Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1218/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı A pellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2023-cü il tarixli, 2-1(103)-964/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. Ona xx.xx.2021-ci il tarixdə avtomatlaşdırılmış qaydada 268,45 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş, sonradan əmək stajı və pensiya kapitalına əsasən pensiya məbləği yenidən hesablanaraq 298,40 manata çatdırılmışdır.
2. İddiaçı 2007-2008-ci illərdə "xxxx" MMC-də işləmiş və onun aldığı əməkhaqqından müvafiq olaraq məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək, 2007-2008-ci illər nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyasının yen idən hesablanmasını xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, sığortaedən "xxxx" İB Kabel magistrallarının texniki qovşağı (SUN: **********0) tərəfindən 2007-2008-ci illər üzrə təqdim olunmuş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar”da iddiaçının adı sığortaolunan kimi qeyd olunmadığı üçün müraciətdə qeyd edilən dövrlər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları fərdi şəxsi hesabında əks olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdir ilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2007-2008ci illərin sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci il iyulun 13-dən "xxxx" MMC-nin KMTQ şöbəsində mühəndis vəzifəsində işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olduğu üçün əmək pensiyasına çıxmışdır. 2007-2008-ci illər üzrə əməkhaqqından məcburi dövlət sosial sığorta haqqının tutulmasına baxmayaraq, bu, DSMF-nin sistemində öz əksini tapmamış və ona pensiya hesablanarkən həmin dövrlər nəzərə alınmamışdır. Bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir.
7. Cavabdehin iddi aya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə avtomatlaşdırılmış qaydada 268,45 manat məbləğində yaşa görə əmək pensiyası təyin olunmuşdur. Sonradan əmək stajı və pensiya kapitalına əsasən pensiya məbləği yenidən hesablanaraq 298,40 manata çatdırılmışdır. İş üzrə Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə sorğu ünvanlanmışdır. Həmin sorğuya xx.xx.2022-ci il tarixli, **********6 nömrəli cavab məktubuna qoşma qismində əlavə olunmuş iddiaçının xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlar barədə çıxarışdan göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən sonra toplanmış pensiya kapitalı yaşa görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınmışdır. Bel əliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçının xeyrinə hesablanmış və ödənilmiş bütün məcburi dövlət sosial sığorta haqları nəzərə alındığından iddia tələbi təmin edilə bilməz.
8. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 19 oktyabr 2022-ci il tarixli, 21(112)-4882/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 2007-2008-ci illər ərzində olan dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə, yəni 2007-2008-ci illərdə işləməsi və aldığı əməkhaqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməsi məhkəmə araşdı rması ilə öz təsdiqini tapdığından, həmin dövr iddiaçının sığorta stajına daxil edilməlidir. Cavabdeh inzibati orqan tərəfindən həmin dövrün iddiaçının sığorta stajına daxil edilməsindən imtina edilməsi qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Mirzə Tağızadə /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Səadət Bəktaşi) 10 fevral 2023cü il tarixli, 2-1(103)-964/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyas iya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində "xxxx" MMC-nin məktubuna əlavə edilmiş çıxarışlardan 24 ayın çıxarışlarının tam təqdim edilmədiyinin göründüyünü, eyni zamanda qəbzlərdə bəzi aylar üzrə ödəmələrin 0 manat təşkil etdiyini bildirmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının dəqiqləşmə ərizəsində konkret olaraq 2007-2008-ci illər üzrə 24 ay hesablanmaqla əmək pensiyasının yenidən hesablanması göstərilməsə də, ifadə tərzindən aydın olur ki, iddiaçı həmin illər üzrə işlədiyi müddətlərin nəzərə alınaraq ona əmək pensiyasının yenidən hesablanmasını tələb edir. Hətta iddiaçı ilkin olaraq məhkəməyə müraciət edən zaman iddia ərizəsində 2007-ci ilin iyul ayından "xxxx" MMC -də işləməyə başladığını qeyd etmişdir. İşin müəyyən edilmiş hallarından isə görünür ki, cavabdeh qeyd edilən dövrlərdə iddiaçının işlədiyi ayların heç birini nəzərə almadan iddiaçıya imtina vermişdir. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçı 2007-ci il üzrə 6 ay (iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr), 2008-ci il üzrə 12 ay olmaqla "xxxx" MMC-də işləmiş, əməkhaqqı almış və iddiaçının əməkhaqqından müəyyən aylar üzrə sosial sığorta haqqı tutulmuşdur. Cavabdehin apellyasiya şikayətində “qəbzlərdə bəzi aylar üzrə ödəmələrin 0 manat təşkil edir” dəlilinə münasibətdə isə kollegiya bildirir ki, qeyd edilən halların baş verməsi iddiaçının iradəsindən asılı olan hal deyil. Eyni zamanda, nəzərə alınmalıdır ki, qanunvericilik nəzarət funksiyasına və təsir mexanizminə malik olub, bu kimi halların qarşısını vaxtında ala bilməsi üçün cavabdehə kifayət qədər səlahiyyətlər vermişdir. Kollegiya bir daha qeyd edir ki, cavabdehin qeyd etdiyi halların yaranmasında iddiaçının hər hansı bir təqsiri yoxdur. İddiaçının işlədiyi müəssisənin və ya cavabdehin lazımi qaydada vaxtında tədbir görməməsi, iddiaçının hüquqlarına müdaxilə edilməsi üçün əsas vermir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının 2007-2008-ci illər ərzində olan dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyini haqlı olaraq cavabdehin üzərinə qoymuşdur.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtina məktubunun, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra – sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstəri lən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılm ası barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edil məməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə, yəni 2007-2008-ci illərdə işləməsi və aldığı əməkhaqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı nda ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsin müvafiq dövr nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sə nədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsin müraciəti üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
27. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əs asən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
28. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir. 29. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
30. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2007-ci il üzrə 6 ay (iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr), 2008-ci il üzrə 12 ay olmaqla "xxxx" MMC-də işləmiş və onun əmək haqqından məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2006-cı il tarixdən sonrakı dövrlər (illər, aylar) sosial sığorta stajına o halda daxil edilir ki, həmin dövr (illər, aylar) üzrə məcburi dövlət sosial sığorta haqqı tutulmuş və ödənilmiş olsun. Başqa sözlə, şəxs xx.xx.2006-cı il tarixdən sonra hansı dövr (illər, aylar) üzrə əmək haqqı almamışdırsa və bu səbəbdən ona münasibətdə məcburi dövlət sosial sığorta haqqı tutulmamışdırsa, həmin dövr (illər, aylar) onun sosial sığorta stajına daxil edilə bilməz. Hazırkı mübahisəyə münasibətdə də bu qayda tətbiq olunmalıdır.
32. Nəticə etibarı ilə, yuxarıda istinad olunan normal ara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2023-cü il tarixli, 21(103)-964/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.