Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1217/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının X1rşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1217/2024) Açar sözlər: iddianın mümkünlük şərti, mübahisə üzrə hüquqi maraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X1rşı “test tapşırıqlarının cavablarının düzgün cavab kimi qəbul edilməsi”nə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1 03)-468/2024 nömrəli, 09 yanvar 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı test tapşırıqlarının nəticəsi ilə bağlı xx.xx.2023-cü il tarixdə X5 apellyasiya ərizəsi vermişdir.
2. Cavabdeh Azərbaycan Respublikasının X6 01 mart 2023-cü il tarixdə müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, imtahandan sonra imtahan nəticələrinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunmuş, imtahanda istifadə olunmuş tapşırıqlar ekspertlər tərəfindən yenidən ekspertiza edilmiş, onlarda elmi-metodiki qüsur aşkar olunmamış və doğru cavabların birmənalı olduğu təsdiq edilmişdir. İddiaçının müraciətinə əsasən iddiaçının səhv cavablandırdığı 51 və 63 saylı tapşırıqlar (A variantı üzrə) və onların doğru cavabları ilə bağlı ekspertlər tərəfindən müvafiq izahat verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixdə keçirilən test imtahan mərhələsinin A variantı üzrə 51 və 63 saylı test tapşırıqlarına verdiyi cavabların düzgün hesab edilməsi və İddiaçı BA2 sertifikatının verilməsi öhdəliyinin cavabdeh X3 üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X6 tərəfindən Dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixdə keçirilən test imtahan mərhələsində iştirak etmişdir. İmtahan nəticələri DİM tərəfindən qiymətləndirilmiş və elektron qaydada tərtib edilən Dövlət qulluğu vəzifələri üzrə test imtahanının nəticələri haqqında məlumat və cavab kartlarının qrafik təsvirində "A" variantı üzrə doğru cavablarının sayı 84, yanlış cavablarının sayı 16, yekun balı 95 (79.17%) olmaqla veriləcək sertifikatın ВАЗ qrupuna aid olması qeyd edilmişdir. DİM-in test imtahanının yekun nəticəsi ilə bağlı gəldiyi qərarla razı deyil. Belə ki, 51-ci açıq tipli test tapşırığının şərti və cavabları dəqiq, aydın, birmənalı olmadığı üçün iki cavabı düzgün hesab etmək mümkün olmuşdur. Həmçinin 63-cü qapalı tipli test tapşırığına cavabı X3 ədəbiyyat siyahısında qeyd etdiyi (Müslümov V.B., Əliyev Ə.Ə., Həbibullayev S.B., Sərdarov Y.B. "İnformatika" vəsaiti. Yenilənmiş nəşr. Bak ı: DİM, 2022) vəsaitdən oxuyaraq ona uyğun düzgün cavablandırmışdır. Lakin, X6 51 və 63-cü test tapşırıqlarına verdiyi cavabları səhv kimi qiymətləndirmişdir. Qeyd edilən test tapşırıqlarının nəticəsi ilə bağlı xx.xx.2023-cü il tarixdə X5 apellyasiya ərizəsi vermişdir. Sözügedən qurumda apellyasiya ərizəsinə baxılmış, lakin imtahan nəticələrinin dəyişdirilməsinə səbəb ola biləcək bir halın aşkar olunmadığı qənaətinə gəlinərək müraciəti təmin olunmamışdır. Məlumat üçün qeyd edir ki, apellyasiya ərizəsi xx.xx.2023cü il tarixdə Elektron qaydada poçt ünvanına göndərilmiş 9-3/2-Q-34-42- 149/2023 saylı məktub ilə cavablandırılmışdır. İddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsasını i mtina məktubunda göstərilənlər təşkil etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2-1(112)-7513/2023 nömrəli qərarı ilə (hakim X4) iddia təmin edilmiş, İddiaçı dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixdə keçirilən test imtahan mərhələsinin A variantı üzrə 51 və 63 saylı test tapşırıqlarına verdiyi cavabların düzgün hesab edilməsi və ona BA2 sertifikatının verilməsi öhdəliyi cavabdeh X5 həvalə edilməsi qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı test tapşırığını X6 tərəfindən tövsiyə olunmuş ədəbiyyat üzrə cavablandırmış, lakin ekspert tərəfindən digər ədəbiyyata istinad olunmaqla həmin cavabın yanlışlığı əsaslandırılmışdır. Odur ki, test tapşırığına verilən cavab tövsiyə olunan ədəbiyyata uyğun qiymətləndirilmə yibsə və ya tövsiyə olunan digər ədəbiyyatlarda fərqli cavablar əsaslandırılmışdırsa, həmin tapşırıq “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 2.6.3-cü və 2.6.5-ci bəndlərinə uyğun hesab edilə bilməz.
8. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-468/2023 nömrəli iş üzrə 09 yanvar 2024-cü il tarixli qərardadı ilə (hakimlər Rəşid Əfra im oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X2 və Aytən Pənah qızı) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7513/2023 saylı, 25 iyul 2023-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X1rşı “test tapşırıqlarının cavablarının düzgün cavab kimi qəbul edilməsi və BA2 sertifikatının verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
10. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilən dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində 101 bal toplamış və ona BA2 sertifikatının verilməsinə razılıq verilmişdir. Belə ki, iddiaçı hazırkı iddia ilə çatmaq istədiyi məqsədə çatmış, yəni ona BA2 sertifikatının verilməsinə nail olmuşdur.
11. İddiaçı kassasiya şikayət i verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
13. Kassator bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi qeyd etdiyi 101 bal ilə alınmış “BA2” sertifikatı, hal hazırda “BA1” sertifikatının verilməsi üçün mübahisələndirilmiş və məkhəmədə baxılır. “BA2” sertifikatının olması əlavə olaraq “BA2” sertifikatının alınması üçün qadağa ola bilməz. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunda eyn i şəxs tərəfindən eyni səviyyəli sertifikatın alınması ilə bağlı məhdudiyyət qoyulmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
28. Dövlət qulluğuna qəbul 28.3. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” (bundan sonra – sertifikat) verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikat ın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qo runan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəmə si vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə da ir iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
20. İş materiallarından görünür ki, h azırkı iş üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2023-cü il tarixdə keçirilmiş imtahanın nəticələrinə uyğun BA2 sertifikatının verilməsi ilə bağlıdır.
21. Birinci instansiya məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab etsə də, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı saymamış, iddianı mümkün hesab etməyərək bildirmişdir ki, iddiaçı artıq xx.xx.2023-cü il tarixdə BA2 sertifikatını aldığından onun eyni sertifikatı almaqla bağlı hüquqi marağı itmişdir.
22. Qanunvericiliyə görə test imtahanından müvəffəqiyyətlə keçən şəxsə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikat imtahanın nəticəsindən asılı olaraq altqruplara daxil olan inzibati vəzifələrə uyğun olaraq təq dim olunur. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.
23. Hazırkı işdən də görünür ki, məhz xx.xx.2023-cü il tarixdə keçirilmiş test tapşırıqları ilə bağlı imtahanın nəticələrinə görə cavabdehin mövqeyini iddiaçı qəbul etməyərək ona BA2 sertifikatının verilməsini arzu etmişdir. Yəni, iddiaçının marağı xx.xx.2023-cü il tarixdə keçirilmiş imtahan üzrə nəticənin qiymətləndirilməsi ilə bağlıdır. Bu halda qiymətləndirilməli məsələ həmin tarixdə keçirilmiş imtahanın nəticəsi üzrə cavabdehin hərəkəti ilə bağlıdır.
24. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması barədə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq bildirir ki, iddiaçının sonradan hər hansı sertifikatı alması onun əvvəllər arzulad ığı sertifikatı alması ilə bağlı cavabdehin hərəkətini mübahisələndirməsini istisna etmir. İşin hallarından görünür ki, cavabdehin iddiaçıya verdiyi BA2 sertifikatı xx.xx.2023-cü il tarixdə keçirilmiş test imtahanının nəticəsi ilə bağlı olmamışdır. Belə olan halda, iddiaçının həmin tarixdə keçirilmiş test imtahanının nəticəsi barədə mübahisə açmaq hüququ olmuşdur.
25. Şəxsin dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat almaq imkanı olduğundan eyni zamanda iddiaçının sonradan BA2 sertifikatını alması, onun əvvəlki hüququnu istisna etmir.
26. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının ilkin ala biləcək BA2 sertifikatına hüququnun təsdiq etməkdə marağı bu sertifikatlara görə müəyyən edilmiş 5 illik qüvvədə olma müddətinin şamil olmasına yönəlmişdir. Başqa sözlə, sertifikatların alınma və qüvvədə olma müddətləri fərqli olduğundan onların qüvvədən düşmə tarixləri də fərqli olmaqla, iddiaçının bu sertifikatların hüquqi qüvvəsindən yararlanmağa imkan verəcəkdir.
26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-468/2024 nömrəli, 09 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.