Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1218/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin verilməsində hüquq varislik; iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X1 (onun vəfatı ilə əlaqədar prosessual hüquqi varislər İddiaçı2 və İddiaçı1 ilə əvəz edilmişdir) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətl ər Agentliyi) “mənzilin verilməsi” tələbinə dair inzibati iş üzrə” tələbinə dair iş üzrə “qərara izah verilməsi” barədə ərizəyə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 dekabr 2024-cü il tarixli, 2-1(103)-3186/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı X2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzilin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2327/2020 nömrəli, 16 iyun 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1416/2020 nömrəli, 10 avqust 2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şi kayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2327/2020 nömrəli, 16 iyun 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-76/2021 nömrəli, 10 fevral 2021- ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1416/2020 nömrəli, 10 avqust 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1261/2021 nömrəli, 31 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2327/2020 nömrəli, 16 iyun 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
6. Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 188173 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X2 xx.xx.2021-ci ildə Bakı şəhərində ölmuşdür.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5982/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı X1 Bakı şəhər Cavabdeh mənzil fondundan ona mənzil verilməsi barədə müraciəti üzrə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Bakı şəhər Cavabdeh üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmuşdur.
8. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-533/2022 nömrəli, 13 ya nvar 2022-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5982/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı X3 Cavabdehnə qarşı qərarın dəyişdirilməsi tələbinə dair iş üzrə icraat hazırkı iş üzrə icraata birləşdirilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli qərardadı ilə iddiaçı X2 prosessual hüquqi varisləri İddiaçı2 və İddiaçı1 ilə əvəz edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli qərardadı ilə iddiaçılar X2 və X3 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzillə təmin edilməsi” iddia tələbləri üzrə icraatdan iddiaçı X3 Cavabdehnə qarşı qərarın dəyişdirilməsi barədə iddia tələbi üzrə icraat ayrılmışdır.
12. Bakı İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi hazırki iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-63/2023 nömrəli, 15 may 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə təmin edilmiş, hazırkı iş üzrə verilmiş iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3209/2023 nömrəli, 25 avqust 2023-cü il tarixli qərardadı ilə iddiaçıl ar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-63/2023 nömrəli, 15 may 2023-cü il tarixli qərardadı ləğv edilmiş, inzibati iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-25/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qərarı ilə iddiaçı X1 (onun vəfatı ilə əlaqədar prosessual hüquqi varislər X4 və İddiaçı1 ilə əvəz edilmişdir) cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Sosial Xidmətlər Agentliyi) qarşı “mənzilin verilməsi” tələbinə dair iddia rədd edilmişdir.
16. Həmin qərardan iddiaçının prosessual hüquqi varisi İddiaçı1 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 26 dekabr 2024-cü il tarixli, 2-1(103)-3186/2024 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)25/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.
18. Həmin qərardan İddiaçı1 kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı həmin dövrdə İ qrup əlilliyi müəyyən edilmiş, daimi kənar şəxsin qulluğuna ehtiyacı olan şəxs idi. O, mənzil növbəsinə xx.xx.1988-ci il tarixindən götürülməsinə baxmayaraq vaxtında mənzillə təmin edilməmiş həmçinin x x.xx.2013-cü il tarixli sərəncamı ilə mənzil növbəsi nəvəsinin İ qrup əlilliyi nəzərə alınmaqla xx.xx.2013-cü il tarixdən imtiyazlı siyahıya əlavə edilmişdir. xx.xx.2017-ci il tarixli sərəncamı ilə A.Y.Smolyaninovanın mənzil növbəsi xx.xx.2017-ci il tarixdən gözdən əlillərin siyahısına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli sərəncamı ilə A.Smolyaninovanın vəfatı ilə əlaqədar onun mənzil növbəsi ailə tərkibi 1 nəfər olmaqla nəvəsi olan iddiaçının adına dəyişdirilmiş, iddiaçı xx.xx.2023-cü il tarixdən İ qrup ümumi əlil kimi 1 nəfərə ailə tərkibi olmaqla mənzil növbəsində hesab edilmişdir. Lakin məhkəmə, iddiaçı rayon icra hakimiyyətinin sərəncamı ilə götürüldüyü mənzil növbəsinə əsaslanaraq mənzil tələbi (mübahisə edilən hüquq münasibəti) hüquq varisliyinə yol vermir kimi heç bir hüquqi əsaslandırma aparılmadan öz mülahizəsinə uyğun tərzdə qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Mülki Prosessual Məcəllə: Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə.... Maddə
262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
22. İnzibati Prosessual Məcəllə: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəm əsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə d air iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibə tini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, işdən görünür ki, iddiaçı X2 özü və nəvəsi mənzil növbəsində olduğu üçün ona mənzil verilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə araşdırması gedişində vəfat etmişdir. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 68 nömrəli sərəncamına əsasən X1 vəfatı ilə əlaqədar onun mənzil növbəsi ailə tərkibi 1 nəfər (özü) olmaqla nəvəsi Ruslan Smolyaninovun adına dəyişdirilmiş, lakin sonradan Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli 120 nömrəli sərəncamına əsasən Ruslan Smolyaninov yaşayış sahəsi ilə təmin olunması ilə əlaqədar yaşayış yeri üzrə mənzil növbəsindən çıxarılmışdır.
27. Məhkəmə kollegiyası hazırkı mübahisə ilə bağlı qeyd edir ki, şəxsin mənzil növbəsinə durması, onun dövlət tərəfindən mənzillə təmin olunması üçün şəxsi hüququnun tanınması deməkdir. Bu hüquq şəxsin şəxsiyyəti ilə sıx bağlı olan sosial təminat xarakterli bir hüquqdur. Başqa sözlə bu hüquq yalnız növbəyə duran şəxsin sosial vəziyyəti, yaşayış şəraiti, sağlamlıq durumu, əmək fəaliyyəti və s. nəzərə alınmaqla formalaşır.
28. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, şəxsi xarakter daşıyan və ölən tərəfin şəxsiyyəti ilə bilavasitə əlaqədar olan hüquq münasibətlərində prosessual hüquq varisliyinə yol verilmir.
29. Belə olan halda, apellyasiya məhkəməsi haqlı olaraq şəxsin rayon icra hakimiyyətinin sərəncamı ilə götürüldüyü mənzil növbəsinə əsaslanaraq mənzil tələbi (mübahisə edilən hü quq münasibəti) hüquq varisliyinə yol verilməməsini qeyd etmişdir.
30. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin icraata xitam verilməsi barədə qənaəti hazırkı qərarın 21-ci bəndində qeyd olunan prosessual hüquq normasına uyğundur. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 dekabr 2024-cü il tarixli, 21(103)-3186/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.