Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-122/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adının və vəsiqənin verilməsi, özünümüdafiə dəstələri) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1679/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra cavabdeh) müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh xx xxxxxx 2018-ci il tarixli, Ə\1122 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Səfərbərlik və Hərbi Xid mətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən Xidmətin Aparatına təqdim olunan sənədlərdə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak etməyə dair arxiv materialları olmadığı üçün iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün deyildir. Bundan sonra, iddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1988-ci ildən xx.xx.1991-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Bununla əlaqədar müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün rəsmi olaraq ərizə ilə A zərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının Füzuli rayon özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə dolğun məlumatlar olmadığından ona müharibə veteranı adının verilməsindən imtina edilməsi qanuni olmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2943/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsa ssız olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-532/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: V.Ə.Baxışova, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2943/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir. Apelyasiya instansiya məhkəməsinin qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1672/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: Z.M.Quliyev, hakimlər: N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 21(103)-532/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1679/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və İ.B.Əhmədov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2943/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının döyüş əməliyyatlarında iştirakını təsdiq edən arxiv sənədləri olmadığından, “Müharibə vet eranı” adının və vəsiqəsinin verilməsindən cavabdeh orqanın imtinası qanuni və əsaslı olduğundan iddiaçının hər-hansı hüququnun pozulmasına səbəb olmamışdır. Apelyasiya instansiya məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-c.i maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nöm rəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, müharibə veteranı adı 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ə dliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1964-cü ildə Füzuli rayonu, Qacar kəndində doğulmuş və hazırda həmin kənddə qeydiyyatda olan məcburi köçkündür. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 689 nömrəli arayışına əsasən, iddiaçı həqiqətən xx.xx.1983-cü ildən xx.xx.1985-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.1986-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 708 nömrəli arayışından görünür ki, iddiaçının adı həqiqətən Füzuli rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı Füzuli rayonu ərazisində könüllü yerli özünümüdafiə dəstələrinin t ərkibində xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək olan dövrdə aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısında 36-cı sayda göstərilmişdir. Apelyasiya instansiyası məhkəməsi bunu nəzərə almamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır. Belə ki, "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar (…). «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cüml ədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. Bu müddəalara uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cə brayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkə n, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyə ti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya am nistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanmış bu müddəaların əlaqəli təhlilinə görə müharibə veteranı adı və vəsiqəsi özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə o halda verilir ki, həmin şəxslər xx xxxxxx 1988-ci il tarixindən xx xxx 1994-cü il tarixinədək olan dövr çərçivəsində erməni millətçi dəstələrinə qarşı, o cümlədən Füzuli rayonunun ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etsinlər və bu hal, verilmiş arayış və yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıda əks olunsun. İş materiallarında olan Füzuli rayon icra Hakimiyyə tinin başçısının aparatı tərəfindən xx xxxxxx 2018-ci il tarixli, Füzuli rayon icra Hakimiyyətinin başçısının 02/94 saylı, xx xxxxxxx 2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli, 01/511 nömrəli məktublarından görünür ki, iddiaçı xx xxxxxx 1989-cu ildən xx xxxxxxx 1991-ci ilə qədər Füzuli rayonu ərazisində təşkil olunmuş könüllü yerli özünümüdafiə dəstələrinin tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. Eləcə də, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı Füzuli rayonu ərazisində könüllü yerli özünümüdafiə dəstələrinin tərkibində xx xxxxxx 1988-ci il tarixdən xx xxxxxxx 1991-ci il tarixədək olan dövrdə aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısından Çıxarışda iddiaçının Qacar kəndində 1988-1991-ci illərdə yerli özünümüdafiə dəstəsinin tərkibində döyüş əməliyyatlarında iştirak etdiyi qeyd olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Füzuli rayon İcra Hakimiyyətinin birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2018-ci il tarixli sorğuya cavab məktubunda və cavabdeh orqana ünvanlanmış xx.xx.2018-ci il tarixli, işə apelyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayışında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı Füzuli rayonu ərazisində könüllü yerli özünümüdafiə dəstələrinin tərkibində xx xxxxxx 1988-ci il tarixdən xx xxxxxxx 1991-ci il tarixədək olan dövrdə aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısında İddiaçı adının 36-cı sırada göstərildiyi qeyd e dilsə də, iddiaçının döyüş əməliyyatlarında iştirakını təsdiq edən digər sübutlar nə cavabdeh orqana, nə məhkəməyə təqdim edilməmiş, iddiaçının hərbi biletində onun səfərbərlik üzrə hərbi xidmətdən ehtiyata buraxılması barədə qeyd edilməmiş, bu barədə arxivdən əmr təqdim edilməmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, yuxarıda istinad olunan Əsasnamədən də görünür ki, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsasdır. Yəni, şəxsin yerli özünümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etməsi barədə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri adlı siyahılarin arxiv əmrləri ilə birgə təqdim edilməsi, eləcə də həmin şəxsin hərbi biletində onun səfərbərlik üzrə hərbi xidmətdən ehtiyata buraxılması barədə qeydin olması vacib şərt kimi nəzərdə tutulmamışdır. Həm də nəzərə almaq lazımdır ki, iddiaçı könüllü özünümüdafiə dəstəsinin tərkibində döyüşdüyünü iddia edir. Belə olan halda, ona müharibə veteranı adı verilməsi üçün əsas sübut şəxsin yerli özünümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etməsi barədə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri adlı siyahıdır. Həmin adlı siyahıların isə arxiv arayışları və ya hərbi biletdə olan qeydlərlə birgə təqdim edilməli olması barədə imperativ norma yoxdur. Ona görə də belə qənaətə gəlmək olar ki, adlı siyahılarla birgə, şəxsin özünümüdafiə dəstəsində, Əsasnamədə qeyd edilən zaman çərçivəsində və qeyd olunan ərazilərd ə döyüşməsini təsdiq edən digər sübutlar da təqdim edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamışdır. Belə ki, apelyasiya instansiya məhkəməsi tərəfindən həmçinin Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş işin hallarının araşdırılması prinsipi və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apelyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdududlaşmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi isə xidməti vəzifəsinə uyğun olaraq işin hallarını tam araşdırmaq məqsədi ilə belə sübutları tələb etməyə təşəbbüs göstərməmiş, təkrar apelyasiya baxışı zamanı yuxarı instansiya məhkəməsinin göstərişlərinə uyğun heç bir əlavə araşdırma aparmadan iddianı rədd etmişdir. Azərbaycan Respublikası İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiya məhkəməsi mübahisələndirilən məsələnin həlli məqsədilə əlavə sübutlar tələb etməli və həmin sübutlara əsasən tələbə qiymət verməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmədiyindən kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən v ə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1679/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-122/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-122/2020
18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver