Məhkəmə qərarları › İş №2-1(102)-1216/2017

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1216/2017

23.05.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1216/2017 23.05.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına qarşı iş üzrə QƏRARDAD (iş № 2-1(102)-1216/2017) Bakı şəhəri 23 may 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı, vəkili X4, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının vəkili Vəkil iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına (bundan sonra cavabdeh) qarşı cavabdehin 03 oktyabr 2016cı il tarixli qərarının ləğv edilməsi və yeni qərar çıxarılması üçün ona təyin edilmiş “Qara ciyərin qapı venasının portal vena trombozu diaqnozunun” hərbi xidmət vəzifələrinin icrası zamanı aldığı travma nəticəsində əmələ gəlməsi ilə əlaqələndirilməsinə səbəb əlaqəsinin dəyişdirilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-857/2017 saylı, 31 mart 2017-ci il tarixli qərardadından cavabdehin verdiyi kassasiya şikayətinin mümkünlüyünə dair işə Ali Məhkəmənin binasında 23 may 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdehin 03 oktyabr 2016-cı il tarixli qərarının ləğv edilməsi və yeni qərar çıxarılması üçün ona təyin edilmiş “Qara ciyərin q apı venasının portal vena trombozu diaqnozunun” hərbi xidmət vəzifələrinin icrası zamanı aldığı travma nəticəsində əmələ gəlməsi ilə əlaqələndirilməsinə səbəb əlaqəsinin dəyişdirilməsinin cavabdehə həvalə edilməsi iddiası ilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(81)-1881/2017 saylı iş) 01 fevral 2017-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X1-məruzəçi, X2 və X3, 2-1(103)-857/2017 saylı iş) 31 mart 2017-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 fevral 2017-ci tarixli qərardadı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qərardadın ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilmişdir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edib təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. əsaslandırıcı hissə: Kassasiya şikayətinin əsaslılığından öncə onun mümkünlüyü əsasları yoxlanılmalıdır. Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla yanaşı, həm də qanunv ericilikdə nəzərdə tutulan qərardadlardan verildiyi halda, kassasiya mümkün sayıla bilər. Hazırkı vəziyyətdə cavabdehin kassasiya şikayətinin mümkün sayılması üçün əsas olmamışdır. Qanunverici apellyasiya instansiyası məhkəməsinin belə qərardadından kassasiya şikayəti verməsini istisna etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 35.3cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Mübahisə olunan iş üzrə birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardaddan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardadı ləğv edərək işi baxılması üçün məhkəməyə qaytarmışdır. İPM-də iddianın m ümkün sayılması, habelə sonrakı hərəkətlərin davam etdirilməsi ilə bağlı qəbul edilən qərardaddan ayrıca şikayət verilməsi nəzərdə tutulmamışdır. İPM-in 90.2-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi, yaxud iddianın təmin edilməli olması barədə birinci instansiya məhkəməsinə yönəlik hər hansı qərar qəbul etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadı işin məhkəmə icraatının birinci instansiya məhkəməsi tərəfindən davam etdirilməsi ilə bağlı olmuşdur. Belə olan halda inzibati məhkəmə icraatının iştirakçısı olan cavabdehin hər hansı tələb inin təmin edilməməsindən (qaldırılan iddianın tam və ya qismən təmin olunması) bəhs oluna bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından şikayət verilməsi istisna olunduğundan kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2 və 96.3-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-857/2017 saylı, 31 mart 2017-ci il tarixli qərardadından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Sədrlik edən: İmza var Hakimlər: İmza var İmza var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar