünvanda yerləşən fərdi yaşayış evindən) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X4 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığın dan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın iddiaçıya və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş edilmişdir.
7. İddiaçı atasından miras qalmış əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli məktubla bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 262 saylı sahədə yerl əşən ev xx.xx.1956-cı il tarixdə X7 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 1963-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 51 saylı evə dair X7 və X3 adına tərtib edilmiş texniki pasportun surəti sorğu ilə əlaqədar göndərilmişdir.
8. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, ünvan 4 ünvan Bilgəh qəsəbəsi sahə 262) ünvanda yerləşən A tikilisi (2 otaq) X7 adına qeydiyyatdan keçmişdir və hazırda adındadır.
9. Cavabdeh inzibati orqan iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli imtina məktubunda bildirmişdir ki, sözügedən fərdi yaşayış evinin arxiv texniki pasportu ilə faktiki sahə arasında konfiqurasiya və sahə fərqi mövcuddur. Həmçinin “A” tikilisi mübahisəli olduğundan idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamış və “B” tikilisinə bitişik əlavə tikili inşa edilmişdir. Bununla yanaşı fərdi yaşayış evinə aid təqdim etdiyi texniki pasportda digər fiziki şəxsin X7 adı olduğundan əlaqəli sənəd təqdim edilməmiş və qeyd olunan əmlakla bağlı Bakı inzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-2059/2020 nömrəli qərardadı daxil olmuş, lakin qanuni qüvvəyə minməsi ilə bağlı məlumat idarəyə daxil olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisi və 1617 k v.m həyətyanı torpaq sahəsi üzərində iddiaçının mərhum X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvandakı fərdi yaşayış evi iddiaçının mərhum atası X6 məxsus olmuş, atası xx.xx.2018-ci il tarixdə ölmüşdür. Həmin fərdi yaşayış evi atasının babaları tərəfindən 19-cu əsrdə, texniki pasportda göstərdiyi kimi 1890-cı ildə tikilmişdir. X1 və əmisi X8 adına 1963-cü ildə şəxsi mülkiyyət hüquqi ilə inventarizasiya və qiymətləndirilməsinə aid pasport verilmişdir. Beləliklə, həmin evdə iddiaçının babası və atası yaşamış, iddiaçı orada doğulmuş, böyümüş və hal-hazırda da ailə ilə birlikdə yaşayır. Qeyd olunan fərdi yaşayış e vinin və altındakı torpağın dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, lakin imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sözügedən fərdi yaşayış evinin arxiv texniki pasportu ilə faktiki sahə arasında konfiqurasiya və sahə fərqi mövcuddur, həmçinin “A” tikilisi mübahisəli olduğundan idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamış və “B” tikilisinə bitişik əlavə tikili inşa edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır.
12. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazının əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-982/2022 nömrəli qərard adı ilə X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
14. İşin məhkəmə araşdırması zamanı “X16 və Ekspertiza Mərkəzi" MMC-nin mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, “ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin naturada yerləşmə vəziyyəti işdə olan texniki pasporta uyğundur. “B” və “Б" tikililərinin faktiki naturada yerləşmə vəziyyəti texniki pasporta uyğundur. Tədqiq olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada müəyyən edilərək tərtib olunmuş sxemdə qeyd olunmuşdur.
15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6794 nömrəli ekspert rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin işdə olan texniki pasporta uyğun olduğu müəyyən edilmişdir. Tədqiq olunan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflərin paylarına uyğun olaraq İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Lakin evin yerləşdiyi torpaq sahəsinin tərəflər arasında iki hissəyə ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün təklif olunan variant rəyə əlavə edilmiş sxemdə ətraflı göstərilmişdir.
16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6794 nömrəli ekspert rəyinə əlavə edilmiş sxemdən görünür ki, ünvan 6 ünvanında yerləşən torpaq sahəsi sahələri 1617 kv.m olan 2 hissəyə bölünmüşdür.
17. Bakı İnzibati Məhkəməsinin (hakim: M.C.Qarayeva) xx.xx.2023-cü il tarixli 2 1(112)-250/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisi və 1617 kv.m həyətyanı torpaq sahəsi üzərində İddiaçı mərhum X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
18. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş sənədlərə görə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 262 saylı sahədə yerləşən ev xx.xx.1956-cı il tarixdə iddiaçının mərhum babası X7 adına ilkin qeydiyyatdan keçmişdir. Əlavə olaraq Əzizbəyov rayon X11 İcraiyyə Komitəsinin 36 nömrəli 8 iyul 1960-cı il tarixli qərarı ilə Bilgəh qəsəbəsindəki H.Hacıyev küçəsindəki 51 saylı evdə yaşayan iddiaçının mərhum atası X6 Bilgəh qəsəbəsində fərdi ev tikmək üçün əlavə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Sonradan isə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1982-ci il tarixli şəxsi mülkiyyət hüquqi ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportla Bakı şəhəri, Bilgəh qəsəbəsi, Ü.Hacıbəyov 51 ünvanında yerləşən fərdi yaşayış evi iki qardaş arasında bölünərək, yəni iddiaçının mərhum əmisi iş üzrə 3-cü şəxsin atası olmuş X12 və iddiaçının mərhum X1 adına dövlət qeydiyyatına alınmışdır. Həmin pasportdan göründüyü kimi, A tikilisi 1890-cı ildə, B tikilisi isə 1963-cü ildə inşa edilmiş, istifadədə olan torpaq sahəsinin ölçüsü 3235,8 kv.m təşkil edir. İddiaçının atası X9 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Onun vərəsəsi olan iddiaçı mərhum X1 istifad əsində olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisi və 1617 kv.m həyətyanı torpaq sahəsi üzərində mərhumun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən arayışın verilməsi tələbi ilə cavabdehə müraciət etsə də, cavabdeh heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Cavabdeh inzibati orqan iddiaçının iddia tələbi ilə bağlı tələbin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər mötəbər sübut kimi qiymətləndirilir və iddiaçının mübahisələndirilən evin və torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir. Belə ki, cavabdehin dəlilləri məhkəmənin aldığı ekspert və mütəxəs sis rəyləri ilə təkzib edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6794 nömrəli ekspert rəyinə görə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin işdə olan texniki pasporta uyğun olduğu müəyyən edilmişdir. Evin yerləşdiyi torpaq sahəsinin tərəflər arasında iki hissəyə ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün təklif olunan variant rəyə əlavə edilmiş sxemdə ətraflı göstərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6794 nömrəli ekspert rəyinə əlavə edilmiş sxemdən görünür ki, ünvan 6 ünvanında yerləşən torpaq sahəsi sahələri 1617 kv.m olan 2 hissəyə bölünmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı onun mərhum atası və əmisinin ümumi istifadəsində olan ünvan 6 ünvanında yerləşən evin və həyətyani torpaq sahəsinin mərhum atasının sahibliyində və faktiki istifadəsində olan ½ hissəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə araşdırması zamanı həmin daşınmaz əmlakın iddiaçı və onun əmisi oğlu olan üçüncü şəxsin faktiki istifadəsində olduğu hissələr nəzərə alınmaqla, bərabər şəkildə iki hissəyə bölünərək paylı mülkiyyət hüququ üzrə qeydiyyata alınmasının mümkün olduğu ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Mərhum atasının payının ayrılması və həmin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması iddiaçının mübahisələndirilməyən hüquqlarındandır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı öz iddiasında haqlıdır və cavabdeh tərəf indən heç bir qanuni əsasları olmayan bəhanələrə istinad edərək, onun hüquqlarının təmin edilməsindən imtina etməsi yolverilməzdir.
19. Üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) xx.xx.2023-cü il tarixli, 21(103)-2659/2023 nömrəli qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia qismən təmin olunmuş, İddiaçı - Bilgəh qəsəbəsində fərdi ev tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin Əzizbəyov Rayon X11 İcraiyyə Ko mitəsinin 36 nömrəli xx.xx.1960-cı il tarixi qərarına əsasən Bilgəh qəsəbəsi, H.Hacıyev küçəsi, 51 nömrəli evdə yaşamış mərhum X6 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, qalan hissədə iddia təmin edilməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mərhum X1 və əmisi X8 adına olan “Evin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasporta” əsaslanaraq, ünvan 7 ünvanında yerləşən “B” tikilisinin və 1617 kv.m həyətyanı torpaq sahəsinin mərhum atası Qurban Quliyevə məxsus olması barədə arayış (çıxarış) verilməsini tələb etmişdir. Lakin iş materiallarına əsasən qeyd olunan əsasla iddia olunan arayışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə ki, iddiaçının istinad etdi yi işə əlavə olunmuş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin iddiaçının 1982-ci ilin iyun ayında tərtib olunmuş adı çəkilən “Evin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport”un cavabdeh idarə tərəfindən arxiv çıxarışı tədqiq olunduqda müəyyən olunur ki, həmin “Pasport” reyestrdən (reyestr kitabı No217 səh.1302, 1/Vİ-56-cı il) çıxarışa əsasən tərtib olunmuşdur. Hazırkı mərhələdə üçüncü şəxs tərəfindən təqdim olunmuş həmin, yəni Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən, çıxarışdan (surətindən) görünür ki, reyestr kitabında həmin rekvizitlərlə təsbit olunan - Bilgəh qəsəbəsi Üzeyir Hacıbəyov küçəsi ev 51 ünvanında yerləşən 262 nömrəli mülkün sahibi - üçüncü şəxs Camal Quliyevin atası (iddiaçının əmisi) X10r.
22. Cavabdehin işə əlavə olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2019-cu il tarixli sorğuya cavab məktubunda da qeyd olunur ki, Bilgəh qəsəbəsi Üzeyir Hacıbəyov küçəsi ev 51 ünvanında 262 nömrəli sahədə yerləşən ev xx.xx.1956-cı il tarixdə X7 adına ilkin qeydiyyatdan keçmişdir. Həmin məktubda əlavə olaraq bildirilmişdir ki, 1963-cü il tarixdə həmin evə dair X7 və X13 adına texniki pasport tərtib edilmişdir. Eyni zamanda, cavabdeh idarənin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2020-ci il tarixli digər cavab məktubunda da bildirmişdir ki, Bilgəh qəsəbəsi Üzeyir Hacıbəyov küçəsi ev 51 (köhnə ünvan Bilgəh qəsəbəsi sahə 262) ünvanda yerləşən mülk üçüncü şəxsin mərhum atası X8 adına qeydiyyatdan keçmişdir. Bunun təsdiqi həm də onda tapır ki, cavabdeh qeydiyyat orqanının məhkəməyə təqdim etdiyi arxiv sənədlərinə əsasən müəyyən olunur ki, məhz, üçüncü şəxsin mərhum atası X8 qeydiyyat orqanına ünvanlanmış 16 və 17 may 1956-cı il tarixli ərizələri əsasında Bilgəh qəsəbəsi Üzeyir Hacıbəyov küçəsi ev 51 (köhnə ünvan Bilgəh qəsəbəsi sahə 262) mülk reyestrdə onun adına qeydiyyata alınmışdır. Qeyd olunmalıdır ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühəndis-texniki ekspertizası keçirilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli 10/6794 nömrəli ekspert rəyi ilə Bilgəh qəsəbəsi Üzeyir Hacıbəyov küçəsi ev 51 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin işdə olan texniki pasporta uyğun olduğu müəyyən edilmişdir.
23. Qeyd olunanlar onu deməyə əsas verir ki, 1956-cı ildə reyestrdə üçüncü şəxsin mərh um atası X7 adına qeydiyyata alınmış mülkünə dair” reyestrdən çıxarış əsasında tərtib olunmuş mübahisəli Evin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport”u əsas götürülməklə həmin ünvanda “B” tikilisinin və 1617 kv.m torpaq sahəsinin iddiaçının mərhum atası X6 məxsus olması barədə arayışın verilməsinin cavabdehə həvalə edilməsi əsassızdır. Hətta adıçəkilən “Pasport” əsas götürülmüş olsa belə iddiaçı ilə üçüncü şəxs arasında həmin ünvanda yerləşən mülkün razılaşdırılmış bölgü sxemi olmadan və ya mülki icraat qaydasında aralarındakı mübahisə həll olunmadan belə bir arayışın verilməsi mümkünsüzdür. Göründüyü kimi, iddiaçıya, Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə müvafiq olaraq, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib olunmuş mübahisəli Evin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport” əsasında mübahisəli mülkün iddiaçının mərhum atası X6 məxsus olması barədə arayışın verilməsi mümkün deyildir. Lakin hər bir halda, iş materiallarına əsasən iddiaçının tələbində qismən haqlı olduğu da müəyyən olunur. Belə ki, işə əlavə olunmuş Dövlət Arxivinin Bakı Filialının 5 iyul 2022-ci il tarixli məktubu ilə məhkəmənin sorğusuna əsasən təqdim olunmuş Əzizbəyov Ra yon X11 İcraiyyə Komitəsinin 36 nömrəli 8 iyul 1960-cı il tarixi qərarından arxiv çıxarışına əsasən həmin qərarla Bilgəh qəsəbəsindəki Ü.Hacıbəyov küçəsindəki 51 N-li evdə yaşayan, X6 Bilgəh qəsəbəsində fərdi yaşayış ev tikməkdən ötrü 600 kv.m torpaq sahəsi verilməsi barədə Lenin adına kolxozun 7 may 1950-ci il tarixli 1 nömrəli ümumi iclas protokolu təsdiq edilmişdir və bu işin mübahisələndirilməyən halıdır. Belə olan halda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi nəzərdə tutur ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipotekaya qoyulmasına dair qəbul olunmuş aktlar - daşınmaz əmlakın dövlət reye strində hüquqların əmələ gəlməsi üçün əsasdır.
24. Göründüyü kimi, qeyd olunan qərara əsasən yalnız, Bilgəh qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi iddiaçının mərhum atası X6 qanuni əsaslarla məxsus olduğu müəyyən edilir. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, işdə olan sübutlar hərtərəfli araşdırılmamış, onlara düzgün hüquqi qiymət verilməmiş, iddianın təmin olunması barədə məhkəmənin gəldiyi nəticə iş üzrə toplanmış sübutlara uyğun gəlmir. Bütün bunlar isə onu deməyə əsas verir ki, məhkəmənin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Ona görə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmış və yekunda belə qənaətə gəlmişdir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin olunmalıdır.
25. İddiaçı qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
26. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Üzeyir Hacıbəyov küçəsi 262 saylı sahədə yerləşən ev xx.xx.1956-cı il tarixdə X7 adına ilkin qeydiyyatdan keçmişdir. Bun dan başqa, Əzizbəyov rayon X11 İcraiyyə Komitəsinin 36 nömrəli 8 iyul 1960-cı il tarixli qərarı ilə Bilgəh qəsəbəsindəki H.Hacıyev küçəsindəki 51 saylı evdə yaşayan mərhum atası X6 Bilgəh qəsəbəsində fərdi ev tikmək üçün əlavə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Sonradan isə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1982-ci il tarixli şəxsi mülkiyyət hüquqi ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportla Bakı şəhəri Bilgəh qəsəbəsi Ü.Hacıbəyov 51 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi iki qardaş arasında bölünərək, yəni mərhum əmisi - iş üzrə 3-cü şəxsin atası olmuş X12 və mərhum X1 adına dövlət qeydiyyatına alınmışdır. Həmin pasportdan göründüyü kimi, A tikilisi 1890-cı ildə, B tikilisi isə 1963-cü ildə inşa edilmiş, istifadədə olan torpaq sahəsinin ölçüsü 3235,8 kv.m təşkil edir. Həmçinin, “X16 və Ekspertiza Mərkəzi" MMC-nin mütəxəssis rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin naturada yerləşmə vəziyyəti işdə olan texniki pasporta uyğundur. “B” və “Б" tikililərinin faktiki naturada yerləşmə vəziyyəti texniki pasporta uyğundur. Tədqiq olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada müəyyən edilərək tərtib olunmuş sxemdə qeyd olunur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6794 nömrəli ekspert rəyində göstərilmişdir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin işdə olan texniki pasporta uyğun olduğu müəyyən edilmişdir.
27. Qanunvericilik normalarının tələblərinə əsasən, mərhum atas ının Bakı şəhəri Bilgəh qəsəbəsi Ü.Hacıbəyov 51 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmış, bu hüquq vərəsəlik qaydasında ona keçmişdir. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi əsassız olaraq birinci instansiya məhkəməsinin qərarını ləğv etmiş, qanunvericilik normalarının tələblərini pozaraq, mübahisəli daşınmaz əmlak üzərində mülkiyyət hüququmun əldə edilməsini təsdiq edən texniki pasport olmasına baxmayaraq, həmin sənədə düzgün hüquqi qiymət verməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
28. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanun... Maddə 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yara nmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvfaiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlakın dövlət reyestrində hüquqların əmələ gəlməsi üçün əsasdır.... Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
30. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”:... Bənd 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər sırasına aid edilmişdir.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhk əməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellya siya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş yenidən apellyasiya baxışına qaytarılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
32. İddiaçı iddiasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə müvafiq olaraq, mərhum X1 və əmisi X8 adına olan “Evin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasporta” əsaslanaraq, ünvan 7 ünvanında yerləşən “B” tikilisinin və 1617 kv.m həyətyanı torpaq sahəsinin mərhum atası Qurban Quliyevə məxsus olması barədə arayış (çıxarış) verilməsini tələb etmişdir.
33. Apellyasiya instansiya məhkəməsi iddianı qismən təmin edərkən aşağıdakılara istinad etmişdir: 1) istinad olunan texniki pasport 1956-cı ildə reyestrdə üçüncü şəxsin mərhum atası X7 adına qeydiyyata alınmış mülkə dair tərtib edilmişdir; 2) hətta adıçəkilən “Pasport” əsas götürülmüş olsa belə, iddiaçı ilə üçüncü şəxs arasında həmin ünvanda yerləşən mülkün razılaşdırılmış bölgü sxemi olmadan və ya mülki icraat qaydasında aralarındakı mübahisə həll olunmadan belə bir arayışın verilm əsi mümkünsüzdür; 3) Əzizbəyov Rayon X11 İcraiyyə Komitəsinin 36 nömrəli 8 iyul 1960-cı il tarixi qərarı ilə Bilgəh qəsəbəsindəki Ü.Hacıbəyov küçəsindəki 51 N-li evdə yaşayan, X6 Bilgəh qəsəbəsində fərdi yaşayış ev tikməkdən ötrü 600 kv.m torpaq sahəsi verildiyindən iddia həmin hissədə təmin edilməlidir.
34. Məhkəmə kollegiyası hesab edir ki, işin aşağıda qeyd olunan halları apellyasiya instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamış və nəticədə düzgün olmayan qərar qəbul edilmişdir.
20. Belə ki, iş materiallarından göründüyü kimi, Əzizbəyov rayon X11 İcraiyyə Komitəsinin 36 nömrəli xx.xx.1960-cı il tarixli qərarı ilə X6 Bilgəh qəsəbəsində fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsi verilməsi barədə olan Lenin adına kolxozun xx.xx.1960-cı il tarixli 1 nömrəli ümumi iclas q ərarı təsdiq edilmişdir. Həmçinin, xx.xx.1960cı il tarixli aktdan görünür ki, X6 Lenin adına kolxozun xx.xx.1960-ci il tarixli 1 nömrəli ümumi iclas qərarı ilə Bilgəh kəndində fərdi yaşayış evi tikmək üçün ayrılmış 750 kv.m torpaq sahəsi təhvil verilmişdir. Həmin aktda iddiaçıya ayrılmış torpaq sahəsinin qərb tərəfdən X7 həyətyanı torpaq sahəsi ilə qonşu olduğu qeyd edilmişdir.
35. Həmçinin 3-cü şəxs apelyasiya şikayətində texniki pasportda qeyd olunan A və B tikililərinin və ümumi torpaq sahəsinin atası Baba Quliyevə məxsus olduğunu və həmin texniki pasportda göstərilən əmlaka iddiaçını atasının hər hansı hüququ olmadığını göstərmiş, apellyasiya məhkəməsinin iclas protokolunda olan izahatlarında isə iddiaçının atasının özünə ayrılmış 600 kv.m torpaq sahəsində ev tikib yaşadığını, “B” tiki lisinə mübahisəsi olmadığını, yalnız torpaqla bağlı mübahisəsi olduğunu, iki qardaş arasında hasar olduğunu, evlərinin ayrı olduğunu göstərib. İddiaçının nümayəndəsi də iddiaçının “B”tikilisində, 3-cü şəxsin “A” tikilisində yaşadığını göstərib. Göründüyü kimi 3-cü şəxs ziddiyyətli izahatlar vermiş, texniki pasportda göstərilən “B” tikilisinin iddiaçının atasının özünə ayrılmış 600 kv.m torpaq sahəsində inşa etdiyi ev, yoxsa başqa tikili olması tam araşdırılmamışdır.
36. İşdən görünür ki, iddiaçının atasının texniki pasportda göstərilən “B” tikilisindən başqa digər yerdə yaşayış evinin və torpaq sahəsinin olması iddia edilmir.
37. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli ünvana baxış keçiriməklə texniki pasportda göstərilən tikililərin kimə məxsus olması, həqiqətən də tərəflərin torpaq sahələri arasında hasarın olub-olmamasının müəyyən edilməsi, iddiaçının atasına məxsus evin və torpaq sahəsinin 3-cü şəxsin atasının mülkünə dair texniki pasporta daxil edilmiş olması ehtimalının mövcudluğunun araşdırılması, bu məqsədlə 1982-ci ildə müvafiq düzəlişlər edilmiş 1963-cü il tarixli texnki pasportun düzəlişdən əvvəlki nüsxəsinin müqayisə üçün məhkəməyə təqdim edilməsi hazırkı iş üzrə düzgün nəticəyə gəlmək üçün əhəmiyyətlidir.
38. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Əzizbəyov rayon X11 İcraiyyə Komitəsinin 36 nömrəli xx.xx.1960-cı il tarixli qərarı ilə Bilgəh kəndində fərdi yaşayış evi tikmək üçün X6 ayrılmış torpaq sahəsinin harda yerləşməsi ilə bağlı araşdırma aparılmamışdır. Halbuki həmin torpaq sahəsi Bakı şəhəri, Bilgəh qəsəbəsi, Ü.Hacıbəyov 51 ünv anında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş şəxsi mülkiyyət hüquqi ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda qeyd olunan torpaq sahəsinin daxilində olmadığı halda iddianın bu hissədə təmin edilməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilər. Çünki iddiaçı həmin torpaqayırma sənədlərinə əsasən deyil, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş şəxsi mülkiyyət hüquqi ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasporta istinad etməklə, həmin pasportda göstərilən əmlaka hüququn qeydə alınması haqqında arayış verilməsini istəmişdir.
39. Buna görə də, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçıya ayrılmış torpaq sahəsinin yerini müəyyən et mədən həmin torpaq sahəsinin Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1982-ci il tarixli şəxsi mülkiyyət hüquqi ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda qeyd olunan 3235 kv.m torpaq sahəsinə aidiyyətinin olmamasını əsas gətirməklə qəbul etdiyi qərar əsassızdır.
40. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazı rkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
42. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlillə ri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (“S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
43. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).
44. B eləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
45. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi hazırkı qərarda əks olunan hüquqi mövqeni nəzərə almaqla iddianın əsaslılığına və qanuniliyinə yenidən hüquqi qiymət verməlidir.
46. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 07 dekabr 2023-cü il tarixli 21(103)-2659/2023 nömrəli qərarı ləğv edilsin. İş yeni dən baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.