Məhkəmə qərarları › İş №2-1(102)-1217/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1217/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1217/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Mayıs oğlunun cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Mayıs oğlunun (xx.xx.1993-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Təhsildə X1rşı “diplom üzrə stomatologiya ali təhsil ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi” tələbi nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2-1(103)-104/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Gürcüstan Respublikası Geomedi Tədris Universiteti tərəfindən verilmiş 19 sentyabr 2016-cı il tarixli TUGM 000098 nömrəli diploma əsasən iddiaçı həmin ali təhsil müəssisəsində “Stomatologiya” ali təhsil ixtisası üzrə bakalavr dərəcəsi almışdır.

2. Qeyd olunan diplom xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən Gürcüstan Ədliyyə nazirliyi LEPL ictimai xidmətin inkişafı agentliyi tərəfindən xx.xx.2017-ci il tarixdə **********86386 nömrə ilə apostil edilmişdir.

3. İddiaçı həmin diplomun Azərbaycan Respubl ikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Gürcüstan Respublikasının Geomedi Tədris Universitetində aldığı “Stomatologiya” ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) üzrə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddi a tələbi onunla əsaslandırılmışdır ki, o, 2011-ci ildə Gürcüstan Respublikası Geomedi Tədris Universitetində “Stomatologiya” ixtisaslaşması üzrə ali təhsil almaq üçün qəbul olunmuşdur. Həmin ixtisası müvəffəqiyyətlə 2016-cı ildə bitirərək, stomatoloq ixtisası üzrə ali təhsil almışdır. Daim bütün semestrlərdə iştirak etmiş və sessiya imtahanlarını vermişdir. Bunun təsdiqi kimi diploma əlavəni iddia ərizəsinə əlavə etmiş və həmin diploma əlavədə bütün ixtisaslar üzrə semestrdə topladığı ballar açıq-aşkar nümayiş edilmişdir. Azərbaycan Respublikasına qayıtdıqdan sonra prosedur üzrə xaricdə aldığı ali təhsil üzrə diplomunun tanınması və ekvivalentliyinə dair şəhadətnamənin verilməsi üçün Təhsil Nazirliyinə müraciət etmişdir. Lakin Təhsil Nazirliyi iddiaçının Konstitusiya hüququnu, Azərbaycan R espublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nı kobud şəkildə pozmuşdur. Belə ki, həmin qaydaların 2.1-ci bəndinin tələbləri çərçivəsində bütün zəruri sənədləri tərcümə, təsdiq, leqallaşdırmaqla təqdim etməyinə, ixtisasın tanınması üçün zəruri sənədləri təqdim etməyinə baxmayaraq, Qaydaların 3-cü fəsli üzrə ixtisasın ekvivalentliyinin müəyyən edilməsi prosesi aparılmamışdır, ekspertiza keçirilməmiş, keçirilmişdirsə də, doğru qaydada keçirilməmiş, hər hansı təhlillər aparılmamış və nəticə etibarı ilə sadəcə iddiaçının ixtisasının tanınmasından cavabdeh tərəfindən imtina edilmişdir. Cavabdehin etirazları:

6. Cava bdeh iddia tələbinə yazılı etirazda göstərmişdir ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir.

7. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (n ostrifikasiyası) Qaydaları”, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsinə (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələrin V hissəsi (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarına əsasən iddiaçının aldığı ixtisasın Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən edilmişdir. 8. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın mü ddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesifik fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini bilmə səviyyəsinin aşağı olması onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifi kasiyası) Qaydaları”nın 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğudur. Sözügedən Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndi nə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçının tələbində heç bir hüquqi əsas yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Bakı İnzibati Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2-1(112)-743/2022 nömrəli qərarı (hakim M.T.Hacıbəyova) ilə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təhsil aldığı Gürcüstan Respublikasının Geomedi Tədris Universitetində tədris dili gürcü dili olduğundan, müvafiq ekspert rəyi verilməsi üçün iddiaçı ilə müsahibə gürcü dilində aparılmışdır. Cavabdehin etiraza əlavə etdiyi videomüsahibənin materiallarından məhkəmə müəyyən etmişdir ki, iddiaçının gürcü dilini bilmə səviyyəsi onun ali təhsil müəssisəsində aldığı ixtisasın mənimsənilməsini şübhə altına alınmasına əsas verir. Belə olan halda cavabdeh tərəfindən diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin iddiaçıya verilməsindən imtinası üçün səbəb olan mənfi ekspert rəyi əsaslı olmuşdur.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)1894/2022 nömrəli qərardadına əsasən iddiaçının gürcü dilini bilmə səviyyəsinin, Gürcüstan Respublikasının Geomedi Tədris Universitetində “Stomatologiya” ixtisası üzrə təhsilin mənimsənilməsi üçün yetərli olub-olmaması barə də mütəxəssis rəyinin alınması qərara alınmış, qərardadın icrası Bakı Dövlət Universitetinə həvalə edilmişdir.

14. Bakı Dövlət Universitetinin xx.xx.2022-ci il tarixli, 01-H/1300 nömrəli məktubuna əlavə edilmiş “Bakı Dövlət Universitetinin Filologiya fakültəsində İddiaçı Mayıs oğlunun gürcü dilini bilmə səviyyəsinin yoxlanılması məqsədi ilə yaradılmış müsahibə komissiyasının iclas protokolundan çıxarış”a əsasən iddiaçının gürcü dili şifahi və yazılı bilik səviyyəsi yaxşıdır, gürcü dilində qrammatika ilə bağlı biliyi yetərli səviyyədədir. O, verilən mətnləri və ixtisasa aid olan sözləri və ifadələri düzgün tərcümə edə bilir. Komissiya üzvləri iddiaçının gürcü dili üzrə bilik səviyyəsini qənaətbəxş hesab etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2-1(103)-104/2022 nömrəli qərarı (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və K.H.Əkbərov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2-1(112)-743/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, iddiaçının Gürcüstan Respublikasının Geomedi Tədris Universitetində aldığı “Stomatologiya” ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) üzrə öhdəliklər cavabdehə həvalə edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı Dövlət Universiteti tərəfindən cavabdehin nümayəndəsinin iştirakı ilə təşkil edilmiş komissiyanın qərarına əsasən iddiaçının Gürcüstan Respublikasının Geomedi Tədris Universitetində tə hsil aldığı gürcü dili üzrə bilik səviyyəsi qənaətbəxş hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, cavabdeh inzibati orqanın iddiaçının Gürcüstan Respublikasının Geomedi Tədris Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli TUGM 000098 nömrəli diplomu üzrə ixtisasının tanınmasından imtinası qanuna zidd hesab olunmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabi netinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentiiyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2, 3.3 və 3.7-ci maddələrinə zidd olaraq tədris dili ilə bağlı dövlət standartlarına uyğunluğun müəyyən edilməməsinə, müvafiq müsbət rəylərin deyil, imtina qərarı üçün əsas olacaq ekspert rəyinin qəbul edilməsinə baxmayaraq iddia tələbini təmin etmişdir.

19. Bundan başqa, məhkəmə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almadan, iddiaçının əldə etdiyi biliklərin qiymətləndirilməsini önəmsiz hesab etmiş və iddia tələbini təmin edən qərar qəbul etmişdir.

20. İddi açının əldə etdiyi kvalifikasiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2018-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ndə göstərilən 6-cı səviyyə üzrə deskriptorlarla uyğunluğunun yoxlanılması (bakalavr dərəcəsinə malik şəxs fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemləri Azərbaycan dilində və bir xarici dildə şifahi və yazılı olaraq təqdim edə, əsaslandıra, həmçinin mütəxəssis və qeyrimütəxəssislərlə birgə müvafiq müzakirələrdə iştirak edə bilməlidir ki, bunun üçün də şəxsin əldə etdiyi kvalifikasiyaya dair produktiv nitq səviyyəsinə malik olması zəruridir) zamanı iddiaçının tədris dilini bilməsi reseptiv səviyyəyə uyğun olmuş, bu hal ali təhsilli mütəxəssisin şifahi və yazılı peşə nitqinə dair tələblərə cavab vermir. Bununla da iddiaçının əldə etdiyi bakalavr dərəcəsinin ölkə daxilindəki standartlarla uyğunsuzluq təşkil etməsi isbat edilmişdir. Lakin məhkəmə bu məsələyə dair hər hansı bir fikir bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. İddiaçı cavabdehin kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2-1(103)-104/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim et dikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam f ormada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlum at verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üç ün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Cavabdehin kassasiya şikayəti qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

26. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən i rəli gəlir.

27. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Bakı Dövlət Universiteti tərəfindən cavabdehin nümayəndəsinin iştirakı ilə təşkil edilmiş komissiyanın qərarına əsasən iddiaçının Gürcüstan Respublikasının Geomedi Tədris Universitetində təhsil aldığı gürcü dili üzrə bilik səviyyəsi qənaətbəxş hesab edildiyindən cavabdeh inzibati orqanın iddiaçının Gürcüstan Respublikasının Geomedi Tədris Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli TUGM 000098 nömrəli diplomu üzrə ixtisasının tanınmasından imtinası qanuna zidd olmuşdur.

28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 82 və 87.8-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

29. Məhkəmə kollegiyası nəzərə a lır ki, hazırkı iş üzrə mübahisənin əsasını iddiaçının təhsil aldığı xarici dili (gürcü dilini) bilmə səviyyəsinin qənaətbəxş olmaması təşkil edir.

30. İş materialları ilə müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının tədris dilini bilmə səviyyəsini müəyyən etmək üçün ekspertiza keçirmiş və bununla bağlı qəbul etdiyi mənfi rəyi məhkəməyə təqdim etmişdir. Həm video formatda, həm də yazılı şəkildə təqdim edilən həmin rəydən iddiaçının dil biliyinin qənaətbəxş olmadığı müəyyən edildiyindən cavabdeh iddiaçının diplom üzrə ixtisasının tanınmasından imtina etmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi də iddiaçının gürcü dilini bilmə səviyyəsinin Gürcüstan Respublikasının Geomedi Tədris Universitetində “Stomatologiya” ixtisası üzrə təhsilin mənimsənilməsi üçün yetərli olub-olmaması barədə mütəxəssis rəyinin verilməsi barədə qərardad qəbul edərək qərardadın icrasını Bakı Dövlət Universitetinə həvalə etmişdir.

32. Bakı Dövlət Universitetinin xx.xx.2022-ci il tarixli, 01-H/1300 nömrəli məktubuna əlavə edilmiş “Bakı Dövlət Universitetinin Filologiya fakültəsində İddiaçı Mayıs oğlunun gürcü dilini bilmə səviyyəsinin yoxlanılması məqsədi ilə yaradılmış müsahibə komissiyasının iclas protokolundan çıxarış”da göstərilmişdir ki, iddiaçının gürcü dili şifahi və yazılı bilik səviyyəsi yaxşıdır, gürcü dilində qrammatika ilə bağlı biliyi yetərli səviyyədədir. O, verilən mətnləri və ixtisasa aid olan sözləri və ifadələri düzgün tərcümə edə bilir. Komissiya üzvləri iddiaçının gürcü dili üzrə bilik səviyyəsini qənaətbəxş hesab etmişdir.

33. Göründüyü kimi, cavabdeh inzibati orqanın t ərtib etdiyi rəylə məhkəmə qərardadı əsasında əldə edilən rəy arasında əhəmiyyətli dərəcədə ziddiyyətlər mövcuddur.

34. Apellyasiya instansiya məhkəməsi Bakı Dövlət Universitetinin müvafiq rəyinə istinad etməklə iddianı təmin etmiş, amma qərarında həmin rəyin cavabdeh tərəfindən təqdim olunan rəyə münasibətdə daha mötəbər və inandırıcı olmasının əsaslarını göstərməmiş, iş materiallarında mövcud iki ziddiyyətli rəy barədə tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır.

35. Nəzərə alınmalıdır ki, ixtisas üzrə nəzəri və praktiki biliklərə yiyələnmək üçün tədris prosesində xarici dil biliyinin qənaətbəxş olması təhsilin keyfiyyəti (ixtisasın mənimsənilməsi) baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin nəzərə alınmalıdır ki, burada söhbət insanların sağlamlığının qorunması ilə bağlı ciddi yanaşma tələb edən tibbi ixtisasdan gedir. Ona görə də, iddiaçıya tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması ilə bağlı imtina olunduğu bu kimi hallarda, məhkəmə tərəfindən həmin xüsusat tam və hərtərəfli araşdırılmalı, iddiaçının tədris dilini bilmə, buradan, ixtisas üzrə biliklərin mənimsənilməsi səviyyəsi obyektiv qiymətləndirilməlidir.

36. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusatla bağlı işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, sadəcə olaraq Bakı Dövlət Universiteti tərəfindən təqdim edilən rəyə əsaslanmaqla və həmin rəyin cavabdeh tərəfindən təqdim edilən rəyə münasibətdə nəyə görə daha mötəbər olmasını əsaslandırmadan iş üzrə yekun nəticəyə gəlmişdir.

37. İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur.

38. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 82 və 87.8-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

39. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 21(103)-104/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar