Məhkəmə qərarları › İş №2-1(102)-1216/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1216/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1216/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Balakən Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın etibarsız sayılmasına dair tələbin mümkünsüzlüyü; iddia müddəti ötürülüb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2 (xx.xx.1969-cu il təvəllüdlü; FİN: xxxxxxx) və İddiaçı1 (xx.xx.1973-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Balakən Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X5 – xx.xx.1940-ci il təvəllüdlü; FİN: 2FDQ1H7) qarşı “Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 8 nömrəli qərarının etibarsız sayılması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2-1(107)128/2022 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Balakən rayonu Q.Musabəyov adına kolxozu YAİK-nın 22 iyun 1998-ci il tarixli, 6 nömrəli iclasının qərarı Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 8 nömrəli qərarı ilə təsdiq edilmiş, kənddə yaşayan pasport qeydiyyatında olan, torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında 1636 sıra nömrəsində üçüncü şəxsin adına 0,08 ha, 1461 sıra nömrəs ində İddiaçı2 adına 0,08 ha qanuni həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir.

2. Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 8 nömrəli qərarına istinad edilərək Qazbinə kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi üçüncü şəxsin (şəhadətnamədə X6 qeyd edilib) mülkiyyətinə verilmiş, hüquqları “Torpağın mülkiyyətə verilməsinə dair” JN seriyalı 544B nömrəli (KOD: ********) şəhadətnamə ilə rəsmiləşdirilmişdir.

3. Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 8 nömrəli qərarına istinad edilərək Qazbinə kəndində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsi İddiaçı2 və ailə üzvü Uluxanova Nəzakət Vəkil qızının mülkiyyətinə verilmiş, hüquqları “Torpağın mülkiyyətə verilməsinə dair” JN seriyalı 319Anömrəli (KOD: ********) şəhadətnamə ilə r əsmiləşdirilmişdir.

4. Balakən rayonu Qazbinə bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli, 07 nömrəli iclas qərarına və 30 dekabr 2006-cı il tarixli 88 nömrəli sərəncamına əsasən, bələdiyyənin mülkiyyətinə aid olan kəndin perspektiv inkişafı üçün saxlanmış ərazidən alqı-satqı yolu ilə İddiaçı1 0,08 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin tarixdə bələdiyyə ilə İddiaçı1 arasında torpaqların alqı-satqısına dair akt bağlanmış, alqı-satqı aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsində qeydiyyata alınmış, torpaq sahəsinin yerquruluşu sənədləri hazırlanaraq bələdiyyənin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin möhürü ilə təsdiq edilmişdir. İddiaçı1 həmin torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına ödəmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AK TLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar cavabdehlər Balakən rayon Aqrar İslahat Komissiyası (Balakən rayon İcra Hakimiyyəti), Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və X4 qarşı “X2 adına hazırlanmış 544 A saylı şəhadətnamənin və onun əsasında tərtib edilmiş digər sənədlərin (RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlar) qanunsuz (etibarsız) hesab edilməsi, 319 A saylı şəhadətnamədə qüsurlu tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünün naturada yenidən hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər.

6. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçılara 14 dekabr 2021-ci il tarixdə hüquqi yardım barədə məktub ünvanlanmış və iddia ərizəsində olan nöqs anların aradan qaldırılması təklif edilmişdir.

7. İddiaçı1 14 yanvar 2022-ci il tarixli nöqsanların aradan qaldırıldığı iddia ərizəsini birinci instansiya məhkəməsinə təqdim edərək, həmçinin iddia tələbini dəqiqləşdirərək cavabdeh Balakən Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X5) “JN seriyalı 544B nömrəli və 319A nömrəli şəhadətnamələrin verilməsi üçün əsas olan Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarının etibarsız sayılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, JN seriyalı 544B nömrəli və 319A nömrəli şəhadətnamələrdə göstərilən torpaq sahələrinin qanuni istifadədə olub-olmaması araşdırılmamış, qanuni istifadədə olmayan torpaq sahəsinin Balakən rayon Aqrar İslahat Komiss iyasının 30 iyun 1998-ci il tarixli, 8 nömrəli qərarı əsasında verilməsi həmin qərarın hüquqi nəticə yaratmasına dəlalət etmir. Bu da öz-özlüyündə etibarsız aktdır. Etibarsız akt mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan aktdır.

9. Birinci instansiya məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qərardadı ilə ərizə birinci instansiya məhkəməsinin icraatına qəbul edilmişdir.

10. Bundan sonra iddiaçılara birinci instansiya məhkəməsi tərəfindən 25 yanvar 2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İPMnin 13-cü maddəsinə əsasən nəzərlərinə çatdırılmışdır ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir, belə ki, Aqrar İslahat Komissiyasının qərarları inzibati aktdır, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. İddiaçılar qərarların mübahisələndirilməsi üçün tələb edilən müddətləri ötürdükləri üçün hazırkı iddia tələbi mümkün sayılmamalıdır. İddia tələbinin mümkünsüzlüyü ilə bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçılara vaxt təyin edilmişdir.

11. İddiaçılar yardım məktubunu aldıqdan sonra 16 fevral 2022-ci il tarixdə birinci instansiya məhkəməsinə məktub ünvanlayaraq məhkəmənin hüquqi mövqeyinə münasibət bildirmişlər ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2ci maddəsində yalnız “münahisələndirmə haqqında” iddia deyil, eyni zamanda “müəyyən etmə və tanınma haqqında” iddia nəzər də tutulub və həmin iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Belə olan halda hazırkı iddiaya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən 30 günlük, 1 yanvar 2011-ci ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən 1 aylıq müddətin tətbiqi istisna edilməlidir.

12. Şəki İnzibati Məhkəməsinin 9 mart 2022-ci il tarixli, 2-1(116)-619/2022 nömrəli qərardadı (hakim Vüqar Musayev) ilə iddia mümkün sayılmamışdır.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli fərmanına əsasən, “X7 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 mart 1 995-ci il tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X1 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. İddiaçılar tərəfindən cavabdeh orqan qismində qeyd edilmiş hazırkı cavabdeh Balakən Rayon İcra Hakimiyyəti, Balakən rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir. X1 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. İddiaçı tələbini, müvafiq inzibati aktın etibarsız hesab edilməsi ilə bağlı qeyd etsə də, mübahisələndirilən şəhadətnamələrin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orq anının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilərdi. Həm də 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Yəni, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi (ləğvi və ya etibarsızlığı) üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəll əsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir.

14. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2-1(107)-128/2022 nömrəli qərardadı (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, G.İ.Cavadova və R.R.Rəfiyev) ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 9 mart 2022-ci il tar ixli, 2-1(116)-619/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. İddiaçılar apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

18. İddiaçılar hesab edir ki, üçüncü şəxsə məxsus 544A saylı şəhadətnamə qeyd edilən 0.18 ha torpaq üçüncü şəxsin qanuni istifadəsində olmuşdurmu. “Torpaq islahatı haqqında” Qanun qəbul edilənədək və eyni zamanda Balakən rayon AİK-in 30 iyun 1998ci il tarixli 8 saylı qərarı qəbul edilən zaman da üçüncü şəxsin qanuni istifadəsində 0.1 8 ha torpaq sahəsi olmamışdır. Belə olduğu halda AİK-nın 30 iyun 1998-ci il tarixli 8 saylı qərarı üçüncü şəxsə şamil oluna bilməz. 544A saylı şəhadətnamə 2010-cu ildə arxa tarixə saxtakarlıqla hazırlanmışdır. 544A saylı şəhadətnamə “Torpaq İslahatı haqqında” Qanunun 9 və 10-cu maddələrinin, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında “Əsasnamə”nin 1 və 2ci bəndlərinin tələblərinə zidd hazırlanmışdır. Şəki İnzibati Məhkəməsi “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələrinin, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı fərmanı ilə təsdiq edilmiş “Əsasnamə”nin 1 və 2-ci bəndlərinə, eyni z amanda “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq və tətbiq etməklə iddianı mümkün sayıb, işi qeyd edilən qanunların tələblərinə əsasən araşdırıb iddianı təmin edə bilərdi. Üçüncü şəxsə məxsus 544A nömrəli şəhadətnamədə qeyd edilən 0.18 ha torpaq sahəsinin 0.08 ha hissəsi İddiaçı2 Musabəyov adına kolxozun 17 mart 1992-ci il tarixli 1 saylı iclasının qərarı ilə qanuni istifadəsinə ev tikmək üçün verilmiş, Qazbinə bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 7 saylı iclasının qərarı ilə 0.08 ha torpaq sahəsi də İddiaçı1 ev tikmək üçün satılmışdır. İddiaçı1 orda 2007ci ildə ev tikmişdir. Hər iki iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları mövcuddur. İddiaçılara torpağın verilməsinə dair qərarlar üçüncü şəxs və ya cavabdehlər tərəfindən mübahisələndirilməm iş, hər hansı bir qaydada ləğv olunmamış və etibarsız hesab edilməmişdir. Balakən Rayon Məhkəməsi isə bələdiyyənin qərarı ilə İddiaçı1 verilmiş torpaq sahəsinə dair qərarın ləğv edilmədiyi və ya etibarsız hesab edilmədiyi halda çıxardığı 9 mart 2016-cı il tarixli qətnaməsi ilə iddiaçıya və ailəsinə məxsus evin sökülməsi və torpaq sahəsindən çıxarılması haqda qətnamə çıxarmışdır. Hal-hazırda icra və probasiya idarəsi evin sökülməsini, torpaqdan çıxarılmağı tələb edir. İddiaçı2 isə 1992-ci ildə ev tikmək üçün kolxozdan götürdüyü və AİK-nın qərarı ilə mülkiyyətinə verilmiş torpaq sahəsində ev tikə bilmir. Səbəb də qanuna zidd hazırlanmış 544A saylı şəhadətnamədir. Qeyd edilən münasibətlər (evin sökülməsi) qısa zamanda həll edilməli məsələdir. Üçüncü şəxsə hazırlanmış 544A saylı şəhadətnamə 2011-ci ilin əvvəllərində ortaya çıxmışdır. İddiaçılara və eyni zamanda üçüncü şəxsə pay torpağının verilməsindən narazı qalan şəxslər AİK 2005-ci ildən ləğv edildiyi üçün torpaq mübahisələrini araşdıran Dövlət Torpaq və Xəritəçəkmə orqanına müraciət etmişlər. İşi araşdırmaq üçün komissiya yaradılmış, işi araşdıran komissiya yekunda tərtib etdiyi 25 may 2011-ci il tarixli aktda üçüncü şəxsin adına tərtib edilmiş 544A və 544B saylı şəhadətnamələrdə qeyd olunan torpaq sahələrinin onun qanuni istifadəsində olmadığı, yəni kolxoz tərəfindən ona hər hansı bir torpaq sahəsinin verilmədiyi üçün həmin şəhadətnamələrin məhkəmə qaydasında ləğv edilməsini tövsiyə etmişdir. İddiaçılar 2011-ci ildə üçüncü şəxsə aid şəhadətnamələrin ləğv edilməsi ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmişlər. Bal akən Rayon Məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətinə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Balakən Rayon Məhkəməsinin qətnaməsini tam ləğv edib işi baxılmaq üçün Şəki İnzibati-İqtisadi məhkəməsinə göndərmişdir. 11 ildir ki, işlə bağlı məhkəmə işləri davam etdirilir. Məhkəmə instansiyaları tərəfindən AİK-nın qərarının mübahisələndirilməsi ilə bağlı iddialarına baxılıb və həmişə də iddianın mümkün olmaması ilə bağlı qərar çıxarmışlar. İddialarına baxan bütün məhkəmələr 1998-ci ildə AİK-nın qərarı ilə üçüncü şəxsin mülkiyyətinə verilən 0.18 ha torpaq sahəsinin 2006-cı ildə (0.08 ha) İddiaçı1 satıla bilməz qənaətinə gəlmişlər. Amma məhkəmələr araşdırmırlar ki, kolxozun 1992-ci il tarixli qərarı ilə İddiaçı2 verilmiş, onun qanuni istifadəsində olan 0.08 ha torpaq sahəsi üçüncü şəxsin mülkiyyətinə verilmişdir. Heç bir məhkəmə Gürcüstan vətəndaşı olan, Balakən rayonunda daimi qeydiyyatı olmayan üçüncü şəxsin mülkiyyətinə torpağın hansı qanunvericiliyin tələblərinə əsasən verildiyini araşdırmamışdır. Torpaq islahatı, sovxoz və kolxozların islahatı haqqında Qanunlara və digər normativ aktlarla ona torpaq verilməsinin mümkünlüyünü belə araşdırmamışlar. Qərardadda qeyd olunduğu kimi Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 saylı Fərmanı ilə X1 fəaliyyətləri dayandırılmış və bununla da ölkədə aparılan islahat başa çatmışdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli 411 saylı Fərmanı ilə “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi” dayandırıl mışdır. Amma Gürcüstan vətəndaşı olan üçüncü şəxsə və digər Gürcüstan vətəndaşlarına 2010-cu ildə arxa tarixə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr hazırlanır, qeydiyyata alınır və verilir. Həmin vaxtdan sonra şəhadətnamə verilməyən şəxslərə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2007-ci il tarixli 536 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanıb verilmişdir. Bu sənəd (torpaq sahəsinin planı və ölçüsü) hal- hazırda (2015-ci ilin sentyabrından) Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətləri tərəfindən hazırlanır. Sovxoz və kolxozların islahatı haqqında Qanun (1995-ci il), Torpaq islahatı haqqında Qanun (1996-cı il) və Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı fərmanının tələblərinə zidd olaraq üçüncü şəxsin mülkiyyətinə saxta sənədlərlə torpaq verilmişdir. Qeyd edilən Qanunlar qəbul edilən zaman üçüncü şəxsin Mahamalar kənd Musabəyov adına kolxozun üzvü olub-olmaması, onun Azərbaycan Respublikasının vətəndaşı olub-olmaması, həmin dövrdə onun daimi qeydiyyatda olması, Mahamalar kənd Musabəyov kolxozu tərəfindən onun qanuni istifadəsinə torpaq verilməsi, qanuni istifadəsində torpağının olması, Yerli AİK-nın qərarı ilə onun adının kolxozdan pay almaq hüququ olan şəxslərin siyahısında adının olması araşdırılmamışdır. Eyni zamanda, Torpaq islahatı haqqında Qanunda, istərsə də Torpaq Məcəlləsində vətəndaşlığı olmayan şəxslərin mülkiyyətinə torpaq verilə bilməz. 2010-cu ildən müvəqqəti olaraq Balakəndə yaşayan, hal-hazırda da Gürcüstan vətəndaşı olan X3 2011-ci ildə 521A saylı şəhadət namə hazırlanıb, 0.08 ha torpaq onun mülkiyyətinə verilmişdir. Məhkəmələr tərəfindən müntəzəm olaraq iddialarının mümkün sayılmaması pozulmuş hüquqlarının qanunauyğun olaraq bərpa edilməsinə maneə olmaqla qarşısını alır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmama sını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir....

21. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsasland ırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şika yətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəm ə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası iddiaçıların k assasiya şikayətində göstərdikləri dəlillərini əsassız hesab edir. 28. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarından görünür ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisədə iddiaçı iddia qaldırmaqla bağlı müddəti ötürdüyü üçün bu hal iddianın əsaslılığının araşdırılmasına imkan vermir.

29. Kassasiya şikayətindən aydın olur ki, şikayət mahiyyət etibarı ilə iddia ərizəsinin dəlillərini təkrarlamaqla iddia tələbinə mahiyyəti üzrə baxılmasına dair dəlilləri özündə ehtiva edir.

30. Birinci və apellyasiya instansiya məhkəmələri haqlı olaraq qeyd etmişlər ki, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi (ləğvi və ya etibarsızlığı) üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.

31. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı qeyd edir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlə ri şamil edir. 32. 2000-ci ilin 1 sentyabr tarixinədək inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 22-ci fəslinin müddəları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi.

33. İddiaçılar tələblərində müvafiq inzibati aktın etibarsız hesab edilməsini qeyd etsələr də, mübahisələndirilən şəhadətnamələrin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman (30 iyun 1998-ci il) məhkəmədə qaldırılan iddia növləri arasında inzibati aktın ləğv edilməsi və ya inzibati aktın etibarsızlığı fərqlə ndirilməmiş, sadəcə olaraq inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsi olaraq qeyd edilmişdir.

34. Hətta 1 iyun 2000-ci il tarixdən qanuni qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 296.1 və 298-ci maddələrində (hər iki maddə 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanununu ilə MPM-dən çıxarılmışdır) də maraqlı şəxsin müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilməsi, bu zaman şəxsin özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olm ası qeyd edilmişdir.

35. Qərarın ləğv edilməsi və ya etibarsız sayılması barədə iddia növlərinin qeyd edildiyi, hazırda qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi isə 1 yanvar 2011-ci il tarixdən qüvvəyə minmişdir.

36. İddiaçıların mübahisələndirdiyi qərar isə 30 iyun 1998-ci il tarixdə qəbul olunmuş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qanuni qüvvəyə mindiyi günədək həmin inzibati aktın məhkəmə qaydasında mübahisələndirilməsi üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi də onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmadığından və qüvvəyə mindiyi tarixdən öncə buraxılmış pro sessual müddətləri bərpa etmədiyindən iddiaçıların inzibati aktın etibarsız sayılmasına dair müddətin ötürülməməsi ilə bağlı İPM-nin müddəalarına istinad etmələri əsassız olmuşdur.

37. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

38. Buna görə də məhkəmə koll egiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qanuni və əsaslı qərardad qəbul edildiyindən kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2-1(107)-128/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 aprel 2022-ci il tarixli, 21(107)-128/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar