Məhkəmə qərarları › İş №2-1(102)-1218/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1218/2024

10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1218/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxx və X2 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ikinci dərəcə əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 10.05.2024 hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxx və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixdə əlillik dərəcəsi təyini ilə bağlı apardığı Qiymətləndirmənin əsassız hesab edilməsi və əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 14 dekabr 2023-cü il tarixli, 2-1(107)-656/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2012, xx.xx.2014, xx.xx.2015 illər üzrə hər il üçün 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə isə 5 il müddətinə “Ümumi xəstəlik; X1: XİX Sinif- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri=>T93-Aşağı...; Diaqnozun mətni: Bud sınığının nəticələri. Sağ bud sümüyünün güllə yaralanmasından sonrakı çox qəlpəli düz bitişməyən sınığı. Digər posttravmatik koksartrozlar. Ətraflarda neyrodistrofik pozğunluqlar. Aşağı ətrafın funksiya pozğunluğ u; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR Sağ bud sümüyünün güllə yaralanmasından sonrakı çox qəlpəli düz bitişməyən sınığı” səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir.

2. Əlillik müddətinin bitməsi səbəbindən iddiaçının əlillik vəziyyətinə Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 - Aşağı:..; Diaqnozun mətni: Bud sınığının nəticələri, Odlu silah yaralanması. Sağ bud çanaq oynağı nahiyyəsinin ov tüfəngindən yaralanmasından sonrakı vəziyyət. Yumşaq toxumalarda çox saylı yad cisimlər-metal qəlpələr. Sağ bud sümüyünün boy nunun qeyridüzgün bitişmiş sınığı, metal lövhə ilə osteosintez əməliyyatından sonrakı vəziyyət.Kəskin ağrı, Ağrı sindromu. Hipertrofik çapıq, Sağ budun ön və arxa səthlərində çoxsaylı kelloid çapıqları. Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, Valqus deformasiyası. Oynaqların kontrakturası, Sağ bud çanaq oynağının kontrakturası, bükmə 50°, açma tamdır. Digər posttravmatik koksartrozlar, Sağ bud çanaq oynağının posttravmatik koksartrozu; Mərkəzə göndəriimənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir.

3. Bundan sonra iddiaçının əlillik vəziyyətinə Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə yenidən baxılmış və “Diaqnozun mətni: Onurğanın bel-oma şöbəsinin və çanaq sümüklərinin sınığı, Sağ bud çanaq oynağı nahiyyəsinin ov tüfəngindən yaralanmasından sonrakı vəziyyət. Yumşaq toxumalarda çox saylı yad cisimlər-metal qəlpələr. Sağ bud sümüyünün boynunun qeyridüzgün bitişmiş sınığı, metal lövhə ilə osteosintez əməliyyatından sonrakı vəziyyət Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixdə əlillik dərəcəsi təyini ilə bağlı apardığı Qiymətləndirmənin əsassız hesab edilməsi və əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsi olunmasını cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona 2012-ci ildən təyin edilmiş, daha sonra növbəti dəfə əlillik təyinatları 2013, 2014, 2015 və 2016-cı illərdə olmuşdur. Lakin xx.xx.2022-ci il tarixdə əlilliyin növbəti tarixə uzadılmasından imtina edilmiş, imtinanın səbəbi kimi diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. İddiaçı hesab edir ki, imtinada heç bir əsaslanma yoxdur, sağlamlığının neçə faiz itirilməsi yoxdur, imtina formal tərtib edilmiş, xəstəliyi və diaqnozlarında ağırlaşma halları, əvvəlki əlillik dərəcələrində qoyulan diaqnozlar olsa da, hər hansı bir faizlə əlillik dərəcəsi təyin edilməmişdir.

6. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdi r.

7. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-684/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2023-cü il tarixli 794 nömrəli məktubuna əlavə edilmiş ekspert rəyində qeyd edilmişdir ki, “Vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində adına tərtib edilmiş Forma 88-də qeyd edilən “Bud sınığının nəticələri, odlu silah yaralanması. Sağ bud çanaq oynağı nahiyəsinin ov tüfəngindən yaralanmasından sonrakı vəziyyət. Yumşaq toxumalarda çoxsaylı yad cisimlər-metal qəlpələr. Sağ bud sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı, metal lövhə ilə ostiosintez əməli yyatından sonrakı vəziyyət. Kəskin ağrı, ağrı sindromu. Hipertrofık çapıq, sağ budun ön və arxa səthlərində çoxsaylı kelloid çapıqları. Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, Valqus deformasiyası. Oynaqların kontrakturası, Sağ bud çanaq oynağının kontrakturası, bükmə 50°, açma tamdır. Digər postravmatik koksartrozlar, Sağ bud çanaq oynağının posttravmatik koksartrozu” diaqnoz onun anamnestik, obyektivklinik, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir”.

8. Şəki İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli PHŞ-6-71/2- 504/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçıya qoyulmuş S32, M21 kodu “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnamə də qeyd olunmuş 13.1.4 və 13.4 xəstəliyi ilə eyniyyət təşkil edir.

9. Şəki İnzibati Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli, 2-1(116)- 684/2023 nömrəli qərarı ilə (hakim V.Musayev) iddia təmin edilmiş, cavabdehin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixdən 1 il müddətinə orqanizmin funksiyalarının pozulmasının 40 faiz müəyyən edilməsi öhdəliyi qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri (13) siyahısının imtina cavabının verildiyi zaman qüvvədə olan 13.1.4.1-ci bəndinin redaksiyasında S32 kodu ilə onurğanın bel-omba şöbəsinin və çanaq sümüklərinin sınığı, qiymətləndirmə - təzahür edən funksional pozuntular və deformasiyalarla - orqanizmin funksiyalarının pozulma sı faizi - 40 %, müddəti 1 il olaraq müəyyən edildiyindən iddiaçıya qoyulmuş diaqnoza (S32) münasibətdə orqanizmin funksiyalarının pozulması faizi - 40 % olduğundan cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2-1(107)-656/2023 nömrəli qərarı ilə (hakimlər: V.Məlikov – sədrlik edən və məruzəçi, R.Rəfiyev və G.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellya siya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün “İnzibati icraat haqqında” Qanunun 19.1, 46.3-cü, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3, 4, 6-cı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.2, 2.4, 2.9, 3.4, 3.7ci bəndlərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.1.3-cü bəndlərinə istinad etmişdir.

15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş et mişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən əlamətlər aşkaredilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunmasımeyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnozəlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bütün bu diaqnozlar nəzərə alınmaqla əlillik dərəcəsinin təyini zamanı müəyyən olunmuş xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasımeyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əha tə dairəsinə düşməmişdir.

17. Bundan əlavə kassator qeyd etmişdir ki, xxx və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbisosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Həmçinin əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.3-cü bəndinə əsasən qiymətləndirmə Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğu nlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir.

18. Bundan əlavə qeyd edilmişdir ki, Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz 21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dər əcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə

6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxx və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbay can Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial eksper t komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar ə sasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”

3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiy alarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir:... 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz.... Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti 13.1.4.1 onurğanın bel-omba şöbəsinin və çanaq sümüklərinin sınığı S32. Orqanizmin funksiyalarının pozulması faiz – 40; Orqanizmin funksiyalarının pozulması müddəti- 1 il (20 iyul 2023-cü il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə ləğv edilmişdir)

24. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işd ə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qi smən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

25. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İ NSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsas yoxdur.

29. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azər baycana qarşı” işi üzrə).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyə t və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

32. İşin araşdırılmış hallarından görünür ki, İddiaçıya xx.xx.2012, xx.xx.2014, xx.xx.2015 illər üzrə hər il üçün 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə isə 5 il müddətinə “Ümumi xəstəlik; X1: XİX Sinif- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri=>T93-Aşağı...; Diaqnozun mətni: Bud sınığının nəticələri. Sağ bud sümüyünün güllə yaralanmasından sonrakı çox qəlpəli düz bitişməyən sınığı. Digər posttravmatik k oksartrozlar. Ətraflarda neyrodistrofik pozğunluqlar. Aşağı ətrafın funksiya pozğunluğu; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR Sağ bud sümüyünün güllə yaralanmasından sonrakı çox qəlpəli düz bitişməyən sınığı” səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir.

33. Əlillik müddətinin bitməsi ilə əlaqədar iddiaçının əlilliyin müəyyən edilməsi üçün tibb müəssisəsinin xx.xx.2022, xx.xx.2022-ci il tarixli göndərişləri (Forma 088) əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbləri ilə cavabdeh tərəfindən imtina edilmişdir.

34. Halbuki, iş materiallarında olan iddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi iddiaçıya qoyulmuş diaqnozun S32, M21 kodu ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması mey arlarına dair” əsasnamədə qeyd olunmuş 13.1.4 və 13.4 xəstəliyi ilə eyniyyət təşkil etdiyi qeyd edilmiş.

35. Bununla bağlı apellyasiya məhkəməsi tərəfindən düzgün olaraq qeyd edilmişdir ki, iddiaçının sağlamlıq vəziyyətinin müəyyən edilməsi baxımından M21 kodunun tətbiqi mümkün olmasa da (həmin kodla aşağı və yuxarı ətrafların müəyyən səviyyələrdə amputasiyası, ankilozu və digər xəstəliklər müəyyən edilib), S32 kodunun tətbiq edilməsi ilə onun orqanizmin funksiyalarının pozulması faizini müəyyən etmək mümkündür.

36. Belə ki, hazırkı qərarın 23-cü bəndində qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri (13) s iyahısının imtina cavabının verildiyi zaman qüvvədə olan 13.1.4.1-ci bəndinin redaksiyasında S32 kodu ilə onurğanın bel-omba şöbəsinin və çanaq sümüklərinin sınığı, qiymətləndirmə - təzahür edən funksional pozuntular və deformasiyalarla - orqanizmin funksiyalarının pozulması faizi - 40 %, müddəti 1 il olaraq müəyyən edilmişdir. Eyni zamanda iddiaçıya qoyulmuş həmin diaqnoz iş materiallarında olan ekspert rəyi ilə də öz təsdiqini tapmışdır.

37. Belə olan halda, cavabdehin “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya əlillik təyin edilməsindən imtinası qanuni və əsaslı sayıla bilməz.

38. Bundan əlavə məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

39. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişd ə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin ed ilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

40. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

41. Bu mənada kassasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır.

42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

43. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə hazırkı qərarın 20-24(a) bəndlərində göstərilən maddi və prosessual hüquq normalarına uyğun hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 21(107)-656/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar