Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-122/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X3 regional filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X3 regional filialına qarşı 01 yanvar 2006-cı il tarixdən ailə başçısını itirməyə görə ona ödənilməli olan pensiya məbləğinin təkrar hesablanması və ödənilməyən hissəsinin tam ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2-1(105)76/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ona 2003-cü ildən 30 iyun 2017-ci il tarixədək olan dövr üçün ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi ilə bağlı iddia ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-546/2018 saylı, 10 iyul 2018-ci il tarixli qərarı ilə İddiaçı 55 yaşdan, yəni 01 iyul 2001-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və təyin edilən pensiyanın məbləği ilə 01 iyul 2003-cü il tarixdən 30 iyun 2017-ci il tarixədək aldığı sosial pensiyanın məbləği arasındakı fərq ç ıxılmaqla ödənilməsi öhdəliyi Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin üzərinə qoyulmuşdur.
3. Həmin qərardan verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-88/2019 saylı, 20 fevral 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2-1(85)-546/2018 saylı qərarının ləğv edilməsi, iddianın qismən təmin edilməsi, İddiaçı 01 yanvar 2006-cı il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.
4. Həmin qərardan verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respubli kası Ali Məhkəməsinin 2- 1(102)-2039/2019 saylı, 28 avqust 2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-88/2019 saylı, 20 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı cavabdehə müraciət edərək ona qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında ödənilməli olan pensiya məbləğinin az ödənildiyini (tam ödənilmədiyini) iddia edərək, pensiya məbləğinin yenidən hesablanaraq ödənilməmiş hissənin də ödənilməsini xahiş etmiş, cavabdeh tələbi təmin etməkdən imtina edərək qərarın icrası ilə bağlı yaranmış 7101,42 manat fərq məbləğinin onun kart hesabına köçürüldüyünü bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi bar ədə ərizə ilə məhkəməyə müraciət edərək, Ali Məhkəmənin 28 avqust 2019-cu il tarixli, 2-1(102)-2039/2019 saylı qərarı əsasında xx.xx.2006-cı il tarixdən ailə başçısını itirməyə görə ona ödənilməli olan pensiya məbləğinin təkrar hesablanması və ödənilməyən hissəsinin tam ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Şamaxı rayon şöbəsinə qarşı 20 fevral 2019-cu il tarixli, (iş 2-1(105)-88/2019) saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati İqtisad Məhkəməsinin 10 iyul 2018-ci il tarixli 21(85)-546/2018 saylı qərarı ləğv edilmiş yeni qərar qəbul edilmişdir. Həmin qərara əsasən İddiaçı 01 yanvar 2006-cı i l tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Lakin Şamaxı Rayon DSMF şöbəsi bu günə kimi Sumqayıt Apellyasiya Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Şamaxı rayon şöbəsinə qarşı 20 fevral 2019-cu il tarixli, (iş nömrə 2-1(105)-88/2019) saylı qərarı icra edilməmişdir. İddiaçı bildirir ki, o tək anadır, maddi imkanı yoxdur. Cavabdeh ƏƏSMN nəzdində DSMF-nin **********9 saylı, 16 iyul 2021-ci il tarixli Ali Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 2-1(102)- 2039/2019 saylı qərarına əsasən ona xx.xx.2006-cı il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təmin edilmiş, həmin qərarın icrası ilə bağlı yaranmış 7101.42 fərq məbləği müvafiq kart hesabına köçürülmüşdür, lakin o bununla razı deyil. Belə ki, cavabdeh ƏƏSMN nəzdində DSMF-nin ona ödədiyi Ali Məhkəmənin 28 avqust 2019-cu il tarixli, 21(102)-2039/2019 saylı qərarına əsasən xx.xx.2006-cı il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təmin edilmiş pulun bir hissəsini təşkil edir. Ona görə də mütəxəssis dəvət olunmaqla onun ailə başçısını itirdiyinə görə əmək pensiyasının hesablanmasını və ona çatacaq pulun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
8. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, bildirmişdir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı xx.xx.2017-ci il tarixdə DSMF-nin Şamaxı rayon şöbəsinə ona həyat yoldaşı X1 vəfat etdiyi tarixdən yəni, 10 yanvar 1993-cü il tarixdən ailə başçısını itirməy ə görə əmək pensiyasının yenidən hesablanması üçün müraciət etmiş, xx.xx.2017ci il tarixli 81/3107 nömrəli məktubla pensiyanın yenidən hesablanmasından imtina edilmişdir. Daha sonra iddiaçı xx.xx.1994-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-546/2018 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 55 yaşdan, yəni xx.xx.2001-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və təyin edilən pensiyanın məbləği ilə onun xx.xx.2003-cü il tarixdən xx.xx.2017-ci il tarixədək aldığı sosial pensiyanın məbləği arasındakı fərq çıxılmaqla ödənilməsi öhdəliyi ca vabdeh orqanın üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 fevral 2019-cu il tarixli 2-1(105)-88/2019 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-546/2018 nömrəli qərarı ləğv edilərək İddiaçıya xx.xx.2006-cı il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə yeni qərar qəbul edilmişdir. Ali Məhkəmənin 28 avqust 2019-cu il tarixli 21(102)-2039/2019 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 20 fevral 2019cu il tarixli 2-1(105)-88/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 avqust 2019-cu il tarixli 2-1(102)2039/2019 nömrəli qərarına əsasən iddiaçıya xx.xx.2006-cı il tar ixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmiş, qərarın icrası ilə bağlı 7101,42 manat fərq məbləği iddiaçının müvafiq kart hesabına köçürülmüşdür. Qeyd olunanlardan da göründüyü kimi hazırki iş üzrə iddiaya məhkəmə tərəfindən hüquqi qiymət verilmiş, qəbul edilmiş qərar qanuni qüvvəyə minmiş və cavabdeh tərəfindən icra edilmişdir, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsində iş üzrə icraata xitam verilməsi əsaslarından bəhs edilir. Həmin Məcəllənin 261. 0.2-ci maddəsində əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verməlidir. Bu səbəbdən də, yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu üçün, hazırkı iş üzrə icraata xitam verilməlidir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-512/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli (hakim L.Mirzəyeva) qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2006-cı il tarixdən ailə başçısını itirməyə görə ödənilməli olan pensiya məbləğinin təkrar hesablanması və ödənilməyən hissəsinin tam ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 2003-cü il tarixdən sosial-pensiya müavinət alması, xx.xx.2006-cı ildən ailə başçısını itirməyə görə pensiya almaq hüququndan məhrum edə bilməz. Qanunvericilikdə bununla bağlı heç bir qadağa müəyyən edilməmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və yeni qərar qəbul edilməklə, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2-1(105)-76/2023 nömrəli qərarı ilə (hakimlər: F.Məmmədov – sədrlik edən və məruzəçi, H.Babayeva və Z.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən hesablama qanunvericiliyin tələbinə uyğun olaraq aparılmış və iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək aldığı sosial müavinətin məbləği əvəzləşdirildikdən sonra ötən dövr üzrə fərq məbləği ona ödənilmişdir.
14. Mövqeyini hüquqi cəhətdən əsaslandırmaq üçün apellyasiya məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 11.1, 11.2, 16.1-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 18.1, 27.2-ci maddələrinə, istinad etmişdir.
15. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apel lyasiya məhkəməsinin qərarı həm maddi həm də prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edildiyindən tamamilə qanunsuz və əsassızdır. Belə ki, apellyasiya məhkəməsi hesablamanın düzgün aparılmadığını qeyd edildiyi halda, iş üzrə mütəxəssis cəlb etməklə doğurdan iddiaçıya hesablanmalı olan məbləğin 7101,42 manat təşkil etdiyini müəyyən etməyərək, yalnız cavabdehin izahatına və məktubuna əsaslanmışdır. Məhkəmə hesablamanın düzgün aparıldığına dair heç bir mühasibat hərəkətlərini aparılmasına şərait yaratmamış, bununla da İPM-in 13-cü maddəsinin tələblərini pozaraq qaldırılan iddiada iddiaçıya yardım etməyə borclu olduğu halda bunu etməmişdir. İddianın rədd edilməsinin əsası kimi ona hesablanmış və ödənılmiş 7101,42 manat vəsaitin 2006-2017-ci illəri əhatə etdiyi ilə bağl ı iş üzrə mötəbər sübut olmadığı halda məhkəmənin buna dair hər hansı bir əsaslandırma olmadan sübut kimi qəbul etməsi yolverilməzdir.
17. Kassator mövqeyini əsaslandırmaq üçün “İnzibati icraat haqqında” 2.0.8, 10, 13cü maddələrinə və İPM-in 13-cü maddəsinə istinad etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun Maddə
18. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği 18.1. Ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin məbləği hər iki valideynini itirmiş uşaqların və vəfat etmiş tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir ailə üzvü olduqda və ya bu Qanunun 14.1-ci maddəsinə əsasən pensiya hüququ olan bir ailə ü zvü qaldıqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanır. (2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyada) Maddə
27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.2. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. (2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyada) 20. “İnzibati icraat haqqında” Qanun: Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
21. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sü butlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİN İN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərb aycana qarşı” işi üzrə).
27. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. Hazırkı iş üzrə iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında ona ödənilməli olan pensiya məbləğinin az ödənildiyini (tam ödənilmədiyini) iddia edərək, pensiya məbləğinin yenidən hesablanaraq ödənilməmiş hissənin də ödənilməsini tələb edir.
29. Mübahisəyə dair işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2003-cü il tarixdən “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 90-cı maddəsinə uyğun olaraq 3 və daha çox u şaq doğub 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial pensiya (müavinət) təyin edilmişdir. İddiaçının müraciətinə əsasən xx.xx.2017-ci il tarixdən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra, iddiaçı xx.xx.1994-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmə mübahisəsi hazırkı qərarın 1-4-cü bəndlərində göstərildiyi kimi olmuşdur.
30. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 26 may 2022-ci il tarixli məhkəmə sorğusuna cavab məktubundan məlum olur ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək vətəndaşa ötən dövr üzrə ödənilməli olan 13793,42 manat əmək pensiyasının məbləği həmin dö vr üzrə vətəndaşın aldığı 6692 manat sosial müavinətin məbləği ilə əvəzləşdirildikdən sonra ötən dövr üzrə 7101,42 manat fərq məbləği vətəndaşa ödənilmişdir.
31. Belə olan halda, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hesablama qanunvericiliyin tələbinə uyğun olaraq aparılmış və iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək aldığı sosial müavinətin məbləği əvəzləşdirildikdən sonra ötən dövr üzrə fərq məbləği ona ödənilmişdir.
32. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 19-21a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məh kəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2-1(105)-76/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.