Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1216/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Açar söz: müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina; tərxis olunma barədə sübut yoxdur GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili və cavabdehin nümayəndəsi iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.01.2020-ci il tarixli, 2-1(105)-38/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şika yətinə əsasən işə Ali Məhkəmənin binasında 02.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: İddiaçı **.**.1971-ci il tarixində Xocalı rayonunda anadan olmuş, 1992- ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılaraq əvvəlcə *** saylı, sonra isə *** saylı hərbi hissələrdə xidmət keçmiş, 28 aprel 1992-ci il tarixə kimi Ağdam istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Bununla əlaqədar ona 01 mart 1998-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş, lakin Azərbaycan Respublikası Hərbi Komissarının 15.08.2006-cı il tarixli *** saylı göstərişinə əsasən iddiaçının veteran statusu ləğv edilmişdir. İddiaçı 2019-cu ildə ona veteran vəsiqəsi və adı verilməsi məqsədilə cavabdeh orqana müraci ət etmiş, cavabdeh isə 29.03.2019-cu il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, hansı hərbi hissələrdə və nə vaxt xidmət etməsini təsdiq edən sənədləri, arxiv arayışı və s. sənədləri təqdim edərsə ona müharibə veteranı vəsiqəsi verilə bilər. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-933/2019 nömrəli, 19.07.2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adla rının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. İddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə hərbi biletdə qeydlər aparılsa da, onun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) barədə hərbi hissə komandirinin əmri aşkar edilməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-933/2019 nömrəli, 19.07.2019-cu il tarixli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.01.2020-ci il tarixli, 2-1(105)-38/2020 nömrəli qərarına əsasən, iddiaçının apellyasiya şikayəti təmin olunmuş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-933/2019 nömrəli, 19.07.2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia təmin olunmuş, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, iş materialları ilə iddiaçının 1992-1994-cü illər ərzində Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etməsi təsdiq olunur və cavabdeh də iddiaçının 1992-1994-cü illər ərzində döyüş əməliyyatlarında iştirakını mübahisələndirməmiş, eləcə də iddiaçının döyüş əməliyyatlarında iştirakını təkzib edən heç bir sübut təqdim etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.01.2020-ci il tarixli, 2-1(105)-38/2020 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şik ayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı hərbi hissəni tərk etdiyinə görə şəxsi heyətin siyahısından çıxarılmışdır. Göründüyü kimi, iddiaçı hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmamışdır. Adıçəkilən Əsasnaməyə əsasən isə Müdafiə Nazirliyinin müharibə veteranı adı və vəsiqəsi vermə öhdəliyi hərbi xidmətdə olan və yaxud hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara münasibətdə yaranmışdır. Kassator, “Veteranlar haqqında” Qanunun 3-cü, Mülki-Prosessual Məcəllənin 386 və 418.2-ci, İnzibati Prosessual Məcəllənin 90, 93 və 94-cü maddələrinə istinad edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.01.2020-ci il tarixli, 21(105)-38/2020 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: Mə hkəmə iclasında iştirak edən cavabdehin vəkili və cavabdehin nümayəndəsi kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Ali Məhkəmə Kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayə ti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.01.2020-ci il tarixli, 2-1(105)-38/2020 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçının barəsində hərbi hissəni özbaşına tərk etməsi barədə cinayət işinin başlanılması haqqında məlumat olmasa da, onun hərbi xidmətdən tərxis olunması barədə məlumat da yoxdur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şə xslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Xx xx xx xx xx xx xx xx xx göl (xx xx xx xx xx xx xx xx xx kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərki bində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xid məti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istis na olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratd ıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd edilən normaların məzmunundan aydın olur ki, veteran adı və müvafiq veteran vəsiqəsi əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə verilir. Lakin, hazırkı iş üzrə iddiaçının ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə olunmuş iddiaçıya məxsus hərbi biletin təsdiq olunmuş surətində 6-cı səhifəsindən görünür ki, iddiaçı 31.12.1994-cü il tarixində fərrariliyə görə *** nömrəli hərbi hissənin qərargah rəisinin *** nömrəli əmri ilə şəxsi heyət siyahısından çıxarılmış, həmin qeydi iddiaçı müvafiq qaydada mübahisələndirməmiş və buna görə də 2006-cı ildə veteran vəsiqəsi iddiaçıdan geri alınmışdır. Cavabdehin d əlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmamışdır və yuxarıda qeyd olunan normaların tələbindən də göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri də onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunmasıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı isə hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Apellyasiya instansiya məhkəməsi yuxarıda sadal anan maddi hüquq normalarının tələblərini nəzərə almadan birinci instansiya məhkəməsinin qərarını ləğv etmiş, iddianın təmin edilməsi barədə qərar qəbul etmiş, iddianı təmin edərkən müəyyən olunmuş faktiki hallara hüquq normalarını düzgün tətbiq etməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, cavabdehin kassasiya şikayətini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məh kəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Həmin Məcəllənin 96.9-cu maddəsinə əsasən, Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, Ali Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin olunmalı, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.01.2020-ci il tarixli, 2-1(105)-38/2020 nömrəli qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Şərh edilənlərə əs asən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.01.2020-ci il tarixli, 2-1(105)-38/2020 nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1216/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1216/2020
02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver