Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1218/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1218/19 Bakı şəhəri 01 may 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçıin, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdar əsinin vəkili Vəkil iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 dekabr 2018ci il tarixli, 2-1(103)-2517/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər (Əzizbəyov) rayonunun Dübəndi qəsəbəsində ona ayrılmış 500 kv.m 442/266 nömrəli bağ sahəsinə onun adına çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin prosessual iştirakına xitam verilməsini və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Abşeron Quraşdırma İdarəsi Tresti “KEM” Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin 11 aprel 1993-cü il tarixli, 9 saylı protokolundan çıxarışa əsasən, Bakı şəhəri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycan SSR N azirlər Sovetinin 20 noyabr 1987-ci il tarixli, 307 saylı qərarı ilə X1 Abşeron Quraşdırma İdarəsinin bir qrup əməkdaşına Əzizbəyov rayonu Dübəndi qəsəbəsində bağçılıq bostançılıq üçün torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsindən 500 kv.m təşkil edən 442/266 saylı bağ sahəsi iddiaçının daimi istifadəsinə verilmişdir. İddiaçı həmin torpaq sahəsinə onun adına çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə 11 yanvar 2018-ci il tarixli, ******* 01178 saylı məktubla imtina etmişdir. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçı Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 442/266 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, müraciətinə sənədlərin surətlərini əlavə etmişdir. Təqdim olunan sənədlərdə bağ sahəsinin ölçüsü 500 kv.m göstərilsə də, araşdırma zamanı ümumi hasar daxilində 1575 kv.m torpaq sahəsinin istifadə olunması və sənədlərdə göstərilmiş bağ sahəsinin artıq sahədən təcrid olunmadığı müəyyən edilmişdir. Bundan başqa, təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamış, habelə elektron baza məlumatlarında bağçılıq yoldaşlıq haqqında məlumat aşkar olunmamışdır. Göstərilənlərə əsasən, iddiaçının müraciətinin təmin edilməsi mümkün olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2-1(82)1310/2018 saylı qərarı ilə (hakim Rüstəm Kərimli) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyya tının əsaslarının dairəsini müəyyən etmişdir ki, 22 may 2007-ci il tarixədək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən üzvlərin iclasının protokolundan çıxarış və üzvlük bileti əsas olaraq nəzərdə tutulmuşdur. İddiaçının adına verilmiş üzvlük kitabçası və bağçılıq yoldaşlığının 11 aprel 1993-cü il tarixli protokoldan çıxarışdakı məlumatların həqiqətə uyğun olmaması cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, həmin sənədlər mötəbər sübut hesab edilməlidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 dekabr 2018-ci il tarixli, 2-1(103) -2517/2018 saylı qərarı ilə (sədrlik edən Afaq Bayramova, hakimlər Valeh Ağayev və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları təkrarlamış və hesab etmişdir ki, iddiaçının adının cavabdehdə saxlanılan arxiv məlumatlarında, o cümlədən oradakı siyahıda olmaması iddiaçının iradəsindən asılı olmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1, 15.2, 19.1, 19.2, 24.2, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9, 10, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7, 10.2, 12.1, 15, Azərbaycan Respublikası İnzibati Pros essual Məcəlləsinin 33.1, 33.2, 73.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində iddiaya qarşı təqdim etdiyi etirazda göstərdiyi əsasları təkrarlamış və əlavə olaraq bildirmişdir ki, iddia tələbində nəzərdə tutulmuş bağ sahəsi ilə bağlı daha əvvəl də məhkəmə mübahisəsi olmuş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2-1(82)-4880/2017 saylı qərardadı ilə iddiaçıya bağ sahəsinə görə çıxarışın verilməsinə dair iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında b axılması mümkün sayılmamışdır. Lakin, göstərilən hal aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alınmamışdır. Cavabdeh həmçinin qeyd etmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər təqdim edildikdən sonra həmin sənədlərdə göstərilən məlumatların dövlət reyestrində olan məlumatlara uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün əsasların olub-olmaması müəyyən edilir. Cavabdeh hesab edir ki, mübahisənin düzgün və ətraflı araşdırılması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti üçüncü şəxs qismind ə məhkəmə icraatına cəlb olunmalıdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67, 68, 111.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2, 8, 9, 11.1, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçıvəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan son ra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı Bakı şəhəri, Dübəndi bağ massivində ümumi sahəsi 500 kv.m olan 442/266 saylı bağ sahəsinin qanuni istifadəçisi kimi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən həmin bağın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Torpaq sahəsinin onun qanuni istifadəsinə verilməsi isə, surəti iş materiallarında olan bağçılığın üzvlük kitabçası və 11 aprel 1993-cü il tarixli protokoldan çıxarışı ilə təsdiq olunur. Ca vabdehin istinad etdiyi məhkəmə qərardadı 14 dekabr 2017-ci il tarixdə qəbul olunmuş və iddianın mümkün sayılmaması barədə olmuşdur. İddianın mümkün sayılmamasına əsas kimi o götürülmüşdür ki, iddiaçı həmin iddianı cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı qaldırmış, iddia qaldırmamışdan əvvəl isə hazırkı iddiaçıya deyil, DƏDRX-nə, yəni səlahiyyəti olmayan quruma müraciət etmişdir. Bir tərəfdən həmin qərtardad artıq qanuni qüvvəyə minmişdir, digər tərəfdən isə onun qanuni qüvvəyə minib-minməməsi nə inzibati orqan DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət olunmasına, nə də imtina aldıqdan sonra məhkəmədə digər cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia irəli sürülməsinə mane olan hal deyil. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan so nra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi tərəfindən iddianın qanuni əsasları düzgün müəyyən edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər qanunvericiliklə onun mülkiyyətinin qeydə alınması üçün yetərli olduğundan və onların mötəbərliyi mübahisələndirilmədiyinindən, cavabdehin imtinası qanunsuz olmuşdur. Cavabdehin bir dəlilinə görə, iddiaçıya və onun üzvü olduğu bağçılıq yoldaşlıq cəmiyyətinə dair məlimatlar idarənin elektron kadastr baza məlumatlarında aşkar olunmamışdır. Məhkəmə kollegiyası dəlillə bağlı aşağıdakıları qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun): - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq i cra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Müddəanın tələbindən göründüyü kimi, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvünə verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı üçün əsasdır. İşin hallarından göründüyü kimi, iddiaçı müvafiq sənədləri həm cavabdehə, həm də məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün imtina kimi bildirdiyi əsası, yəni idarənin “elektron kadastr baza məlumatlarında” iddiaçının üzvü olduğu bağçılıq-yoldaşlıq təsərrüfatına dair məlumatların olmaması barədə dəlilini anlaşılmaz qəbul edir. Belə ki, istinad edilən Qanunun: - 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Maddələrin tələbləri belə izah olunur ki, şəxsin hüququnun qeydə alınması üçün təqdim edilmiş sənədlərin cavabdehdə olan sənədlərlə uyğunluğunun yoxlanıl ması cavabdehin səlahiyyətinə aid olmaqla imperativ qaydada müəyyən edilmişdir. Qeyd edilmiş nəticə həmçinin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarxili qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası razılaşır ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərin qanunauyğunluğunun yoxlanılması onun səlahiyyətində olmaqla onda saxlanılan məlumatlarla üzləşdirilməsi zəruri olmuşdur. Lakin iddiaçı tərəfinən təqdim edilmiş sənədlərin hansı qaydada bilavasitə “elektron kadastr baza məlumatlarında” olması zəruriliyyi ilə bağlı qeyd edilməlidir ki, təqdim edilmiş sənədlər 1993-cü ilə aid olduğu üçü n və həmin dövrdə elektron sənəd dövriyyəsi hələ tətbiq edilmədiyi üçün, onların elektron bazada olmaması – həmin sənədlərin kağız üzərində mövcud olduğu halda, onların elekton qaydada müvafiq qurum tərəfindən cavabdehdə olan bazaya daxil edilməməsi ehtimalını yaradır. Cavabdehin də istinad etdiyi “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş və ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələlərin qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cü il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları»təsdiq edilmiş və həmin Qaydaların 2.1-ci bəndində müəyyən olunmuşdur ki, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsinin və aparılmasının prinsipləri aşağıdakılardır: 2.1.5. daşınmaz əmlakın vahid dövlət kadastrının kağız və elektron daşıyıcılarda aparılması. Sadalanmış normativ-hüquqi aktların tələblərini cavabdehin bildirdiyi dəlilə münasibətdə tətbiqi onunla bağlıdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələrində olmuş müvafiq bağçılıq-yoldaşlıq təsərrüfa tına dair sənədlər cavabdeh quruma verilmiş və onun tərəfindən yalnız “elektron kadastr baza məlumatlarına” istinadı o əsasla iddia tələbinin təmin olunmaması üçün əsas kimi qəbul edilə bilməz ki, təhvil verilmiş kağız (yazılı sənədlər) əsasında da arxiv yoxlaması aparılmalı idi. Apellyasiya məhkəməsi tərəfindən isə iddiaçının təqdim etdiyi sənədlərin qanunauyğunluğu üzrə qiymətləndirmə aparılmış və cavabdeh tərəfindən həmin qiymətləndirməyə münasibətdə hər hansı əlavə dəlil bildirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu hissədə bildirdiyi əsaslarla raşılaşdığını qeyd edir. Cavabdeh digər əsas kimi bildirmişdir ki, təqdim edilmiş sənədlərlə bağ sahəsinin 500 kv.m təşkil etdiyi halda, aparılmış texniki inventarlaşma işləri nəticısində torpaq sahəsinin faktiki ölçüsü 157 5 kv.m olduğu müəyyən edilmiş və iddiaçı tərəfindən 1075 kv.m əlavə torpaq sahəsi zəbt olunmuşdur. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir; - 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Maddələrin tələbləri onu nəzərdə tutur ki, qanuni is tifadədə bağ altında olan torpaqların mülkiyətə yalnız qanuni istifadəyə götürülmüş ölçüdə verilməsi nəzərdə tutulmuşdur. Habelə, yuxarıda istinad edilmiş Qanunun 9.1.3-cü maddəsində də müəyyən edilmişdir ki, cavabdeh tərəfindən bəyan olunan hüquqlarla bağlı müvafiq sənədlərlə uyğunluğunun yoxlanılması nəzərdə tutulmuşdur. Qanunvericinin tələblərinə müvafiq olaraq cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququnun qeydə alınması yalnız təqdim edilmiş sənədlərdə göstərilmiş bağ sahəsinin 500 kv.m ölcüsü ilə bağlı olmalıdır və məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri həmin sahənin ölçüləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçının əlavə zəbt etdiyi torpaq sahəsi olsa da belə, onun qanuni istifadəsində verilmiş ölçüdə bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınm aması üçün hüquqi əsas kimi nəzərdə tutulmamışdır. Cavabdeh daha bir dəlil kimi bildirmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2-1(82)-4880/2017 saylı qərardadı ilə iddiaçıya bağ sahəsinə görə çıxarışın verilməsinə dair iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamışdır. Lakin göstərilən hal aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası bu dəlili anlaşılmaz qəbul edir. Belə ki, eyni mahiyyətli dəlili cavabdeh apellyasiya şikayətində bildirilmiş və apellyasiya məhkəməsi cavabdehə izah etmişdir ki, qərardadın mümkün sayılmaması barədə hüquqi əsas iddia tələbinin əsl olmayan cavabdehə qarşı qaldırılması ilə bağlı olmuşdur. Belə olan təqdirdə aşağı instansiya məhkəmələri tərəfindən bu halın nəzərə alınmaması barədə dəlillə hansı hüquqi və ya faktiki əsasın cavabdehin mübahisələndirdiyi bəlli deyildir. Eyni zamanda, məhkəmə kollegiyası cavabdehə bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarxili qərarının 8.3-cü bəndində göstərilmişdir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Cavabdeh tərəfindən isə hazırki iddianın mümkünlük şərtləri mübahisələndirilməmiş və iddianın mümkünlüyünü istisna edən hal hazırki mübahisə üzrə müəyyən edilməmişdir. Digər dəlil kimi cavabdeh göstərmişdir ki, mübahisənin düzgün və ətraflı araşdırılması məqsədilə Azərbaycan Respublikası Əmlak Mə sələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmalıdır. Dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi Azərbaycan Respublikası İPM-nin 28-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Maddənin tələblərindən də göründüyü kimi, üçüncü şəxslərin inzibat i məhkəmə icraatına cəlb edilməsini zəruri edən amil – həmin şəxslərin qanunla qorunan maraqlarına toxunacağı haldır. Lakin cavabdeh tərəfindən istinad edilmiş qurumun cəlb edilməsi ilə bağlı hansı məsələnin araşdırılmalı olduğundan irəli gəldiyi, yəni qanunla qorunan hansı maraqlara toxunulduğu (misal üçün, torpaq sahəsinin kateqoriyasının müəyyən edilməsi ilə bağlı və yaxud həmin torpaq sahəsinin digər fiziki və ya hüquqi şəxsin istifadəsində olması və s.) barədə bildirilməmiş və bu hissədə kassasiya şikayəti əsaslandırılmamışdır. Qeyd edilənləri nəzərə almaqla əlavə qitmətləndirmənin aparılmasını məhkəmə kollegiyası mümkün hesab etmir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəm əsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti nin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 dekabr 2018-ci il tarixli, 2-1(103)-2517/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1218/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1218/2019
01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver