Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1217/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə görə ödənilən kompensasiya Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Bayramova Kəmalə Fətulla qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs olmaqla) qarşı “kompensasiyanın ödənilmə si” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-360/2021 nömrəli, 12 mart 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xxxxndə yerləşən 0.12 ha sahəsi olan 586ə saylı bağ sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ tam payda daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 07.01.2013-cü il tarixdə qeydiyyata alınmışdır.
2. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə onun tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı-Sahil yolu avtomob il yolunun yenidən qurulması” layihəsi çərçivəsində mülkiyyət sahiblərinə dəymiş ziyanla bağlı kompensasiyanın ayrılması məsələsinin həlli üçün müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunduğunu, vəsait ayrıldıqdan sonra sözügedən layihə çərçivəsində dəymiş ziyanla bağlı kompensasiya ödənişi məsələsinin öz həllini tapacağını bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki birinci icraat
3. İddiaçı cavabdehə və üçüncü şəxs qismində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi və mənəvi ziyanın - əlindən alınmış torpaq sahəsinin 2 sot olmaqla, hər bir sotuna görə 6000 (altı min) manat, uçurulmuş 2 hasarın hər bir kv.metrinə görə 20 manat, həmçinin uçurulmuş 1 darvazaya görə 500 manat pulun, eləcə də 10000 manat mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması haqqında qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər” planına əsasən Bakı şəhərinin şimal hissəsindən, o cümlədən, Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayı, Göradil, Novxanı, Saray, Corat, Sumqayıt istiqamətində layihələndirilmiş avtomobil yolunun asfalt örtüyünün çəkilişi tam başa çatmış və yekunlaşmışdır. Göradil bağlar massivi ərazisində yerləşən və bir sıra vətəndaşlara, o cümlədən, ona məxsus olan 12 sot b ağ torpaq sahəsi həmin avtomobil yolunun mühafizə zolağına düşdüyü üçün orada inşa edilmiş hasarlar və darvazalar sökülmüşdür. Eləcə də, onun torpaq sahəsinin hasarı və darvazası əvvəlcədən hər hansı bir xəbərdarlıq edilmədən sökülmüşdür. Həmin 12 sot bağ-torpaq sahəsi ona 2001-ci ildə Qarabağ Müharibəsi veteranı olduğuna görə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan X2 və İstismarı Birliyi tərəfindən verilmiş və sonra da məhkəmə qərarları əsasında özəlləşdirilərək çıxarış əldə olunmuşdur. Bu məsələ ilə əlaqədar olaraq, o da daxil olmaqla bağ mülkiyyətçiləri olan 77 nəfər kollektiv Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və digər orqanlara yazılı formada müraciətlər etmişdir. İndiyə qədər həmin mü raciətlərlə bağlı müsbət nəticə əldə olunmamışdır. Cavabdeh tərəfindən ona dəymiş ziyanın ödənilməsi barədə 27 dekabr 2017-ci il tarixində Nazirlər Kabinetinə 2/16-8311 saylı məktub göndərilməsinə və Maliyyə Nazirliyinin ona 28 sentyabr 2018-ci il tarixində DX - 03/03 - 03-1020 saylı cavab məktubu olmasına baxmayaraq, ona dəymiş zərər hələ də ödənilməmişdir. İddiaçı hesab edir ki, ona vurulmuş maddi ziyan kimi müvafiq məbləğlərdə kompensasiya cavabdehdən tutulmalıdır.
5. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən iddiaçıya məxsus (çıxarış № **********73) 12 sot torpaq sahəsindən yalnız 103.89 kv.m. hissəsi yolun təhkim zolağına düşmüş və qeyd olunan əmlaka dəymiş ziyana görə dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 4986 manat 72 qəpik kompensasiya hesablanmışdır. İddiaçı ona məxsus torpaq sahəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” altına düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etmişdir. Ona verilmiş rəsmi cavabda göstərilmişdir ki, “NovxanıPirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi başa çatdığından qeyd edilən məsəl ənin həlli ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Eyni zamanda, “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi tikintisi altına düşən torpaq sahələrinin, əkililərin və tikintilərin siyahıya alınması müxtəlif icra orqanlarının nümayəndələri tərəfindən, o cümlədən, yerli icra hakimiyyəti, bələdiyyə, ƏMDK və s. həyata keçirilmişdir. Sözügedən layihədə yolun tikintisi altına düşən torpaq sahələrinin, əkililərin və tikintilərin siyahıya alınması və söküntüsü Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətlərinə aid olmamışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol tikintisi həyata keçirilərkən iddiada qeyd edilən hasar və darvaza mövcud olmamışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sənəd və sübut təqdim olunmamışdır. Bundan əlavə, dövlət ehtiyacları üçün alınan torpaqlar, mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X1 verdiyi kadastr planı əsasında müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və bu zaman qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirmişdir. Qiymətləndirmə sahəsində ixtisaslaşmış müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən aparılmış iddiaçının əmlakın qiymətləndirilməsi barədə rəy qüvvədədir və iddiaçı tərəfin dən məhkəmədə mübahisələndirilməmişdir. Beləliklə, iddiaçının iddiasında göstərilən tikililərlə bağlı kompensasiya tələbi əsassızdır və iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğunu təsdiq edən sübutlar iş materiallarında müəyyən edilmir. Eyni zamanda, iddiaçının cavabdehə ünvanladığı müraciətində onun torpaq sahəsinin yolun tikintisi altına düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı ona kömək olunması xahiş edilmiş və ona verilmiş rəsmi cavablarda göstərilmişdir ki, qaldırdığı məsələ ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ünvanlanmış məktuba rəsmi cavabda göstərilmişdir ki, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərin bölgüsündə 2020-ci il də qeyd edilən obyekt üzrə kompensasiya ödənilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən cavabdeh iddia əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir.
6. İddiaçı sonradan məhkəməyə iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində ona məxsus olmaqla, xüsusi mülkiyyətində olmuş xxxx, 586ə saylı, 0.12 ha. ümumi sah əsi olan bağ torpaq sahəsinin 200.0 kv.metr hissəsinin dəyəri qabaqcadan ödənilmədən alınması nəticəsində ona dəymiş zərərin, yəni 200.0 kv.metr torpaq sahəsinin dəyəri olaraq 16000 (on altı min) manat, daş hasarın sökülməsi nəticəsində dəymiş zərərin – 5062,75 (beş min altmış iki) manat 75 (yetmiş) qəpik pulun, cəmi 21062,75 (iyirmi bir min altmış iki) manat (yetmiş beş) qəpik kompensasiyanın dövlət büdcəsi hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutulması və həmin məbləğin onun hesabına ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. 7. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 28.11.2019-cu il tarixli, 2-1(81)4282/2019 saylı qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və qeyrisi iş üzrə cavabdehlər sırasından çıxarılmış, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi iş üzrə cavabdeh kimi tanınmış və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2-1(112)-347/2020 saylı qərarı ilə (hakim: M.C.Qarayeva) iddia təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində iddiaçıya məxsus olmaqla, onu n xüsusi mülkiyyətində olmuş xxxx, 586ə saylı, 0.12 ha. ümumi sahəsi olan bağ torpaq sahəsinin 200.0 kv.metr hissəsinin dəyəri qabaqcadan ödənilmədən alınması nəticəsində iddiaçıya dəymiş zərərin, yəni 200.0 kv.metr torpaq sahəsinin dəyəri olaraq 16000,0 manat, daş hasarın sökülməsi nəticəsində dəymiş zərərin – 5062,75 manat, cəmi 21062,75 qəpik pul kompensasiya olaraq dövlət büdcəsi hesabına cavabdehdən iddiaçının xeyrinə tutularaq onun hesabına ödənilməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə bağlı iddiaçının xüsusi mülkiyyətində olan xxxx, 586ə saylı, 0.12 ha. ümumi sahəsi olan torpaq sahəsinin 200.0 kv.metr hissəsinin tikinti altına düşməsi və bu səbəbdən dolayı iddiaçı tərəfindən həmin ərazidə inşa edilmiş daş hasarın sökülməsi ilə əlaqədar cavabdeh tərəfindən ona maddi ziyan vurulmuşdur.
10. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını, apelyasiya şikayətinin təmin edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-360/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: V,M.Ağayev və A.B.Nuriyeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2-1(112)-347/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri:
14. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin qərarının əsaslandırıcı hissəsini dəyişməklə kifayətlənmişdir. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı mülkiyyətində olan tor paq sahəsinin yolun mühafizə zonasına düşməsinə görə kompensasiya ödənilməsini tələb edir. Lakin iddia tələbi əsassızdır. Çünki iddiaçıya məxsus 12 sot torpaq sahəsindən yalnız 103.89 kv.m. hissəsi yolun tikintisi altına düşmüşdür, qalan hissəsi isə yoldan kənarda yerləşdiyindən iddiaçının tam istifadəsindədir. Eyni zamanda, “Novxanı Pirşağı-Sahil yolu” avtomobil yolunun yenidən qurulması” layihəsi tikinti altına düşən torpaq sahələrinin, əkililərin və tikintilərin siyahıya alınması müxtəlif icra orqanlarının nümayəndələri tərəfindən (o cümlədən yerli icra hakimiyyəti, bələdiyyə, ƏMDK və s.) həyata keçirilir. Agentlik tərəfindən yol tikintisi həyata keçirilərkən iddiada qeyd edilən hasar və darvaza olmamışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun həmin hissəsind ə yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sənəd və sübut təqdim olunmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpağın alınması ilə əlaqədar yolun həmin hissəsində tikililərin mövcud olub-olmadığını, heç bir sənədlə təhlil etməmiş, heç bir fotoşəkil olmadan, habelə mübahisəli ərazinin yerinə baxış keçirmədən qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
17. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM- nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövl ət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir.... 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu ba rədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir.... 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir.... 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqan ının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 19. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli ele ktrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş m üvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar;... Maddə
23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir;... 23.1.5. müstəqil qiymətlən diricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir;... Maddə
58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada t əsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mö vcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarl a bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən – qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
24. Birinci instansiya məhkəməsi və onun mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişd ir ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə bağlı iddiaçının xüsusi mülkiyyətində olan xxxx, 586ə saylı, 0.12 ha ümumi sahəsi olan torpaq sahəsinin 200.0 kv.metr (0.02 ha) hissəsinin tikinti altına düşməsi və bu səbəbdən dolayı, iddiaçı tərəfindən həmin ərazidə inşa edilmiş daş hasarın sökülməsi ilə əlaqədar cavabdeh tərəfindən ona maddi ziyan vurulmuşdur.
25. Cavabdeh apelyasiya şikayətində olduğu kimi, kassasiya şikayətində də iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikintisi altına düşən hissəsinin ölçüsünü (sahəsini) və kompensasiyanın məbləğini mübahisələdirmişdir.
26. Məhkəmə kollegiyası cavabd ehin mövqeyini qismən əsaslı hesab edərək bildirir ki, apelyasiya instansiyası məhkəməsi qeyd edilən məsələlərlə bağlı işin hallarını tam və hərtərəfli araşdırmamışdır.
27. Belə ki, iddiaçı ona məxsus xxxx 586ə saylı 0.12 ha ümumi sahəsi olan bağ sahəsinin 200 kv.m torpaq hissəsinin yolun tikintisi altına düşdüyünü iddia etsə də, cavabdeh bununla razılaşmayaraq bildirmişdir ki, kadastr planına əsasən iddiaçıya məxsus 0.12 ha torpaq sahəsinin yalnız 103.89 kv.m hissəsi yolun tikintisi altına düşmüşdür.
28. Bundan əlavə, işdə torpaq sahəsinin yolun tikintisi altına düşən ölçülərini göstərən fərqli iki sənəd mövcuddur. Bunlardan biri məhkəmə mühəndis - texniki ekspertizasının 14 mart 2020-ci il tarixli rəyi, digər isə “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikin tisi” ilə əlaqədar yolun tikintisi altına düşən və ƏMDK tərəfindən çıxarışla rəsmləşdirilmiş torpaq sahələrinə dəyən ziyana görə ehtimal olunan kompensasiyanın qiymətləndirilməsinə dair hesabatdır. Ekspert rəyində tikinti altına düşən torpaq sahəsinin 200 kv.metr olması, hesabata əlavə edilmiş, iddiaçıya məxsus torpaq sahəsinin kadastr planından çıxarışda isə 103.89 kv.metr olması qeyd edilmişdir.
29. Göründüyü kimi, yolun tikintisi altına düşən torpaq sahəsi ilə bağlı ölçülərdə ziddiyyətlərin olmasına baxmayaraq, apelyasiya instansiyası məhkəməsi bu ziddiyyətin aradan qaldırılması üçün heç bir tədbir görməmiş, cavabdehin şikayətinin dəlillərindən biri də bu barədə olmasına baxmayaraq şikayətin bu dəlilinə münasibət bildirməmişdir.
30. Cavabdehin mübahisələndirdiyi digər hal kompensasiyanı n məbləği ilə bağlıdır. Cavabdeh yuxarıda qeyd edilən hesabata istinad edərək mübahisəli torpaq sahəsinin hər kv. metrinin bazar dəyərinin 48 manat (1 sot = 4800 manat) təşkil etdiyini bildirir. İş materiallarında olan Əmlak Ekspert Mərkəzinin 28 iyul 2020-ci il tarixli rəyində isə iddiaçının torpaq sahəsinin hər kv. metrinin bazar dəyəri 80 manat (1 sot=8000 manat) müəyyən edilmişdir. Aşağı instansiya məhkəmələri Əmlak Ekspert Mərkəzinin rəyi ilə razılaşaraq mübahisəli torpaq sahəsinin bazar dəyərini hər kv. metr üçün 80 manatdan (1 sot=8000 manat) hesablamışlar.
31. Həmin rəydən görünür ki, ekspert bazar dəyərini müəyyən etməkdən ötrü satış üçün elan vermiş 3 analoq müəyyən etmiş və bunların ehtimal edilən satış qiymətlərinə əsasən mübahisəli torpaq sahəsinin bazar dəyərini müəyyən etmiş dir. Rəyin verilməsinə əsas olan həmin elanlardan görünür ki, bu elanlar 2020-ci ilin iyul ayında verilmişdir. Halbuki, iş materiallarından görünür ki, torpaq sahəsi 2020-ci ildə deyil, daha əvvəlki vaxtlarda dövlət ehtiyacları üçün iddiaçıdan alınmışdır. 32. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir.
33. Lakin apelyasiya instansiyası məhkəməsi qeyd edilən maddənin tələblərinə uyğun mübahisəli torpaq sahəsinin dövlət ehtiyacları üçün alınan dövrdə bazar qiyməti ilə bağlı araşdırma aparmamış, ərazidə torpaq sahəsi ilə bağlı alqı-satqı nı həyata keçirən orqanlara sorğular etməmiş, beləliklə də mübahisəli torpaq sahəsinə görə ödənilməli olan kompensasiya məbləğini düzgün müəyyən etməmişdir.
34. Cavabdehin şikayətinin digər dəlili mübahisəli torpağın ətrafına çəkilmiş hasar və darvazaya görə kompensasiya ödənilməsi ilə bağlıdır. İddiaçı ərizəsində tikinti işləri aparılan zaman hasarın və 500 manat dəyərində dəmir darvazanın söküldüyünü bildirmişdir. Hasarın və darvazanın qiymətinin müəyyən edilməsi məqsədi ilə keçirilmiş ekspertiza rəyində dəmir darvazanın qiyməti 1500 manat məbləğində qiymətləndirilmişdir. (səh 84) Cavabdeh isə ümumiyyətlə yol tikintisi həyata keçirilərkən mübahisəli torpaq sahəsinə aid hasar və darvazanın olmadığını bildirmişdir.
35. İş materiallarında iddiaçıya aid torpaq sahəsinin hasar və darvazasın ın mövcud olması və sökülməsi barədə heç bir sübut yoxdur. Bu halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, buna baxmayaraq iddia bu hissədə də təmin edilmişdir.
36. Göründüyü kimi, apelyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir.
37. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından, beləliklə də qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən kassasiya şikayəti qismən təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
38. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2021-ci il tarixli, 21(103)-360/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.