Məhkəmə qərarları › İş №2-1(102)-1216/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1216/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1216/2021 06.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquq i şəxsin Nərimanov Xidmət nümayəndəliyi) qarşı “iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 fevral tarixli, 2-1(103)-515/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 16 oktyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, 1998-ci il 29 iyun tarixdən 2006-cı il 01 yanvar tarixədək "xxxx" firmasında iş stajını araşdı rmaq, əmək haqqından sığorta ayırmalarının tutulmasını müəyyən etmək mümkün olmadığına görə həmin illər iş stajına daxil edilmədiyinə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədiyinə və tələb olunan iş stajı olmadığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu il 17 oktyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2019-cu il 16 oktyabr tarixli, **********8 nömrəli imtina məktubunun qanunsuz hesab edilməsini, 1998-ci il 29 iyun tarixdən 2006-cı il 01 yanvar tarixədək "xxxx" firmasında çilingər ustası işlədiyi illərin sosial sığorta stajına daxi l edilməsini və ona yaşa görə əmək pensiyası hüququnun yarandığı vaxtdan - 2019-cu il 01 yanvar tarixdən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddianın əsaslarına görə, iddiaçı 1955-ci il 01 yanvar tarixdə Ucar rayonu, Kəçəkənd kəndində doğulmuşdur. 1975-1977-ci illərdə hərbi xidmət keçmişdir. Əmək fəaliyyətinə 1974-cü il 28 mart tarixdən başlamışdır. Həmin tarixdən fasiləsiz olaraq işləmişdir. Bütün iş illəri əmək kitabçasında qeyd olunmuşdur. 2019-cu il 01 yanvar tarixdən yaşa görə əmək pensiyası almaq üçün cavabdehə müraciət etmiş, ona imtina məktubu ilə bildirilmişdir ki, 1998-ci il 29 iyun tarixdən 2006-cı il 01 yanvar tarixədək "xxxx" firmasında işlədiyi stajını araşdırmaq, əmək haqqından sığorta ayırmalarının tutulmas ını müəyyən etmək mümkün olmadığına görə ona pensiya təyin etmək mümkün deyildir. Hesab etmişdir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilmə si şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatla ra əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası. Göründüyü kimi iddiaçının iş stajı təsdiq edən əmək kitabçası vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək sığortaedənlərin vəzifəsidir. Həmin Qanunun 11-ci maddəsinə əsasən sosial sığorta ödəmələrinin vaxtında verilmə sini tələb etmək; sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq sığortaolunanın hüququdur. Həmin Qanunun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması prosedurası öz əksini tapmışdır. Qaydaların 3.1.1-ci maddəsinə əsasən 2006-cı il 01 yanvar tarixədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alına n sığorta stajı Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiya hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı hesab olunur. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Şübhə yaradan hallar aşağıdakılardır: - Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 33.1-ci maddəsinə əsasən “Kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və fili allarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar”. Əmək kitabçasında qeyd olunan dövrlərdə "xxxx" firması üçün iki vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) yazılmışdır. Bir müəssisədə yalnız bir VÖEN olmalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında qeyd olunan VÖEN-lərdən biri aşkar edilsə də, digəri ümumiyyətlə aşkar edilməmişdir. - İddiaçının işdən azad olunma tarixi isə elektronlaşdırılmış sistemə keçid gününə təsadüf etməsi şübhə yaradan digər bir haldır. İddiaçının işlədiyini iddia etdiyi "xxxx" firmasının vergi uçotu orqanı İqtisadiyyat Nazirliyi ya nında Dövlət Vergi Xidməti X1 üzrə Baş İdarəsidir.

6. Cavabdehdə şübhə yaradan hallara aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X1 üzrə Baş İdarəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq qeyd edilmişdir ki, "xxxx" firması (VÖEN: **********) 1999-cu il 15 aprel tarixdə vergi orqanında qeydiyyata alınmışdır. Müəssisənin 1999-cu il 15 aprel tarixdə qeydiyyata alınmasına baxmayaraq iddiaçının 1998-ci il 29 iyun tarixdən orada işləməsi cavabdeh orqanda əmək kitabçasında aparılan qeydlərin düzgünlüyünə şübhə yaradır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi ak tların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbləri əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli, 2-1(112)-1673/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin 2019-cu il 16 oktyabr tarixli, **********8 nömrəli imtina məktubu qanunsuz hesab edilmiş, İddiaçının 1998-ci il 29 iyun tarixdən 2006-cı il 01 yanvar tarixədək "xxxx" firmasında çilingər ustası işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 64 yaşının tam olduğu 2019-cu il 1 yanvar tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında onun “Natavan” trikotaj məmulatlarının toxuculuğu və təmiri Fabrikinin 4 saylı atelyesində işlədiyi usta vəzifəsindən 1993-cü il 02 avqust tarixdən "xxxx" təsərrüfat hesablı müəssisəsinə keçirilməsi ilə əlaqədar işdən azad edilməsi göstərilmişdir. Həmçinin iş materiallarına əsasən "xxxx" firması 1999-cu il 15 aprel tarixdə vergi orqan ında firma kimi qeydiyyata alınsa da, lakin daha əvvəl "xxxx" təsərrüfat hesablı müəssisə kimi fəaliyyət göstərmiş və iddiaçı 1998-ci il 29 iyun tarixdən daha əvvəl orada işləmişdir. Belə olan halda, göstərilən əsaslarla iddiaçının işlədiyi illərin ümumi iş stajına hesablanmaması əsassız olmuşdur və həmin dövr ümumi iş stajına hesablanmalıdır. İddiaçının hərbi xidmət müddəti və 1998-ci il 29 iyun tarixdən 2006-cı il 01 yanvar tarixədək "xxxx" firmasında çilingər ustası işlədiyi müddət nəzərə alınmaqla sosial sığorta stajı 31 il 6 ay 25 gün təşkil edir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 fevral tarixli, 2-1(103)-515/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, müəssisə tərəfindən sorğuya verilən cavab əsassızdır. Çünki "xxxx" firması 1999cu il 15 aprel tarixdə qeydiyyata alındığı halda, müəssisə 1993-cü il 05 dekabr tarixdə "xxxx" firması adlandırıldığını qeyd etmişdir. Bundan əlavə, müəssisənin rəhbərinin vəfat etməsi və mühasibinin xarici ölkəyə köçməsi əmək haqqı cədvəllərinin təqdim edilməməsinə əsas deyil. Çünki mühasibat sənədləri ya müəssisədə saxlanılmalı, ya da arxivə təhvil verilməlidir. Bundan əlavə, müəssisənin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fond vəsaitləri üzrə haqq-hesab cədvəllərinə əsasən müəssisə ilk olaraq 1999-cu il üzrə sığorta ödənişi aparmışdır. Əlavə olaraq, qeyd edilməlidir ki, müəssisə sığorta ödənişinə 1999-cu ilin İİİ rübü üzrə başlamışdır. Vergi idarəsində kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatlarda "xxxx" firması 1998-ci il 29 iyun tarixdə qeyd iyyata alındığı yazılsa da, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X1 üzrə Baş İdarəsinə ünvanlanmış sorğuya cavab olaraq "xxxx" firması 1999-cu il 15 aprel tarixdə qeydiyyata alınmışdır. Müəssisənin 1999-cu il 15 aprel tarixdə vergi orqanında qeydiyyata alınması, Dövlət Sosial Müdafiə Fonduna sosial ödənişləri 1999-cu il 3-cü rüb üzrə ödəməyə başlamasını nəzərə alaraq iddiaçının 1998-ci il 29 iyun tarixdən orada işləməsi mümkünsüzdür. Yuxarıda qeyd olunanlardan məlum olmuşdur ki, apellyasiya instansiya məhkəməsi işi tam araşdırmamış, iddiaçının 1998-ci il 29 iyun tarixdən 2006-cı il 01 yanvar tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edildiyi dövrlər üçün düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını poz muşdur. b. məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

15. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 17. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...

18. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul e də bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

22. İddiaçının 1955-ci il yanvarın 1- də doğulduğu nəzərə alındıqda, onun 64 yaşının tamam olduğu 2019-cu il 1 yanvar tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.

23. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən onun 25 ildən artıq əmək (sosial sığorta) stajı vardır.

24. Cavabdehin mübahisələndirdiyi iş dövrlərinə gəldikdə, iddiaçının 2006-cı il 1 y anvar tarixədək işlədiyi müəssisələr tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatın olmaması iddiaçının əmək kitabçasında mübahisələndirilən illərə dair qeydlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır və həmin iş dövrü mübahisələndirilməli deyil.

25. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəzərə almışdır ki, iddiaçı 1993-cü il 3 avqust tarixdən, yəni mübahisələndirilən dövrdən əvvəl "xxxx" müəssisəsinə usta vəzifəsinə işə qəbul olunmuş, 1993-cü il 5 dekabr tarixdən müəssisənin təşkilati-hüquqi forması dəyişdirilərək "xxxx" firmasına çevrildiyindən iddiaçı həmin firmaya keçirilmiş, 1998-ci il 29 iyun tarixdən çilingər ustası vəzifəsinə keçirilmiş və 2006-cı il 1 yanvar tarixədək həmin firmada işləmişdir.

26. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

27. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

28. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

29. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçü n əsaslar yoxdur.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 fevral tarixli, 2-1(103)-515/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar