Məhkəmə qərarları › İş №2-1(102)-1218/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1218/2021

28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1218/2021 28.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maddiməişət şəraitinin müayinəsi üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yaşa görə əmək pensiyası, əmək kitabçasında olan məlumatlarının mötəbərliyi, pensiya kapitalı ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, İlqar Dadaşov, Nazim Mövsümovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərba ycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maddi-məişət şəraitinin müayinəsi üzrə Mərkəzi filialına) qarşı onun 01.06.1993-cü il tarixdən – 15.08.1999-cu il tarixədək "Elbrus" kiçik müəssisəsində direktor vəzifəsində işlədiyi dövr sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.11.2020-ci il tarixli, 2-1(103)-1553/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1954-cü ildə anadan olmuşdur. 1970-ci ildən 1974-cü ilədək Bakı Dəmiryol Nəqliyyatı Texnikumunda təhsil almış və 27.11.1974-cü ildən 24.11.1976-cı ilədək sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. 14.03.1973-cü ildən 15.09.1999-cü ilədək fasilələrlə müxtəlif müəssisələrdə və müxtəlif peşələrdə çalışmışdır.

2. İddiaçı 18.04.2018-ci il tarixində ərizə ilə cavabdeh orqana müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh 25.05.2018-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.

3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olu nan sığorta stajı olmadığından onun pensiya hüququ yaranmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 01.06.1993-cü il tarixdən – 15.08.1999-cu il tarixədək "Elbrus" kiçik müəssisəsində direktor vəzifəsində işlədiyi illərin sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət etmişdir.

5. İddia belə əsaslandırılmışdır ki, iddiaçının tələb olunan sığorta stajı olsa da, cavabdeh əsassız olaraq ona əmək pensiyası təyin etməkdən imtina etmiş, bununla da onun sosial təminat hüquqlarını pozmuşdur. Halbuki, iddiaçının 01.06.1993-cü ildən 15.08.1999-cu ilədək “ Elbrus” kiçik müəssisəsində direktor vəzifəsində işlədiyi dövr sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin olunmalı idi. Odur ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.09.2018-ci il tarixli 2-1(82)2854/2018 nömrəli (sədrlik edən hakim Zaur Tağıyev) qərarı ilə iddia təmin edilmiş, iddiaçının 01.06.1993-cü il tarixindən 15.08.1999-cu il tarixinədək “Elbrus” kiçik müəssisəsində direktor vəzifəsində işlədiyi dövr sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilməsi cavabdehə həvalə olunmuşdur.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələb olunan 25 il sosial sığorta stajı iş materialları və əmək kitabçası ilə təsdiq olunduğundan cavabdehin ona pensiya təyinindən imtinası qanuna ziddir və iddi açının hüquqlarının pozulmasına səbəb olmuşdur. İddia tələbi məhkəmə tərəfindən əsaslı sayılmışdır.

8. Cavabdeh həmin məhkəmə qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22.01.2019-cu il tarixli 2-1(103)-189/2019 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Cahangir Yusifov) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 18.09.2018-ci il tarixli, 2-1(82)-2854/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11.06.2019-cu il tarixli, 2-1(102)-2102/2019 nömrəli (hakimlər Nigar Rəsulbəyova - sədrlik edən və məruzəçi, Zakir Quliyev və İlqar Hüseynov) qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22.01.2019-cu il tarixli 2(103)-189/2019 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tam və hərtərəfli araşdırma aparmadan qərar qəbul etmişdir. Belə ki, məhkəmə iddia tələbi ilə bağlı sorğu ünvanlasa da, iddiaçının işlədiyi “Elbrus” kiçik müəssisəsinin rekvizitləri dəqiqləşdirildikdən sonra aidiyyəti qurumlara təkrar sorğu ilə müraciət etməmiş və işi yekunlaşdırmamışdır. Bundan başqa, 15.05.2014-cü il tarixində Fondda qeydiyyatdan keçən “Elbrus” kiçik müəssisəsinin iddiaçının işlədiyi müəssisə olması dəqiqləşdirilməmişdir. Eyni zamanda, iddiaçıya məxsus əmək kitabçasında onun 01.06.1993-cü il tarixində “Elbrus” kiçik müəssisəsinə direktor təyin olunması qeyd edilsə də, buna dair əmr barədə müvafiq qeyd əmək kitabçasında mövcud deyildir. İşə baxan apelyasiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki hallar müəyyənləşdirilmədən qərar qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11.09.2019-cu il tarixli 2-1(103)-1930/2019 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmir a Nağıyeva və Vüsalə Baxışova) qərarı ilə apelyasiya şikayəti təmin olunaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.09.2018-ci il tarixli 2-1(82)-2854/2018 nömrəli qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı iddiası təmin edilməmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya direktoru olduğu “Elbrus” kiçik müəssisəsinə dair sənədlərin, onun işlədiyi illərdə sosial sığorta üzrə ayırmalar barədə hesabatların təqdim olunması təklif edilmişdir, lakin iddiaçı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Bundan əlavə, iddiaçıya məxsus əmək kitabçasında onun 01.06.1993cü il tarixində “Elbrus” kiçik müəssisəsinə direktor qəbul edilməsi qeyd edilsə də, iddiaçının həmin vəzifəyə, yəni direktor təyin edilməsinə dair müvafiq əmr barədə qeyd əmək kitabçasında mövcud deyil. Birinci instansiya məhkəməsi iddiaçının işlədiyi illəri araşdırarkən yalnız əmək kitabçasına əsaslanmış, sübutları yetərincə tədqiq etməmişdir. Qeyd olunanlara əsasən, iddiaçının əmək kitabçasında göstərilmiş həmin staj dövrünün ümumi əmək stajına hesablanması mümkün deyildir.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24.06.2020ci il tarixli 2-1(102)-1086/2019 nömrəli (hakimlər İspəndiyar Şəfiyev- sədrlik edən və məruzəçi, Kəmaləddin Bədəlov və Rahib Nəbizadə) qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11.09.2019-cu il tarixli 2(103)-1930/2019 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxışa g öndərilmişdir.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının əmək kitabçasında 01 iyun 1993-cü il tarixdə “Elbrus” kiçik müəssisəsinə direktor qəbul edilməsi barədə məlumatlar göstərilməsə də, onun 15 sentyabr 1999-cu ildə müəssisə ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlar tamdır, yəni əmrin tarixi və nömrəsi göstərilmişdir. İşə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən bu hala qiymət verilməmiş və iddiaçının “Elbrus” kiçik müəssisəsində işləməsinin yoxlanılması istiqamətində araşdırılma aparmadan qərar qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat

19. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.11.2020-ci il tarixli 21(103)-1553/2020 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Raqib Qurbanov və Emin Mehdiyev) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.09.2018-ci il tarixli 2-1(82)-2854/2018 nömrəli qərarı ləğv olunmuş, iş üzrə yeni qərar qəbul edilərək İddiaçı cavabdehə qarşı 01.06.1993cü il tarixdən 15.08.1999-cu il tarixədək “Elbrus” kiçik müəssisəsində direktor vəzifəsində işlədiyi dövr sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

20. Məhkəmə qeyd etmişdir ki, iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtinası normativ hüquqi aktlara əsaslandığı üçün qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Belə olan halda, imtinası mahiyyətcə qüvvədə olan maddi hüquq norm alarının tələblərinə cavab verən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyula, bu tələbi ehtiva edən iddia isə təmin oluna bilməz. Belə ki, iddiaçının 01.06.1993-cü ildən 15.08.1999-cu ilədək “Elbrus” KM-də işlədiyi dövr heç bir mötəbər sübutla təsdiq olunmur.

21. Məhkəmə qərarı iddiaçıya 26.12.2020-ci il tarixində təqdim olunmuşdur.

22. İddiaçı 21.01.2021-ci il tarixində ərizə təqdim edərək dövlət büdcəsi hesabına vəkillə təmin olunmasını xahiş etmiş, məhkəmənin 22.02.2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin olunmuş, 13.04.2021-ci il tarixində iddiaçıya dövlət büdcəsi hesabına vəkil təyin olunmuşdur.

23. İddiaçı 20.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.11.2020-ci il tarixl i 2-1(103)-1553/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri

24. Kassasiya şikayətinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, qanunvericiliyin hazırda qüvvədə olan tələblərinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmə isə iddiaçının mübahisələndirilən iş stajının əm ək kitabçasında göstərilməsinə baxmayaraq iddia tələbinin rədd olunması barədə qərar qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəs ində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

29. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

31. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın (bundan sonra - Qaydalar) 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir:

32. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı;

33. Həmin qaydaların 3.1.2-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı;

34. Həmin qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaoluna nların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası (3.2.1.); əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı (3.2.2.).

35. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

37. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasi ya şikayəti əsassızdır. Kassasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

40. Hazırkı qərarın 28-35-ci bəndlərində göstərilən normaların məzmunundan görünür ki, qüv vədə olan qanunvericiliyinin tələblərinə görə qanunla müəyyən edilmiş yaşa çatmış və 25 il sığorta stajına malik olan və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən şəxslərin yaşa görə pensiya almaq hüququ vardır.

41. İddiaçının dəlili də bundan ibarətdir ki, onun 25 il sığorta stajı əmək kitabçası ilə təsdiqlənsə də, cavabdeh ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İddiaçı qeyd edir ki, o 14.03.1973-cü il tarixdə Bakı Lokomotiv Deposunda əmək fəaliyyətinə başlamışdır və onun həmin müəssisədə, bundan sonra Bakı Maşınqayırma Zavodunda olan əmək stajı mübahisəli deyil. Mübahisəli olan iddiaçının 01.06.1993-cü il tarixdən 15.08.1999-cu il tarixədək “Elbrus” kiçik müəssis əsində işlədiyi dövrdür. O, 01.06.1993-cü il tarixdə “Elbrus” kiçik müəssisəsinə direktor təyin edilmiş, 15.09.1999-cu il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 42.Cavabdehin mübahisələndirdiyi müddət iddiaçının 01.06.1993-cü il tarixdən 15.08.1999-cu il tarixədək "Elbrus" kiçik müəssisəsində direktor vəzifəsində işlədiyini iddia etdiyi dövrlə əlaqədardır və iddiaçının həmin dövrdəki fəaliyyəti ilə bağlı əmək kitabçasındakı qeydlərin natamam və şübhəli olduğuna görə, mübahisəli dövrün sosial sığorta stajı kimi hesablanmasını qanunauyğun saymır.

43. İşə baxan apelyasiya instansiyası məhkəməsi iddiaçının həmin dövrdəki iş stajının mötəbərliyini yoxlamaq üçün müvafiq sorğular vermişdir. DSMF Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş idarəsinin 17.06.2018-ci il tarixli 88/03/26-7104 nömrəli s orğuya cavab məktubunda qeyd edilmişdir ki, “Elbrus” kiçik müəssisəsi 15.05.2014-cü il tarixdə Fondda qeydiyyatdan keçmişdir. Əlavə olaraq bildirilmişdir ki, “Elbrus” kiçik müəssisəsi tərəfindən 15.05.2014-cü il tarixdən hal-hazırkı dövrə qədər Fonda hesabat təqdim edilməmişdir. 44.Bundan əlavə, Milli Arxiv İdarəsinə, Ədliyyə Nazirliyinə və Dövlət Vergi Xidmətinə verilmiş sorğulara işdə olan cavablardan iddiaçının işlədiyini iddia etdiyi “Elbrus” KM-in 1993-1999-cu illərdə vergi ödəyicisi kimi qeydiyyatda olmadığı, müəssisənin sənədlərinin arxivə təhvil verilmədiyi müəyyən edilmişdir.

45. İddiaçının kasasiya şikayətində dəlil olaraq istinad etdiyi əmək kitabçasında iddiaçının 01.06.1993-cü il tarixdə “Elbrus” kiçik müəssisəsinə direktor təyin edilməsi barədə məlumatların göstərilmədiyi v ə bununla bağlı qeydlərin natamam olduğu müəyyən edilmişdir.

46. Apelyasiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 öz ifadəsində bildirmişdir ki, o, başqa işə getdiyi üçün iddiaçını 1993-cü ildə öz yerinə direktor təyin etmiş, 1999-cu ildə qayıtdıqdan sonra isə iddiaçı müəssisədən getmişdir. Şahid, iddiaçının həmin müəssisədə əmək fəaliyyətinə dair onda heç bir sənədin olmadığını bildirmişdir.

47. İddiaçının əmək kitabçasında 01.06.1993-cü il tarixdən 15.08.1999-cu il tarixədək “Elbrus” KM-də işlədiyi dövrü özündə əks etdirən qeydlər, bu qərarın 29 və 30 – cu bəndlərində göstərilmiş normaların tələbləri baxımından və eyni zamanda digər mötəbər sübutlarla təsdiq olunmadığı üçün, mötəbər sayıla bilməz. Qeyd olunmalıdır ki, iddiaçının qazanılmış əmək pens iyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyini, eyni zamanda onun öz tələbinin əsası kimi adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslandığını nəzərə aldıqda, əmək kitabçasındakı qeydlərin və məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisəli dövrdə əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən və özündə mötəbər məlumatları əks etdirən mötəbər əmək kitabçası və ya digər hər hansı bir mötəbər sübut (əmrlərin əsli və ya arxiv arayışı) məhkə məyə təqdim edilməmiş və məhkəmə tərəfindən müəyyən olunmamışdır. Bu baxımdan Ali Məhkəmənin İnzibati Kollegiyası apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının əmək kitabçasındakı həmin qeydlərin mötəbərliyi iş materialları ilə təsdiq olunmur.

49. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunvericiliyə əsaslandığı üçün qanunazidd sayıla bilməz.

50. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı, 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.11.2020-ci il tarixli 21(103)-1553/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar