Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1219/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili X2, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili Əhməd İsmayıl Əhməd oğlunun iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə qarşı “borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 11 dekabr tarixli 2-1(103)2813/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən iş ə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ASC-nin şəxsi hesab vərəqəsindən 355.534 manat əsas borcun silinməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 24 yanvar tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra mətndə - VM) 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bununla əlaqədar qaldırılan məsəl ə Departament tərəfindən baxılaraq və qanunamüvafiq tədbirlər görüləcəkdir. İddiaçı 2018-ci il 12 aprel tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ASC-nin şəxsi hesab vərəqəsindən 355.534 manat əsas borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ASC-nin şəxsi hesab vərəqəsindən 82.135,78 manat əsas borcun ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının dövlət mülkiyyəti formasında fəaliyyəti dövründə vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə borcu yaranmış, lakin həmin borc silinməmişdir. “Özəlləşdiril ən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, həmin Qanun “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilmiş və özəlləşdirilməsi barədə qərar qəbul edilmiş müəssisələrə şamil edilir. Həmin Qanunun 2.2-ci bəndinə əsasən, bu Qanunun 1.0.2-ci maddəsində göstərilən müəssisələrin özəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatdıqda onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrin isə 2003-ci il 1 noyabr tarixinə dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə yaranmış borcları (əsas borc məbləği, faizlər və maliyyə sanksiyaları daxil olmaqla), habelə bu müəssisələrin həmin tarixə səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara vaxtı ötmüş kreditlər üzrə borcları (əsas borc məbləği və faizlər) silinir. Bundan əlavə, “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 497 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus ba nklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi” Qaydalarının 2.1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ “Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatmış müəssisələrin, onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrin isə 2003-cü il 1 noyabr tarixinə dövlət büdcəsinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin zəmanəti əsasında verilən kreditlər üzrə borclar istisna olmaqla), büdcədənkənar dövlət fondlarına, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan banklara, büdcədənkənar dövlət fondlarına, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan banklara və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borcları silinir. Dəfələrlə müraciət olunmasına baxmayaraq, iddiaçıya hesablanmış borclar silinməmiş və üstəlik həmin borclara külli miqdarda faizlər hesablanmışdır. Cinayət tərkibi yaradan vergi borclarının araşdırılmasının nəticələrinə dair 2017-ci il 25 oktyabr tarixli akta görünür ki, iddiaçının 2017-ci il 25 oktyabr tarixə 410.108,18 manat borcu yaranmışdır ki, həmin borcun 54573,88 manatı 2007-ci il tarixdən sonra yaranmışdır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, ASC yoxlanılan dövrdə ünvan 1 ünvanda ümumi sahəsi 30668 kv.m qeyri-yaşayış sahəsinə görə 2011 və 2012-ci illər üzrə torpaq vergisi bəyannaməsini vergi orqanına təqdim etməməklə 2011-ci il üzrə 3.066.88 manat və 2012-ci il üzrə 3. 066.88 manat torpaq vergisi hesablanmamış və aidiyyəti üzrə ödənilməmişdir. Müəssissə yoxlama ilə əhatə olunan dövrdə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuş, lakin yoxlanılan dövrdə vergi orqanına bəyannamə təqdim etməmişdir. Fakt üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində 2013-cü il 29 dekabr tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işi üzrə istintaqın hərtərəfli, tam və obyektiv aparılması məqsədilə Respublika Baş prokurorluğunun vəsatətinə əsasən ASC-də 2010-cu il 1 iyun tarixdən 2013-cü il 1 aprel tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması barədə Nərimanov Rayon Məhkəməsi tərəfindən 2014-cü il 29 aprel tarixdə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul edilmişdir. Növbədənkənar səyyar vergi yoxlaması zamanı ümumilikdə 266.070,10 manat məbləğində vergilərin, o cümlədən, 1.848 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının ödənilməkdən yayındırılması aşkar olunmuş və yoxlamanın nəticələri 2014-cü il 5 sentyabr tarixli **********799389 nömrəli aktla rəsmiləşdirilmişdir. Akta əsasən 2014-cü il 16 oktyabr tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı qəbul edilmişdir. İbtidai istintaq zamanı Cəmiyyətdə 2010-cu il 1 iyun tarixdən 2013-cü il 1 aprel tarixədək olan dövr ərzində dövlət büdcəsinə hesablanmalı və ödənilməli olan vergilərin müəyyə n edilməsi məqsədilə mühasibatlıq sahəsində xüsusi biliyə malik olan şəxslərin rəyinin alınması zərurəti yarandığından məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 2015-ci il 17 fevral tarixli, 3203 nömrəli rəyində Cəmiyyətdə 102.084,81 manat məbləğində vergilərin və 2.887,50 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının azaldılması və həmin məbləğdə vergilərin və məcburi dövlət sosial sığorta haqlarının ödənilməkdən yayındırılmasının müəyyən edildiyi göstərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 19 iyul tarixli 2-1(82)-2144/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının şəxsi hesab vərəqəsindən 82.135,78 manat əsas borcun ümidsiz borc kimi silinməsiöhdəliyi cav abdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçının hesablanmış vergi borcunu 5 il ərzində tutmaq hüququna malik olduğu halda, həmin müddət ərzində tələb etməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 11 dekabr tarixli 2-1(103)-2813/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 3 yanvar tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2 019-cu il 31 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə əsasən, VM-in 93.1.1-ci maddəsi ümidsiz borcun silinməsini həmin Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarması ilə, yəni Məcəllənin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddətin bitməsi ilə şərtləndirmişdir. İddiaçının tələb etmə müddəti keçmiş borcları qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə ayrı-ayrı vaxtlarda vergi orqanı tərəfindən silinmiş və onun halhazırda mövcud olan borcunun tərkibində tələb etmə müddəti keçmiş borc məbləği olmamışdır. Vergi, faiz və maliyyə sanksiyalarının tutulması üçün tələbetmə müddətinin 5 il olması nəzərə alınsa iddianın dəqiqləşdirildiyi tarixdən əvvəlki 5 illik dövrün başlanğıcına (2013-cü il 3 iyul) iddiaçının şəxsi hesab vərəqəsində olan 732.050 manat borcun tərkibi aşağıdakı kimi olmuşdur: -vergilər üzrə - 328.263,93 manat; -faizlər üzrə - 302.713,49 manat; -maliyyə sanksiyası üzrə - 101.072,58 manat. Həmin tarixdən iddianın dəqiqləşdirildiyi 2018-ci il 3 iyul tarixədək iddiaçıya 566.717,15 manat əlavə vergi və maliyyə sanksiyaları hesablanmış, 342.764,97 manat borc azaldılmış, 218.664,68 manat (o cümlədən, 194.022,8 manat vergilər, 100.032,6 manat maliyyə sanksiyası və 2.713,49 manat faizlər üzrə) məbləğində borcu tələbetmə müddəti keçdiyindən silinmişdir. 2013-cü il 17 iyul tarixdən 2017-ci il 1 yanvar tarixədək iddiaçıya hesablanmış 104.976,57 manat faiz borcu isə 2017-ci il 14 ya nvar tarixə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli Qanununa əsasən qeyd-şərtsiz silinmişdir. İddianın dəqiqləşdirildiyi tarixə iddiaçının əsas borcu 140.568,61 manat, faiz borcu 1.224,08 manat oİmuş, faiz borcu 2017-ci il 1 yanvar tarixdən sonra hesablanmışdır. Beləliklə, iddianın dəqiqləşdirildiyi 2018-ci il 3 iyul tarixə iddiaçının şəxsi vərəqəsində 5 illik tələbetmə müddəti keçmiş borcu olmamışdır. İddia tələbi faizlərin və maliyyə sanksiyaları üzrə borcların deyil, yalnız 2018-ci il 3 iyul tarixə şəxsi hesab vərəqəsi üzrə mövcud olan əsas vergilər üzrə borcların ümidsiz borc hesab edilərək silinməsindən ibarət olmuşdur. Bundan əlavə, apellyasiya instansiyası məhkə məsi VM-in 16.1, 77.1, 77.2, 77.3, 85.4, 88-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3, 88-ci maddələrinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 58.7, 68.2-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İ PM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. VM-in 93.1-ci maddəsinə əsasən, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən, digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Apellyasiya instansiyas ı məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən yaranmış borcları araşdırılmış və bu barədə 25 oktyabr 2017-ci il tarixdə cinayət tərkibi yaradan vergi borclarının araşdırılmasının nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin aktdan iddiaçının 2017-ci il 25 oktyabr tarixə 410.108.18 manat borcu yaranmış və həmin borcun 54.573,88 manatı 13 iyun 2007-ci il tarixdən sonra yaranmışdır. Göründüyü kimi iddiaçının 2017-ci il 25 oktyabr tarixədək vergi borcu 410.108,18 manat borcu olmuş, həmin borcun 54.573,88 manatı 2007-ci ildən yaranmış borc, qalan məbləğ isə 2007-ci ilədək yaranmış vergi borcuna aid olmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti İstintaq İdarəsinin 4-cü şöbəsinin 2017-ci il 18 dekabr tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” Qərarından görünür ki, iddiaçı hüquqi şəxsin direktoru tərəfindən 54.573,88 manat vergi borcu ödənildiyindən və iddiaçının vergi öhdəliyi olmadığından cinayət işi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi iddiaçının 82.135,78 manat dövlət büdcəsinə vergi borcu 2007-ci ildən əvvəlki dövrdə yaranmışdır.”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini İPM-in 12.1-ci və 57.8-ci maddələrinin tələbləri baxımından əsaslı hesab etmir. Belə ki, əgər apellyasiya instansiyası məhkəməsi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən tərtib edilmiş cinayət tərkibi yaradan vergi borclarının a raşdırılmasının nəticəsinə dair akta və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərara istinadla iddiaçının 2017-ci il 25 oktyabr tarixədək vergi borcunun 410.108,18 manat olduğunu, həmin borcun 54.573,88 manatının 2007-ci ildən yarandığını, qalan məbləğin isə 2007-ci ilədək yaranmış vergi borcuna aid olduğunu hesab edirsə, iddiaçı isə öz növbəsində 82.135,78 manat məbləğində vergi borcunun olduğunu bəyan edərək məhz həmin məbləğdə borcun silinməsini iddia edirsə, məhkəmə həmin borcun tərkibini, yaranma əsaslarını – cavabdehin etiraz və şikayətində irəli sürdüyü dəlillərlə birgə yoxlamalı və qiymət verməli idi. Apellyasiya instansiyası məhkəməsi, həmçinin nəzərə almalı idi ki, istinad etdiyi istintaq orqanının qərarı ilə müəyyən edilmiş hallar inzibati məhkəmə icraatı qaydasında iş ə baxan məhkəmə üçün məcburi qüvvə kəsb etmədiyindən, həmin hallar və bu hallara dair sübutlar hazırkı işdə olan digər sübutlarla birlikdə araşdırıldıqdan sonra onlara qiymət verilməli idi. Hazırkı işdə bu, baş verməmişdir. İPM-in 12.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsi nin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi hissəsində təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 11 dekabr tarixli 2-1(103)-2813/2018 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-1219/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1219/2019
17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver