Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-122/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cəzaçəkmə müəssisəsindən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsi) Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödə nişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı birdəfəlik müavinət kimi adaptasiya pulunun ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2021-ci il tarixli, 21(103)-1113/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək birdəfəlik adaptasiya pulunun ödənilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 24 yanvar 2020-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 8-ci maddəsinə əsasən sosial adaptasiya müddəti 1 il müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat 3.İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək penitensiar müəssisədən cəza çəkməkdən azad edilmiş şəxs kimi sosial adaptasiya məqsədi ilə minimum aylıq əmək haqqının 4 misli miqdarında birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cəzaçəkmə müəssisəsindən azad edildikdən 6-7 sonra cavabdehə müraciət edərək adaptasiya pulunun verilməsini istəmişdir. Cavabdeh isə əsassız olaraq bir illik müddətin keçməsinə istinadla həmin pulu ona verməkdən imtina etmişdir. 5.Cavabdeh iddiaya qarşı etiraz edərək bildirmişdir ki, iddiaçı cəza çəkməkdən azad olmuş statusunu Bakı Nizami rayon Məhkəməsinin 15.08.2018-ci il tarixli qərarı ilə qazanmışdır. Həmin qərara əsasən vətəndaş cəzasının çəkilməmiş qalan 8 ay hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lakin o, adaptasiya pulunun alınması ilə bağlı 07 yanvar 2020-ci il tarixdə müraciət etmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti ötürmüşdür. 6.Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-3314/2020 saylı qərarı (hakim – P.A.Hü seynov) ilə iddia təmin edilmiş, İddiaçı penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxs kimi sosial adaptasiyası məqsədilə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. 7.Məhkəmənin mövqeyinə əsasən “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin müraciət etməsinə deyil, aidiyyəti qurumlar tərəfindən adaptasiya tədbirlərinin həyata keçirilməsinə şamil olunur ki, bu da həmin müddət başa çatdıqdan sonra müvafiq şəxsin ona birdəfəlik pul müavinətinin verilməsini tələb etməsinə maneə yaratmır. Bundan əlavə, məhkəm ə qeyd etmişdir ki, cəza çəkməkdən azad edilmiş şəxslərin adaptasiyası fəaliyyətinin əlaqələndirilməsini də ayrıca inzibati orqan olsa da, hazırkı cavabdehin yuxarı orqanı olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir və müəyyən edilmiş tədbirlərin həmin müddət ərzində həyata keçirilməsinə məhz qeyd olunan orqan nəzarət etməli idi. 8.Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat 9.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2021-ci il tarixli 21(103)-1113/2021 saylı qərarı (sədrlik edən və məruzəçi hakim – V.M.Məmmədov, hakimlər – A.S.Hüseynov və V.Ə.Baxışova) ilə c avabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3314/2021 nömrəli 17 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmaqla iddia təmin edilməmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı penitensiar müəssisədə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmişdir, o, cəza çəkməkdən azad edildikdən sonra da 3 ay ərzində və ümumiyyətlə qeydiyyata alınma məqsədilə cavabdehə ərizə ilə müraciət etməmişdir, başqa sözlə, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 7.2-ci maddəsilə imperativ qaydada tələb olunan üç aylıq müddət, ərizə ilə müraciət etmə və ən əsası, qeydiyyata alınma şərtlərinə onun tərəfindən əməl olunmamışdır. Bun dan başqa, iddiaçıya sözügedən Qanunun 6.1.7 və 14.1-ci maddələrinə əsasən birdəfəlik pul müavinətinin verilə bilməsi üçün o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfındən qeydiyyata alınmalı idi. Lakin iddiaçı sonuncu tərəfindən qeydiyyata alınmamışdır. Odur ki, qeyd olunan qaydada qeydiyyata alınmayan şəxsin hazırkı faktiki əsaslarla iddiası təmin oluna bilməz. Əgər iddiaçı qeydiyyata alınmamasını qanunsuz sayırsa, o halda həmin hərəkəti (hərəkətsizliyi) müstəqil inzibati iddia qaldırmaqla mübahisələndirə bilər. 11.İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şik ayətinin dəlillərinə görə, mövcud qanunvericilik cəza çəkməkdən azad edilmiş şəxslərin adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərin konkret dairəsini və həmin tədbirləri həyata keçirən qurumları müəyyənləşdirmiş və bu tədbirlərin sırasına DSMF-nun yerli qurumları tərəfindən həyata keçirilən birdəfəlik pul müavinətinin verilməsini də aid etmişdir.
13. Lakin “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin müraciət etməsinə deyil, aidiyyatı qurumlar tərəfindən adaptasiya tədbirlərinin həyata keçirilməsinə şamil olunur ki, bu da, həmin müddət başa çatdıqdan sonra müvafiq şəxsin ona birdəfəlik pul müavinətinin verilməsini tələ b etməsinə maneə yaratmır. Həmçinin nəzərə alınmalıdır ki, cəza çəkməkdən azad edilmiş şəxslərin adaptasiyası fəaliyyətinin əlaqələndirilməsini də ayrıca inzibati orqan olsa da, hazırki cavabdehin yuxarı təşkilati (ƏƏSMN) həyata keçirir və müəyyən edilmiş tədbirlərin həmin müddət ərzində həyata keçirilməsinə məhz qeyd olunan təşkilat nəzarət etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanun: Maddə 6.1. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər aşağıdakılardır: 6.1.1. cəza çəkməkdən azad edilmiş şəxsləri qeydiyyata almaq, onlarla hazırlıq işlərini aparmaq;... 6.1.7. cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək. Maddə 7.1. Müvafiq icra hakimiyyəti orqanı penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqları, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. Maddə 7.2. Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Maddə 8.1. Sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Maddə 8.2. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. 16.İnzibati Prosessual Məcəllə: Maddə 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidli yinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 17.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi q aydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 18.Apellyasiya instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Belə ki, işin halları ilə müəyyən olunur ki, iddiaçı Bakı şəhəri Nizami rayon Məhkə məsinin 15.08.2018-ci il tarixli 7(007)-1675/2018 saylı qərarına əsasən cəzasının çəkilməmiş qalan 08 ay 12 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir və həmin tarixdən cəza çəkməkdən azad edilmiş şəxs hesab edilir. 21. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun sosial adaptasiya tədbirlərinin konkret dairəsini, eləcə də onların həyata keçirilməsi şərtlərini və qaydasını dəqiq müəyyən etmişdir. Cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsi də məhz belə tədbirlərdən biridir.
22. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya məhkəməsi düzgün olaraq göstərmişdir ki, iddiaçı penitensiar müəssisədə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş dir, o, cəza çəkməkdən azad edildikdən sonra da 3 ay ərzində və ümumiyyətlə qeydiyyata alınma məqsədilə cavabdehə ərizə ilə müraciət etməmişdir, başqa sözlə, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 7.2-ci maddəsilə imperativ qaydada tələb olunan üç aylıq müddət, ərizə ilə müraciət etmə və ən əsası, qeydiyyata alınma şərtlərinə onun tərəfindən əməl olunmamışdır. Bundan başqa, iddiaçıya sözügedən Qanunun 6.1.7 və 14.1-ci maddələrinə əsasən birdəfəlik pul müavinətinin verilə bilməsi üçün o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfındən qeydiyyata alınmalı idi. Lakin iddiaçı sonuncu tərəfindən qeydiyyata alınmamışdır. Odur ki, qeyd olunan qaydada qeydiyyata alınmayan şəxsin barəsində sosial adaptasiya tədbirləri tətbiq olu na bilməz. Əgər iddiaçı qeydiyyata alınmamasını qanunsuz sayırsa, o halda həmin hərəkəti (hərəkətsizliyi) müstəqil inzibati iddia qaldırmaqla mübahisələndirə bilər.
23. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2021-ci il tarixli, 21(103)-1113/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.