Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1216/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın və müalicəyə görə xəstəlik müavinətinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın və müalicəyə görə xəstəlik müavinətinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2-1(103)-2962/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1994-2020-ci illərdə Azərbaycan Respublikası Cavabdeh Nəsimi rayon Mühafizə İdarəsində xidmət etmişdir.
2. İddiaçı istifadə edilməyən məzuniyyətlərə görə kompensasiyanın və müalicəyə görə xəstəlik müavinətinin ödənilməsi barədə cavabdehə müraciət etmiş, lakin ona 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000-ci illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın və 2012, 2013, 2017, 2018, 2019, 2020-ci illərdə müalicəyə görə xəstəlik müavinətinin verilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTL ARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000-ci illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın və 2012, 2013, 2017, 2018, 2019, 2020-ci illərdə müalicəyə görə xəstəlik müavinətinin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-cü ildən xx.xx.2020-ci ilə qədər Daxili İşlər Nazirliyinin Nəsimi rayon Mühafizə İdarəsində polis nəfəri, polis baş serjantı rütbəsində xidmət etmiş, xx.xx.2020-ci ildə son yaş həddinə çatması ilə əlaqədar DİO-dan tərxis olunmuşdur. Xidmət etdiyi müddətdə 1994-2000-ci illərdə məzuniyyətdən istifadə etməmiş və bu illərə görə məzuniyyət kompensasiyası almamışdır. Bundan əlavə, 2012, 2013, 2017, 2018, 2019, 2020-ci illərdə Daxili İşlər Nazirliyinin Hospitalında əməliyyat və müalicə olunsa da, müalicə müavinətini almamışdır. Dəfələrlə xidmət etdiyi Nəsimi rayon Mühafizə İdarəsinə bununla əlaqədar müraciətlər etmiş, ona yalnız 2001, 2002, 2003, 2004, 2005-ci illərə görə 3771 manat məzuniyyət pulu ödənilmişdir. Eyni zamanda, ona 2020-ci il üçün 754,50 manat müalicəyə görə müavinət pulu ödənilmiş, lakin həmin il üçün məzuniyyət pulu ödənilməmişdir. 754,50 manat ödənilmiş vəsait məzuniyyət pulu kimi qeyd olunsa da, məzuniyyət pulu olmamışdır.
5. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, polis əməkdaşına xəstəliyə görə müalic ə olunması ilə əlaqədar müavinətlərin əməkdaşdan hər hansı raport və əlavə sənəd tələb edilmədən ildə bir dəfə verilməsi barədə DİN-in xx.xx.2019-cu il tarixli, Ə893-001-19 nömrəli əmri xx.xx.2020-ci il tarixdə qüvvəyə minmişdir. Həmin tarixədək DİN-in xx.xx.2005-ci il tarixli, 35/XİÜ nömrəli əmrinə əsasən əməkdaşa qeyd olunan müavinətlər DİN-in Hospitalından və ya müvafiq poliklinikasından müalicəyə dair verilən arayış İdarəyə rəsmi olaraq raportla təqdim edildikdən sonra ödənilirdi. xx.xx.2020ci il tarixədək iddiaçının qeyd olunan illər üçün (2012, 2013, 2017, 2018, 2019) müavinətlə bağlı rəsmi raportla hər hansı bir müraciət etməsi və yaxud müalicə alıb-almaması barəsində idarədə heç bir məlumat aşkarlanmamışdır. Bundan başqa, 2020-ci il üçün iddiaçıya 754,50 manat müalicəyə görə müav inət pulu ödənilmişdir. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı nəzərə alınmaqla DİN BMİ-nin xx.xx.2008-ci il tarixli, 17/6-5-32 nömrəli göstərişi ilə polis əməkdaşları üçün istifadə edilməmiş məzuniyyətə görə kompensasiya 1998-ci ildən hesablanır. İddiaçı tərxis olunduqdan sonra (xx.xx.2020-ci il) onun bu barədə rəsmi müraciəti nəzərə alınmış və ona 2001, 2002, 2003, 2004, 2005-ci illərə görə 3771 manat istifadə etmədiyi məzuniyyət pulu ödənilmişdir. DİN-nin xx.xx.2015-ci il tarixli, Q-36 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyi sistemində istifad ə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahıdan istifadə etmə qaydalarına əlavə edilmiş siyahının 13.1.25-ci bəndinə əsasən məzuniyyət cədvəllərinin saxlanması müddəti DİN-in baş idarə, idarə və şöbələrində 3 il müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçıya münasibətdə 1998,1999, 2000-ci illər üzrə lazımi sənədlər saxlanma müddəti bitdiyindən məhvetmə aktları razılaşdırılaraq yandırılmaya göndərilmişdir. Bundan əlavə, xx.xx.2019-cu il tarixdə Nəsimi rayon Mühafizə İdarəsində tərtib edilmiş akta əsasən həmin ilin fevral ayında İdarənin zirzəmisinin su ilə dolması nəticəsində İdarəyə aid bir çox sənəd yararsız hala düşdüyündən, iddiaçının iddia etdiyi illər üçün (1998, 1999, 2000) lazımi sənədlər aşkarlanmamışdır.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: Həmid Ağalarov) 04 may 2023-cü il tarixli, 2-1(112)-2094/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000-ci illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın və 2012, 2013, 2017, 2018, 2019-cu illər üzrə müalicəyə görə xəstəlik müavinətinin hesablanaraq ödənilməsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000-ci illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın və 2012, 2013, 2017, 2018, 2019-cu illər üzrə xəstəlik müavinətinin ödənilməməsi işin mübahisəsiz hallarındandır. İddiaçı DİN-in 1 saylı poliklinikası tərəfindən verilmiş 2012, 2013, 2017, 2018, 2019-cu illər üzrə tibbi arayışları və e pikrizləri məhkəməyə təqdim etmişdir.
8. Qanunla müəyyən olunmuş istifadə edilməmiş məzuniyyətə görə kompensasiya almaq hüququ Konstitusiyadan irəli gələn pozulmuş məzuniyyət hüququnun əvəzlənməsi məqsədini daşıyır. Cavabdeh iddiaçıya 1994, 1995, 1996, 1997-ci illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsindən imtina edərkən, DİN BMİnin xx.xx.2008-ci il tarixli, 17/6-5-32 nömrəli göstərişinə istinad etmiş və polis əməkdaşları üçün istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın 1998-ci ildən hesablanmalı olmasını qeyd etmişdir. Qanunvericiliyə əsasən, istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsində hər hansı məhdudiyyət nəzərdə tutulmamış və bu məsələni tənzimləmək və qaydalar müəyyən etmək səlahiyyəti cavabdehə həvalə edilməmişdir. İddiaçıya 1 998, 1999 və 2000-ci illər üzrə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsindən imtinanın əsası kimi isə sənədlərin aşkar olunmaması göstərilmişdir. Qeyd edilən hal da iddiaçının hüquqlarının məhdudlaşdırılmasına əsas verə bilməz.
9. Bundan əlavə, cavabdeh iddiaçının ona 2012, 2013, 2017, 2018, 2019-cu illər üzrə xəstəlik müavinətinin ödənilməsi üçün müalicəyə dair arayışları raportla təqdim etməməsini qeyd etsə də, Nəsimi rayon Mühafizə İdarəsinə təqdim edilməsi üçün DİN-in 1 saylı poliklinikası tərəfindən verilmiş 2012, 2013, 2017, 2018, 2019-cu illər üzrə tibbi arayışlar və epikrizlər özlüyündə ağlabatan mühakimə əsasında həmin illərdə qeyd edilən müalicəyə dair arayışların iddiaçı tərəfindən raportla Nəsimi rayon Mühafizə İdarəsinə təqdim edilməsi qənaətinə gəlməyə ə sas verir. Bununla belə, 2020-ci il üçün iddiaçıya 754,50 manat müalicəyə görə müavinət pulu ödənilməsi məhkəmə icraatı zamanı təsdiqini tapdığından (iddiaçı tərəfindən də təsdiq edilmişdir) iddia həmin hissədə təmin edilməməlidir.
10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Aytən Oruczadə) 21 dekabr 2023-cü il tarixli, 2-1(1 03)-2962/2023 nömrəli qərarı ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, 2020-ci il üçün iddiaçıya 754,50 manat müalicəyə görə müavinət pulu ödənilməsi təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə edilmiş 10 nömrəli pul attestatından və "xxxx" ASC tərəfindən verilmiş hesablara dair çıxarışdan görünür ki, iddiaçıya 754,50 manat ödənilmişdir.
14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın tam təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlillə ri
15. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, şəxslərin hüquqlarının realizə edilməsi onların iradəsi əsasında və qanun çərçivəsində həyata keçirilir. Hazırkı mübahisədə 2012, 2013, 2017, 2018, 2019-cu illər üzrə xəstəlik müavinətinin təyin olunması üçün tələblər DİN-in xx.xx.2005-ci il tarixli, 35/XİÜ nömrəli əmrində dolğun formada əks olunmuş, ancaq iddiaçı tərəfindən hüquqlarının realizəsi üçün heç bir addım atılmamış, bununla belə məhkəmə tərəfindən “ağlabatan mühakimə” anlayışı səhv başa düşülərək iddiaçının iradəsinə şamil olunmuş, həmin aktın tələblərinə zidd olaraq və iddiaçının iradəsinə müdaxilə edilərək düzgün olmayan hüquqi nətic əyə gəlinmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin təqdim etdiyi sübutlar tam, hərtərəfli və obyektiv formada tədqiq olunmamış, iş materialları və tətbiq olunmalı olan hüquq normalarının qarşılıqlı əlaqəsi düzgün formada həyata keçirilməmiş, buna görə də yol verilmiş prosessual pozuntular cavabdehin hüquqlarının əsassızca məhdudlaşdırılması ilə nəticələnən qərarın çıxarılmasına gətirib çıxarmışdır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli, 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətke çmə haqqında Əsasnamə” Maddə
88. Əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir. Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir. Maddə
97. Daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində pulsuz tibb xidməti göstərilir. Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları” 9.... Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı mə bləğində pul müavinəti verilir. 13.... Daxili işlər orqanlarının əməkdaşı müvafiq iş ilində (iş illərində) əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla hesablanaraq ödənilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətl ənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. K assasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə t ələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olu b-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. İddianın təmin olunan (iddiaçıya 2012, 2013, 2017, 2018, 2019-cu illər üzrə müalicəyə görə xəstəlik müavinətinin ödənilməsinin cavabdehə həvalə edilməsi) hissəsinə münasibətdə məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, həmin hissədə kassasiya şikayəti əsaslıdır. Həmin hissədə apellyasiya instansiyası məhkəməsi tərəfind ən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində, bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən həmin hissədə şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
25. Məhkəmə kollegiyası həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
26. İddiaçıya cavabdeh tərəfindən 2012, 2013, 2017, 2018, 2019-cu illər üzrə müalicəyə görə xəstəlik müavinətinin ödənilməməsi işin mübahisəsiz haldır. Cavabdeh iddiaçı tərəfindən 2012, 2013, 2017, 2018, 2019-cu illər üzrə xəstəlik müavinətinin ödənilməsi üçün müalicəyə dair arayışların raportla ona təqdim olunmadığını bildirmişdir. İddiaçı isə Nəsimi rayon Mühafizə İdarəsinə təqdim edilməsi üçün DİN-in 1 saylı poliklinikası tərəfindən verilmiş 2012, 2013, 2017, 2018, 2019-cu illərə dair tibbi arayışları və epikrizləri məhkəməyə təqdim etmişdir.
27. Birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin edərkən qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sözügedən tibbi arayışlar və epikrizlər özlüyündə ağlabatan mühakimə əsasında həmin illərdə qeyd edilən müalicəyə dai r arayışların raportla Nəsimi rayon Mühafizə İdarəsinə təqdim olunması qənaətinə gəlməyə əsas verir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmışdır.
28. Məhkəmə kollegiyası həmin mövqe ilə razılaşmayaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş DİN-in 1 saylı poliklinikası tərəfindən verilmiş 2012, 2013, 2017, 2018, 2019-cu illər üzrə tibbi arayışları və epikrizləri iddiaçının müvafiq illərdə yuxarıda istinad olunan normalarda müəyyən edilmiş prosedurlar daxilində cavabdehə təqdim etdiyi iş üzrə materiallarla müəyyən edilmir. Belə ki, xx.xx.2020-ci il tarixədək DİNin xx.xx.2005-ci il tarixli, 35/XİÜ nömrəli əmrinə əsasən, polis əməkdaşına sözügedən müavinət yalnız DİN-in Hospitalı və ya müvafiq poliklinikası tərəfindən müalicəyə dair ver ilmiş arayış həmin inzibati orqana rəsmi olaraq raportla təqdim edildiyi təqdirdə ödənilirdi. Başqa sözlə, sözügedən müavinətin ödənilməsi üçün polis əməkdaşı xidmət etdiyi inzibati orqana rəsmi müraciət etməli və həmin müraciətə müvafiq tibbi arayışı əlavə etməli idi.
29. Nəzərə almaq lazımdır ki, müvafiq tibbi arayışların və epikrizlərin sonradan məhkəməyə təqdim edilməsi həmin sənədlərin qeyd edilən qaydada və müvafiq illərdə cavabdeh inzibati orqana təqdim olunması anlamına gəlmir. Bununla bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə həmin sənədlərin qeyd edilən qaydada və müvafiq illərdə cavabdeh inzibati orqana təqdim etdiyinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
30. Göründüyü kimi, hazırkı mübahisəyə münasibətdə sözügedən hissədə apellyasiya instan siyası məhkəməsi qeyd edilən halları nəzərə almamış və həmin hissədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
31. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən həmin hissədə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır. İddianın təmin olunmayan hissəsində isə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. İddianın təmin olunan (iddiaçıya 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000-ci illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsinin cavabdehə həvalə edilməsi) hissəsinə münasibətdə məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassa siya şikayəti məhkəmə qərarının ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hissədə işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Bu baxımdan həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır.
33. Məhkəmə kollegiyası həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın mümkün sayılmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
34. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses işt irakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
35. Qeyd edilən hissədə iddiaçının hüquqi marağı və məqsədi 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000-ci illərdə istifadə olunmamış məzuniyyətə görə ona kompensasiyanı n ödənilməsinə nail olmaqdan ibarətdir.
36. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.
37. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münas ibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. 38. 2011-ci il 1 yanvar tarixinədək müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsi ilə, 2011-ci il 1 yanvar tarixindən isə iddia müddəti tətbiq edilən iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 39. 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.
40. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək inzibati orqanların qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək ö türülmüşdürsə, onlar yeni qanuna görə mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2107/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2645/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2394/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2985/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 2940/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-384/2024 nömrəli qərarları). Belə yanaşma hüquqi müəyyənlik prinsipinə əsaslanır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, belə situasiyalarda hər bir halda hüquqi müəyyənlik prinsipinin xüsusi əhəmiyyəti və həmin prinsipin təmin olunması ilə bağlı ictimai maraq nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə 1994-2000-ci illər üzrə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsindən cavabdehin imtinasının iddiaçı tərəfindən 2011-ci il 1 yanvar tarixinədək mübahisələndirildiyi iş üzrə materiallardan görünmür və bu baxımdan onun yeni qanunvericiliyə əsasən həmin imkanı itirdiyi qəbul olunmalıdır.
42. Belə ki, iddiaçı cavabdehin həmin hərəkətlərinin mübahisələndirilməsi barədə həmin dövrdə və həmin zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində müvafiq hüquqi müdafiə imkanlarından yararlanmamışdır. İddia müddətinə əməl olunması şə xsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur.
43. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
44. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafi əsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.
45. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış id dialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
46. Göründüyü kimi, hazırkı mübahisəyə münasibətdə sözügedən hissədə apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almamışdır.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2-1(103)-2962/2023 nömrəli qərarı İddiaçı 2012, 2013, 2017, 2018, 2019-cu illər üz rə müalicəyə görə xəstəlik müavinətinin hesablanaraq ödənilməsinin Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilməsi hissəsində ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. Həmin hissədə iddia rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2-1(103)-2962/2023 nömrəli qərarı İddiaçı 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000-ci illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın hesablanaraq ödənilməsinin Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilməsi hissəsində ləğv edilir. Həmin hissədə iddia mümkün sayılmır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2-1(103)-2962/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılır. Qərar qətidir.