Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1216/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin vəfat etmiş şəxsə məxsus olması barədə arayış verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2-1(103)-1354/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X4 və X7 bağlar sahəsindəki 154 nömrəli kooperativin 6 nömrəli orderinə əsasən X5 Bakı şəhər icraiyyə komitəsinin 12 mart 1990-cı il tarixli 1/23 nömrəli qərarına əsasən Türkan bağlar sahəsində 154 nömrəli BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 804/1 nömrəli bağ ayrılmışdır.
2. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli, BA02755- 2021 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 12 mart 1990-cı il tarixli 1/23 nömrəli qərarına əlavə edilmiş Türkan 154 nömrəli bağ-tikinti kooperativi üzvlərinin siyahısında 6-cı sırada X2 adı qeyd olunmuşdur.
3. V-ЖГ № 302666 nömrəli, xx.xx.1998-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.1998-ci ildə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1998-ci il tarixdə 79 nömrəsi ilə qeyd edilmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X4 və X7 bağlar sahəsindəki 154 nömrəli kooperativi 6 saylı orderi əsasında verilmiş ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının təsdiq edən arayış verilməsini xahiş etmişdir.
5. Cavabdehin xx.xx.2018-ci il tarixli, **********46 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina ed ilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, mərhum X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 804/1 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizənizə baxılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsində mərzçəkmə və hasarlama işləri aparılmadığından sahənin sərhədlərini təyin etmək mümkün olmamışdır. Bundan başqa təqdim olunmuş orderdə bağ sahəsinin nömrəsi qeyd olunmamışdır. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinin 1.2 və 3-cü bəndlərinə əsasən tərəfinizdən bağ sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. “Daşınmaz əmlakın dövlət r eyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sə nədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunmuş nöqsanlara görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir.
6. Cavabdehin xx.xx.2018-ci il tarixli, **********69 nömrəli məktubunda bildirilmişdir ki, mərhum X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 804/1 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı verilən cavabların araşdırılması ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizənizə baxılmışdır. Ərizənizdə qeyd etdiyiniz uyğunsuzluğa aydınlıq gətirərək bildirilir ki, xx.xx.2018-ci il tarixli **********59 nömrəli mək tubda arxiv əsaslarında mərhum X3 adına mövcud olan order nüsxəsində bağ sahəsinin nömrəsi və sahəsinin qeyd olunmağı göstərilsə də, xx.xx.2018-ci il tarixli idarəyə daxil olmuş müraciətinizdə təqdim olunmuş sənədlərdə (orderdə) bağ sahəsinin nömrəsi qeyd olunmamışdır. Eyni zamanda bildirilir ki, arxiv əsaslarında mövcud olan orderin göstərilən əraziyə aidiyyəti yoxdur. Nəzərinizə çatdırılır ki, xx.xx.2018-ci il tarixli **********46 nömrəli məktubda qeyd olunan iradlar aradan qaldırılmamış və bağ sahəsində mərzçəkmə, hasarlama işləri tam aparılmamışdır. Bundan başqa elektron kadastr məlumatlarına əsasən sözügedən bağ sahəsinin ölçüləri və naturada yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir.
7. Cavabdehin xx.xx.2018-ci il tarixli, **********53 nömrəli daşınmaz əmlak üzərində hüq uqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, mərhum X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 804/1 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizənizə baxılmışdır. Ərizənizdə qeyd etdiyiniz uyğunsuzluğa aydınlıq gətirərək bildirilir ki, xx.xx.2018-ci il tarixli **********59 nömrəli məktubda arxiv əsaslarında mərhum X3 adına mövcud olan order nüsxəsində bağ sahəsinin nömrəsi və sahəsinin qeyd olunmağı göstərilsə də, xx.xx.2018-ci il tarixli idarəyə daxil olmuş müraciətinizdə təqdim olunmuş sənədlərdə (orderdə) bağ sahəsinin nömrəsi qeyd olunmamışdır və təqdim olunmuş vərəsəlik məktubunda qeyd oluna n Bakı şəhər İcraiyyə komitəsinin bağlar və təsərrüfatının inkişafı və istismar birliyi tərəfindən verilmiş qərarın nömrəsi ilə təqdim olunmuş sənədlərdə qeyd olunan qərarın nömrəsində uyğunsuzluq mövcuddur. Eyni zamanda bildirilir ki, arxiv əsaslarında mövcud olan orderin göstərilən əraziyə aidiyyəti yoxdur. Nəzərinizə çatdırılır ki, xx.xx.2018-ci i! tarixli **********69 nömrəli məktubda qeyd olunan iradlar aradan qaldırılmamış və bağ sahəsində mərzçəkmə, hasarlama işləri tam aparılmamışdır.
8. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********92 nömrəli məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, sözügedən ünvanda yerləşən torpaq sahəsi ilə bağlı xx.xx.2018-ci il tarixli, **********46 nömrəli məktubla cavab verilmiş və qeyd olunan i radlar aradan qaldırılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan SSRİ Bakı şəhər İcraiyyə Komitəsinin (7/23 nömrəli 12 mart 1990-cı il tarixli qərarı ilə) X4 və X7 Bağlar sahəsindəki 154 nömrəli Kooperativin 6 saylı orderi əsasında ümumi sahəsi 0.12 ha olan Bakı şəhəri, Xəzər rayonu, Türkan Bağ massivi ünvanında yerləşən 804/1 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X5 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun atası X6 xx.xx.1998-ci il tarixində 61 yaşında Qaradağ rayonu ərazisində vəfat etmişdir. Atasının tək övladıdır. Onun vəfatından sonra ondan miras qalmış əmlakı sənədləşdirmək istədi. Belə ki, atasının adına Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/23 saylı qərarına əsasən Bakı şəhər İcraiyyə Komitəsinin X4 və İstismarı Birliyi tərəfindən Türkan bağlar sahəsi, 154 saylı kooperativin nəzdində torpaq sahəsi ayrılmış və həmin sahəyə 6 nömrəli order verilmişdir. Qeyd edilən torpaq sahəsinin ölçüsü 0.12 ha təşkil edir. Valideynlərinin sağlığında həmin bağ sahəsində fərdi bağ evinin tikintisi məqsədilə təmizlik və abadlıq işləri tərəflərindən aparılırdı. Lakin valideynləri vəfat etdikdən sonra maddi imkanı olmadığından həmin bağ sahəsinin üzərində nəzərdə tutduqları evi inşa edə bilməmişdir. Eləcə də düşündü ki, torpağın üzərində hər hansı tikili aparılmadan öncə t orpağın sənədlərini rəsmişləşdirməyi daha doğru olar. Bu məqsədlə atasından qalan sənədləri yığaraq məlum quruma - DƏDRX-ə müraciət etmişdir. Etdiyi müraciətlərin məzmunu və nəticələri: 2012-ci ildəki müraciəti - plan və cizginin alınması ilə əlaqədar - cavabı xx.xx.2012-ci il tarixli **********31 saylı imtina məktubunda bildirildi ki, orderdə bağ sahəsinin nömrəsi göstərilməmişdir. 2016 aprel ayı torpaq sahəsinin sxematik bölgüsünün aparılmasına və bölgü sxeminin verilməsinə dair müraciəti - cavabı xx.xx.2016-cı il tarixli ********* saylı məktubda bildirildi ki, bağ sahəsinin nömrəsini göstərməmişdir, ona görə də ərizəsinin icrası mümkünsüzdür. xx.xx.2018-ci il tarixində məktubda açıq aydın şəkildə yazılmışdır ki, 6 nömrəli orderin arxiv nüsxəsi 1 saylı Bakı Ərazi İdarəsinin arxivində m övcuddur və həmin orderin arxivdə olan nüsxəsindən göründüyü kimi nömrəsi 804/1-dir. Deməli, öncəki imtinaların əsası aradan qalxır. Növbəti müraciəti Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində 804/1 saylı bağ sahəsi üzərində hüquqlarının reyestrdə dövlət qeydiyyatına alınmasına dair cavabı - bağ sahəsində mərzçəkmə və hasarlama işləri aparıİmadığından sahənin sərhədlərini təyin etmək mümkün olmamışdır, orderdə də bağ sahəsi qeyd olunmadığından ərizəsinin icrası mümkünsüz olmuşdur. Növbəti müraciəti xx.xx.2018-ci il tarixli ********** saylı ərizəsi yenidən hüquqların qeydiyyatı barədə xx.xx.2018-ci il tarixli **********69 saylı cavabda bildirilir ki, 6 saylı orderin həmin bağa aidiyyəti yoxdur. Növbəti müraciəti xx.xx.2018-ci il tarixli ********** saylı - yenidən hüquqların qeydiyyat ını istəmişdir - xx.xx.2018-ci il tarixli **********53 saylı imtina məktubunda yazılır ki, bağın nömrəsi göstərilməyib, qərarın nömrəsində uyğunsuzluq var, hasarlama işini aparmamışdır. Hal-hazırkı iddia predmeti isə imtina məktublarının sonuncusu olan xx.xx.2021-ci il tarixli **********2 saylı məktubla əlaqədardır. Sözügedən bağ sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən arayışın mərhumun adına alınması üçün xx.xx.2020-ci il tarixində ********** saylı ərizə ilə cavabdeh quruma müraciət ünvanlanmışdır. Cavabdeh qurum isə yenidən imtina məzmunlu ərizə yazaraq xx.xx.2021ci il tarixli **********2 saylı məktubu göndərmişdir. Halbuki, mərhum atasının vəfatı, bağın sənədləri, o cümlədən 8 saylı notariatdan vərəsəliklə əlaqədar məktub da tərəfindən təqdim edilmişdir.
11. Cavabdeh iddia tələb inə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, bağ sahəsində mərzçəkmə və hasarlama işləri aparılmadığından sahənin sərhədlərini təyin etmək mümkün olmamışdır. Bundan başqa təqdim olunmuş orderdə bağ sahəsinin nömrəsi qeyd olunmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı **********92 saylı, xx.xx.2021-ci il tarixli və **********46 saylı, xx.xx.2021-ci il tarixli məktublarla cavab verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən tərəfindən bağ sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçək mə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
12. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2-1(112)-934/2022 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia tələbi təmin edilməmişdir.
13. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün il k əvvəl onun planı və ölçüsü təqdim edilməli, plan ölçünün təqdim edilməsi üçün onun tərtib edilməsi məqsədilə mərzçəkmə və inventarlaşdırma işləri həyata keçirilməlidir, lakin iddiaçı hazırda hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsini naturada cavabdehə təqdim edə bilmədiyindən həmin sahənin mərzçəkmə və inventarlaşdırma işlərinin həyata keçirilməsi, o cümlədən plan ölçünün tərtib edilməsi mümkün olmamışdır.
14. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2-1(103)-1354/2023 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, S.Bəktaşi və M.Tağızadə) apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya bağ sahəsi ayrılsa da, torpaqayırma baş verməmiş, iddiaçı hazırkı tarixədək həmin bağdan istifadə etməmiş, ilk əvvəl ümumiyyətlə bağın harada yerləşdiyi barədə məlumatı olmasa da, sonradan təxminən göstərdiyi torpaq sahəsi isə iddia etdiyi bağın ərazisinə uyğun gəlməməklə digər nömrəli bağ olmaqla başqa şəxsin adına qeydiyyatda və istifadədədir.
17. Apellyasiya məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gələrkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7, 10.1, 15.1, 22-ci maddələrinə, Azərbaycan Respub likası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.1, 4.2-ci bəndlərinə istinad etmişdir.
18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
19. Kassator hesab edir ki, məhkəmə tərəfindən işin bütün faktiki və hüquqi cəhətdən hallarını hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Belə ki, vətəndaşa verilmiş bağ sahəsinin torpaq ayırması bas tutmuşdur. Vətəndaş öz bağ yerini tanıyırdı, sonradan onun rəhmətə getməsi və hazırda i ddiaçı olan oğlunun həmin bağ sahəsinin yerini atasının rəhmətə getməsi səbəbilə tanımaması o demək deyil ki, vətəndaşa torpaq ayırması bas tutmayıb. Kassator həmçinin qeyd edir ki, torpaq sahəsinin arxiv hüquqmüəyyənedici sənəd komplekti faktiki olaraq mövcuddur. Bu hal onu sübut edir ki, vətəndaş ona torpaq sahəsinin həqiqətən də ayrıldığını sübut edə bilir. Mübahisə doğuran məqam iddiaçı tərəfindən həmin torpaq sahəsinin naturada yerinin göstərilə bilməməsi ilə əlaqədardır ki, hesab edirik ki, cavabdeh qurumun imkanları vətəndaşın imkanlarından xeyli fərqlənir. Çünki, istər elektron baza, istər sxematik xəritələr yalnız və yalnız inzibati orqanın bazasındadır, O cümlədən, hamıya məlumdur ki, Bakı ərazisində bağ sahələrinin yerlərinin faktiki sürüşmələri baş vermişdir. Bu gün ki gün, əgə r vətəndaş onun mərhum atasının ona göstərmiş olduğu yeri təqribi də olaraq göstərə bilirsə, hesab edirik ki, inzibati qurum həmin vətəndaşa köməklik göstərib onun bağ sahəsinin yerinin (bağ sürüşmələri probleminin aktual olmasını) nəzərə alaraq müəyyən edilməsini həyata keçirməli idi.
20. İddiaçı kassasiya şikayətini əsaslandırmaq üçün “Torpaq islahatları haqqında” Qanunun 9, 10-cu maddələrinə, “İnzibati İcraat haqqında” Qanunun 24.1-ci maddəsinə, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 15, 22.2-ci maddələrinə, İPM-in 12.1, 14.3, 33.1, 33.2, 73.1, 81.1-ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Torpaq Məcəlləsi: Maddə
68. Torpaq sahələri üzərində hüquqla rın yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: a) Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək mü vafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... b) Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların döv lət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
24. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları” 4.1. daşınmaz əmlak üzərində h üquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİ ŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
30. Avropa İnsan Hüquqları Mə hkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edi lmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı mahiyyət etibari ilə torpaq sahəsinə mülkiyyət hüquqlarının mərhum atası X5 məxsus olmasına dair arayışın verilməsi ilə bağlıdır.
33. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən hallarından göründüyü kimi, iddiaçı 804/1 saylı bağ sahəsi ilə bağlı müvafiq sənədləri cavabdehə təqdim etsə də, ona ayrılmış torpaq sahəsini mərzləşdirməmiş, hasarlama işləri aparmamış, torpaq sahəsinin naturada sərhədlərini göstərə bilməmişdir. Eyni zamanda işdə olan iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı cavabdehə olan müraciətlərə cavablar da da iddiaçının torpaq sahəsinin naturada sərhədlərini göstərən mərzçəkmə işlərinin aparılmadığı qeyd edilmişdir.
34. Həmçinin iş materiallarında olan mütəxəssis rəyində naturada göstərilən torpaq sahəsinin Türkan Bağlar sahəsində 154 nömrəli ВТK nəzdində bağların sxematik xəritəsində bağ sahələrinin yerləşmə ardıcıllığı, bağ nömrələri, bağ sahəsinə dair arxiv cizgisi, elektron baza məlumatları əsas götürülərək, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 804/1 saylı bağın ərazisinə uyğun gəlmədiyi qeyd edilmiş, iddia olunan sahənin 746/18 saylı bağ nömrəsi ilə başqa bir şəxsin adına qeydiyyata alındığı göstərilmişdir.
35. Belə olan halda, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının mərhum atasına bağ sahəsi ayrılsa da, torpaqayırma baş verməmiş, iddiaçı hazırkı t arixədək həmin bağdan istifadə etməmiş, ilk əvvəl ümumiyyətlə bağın harada yerləşdiyi barədə məlumatı olmasa da, sonradan təxminən göstərdiyi torpaq sahəsi isə iddia etdiyi bağın ərazisinə uyğun gəlməməklə digər nömrəli bağ olmaqla başqa şəxsin adına qeydiyyatda və istifadədədir.
36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı qərarın 22-ci bəndində qeyd edilmişdir ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
37. Həmçinin hazırkı qərarın 25-ci bəndində qeyd olunanlardan görünür ki, torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın döv lət reyestrində qeydə alınması üçün ilk əvvəl onun planı və ölçüsü təqdim edilməli, plan ölçünün təqdim edilməsi üçün onun tərtib edilməsi məqsədilə mərzçəkmə və inventarlaşdırma işləri həyata keçirilməlidir.
38. Belə olan halda, iddiaçının tələb olunan bütün sənədləri cavabdehə təqdim etməməsi səbəbindən apellyasiya məhkəməsi cavabdehin imtinasının qanunvericiliyə uyğun olması barədə düzgün qənaətə gəlmişdir.
39. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, iddianın mübahisələndirilən hissəsinə münasibətdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
40. Məhkəmə qərarı hazırkı qərarın 23-24(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.
41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 21(103)-1354/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.