Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1219/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2023-cü il tarixli, 2-1(103)-1138/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletə əsasən, o, xx.xx.1981ci ildən xx.xx.1983-cü ilədək hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən, o, 18 iyul 1980-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır və hal-hazıradək işləyir.
3. Həmin əmək kitabçasındakı qeydl ərə əsasən, iddiaçı xx.xx.1999-cu il tarixdə Müəssisələrin tərəflərinin razılığına əsasən "xxxx" APPK-nın sərəncamına keçirilmiş, xx.xx.1999-cu il tarixdə Müəssisələrin tərəflərinin razılığına əsasən "xxxx" APPK-də prorab vəzifəsinə qəbul olunmuş, xx.xx.2000-ci il tarixdə "xxxx" Memarlıq-Layihə İstehsalat Müəssisəsinə eyni vəzifəyə qəbul olunmuş, xx.xx.2003-cü il tarixdən texniki şöbənin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. 4. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 43035 nömrəli arxiv arayışına əsasən, iddiaçı xx.xx.1980-ci il tarixli 755 saylı əmrlə xx.xx.1980-ci il tarixdən Bakı Vaqon deposunun yığma sexinin PTT-na 3-cü dərəcəli hərəkətli heyətin çilingəri vəzifəsinə qəbul olunmuş, xx.xx.1981-ci il tarixl i, 1142 saylı əmrə əsasən Sovet Ordu sıralarında xidmətə çağırılması ilə əlaqədar olaraq Azərbaycan SSR ƏMQM-nin 36-cı maddəsinin 3-cü bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1984-cü il tarixli, 10/k saylı əmrlə “Yoltikintitrestinin” TMM – 404 tikinti ustası vəzifəsinə qəbul olunmuş, xx.xx.1989-cu il tarixli, 313 saylı əmrə əsasən Azərbaycan Dəmir Yollarının Biləcəri NQÇ köçürülməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmiş, xx.xx.1990cı il tarixdə Biləcəri 4 saylı prorab NQÇ-nə işlərin icraçısı vəzifəsinə təyin olunmuşdur. xx.xx.1992-ci il tarixdə Azərbaycan Dəmir Yollarının SMP – 781 sərəncamına keçirilmişdir. xx.xx.1992-ci il tarixli, 47 saylı əmrə əsasən SMP – 781 prorab vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu il tarixli, 10 saylı əmrə əsasən müəssisələrin tərəflə rinin razılığı ilə "xxxx" APPK sərəncamına keçirilmişdir. 5. "xxxx" QSC tərəfindən iddiaçının əmək fəaliyyəti ilə bağlı verilmiş xx.xx.2021-ci il tarixli, 49083 nömrəli arayışa əsasən, iddiaçı xx.xx.1984-cü il tarixindən xx.xx.1989-cu il tarixinədək "xxxx" QSC-nin nəzdində 404 saylı SMP-də tikinti ustası, xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək Biləcəri mülki qurğular distansiyasında, xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək 781 saylı SMP-də iş icraçısı (ümumilikdə 14 il 6 ay 24 gün olmaqla) peşələrində çalışmışdır. Qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Si yahısı”na daxildir. 6. "xxxx" QSC tərəfindən verilmiş 1 mart 2021-ci il tarixli, 01-4/2021 nömrəli arayışa əsasən, iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək müxtəlif vəzifələrdə işləmişdir.
7. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından 31 may 2021-ci il tarixli, **********5 nömrəli məktubla imtina edilmişdir.
8. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilmiş əmək kitabçasında iddiaçının xx.xx.1999 - xx.xx.2006-cı illərdə "xxxx" ALSM müəssisəsində işlədiyi qeyd edilsə də, “Sığorta Alt Sistemi” proqram təminatında aparılmış araşdırma nəticəsində, "xxxx" ALSM müəssisəsinin xx.xx.2004-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondun da sığortaolunan kimi qeydiyyatda olduğu müəyyən edilmişdir. Yəni, bu müəssisə xx.xx.1999 - xx.xx.2004cü il tarixləri arasındakı dövrdə Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmamış və məcburi dövlət sosial sığorta haqlarını ödəməmişdir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən, məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün xx.xx.1999 - xx.xx.2004-cü il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyildir. Bu səbəbdən də onun ümumi iş stajı 25 ildən az olmaqla, 19 il 5 ay 2 gün təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİ Ş MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 18 iyul 1980-ci il tarixdə Azərbaycan Dəmir Yolları Bakı Vaqon deposunda Yığma Sexinin TTO-də 3-cü dərəcəli hərəkətli heyətinə mirzə vəzifəsinə qəbul olunmuşdur. 15 oktyabr 1981-ci ildə həmin vəzifədən azad olunmuş, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər ordu sıralarında xidmət etmişdir. xx.xx.1984-cü il tarixdə Azərbaycan Dəmir Yollarında tikinti ustası vəzifəsinə qəbul olunmuş, xx.xx.1985-ci il tarixdə 2-ci dərəcəli fəhlə, xx.xx.1986-cı il tarixdə tikinti ustası v əzifəsinə keçirilmişdir. xx.xx.1989-cu il tarixdə düzləndirici və yol işlərinin ustası vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı il tarixdə NQU-2 saylı sexə keçirilmək üçün tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.1990-cı il tarixdə Azərbaycan Respublikası Mülki Tikililərin Biləcəri distansiyasının 4 saylı prorab məntəqəsinə işlərin istehsalçısı vəzifəsinə təyin olunmuşdur. xx.xx.1992-ci il tarixdə Azərbaycan Dəmir Yollarının TMM-78 sərəncamına keçirilmiş, xx.xx.1999-cu il tarixdə Müəssisələrin tərəflərin razılığına əsasən "xxxx" APPK-də prorab vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2000-ci il tarixdə "xxxx" Memarlıq-Layihə İstehsalat müəssisəsində eyni vəzifəyə qəbul olunmuş, xx.xx.2003-cü il tarixdə texniki şöbənin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı il tarixdə öz xahişi ilə tutduğu vəzifə dən azad edilmişdir. xx.xx.2006-cı il tarixdə "xxxx" MMC-də baş mühəndis vəzifəsinə qəbul olunmuş, xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2008-ci ildə “X2” MMC-də istehsalat şöbəsinin mühəndisi vəzifəsinə qəbul edilmiş, həmin MMC xx.xx.2009-cu il tarixdə “X1 İndustruyu” MMC hesab edilmişdir. xx.xx.2009-cu il tarixdə “X1 İndustruyu” MMC-də ştat cədvəlində edilən dəyişikliklərə əsasən İstehsalat şöbəsinin aparıcı mühəndisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.2009-cu il tarixdə “A+A” Müstəqil Ticarət Firmasında İnşaat mühəndisi vəzifəsinə qəbul olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən smeta üzrə layihəçi mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2012-ci il tarixdə "xxxx" MMC-də mühəndis vəzifəsinə qəbul edilmişdir. "xxxx" MMC 2020-ci il tarixdən "xxxx" QSC adlandırılmışdır və həmin QSC-də istehsalat şöbəsinin rəisi vəzifəsində çalışır. 30 mart 2021-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdehin 31 may 2021-ci il tarixli məktubu ilə ona əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, onun 40 ildən artıq əmək stajı mövcuddur.
11. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.
12. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********178100 nömrəli və xx.xx.2021-ci il tarixli, **********653700 nömrəli məktublarına əsasən, "xxxx" Müəssisəsi xx.xx.2000-ci il tarixdə ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış və xx.xx.2004-cü il tarixdə inventarlaşdırmadan keçərək Müəssisəyə vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin (hakim A.A.Abdullayeva) 6 sentyabr 2022-ci il tarixli, 2-1(112)-1252/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 31 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisəli dövrünü onun "xxxx" APPK, "xxxx" Memarlıq-Layihə İstehsalat Müssisəsində xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrü təşkil etməsinə baxmayaraq, iddiaçı xx.xx.1999-cu il tarixdə, 10 saylı əmrə əsasən müəssisələrin tərəflərinin razılığı ilə "xxxx" APPK-nın sərəncamına keçirilmiş, onun həmin müəssisəyə köçürülmə yolu ilə işə qəbul edilməsinə dair müvafiq əmrlər olmuş, bundan başqa, iddiaçının xx.xx.2000-ci il tarixdən "xxxx" Memarlıq-Layihə İsteshalat Müəssisəsindəki əmək fəal iyyəti də, vergi orqanı tərəfindən təqdim edilmiş müvafiq məlumatlara (müəssisənin xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınması və xx.xx.2000-ci il tarixdə ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınması) əsasən öz təsdiqini tapmışdır.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və S.İ.Bəktaşi) 3 fevral 2023-cü il tarixli, 2-1(103)1138/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 6 sentyabr 2022-ci il tarixli, 2-1(112)-1252/2022 nömrəli qərarı dəyişdi rilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, "xxxx" Memarlıq-Layihə İstehsalat Müəssisəsi xx.xx.2000-ci il tarixdə ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmışdır. Həmin müəssisənin 2004-cü ilədək sığortaolunan kimi qeydiyyata düşməməsi iddiaçının idarəsindən asılı olan hal deyildir. Cavabdeh inzibati orqanın tabe olduğu qurum tərəfindən məcburi sosial sığorta haqlarının ödənilməsinin təmin edilməsi üçün kifayət qədər təsir mexanizmləri (səlahiyyətlər) mövcud olduğu halda, vaxtında həmin məbləğlərin ödənilməsinin təmin edilməməsi cavabdeh inzibati orqannın və işəgötürənin təqsiridir. İnzibati orqan verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənil məsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
19. Cavabdehin kassasiya şikayətinin mahiyyəti və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları onun iddiaçıya ünvanladığı imtina məktubunun, birinci instansiya məhkəməsində təqdim etdiyi yazılı etirazın və apellyasiya şikayətinin mahiyyəti və dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları il ə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2023-cü il tarixli, 2-1(103)-1138/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyaya əsasən: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimi yyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edil miş tələblərə müvafiq surətdə təyin edilir. 22. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... Maddə
69. İş stajın ın təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışd ır. 24. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 13 may 2022-ci il tarixli **********1 nömrəli Qərarı ilə ləğv edilmişdir): 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 25. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığ ı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 26. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə
1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏ DLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Şikayətdə fun damental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri cavabdehin imtina məktubunun, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də imtina məktubunun, etirazın və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır.
34. Belə ki, iddiaçıya 31 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlərin ödənilməsi tələb olunur: 1) iddiaçının 57 yaşının tamam olması; 2) xx.xx.2006-cı il tarixə qədər azı 25 il sığorta stajına malik olması; 3) xx.xx.2006-cı il tarixə qədər olan sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması.
35. İş materialları ilə müəyyən edilir ki, iddiaçının 57 yaşı 31 avqust 2019-cu ildə tamam olmuşdur və o, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı il tarixə ümumilikdə 25 ildən çox sosial sığorta stajına, 12 il 6 aydan çox xüsusi iş stajına malikdir.
36. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərdən sadəcə, onun ümumi iş stajını mübahisələndirmiş, digər tələblərlə (iddiaçının yaşı və güzəştli iş stajı ilə) bağlı hər hansı etirazı olmamışdır.
37. Cavabdehin şikayətinin dəlillərinə görə, iddiaçının xx.xx.1999 - xx.xx.2006-cı illərdə "xxxx" ALSM müəssisəsində işlədiyi müddətin xx.xx.1999 - xx.xx.2004-cü il tarixləri arasındakı (5 il 10 ay 9 gün) dövrünün onun ümumi iş stajına daxil e dilməsi mümkün olmadığından ümumi iş stajı 25 ildən az olmaqla, 19 il 5 ay 2 gün təşkil edir. Cavabdeh iddiaçının "xxxx" ALSM müəssisəsində işlədiyi xx.xx.1999 - xx.xx.2004-cü il tarixləri arasındakı dövrün qəbul edilməməsinin səbəbi kimi müəssisənin həmin dövrdə Dövlət Sosial Müdafiə Fondunda sığorta olunan kimi qeydiyyatda olmamasını və məcburi dövlət sosial sığorta haqlarını ödəməməsini göstərir.
38. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, müəssisənin 2004-cü ilədək sığortaolunan kimi qeydiyyatda olmaması iddiaçının idarəsindən asılı olan hal deyildir. Cavabdeh inzibati orqanın tabe olduğu qurum tərəfindən məcburi sosial sığorta haqlarının ödənilməsinin təmin edilməsi üçün kifayət qədər təsir mexanizmləri (səlahiyyətlər) mövcud olduğu halda, vaxtı nda həmin məbləğlərin ödənilməsinin təmin edilməməsi cavabdeh inzibati orqannın və işəgötürənin təqsiridir. Ona görə də, bu hal sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz.
39. Həmin dəlillə bağlı məhkəmə kollegiyası əlavə olaraq göstərir ki, hazırkı qərarın 26-cı bəndində qeyd edilən normaya əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
40. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının "xxxx" ALSM müəssisəsi ilə bağlı nəzərə alınan sosial sığorta stajı 1 yanvar 2006-cı il tarixinə qədər hesablandığından və müəssisənin həmin tarixə qədər yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcları silindiyindən, cavabdehin məcburi sosial sığorta haqqının ödənilməməsini rəhbər tutmaqla iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası əsassız olmuşdur.
41. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla düzgün qiymətləndirmişdir. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
42. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normalar ı pozulmadığından, kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2023-cü il tarixli, 21(103)-1138/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.