Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1218/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təmin edilməməsinə görə cərimənin tətbiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsinin yeni plan və ölçü sənədinin verilməsi tələbinə dair iş üzrə Sumqayı t İnzibati-İqtisadi Məhkəməsinin 4 sentyabr 2019-cu il tarixli, 2-1(085)55/2019 nömrəli qərarının icra edilməməsi ilə bağlı cavabdeh inzibati orqana cərimə tətbiq olunmasına dair ərizə barədə iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2022-ci il tarixli, 2-1(105)-268/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh aşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində iddiaçının xüsusi mülkiyyətində olan (reyestr nömrəsi **********19) Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,097774 ha torpaq sahəsinin göstərilmiş koordinatları ilə satıcılar- Xanım Əliyeva, Mehman Əliyev və X7 Torpaq və Xəritəçəkmə Komitəsinin JN-2932 (KOD********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” və xx.xx.2014-cü il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsi əsasında iddiaçıya satmış olduqları torpaq sahəsinin koordinatları arasındakı mövcud uyğunsuzluğun aradan qaldırılaraq, iddiaçıya torpaq sahəsinin planı və ölçüsünə dair yeni sənədin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 4 sentyabr 2019-cu il tarixli, 2-1(085)55/2019 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 noyabr 2019-cu il tarixli, 2-1(105)- 751/2019 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 4 sentyabr 2019-cu il tarixli, 2-1(085)-55/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 22 iyul 2020-ci il tarixli, 2-1(102)- 750/2020 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 noyabr 2019-cu il tarixli, 2-1(105)-751/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 4 sentyabr 2019-cu il tarixli, 2-1(085)55/2019 nömrəli qərarı 14 sentyabr 2020-ci il tarixdə icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir. Qərar rabitə orqanı vasitəsilə 24 sentyabr 2020-ci il tarixdə cavabdehə çatdırılmasına baxmayaraq, onun icrası barədə hər hansı məlumat və yaxud sübut məhkəməyə təqdim edilməmişdir. 6. 11 fevral 2021-ci il tarixdə ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-55/2019 saylı, 04 sentyabr 2019-cu il tarixli qərarına izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
7. Məhkəmənin 4 mart 2021-ci il tarixli, 8-1(118)-2/2021 nömrəli qərardadı ilə izaha dair ərizə təmin edilməmişdir. Qərardadda qeyd edilmişdir ki, məhkəmə qərarı aydın şəkildə ifadə edilmişdir, qərarla bağlı hər hansı izaha ehtiyac yoxdur.
8. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən 26 aprel 2021-ci il tarixdə cavabdehə təkrar xəbərdarlıq edilmiş, məhkəmə qərarının icra olunmadığı təqdirdə ona qarşı cərimə tətbiq olunacağı bildirilmişdir. 9. 1 iyul 2021-ci il tarixdə iddiaçı Sumqay ıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 4 sentyabr 2019-cu il tarixli, 2-1(085)-55/2019 nömrəli qərarının icra edilməməsi səbəbindən ona 50000 manatadək cərimə təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində mövqeyini belə izah etmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-55/2019 nömrəli qərarı ilə xx.xx.2014-cü il tarixdə verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində İddiaçı xüsusi mülkiyyətində olan (reyestr nömrəsi **********19) Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,097774 ha torpaq sahəsinin göstərilmiş koordinatları ilə satıcılarXanım Əliyeva, Mehman Əliyev və X7 Torpaq və Xəritəçəkmə Komitəsinin JN 2932, 30800086 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı və xx.xx.2014-cü il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsi əsasında İddiaçı satmış olduqları torpaq sahəsinin koordinatları arasındakı mövcud uyğunsuzluğun aradan qaldırılaraq İddiaçı torpaq sahəsinin planı və ölçüsünə dair yeni sənədin təqdim edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinin üzərinə qoyulmuşdur. Tərəflərindən aparılan araşdırma nəticəsində İddiaçı həmin **********19 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.097774 ha torpaq sahəsinin sonuncunun istifadəsində olmadığı, iddiaçının göstərdiyi torpaq sahəsinin isə tam olaraq naturada Bilgəh-Sumqayıt avtomobil yolunun altına düşdüyü müəyyən olunmuşdur. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən ləğv e dilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən X5 verilmiş JN-2932 nömrəli “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında 0.257774 ha torpaq sahəsinin 0.16 ha hissəsi notarial qaydada alğı-satqı əsasında X1, xx.xx.2007-ci il tarixdə **********18 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Sonradan **********18 reyestr nömrəli 0.16 ha torpaq sahəsinin plan-ölçüsünə əsasən yerində (naturada) 0.1289 ha hissəsi Bilgəh-Sumqayıt yolu ilə üst-üstə düşdüyü üçün həmin hissə çıxılaraq, yerdə qalan 0.0311 ha hissəsinə xx.xx.2014-cü il tarixdə torpaq sahəsinin plan-ölçüsü və çıxarışı verilmişdir. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən X5 verilmiş JN-2932 nömrəli “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında 0.257774 h a torpaq sahəsi notarial qaydada alğı-satqı olunduqdan sonra yerdə qalan 0.097774 ha hissəsi xx.xx.2007-ci il tarixdə **********19 reyestr nömrəsi ilə X4 adına qeydiyyata alınmışdır. X2 mülkiyyətində olan 0.097774 ha torpaq sahəsi notarial qaydada alğı-satqı olunaraq İddiaçı satılmışdır. xx.xx.2014-cü il tarixdə müraciətlə əlaqədar olaraq **********19 reyestr nömrəli 0.097774 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan xx.xx.2014-cü il tarixli, **********19 reyestr nömrəli, 0.097774 ha torpaq sahəsinin plan-ölçü sənədindəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sözügedən 0.097774 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Torpaqların elektro n kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyqun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərman imzalanmışdır. Hal-hazırda həmin Fərmanın icrası ilə əl aqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması istiqamətində lazımı işlər aparılır. Odur ki, uçot işləri tam başa çatdıqdan sonra hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə faktiki istifadədə olan torpağın məkan göstəriciləri arasında uyğunsuzluqlar aradan qaldırılacaq və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-55/2019 nömrəli qərarının icrası təmin ediləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
11. Sumqayıt İnzibati Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2-1(085)-55/2019 nömrəli qərardadı ilə (hakim İ.Quliyev) qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etmədiyi üçün cavabdeh 500 manat məbləğində cərimə olunmuşdur.
12. Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarı əsasında cavabdeh inzibati orqan mövcud uyğunsuzluqları aradan qaldıraraq, iddiaçıya yeni sənəd təqdim etməlidir. İddiaçının faktiki istifadəsində torpaq sahəsinin olmaması onun təqsiri üzündən yox, həmin ərazidən dövlət əhəmiyyətli magistral yolun keçməsi ilə bağlı olmuşdur, iddiaçının da məhkəmə prosesində mövqeyi ondan ibarət olmuşdur ki, ya onun faktiki istifadə etməsi üçün torpaq sahəsinə dair sənədi versinlər və yaxud torpaq sahəsi yolun mühafizə zolağına düşürsə, ona uyğun sənəd versinlər ki, həmin sənədə əsasən müvafiq kompensasiya tələb edə bilsin. Qeyd edilən Fərmanla cavabdeh inzibati orqana 2020-ci ilə qədər müvafiq i şləri tamamlamaq həvalə edilsə də, həmin Fərmanın vaxtında icra edilməməsi vətəndaşların hüquqlarının pozulmasına, məhkəmə qərarının icra olunmamasına əsas olaraq göstərilə bilməz. Müəyyən səbəblərdən qeyd edilən Fərmanın icrasını respublika üzrə başa çatdırmaq mümkün olmasa belə, məhkəmə qərarının icrası ilə bağlı məhkəmə qərarının əhatə etdiyi lokal ərazidə sürətli işlər aparmaq olar.
13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2022-ci il tarixli, 2-1(105)-268/2022 nömrəli qərardadı ilə (hakimlər F.Məmmədov – sədrlik edən və məruzəçi, Z.Məmmədov və H.Babayeva) Sumqayıt İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışd ır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qərarı xx.xx.2020-ci ildə icraya yönəldilmiş, lakin cavabdeh inzibati orqan həmin qərarı bu günədək icra etməmişdir. Qərarın icraya yönəldilməsindən kifayət qədər zaman keçmişdir və bu müddət ərzində qərarın icrası ilə bağlı müəyyən tədbirlərin görülməməsi əsaslı hesab edilə bilməz.
16. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin məzmununa uyğundur. Şikayətdə qeyd edilir ki, məhkəmə prosessual normanın tələblərini pozmuşdur. Belə k i, cavabdehin iradəsindən asılı olmayan səbəblərə görə məhkəmə qərarının icrası təmin olunmamışdır. Həmçinin Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 21(085)-55/2019 saylı qərarı öhdəliyin icrası haqqında iddialara aiddir (İPM-nin 34-cü maddəsi). Halbuki İPM-nin 120.1-ci maddəsinə görə həmin Məcəllənin 33.4-cü (məcburetmə haqqında iddia), 40-cı (müvəqqəti xarakterli müdafiə), 70-ci (Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı), 71-ci (İnzibati aktın icrasının dönüşü haqqında məhkəmə qərardadı) və 73-cü (Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı) maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsas ən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. İPM-nin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Göründüyü kimi, göstərilən prosessual hüquq normalarının tələblərinə görə məhkəmə 5 halda inzibati orqanı cərimə edə bilər:
1. Məcburetmə haqqında iddia;
2. Müvəqqəti xarakterli müdafiə tədbiri;
3. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərar;
4. İnzibati aktın icrasının dönüşü haqqında məhkəmə qərardadı;
5. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı olduqda. Hazırki iş üzrə iddia və məhkəmə qərarı öhdə liyin icrası ilə bağlıdır, İPM-nin 120.1-ci maddəsində isə bu növ iddia və məhkəmə qərarı nəzərə tutulmamışdır, buna görə də məhkəmə bununla bağlı inzibati orqana icra üçün müddət müəyyən edə və cərimə tətbiq olunacağı barədə xəbərdarlıq və nəticədə də cərimə tətbiq edə bilməzdi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-c ü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimə nin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayə ti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaş ı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. Hazırkı işdə iddiaçı 1 iyul 2021-ci il tarixində məhkəməyə müraciət edərək, uzun müddət keçməsinə rəğmən məhkəmə qərarının cavabdeh tərəfindən müxtəlif bəhanələrlə icra olunmadığını bildirmiş, cavabdeh barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir.
26. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2-1(085)-55/2019 nömrəli qərarı ilə İddiaçı xüsusi mülkiyyətində olan (reyestr nömrəsi **********19) Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,097774 ha torpaq sahəsinin xx.xx.2014-cü il tarixli plan və ölçü sənədində göstərilmiş koordinatlarla satıcılar - Xanım Əliyeva, Mehman Əliyev və X7 Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpağın mülkiyyət h üququna dair Dövlət Aktı” (JN2932, kod ********) və xx.xx.2014-cü il tarixli, AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsi əsasında İddiaçı satmış olduqları torpaq sahəsinin koordinatları arasındakı mövcud uyğunsuzluğun aradan qaldırılaraq, İddiaçı torpaq sahəsinin planı və ölçüsünə dair yeni sənədin verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəsini aldıqdan sonra 14 sentyabr 2020-ci il tarixdə icra olunması üçün cavabdehə göndərilmiş, lakin onun icrası barədə məhkəməyə hər hansı məlumat təqdim olunmamışdır. Qərarın icraya yönəldilməsindən kifayət qədər zaman keçdiyi nəzərə alınaraq həmin müddət ərzində qərarın icrası ilə bağlı müvafiq tədbirlərin görülməməsi məhkəmə tərəfindən əsaslı hesab edilm əmişdir.
27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarı aidiyyəti şəxslər, o cümlədən cavabdeh tərəfindən vaxtında və məzmununa uyğun şəkildə, mütənasiblik prinsipi nəzərə alınmaqla icra olunmalıdır. Məhkəmə qərarının qeyd olunan qaydada icra olunmaması (eləcə də onun icrasından əsassız yayınma) şəxsin məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilməli və qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiqini şərtləndirməlidir. Əks təqdirdə məhkəmə qərarı şəxsin hüququnun praktik müdafiəsi baxımından səmərəsiz və əhəmiyyətsiz olar, hüquqi müdafiə aktı qismində öz mahiyyətini itirərdi. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi ndə təsbit olunmuş məhkəmə müdafiəsi hüququ həmçinin inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunmasını da ehtiva edir.
28. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinin müddəalarına görə, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qan ununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarının icrasının təminatı qismində həmçinin Cinayət Məcəlləsində 306-cı maddə nəzərdə tutulmuşdur. Həmin norma ilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının qərəzli olaraq icra edilməməsinə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti müəyyən olunur. Nəzərə almaq lazımdır ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür.
31. İPM-in 120.1-ci maddəsin in hazırkı mübahisəyə münasibətdə tətbiqinin istisna edilməsi ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd olunmalıdır ki, həmin norma inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasını təmin etmək məqsədlərinə xidmət edir. Bu mənada nəzərə almaq lazımdır ki, məhkəmə qərarının aid olduğu iddianın növü həmin normanın qeyd olunan məqsədləri və məhkəmə qərarının icrasının təmin edilməsini zəmanət altına alan yuxarıda istinad olunan norma və prinsiplər baxımından hər hansı əhəmiyyət daşımır. Digər tərəfdən, həm də nəzərə alınmalıdır ki, inzibati proses hüququ doktrinasında öhdəliyin icrası haqqında iddia növü ümumi anlayışdır və həm məcburetmə haqqında, həm də öhdəliyin icrası haqqında iddiaları özündə birləşdirən öhdəliyin icrası haqqında ümumi id dia kimi qəbul olunur. Başqa sözlə, həm öhdəliyin icrası haqqında, həm də məcburetmə haqqında iddialar öhdəliyin icrası haqqında ümumi iddia növünə aiddir.
32. Məhkəmə kollegiyası həmçinin xüsusi olaraq vurğulayır ki, inzibati məhkəmə icraatı çərçivəsində cavabdehə münasibətdə öhdəlik nəzərdə tutan məhkəmə aktı məhkəmə qərardadı və ya qərarı İPM-in 120-ci maddəsinin təsir dairəsinə aid edilməlidir. Bundan fərqli yanaşma və həmin maddənin bu yanaşmadan fərqli təfsiri qeyd olunan məzmunlu məhkəmə qərarının və ya qərardadının icrasının cavabdehin iradəsindən asılı vəziyyətə salınması kimi qiymətləndirilməlidir.
33. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
34. Yuxarıd a göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2022-ci il tarixli, 2-1(105)-268/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.