Məhkəmə qərarları › İş №2-1(102)-122/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-122/2023

10.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-122/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı işi üzrə QƏRARİ Açar sözlər: artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması; pensiya ödənişinin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “cavabdehə artıq ödənilmiş pensiya məbləğinin iddiaçının hesabına ödənilməsi” tələbinə dai r, iddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə pensiyası Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının ödənişinin dayandırılması haqqında qəbul edilmiş qərarın ləğv edilməsi və s.” qarşılıqlı iddia tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2450/2022 nömrəli, 16.9.2022-ci il tarixli qərarından ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehə 05 aprel 2009-cu il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən cavabdehin pen siyası 30 oktyabr 2020-ci il tarixdən dayandırılmış və xx.xx.2009-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 20509,61 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə qərar qəbul etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İlkin iddia üzrə iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Bakı İnzibati Məhkəməsində Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh artıq ödənilmiş 20509,61 manat pensiya məbləğinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul edilməsinı xahiş etmişdir.

4. İddiaçı ərizəsində bildirir ki, araşdırma zamanı Cavabdeh məxsus 10 sentyabr 1977-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçası nda xx.xx.1977- xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də sazlayıcı şagirdi və sazlayıcı vəzifələrində işlədiyi müəyyən edilmişdir. Onun işlədiyi sazlayıcı şagirdi və sazlayıcı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajı yoxdur. Qeyd edilən faktlar "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli Aktla təsdiq edilmişdir. Göründüyü kimi cavabdehə xx.xx.2009-cu il tarixində Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərl ə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Fondun Daxili nəzarət departamenti tərəfindən ona xx.xx.2009- xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 20509,61 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır.

5. İddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiasının təmin edilməməsi, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayan dırılması haqqında qəbul etdiyi qərarının ləğv edilməsi, Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi və həmin vaxtdan almadığı əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin ilkin iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə X1 Departamenti və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının pensiya təyinatı ilə əlaqədar, ona məlumat verilmədən və iştirakı təmin edilmədən inzibati icraat zamanı xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək olan dövr ərzində pensiya kimi ödənilmiş 20509.61 manat pulun artıq ödənilmiş pul vəsaiti olması barə də qərara gəlinmiş, onun əmək pensiyası ödənişinin dayandırılması haqqında qərar qəbul edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən ona xx.xx.2009-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 20509,61 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Cavabdeh "xxxx" ASC adlı müəssisədə sazlayıcı şagirdi və sazlayıcı vəzifələrində işləməmiş və işlədiyi müəssisənin adı əmək kitabçasında və ona vurulmuş möhürdə "xxxx" ASC deyil, Bakı "xxxx" İstehsalat Birliyinin Baş zavodu kimi göstərilmişdir. Cavabdeh xx.xx.1977-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövr ərzində dövlət müəssisəsi olan Bakı "xxxx" İstehsalat Birliyinin Baş zavodu nun Lyüminafor lampalarının hazırlanması sexində quraşdırıcı yarımavtomatda sazlayıcı şagirdi və sazlayıcı peşəsində işləmişdir. İşlədiyi sazlayıcı şagirdi və sazlayıcı işi vəzifə deyil, fəhlə işi hesab edilmişdir.

7. İlkin iddia üzrə Cavabdeh məhkəməyə təqdim etdiyi ilkin iddiaya dair yazılı etirazında məhkəmədən ilkin iddianın təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1452/2022 nömrəli, 9 mart 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair iddiası təmin olunmamış, qarşılıqlı iddia üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fil ialının “Əmək pensiyasının dayandırılması haqqında” qərarı ləğv edilmiş, Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiya ödənişinin dayandırıldığı, xx.xx.2020-ci il tarixdən bərpa edilməsi və həmin vaxtdan almadığı əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya pensiyanın ödənilməsinin dayandırılması ilə “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunları pozulmuşdur. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərarın (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə DSMF-nin tabeliyində olan inzibati orqan Nizami rayon şöbəsinin x x.xx.2009-cu il tarixli qərar) ləğv edilməsi, geri çagırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt mövcud deyil. Belə ki, inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. DSMF-nin Nizami rayon şöbəsi (Xüsusi Şərtlərə Təyinat üzrə Mərkəzi Filialının sələfi) pensiya təyin edilən zaman həmin qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində b ilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə məhkəməyə məlumat verilməmişdir.

10. İlk iddia üzrə iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2450/2022 nömrəli iş üzrə 16.9.2022-ci il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə-sədrlik edən və məruzəçi, X.A.Cəmillova və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1452/2022 nömrəli, 9 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkə məsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İlk iddia üzrə iddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarını əsassız hesab edərək, bununla bağlı iddia ərizəsində göstərdiyi dəlillərə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İlk iddia üzrə cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “İnzibati icraat haqqında” Qanun: Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştira kı Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə

28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın in zibati aktı qəbul etmək vəzifəsi;... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.... Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

21. Məhkəmə kollegiyası iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbi üzrə qeyd edir ki, işin müəyyən olunmuş hallarına görə, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır ((“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Başqa sözlə, geri qaytarılması tələb olunan pensiya məbləğinin ödənişi qanuni qüvvədə olan inzibati akta əsaslandığından, bu ödəniş qanunsuz olmamışdır.

22. Məhkəmə kollegiyası iddiaçı Cavabdeh tələbi üzrə qeyd edir ki, inzibati orqan pensiya ödənişinin dayandırılması məsələsini həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. 23. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə, inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etməklə aparmalıdır.

24. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.

25. Beləliklə, inzibati orqanın iddiaçı ilə bağlı d avranışı, artıq formal-hüquqi baxımdan (inzibati icraat qaydalarının pozulması səbəbi ilə) qanunsuz olmuşdur. Buna görə də, mübahisənin bilavasitə maddi-hüquqi tərəfi ilə bağlı araşdırma aparılmasına lüzum qalmır.

26. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2450/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar